Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sanka Zver
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru. == Həyatı == Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib. Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar. Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib. Etibar adlı bir oğlu qalıb.
Tver
Tver (1931–1990-cı illərdə Kalinin) — Rusiya Federasiyasında şəhər, Tver vilayətininin və Kalinin rayonunun inzibati mərkəzi, Moskvadan 150 km aralıda, Tvertsa və Tmaka çaylarının Volqa çayına töküldüyü ərazizidə yerləşir.
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. == Tarix == Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi.Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda İspaniyanın Sevilya klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. Burada 24 oyuna çıxmış və 1 dəfə fərqlənmişdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. O, Sevilyanın heyətində 34 oyuna çıxmış və 3 qol vurmuşdur.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir. Panamada qeydiyyatdadır, texniki xidmətinə görə Almaniyanın Bernhard Schulte Shipmanagement şirkəti cavab verir.
Tver knyazlığı
Tver knyazlığı (rus. Тверско́е кня́жество) — paytaxtı Tver şəhəri olan və Şimal-şərqi rus torpaqlarında yerləşən udel knyazlığı. 1247–1485-ci illərdə mövcud olmuşdur. == Ərazisi == Knyazlıq Xəzəri Baltik dənizi ilə birləşdirən Volqa ticarət yolunda idi. Diqqətəlayiqdir ki, XI əsrin əvvəllərində Murom knyazı Gleb Vladimiroviç, Kiyevdə atası xəstə olduğundan, tələsərək, 1015-ci ildə birbaşa olmayan (azadlıq sevən vyatiçlərin torpaqları ilə) dolanbac və izdihamlı bir ərazidə — Volqa çayından çayınadək olan ərazidə, Volqadan Tıma çayınadək və oradan cənuba Smolensk vasitəsilə birləşən yolu seçdi. Şimalda, Novqorod torpaqları tverichi tərəfindən dəfələrlə tutulan Torjok və Bejetsk şəhərləri ilə knyazlığı birləşdirdi; qərbdən — Smolensk knyazlığı (Rjev şəhəri uzun müddət Tverə məxsus deyildi); cənubdan və şərqdən — Pereyaslavl, Moskva və Rostov mülkləri. Tver təxminən 300 verst uzunluğunda və eni 60 ilə 100 verst arasında cəmi 25 min kvadrat metr sahəni əhatə edirdi. Tverdən əlavə, knyazlığın tərkibində bir çox şəhər var idi; bunlardan daha əhəmiyyətli, öz şahzadələrinə sahib olanlar, Kaşin, Mikulin, Zubtsov, Ksnyatin, Teliatyev qorod, Kholm, Dorogobuzh, Çernyatin, Bely Gorodok və Klin idi. Kaşin ən güclü miras idi, bəzən Tverin özü ilə primitivlik üçün mübahisə edirdi; Xolmski və Mikulinski knyazları da əhəmiyyət kəsb etdilər, ancaq Kaşinsky'lərdən çox uzaqlaşdılar, nəticədə qalanları ilə bərabər şəkildə 'kiçik, gənc qardaşlar' adlandırıldı. == Tarixi == XII və XIII əsrin əvvəllərində Tver (1135-ci ildə ilk qeyd) Pereyaslavl-Zalesski knyazlığının tərkibində idi.
Tver vilayəti
Tver vilayəti (rus. Тверская область; 1990-cı ilə qədər Kalinin vilayəti) — Rusiya Federasiyasının subyektlərindən biri.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. == Mükafatları == 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. == Həyatı == Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. == Yaradıcılığı == Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.
Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır. == Həyatı və təhsili == Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. == Fəaliyyəti == Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.
İta Ever
İta Ever (est. Ita Ever 1 aprel 1931, Payde – 9 avqust 2023, Tallin) — Sovet və Estoniya teatr və kino aktrisası. Estoniya SSR xalq artisti (1973). Mədəniyyət üzrə Estoniya Milli Mükafatı laureatı (2007). == Bioqrafiyası == İta Ever 1 aprel 1931-ci ildə Yarvamaa vilayətinin Payde şəhərində anadan olub. İlk dəfə İta Ever 1949-cu ildə Eston Dram Teatrının səhnəsində, onuncu sinif şagirdi, məktəb dram dərnəyinin iştirakçısı olaraq çıxış edir. Arbuzovun "Tanya" pyesində baş rolu oynayır. 1953-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunun Estoniya Studiyasını bitirir. İyirmi tələbə yoldaşı ilə birlikdə Estoniya Dram Teatrına qəbul edilir. İta Ever bu səhnədə təxminən 120 rol oynayır.
Lusi Ver
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur. == Həyatı == === Kimliyi === Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur. === Siyasi fəaliyyəti və müştərək imperatorluğu === Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə Konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir. Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır. Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir. === Parfiya müharibəsi === 162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir.Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Vadj- ver
Vadj-ver — Vadj-ver, həmçinin Vatç-ur olaraq da yazılır, adı "böyük yaşıl" mənasını verən Misir məhsuldarlıq tanrısıdır. Vayverin Aralıq dənizinin təcəssümü olduğu ümumiyyətlə qəbul edilir; Bununla belə, daha çox ehtimal olunur ki, o, bəzi mətnlərin təklif etdiyi kimi, Nil Deltasının ən şimal hissəsindəki laqunları və gölləri təmsil edib, "böyük yaşıllığı" piyada keçilə bilən torpaq kimi təsvir edib. Vaj-veranın ən qədim məlum sübutu Abusirdəki Sahure piramida meyitxanasında 5-ci sülalədən qalmadır; burada o, Hapi tanrısına bənzəyir, lakin bədəni su dalğaları ilə doludur. Firon III Ramsesin oğlu Şahzadə Amunxepeşefin daha sonra (20-ci sülalə) QV55 türbəsinin divarlarında da görünür.
Vadj-ver
Vadj-ver — Vadj-ver, həmçinin Vatç-ur olaraq da yazılır, adı "böyük yaşıl" mənasını verən Misir məhsuldarlıq tanrısıdır. Vayverin Aralıq dənizinin təcəssümü olduğu ümumiyyətlə qəbul edilir; Bununla belə, daha çox ehtimal olunur ki, o, bəzi mətnlərin təklif etdiyi kimi, Nil Deltasının ən şimal hissəsindəki laqunları və gölləri təmsil edib, "böyük yaşıllığı" piyada keçilə bilən torpaq kimi təsvir edib. Vaj-veranın ən qədim məlum sübutu Abusirdəki Sahure piramida meyitxanasında 5-ci sülalədən qalmadır; burada o, Hapi tanrısına bənzəyir, lakin bədəni su dalğaları ilə doludur. Firon III Ramsesin oğlu Şahzadə Amunxepeşefin daha sonra (20-ci sülalə) QV55 türbəsinin divarlarında da görünür.
Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. == Tarixi == 2001-ci ildə yaradılmışdır. == Tərkibi == Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. == Rəhbərləri == Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. == Ədəbiyyat == Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Hands All Over
Hands All Over — Maroon 5 qrupunun albomu.
Happier Than Ever
Happier Than Ever — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə səsyazma şirkətləri Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Aylişin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop albomu olan Happier Than Ever, cüzi miqdarda caz və elektropop elementlərini təcəssüm etdirir. Albomda Aylişin şöhrətə yüksəlişindən və bunun mənfi tərəflərindən danışılır. Buraxıldıqdan sonra albom musiqi tənqidçiləri tərəfindən tənqidi rəğbətlə qarşılandı, onlar onun üslubunu, istehsalını və dərin sözlərini təriflədilər. 64-cü İllik Qremmi Mükafatlarında albom və onun adını daşıyan trek müxtəlif kateqoriyalarda, "İlin Albomu", "Ən Yaxşı Pop Vokal Albomu", "İlin Mahnısı" və "İlin Rekordu" daxil olmaqla yeddi nominasiya qazandı. Albomu dəstəkləmək üçün yeddi sinql buraxıldı: "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy"; ilk üçü ABŞ Billboard Hot 100-ün ilk 10-luğuna daxil oldu. Happier Than Ever ABŞ-da bir nömrəyə yüksələn və digər 27 ölkədə albom hit-paradlarında birinci olan Aylişin ikinci albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi. Ayliş 3 sentyabr 2021-ci ildə buraxılan "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" filmində albomda yer alan trekləri canlı ifa etdi.
Over-syür-Uaz
Over-sür-Uaz (fr. Auvers-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — la-Valle-dyü-Sosseron. Əhalisi — 6.820 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimal-qərbdə, Serji belediyyənin 9 km şimal-şərqdə yerləşir. Şəhərin tarixi XIX əsrin ikinci yarısının Sezann, Pisarro və Van Qoq kimi bir sıra görkəmli rəssamlarının adları ilə sıx bağlıdır. Van Qoq və daha sonra onun qardaşı Teo burada dəfn edilmişdilər.
Over-sür-Uaz
Over-sür-Uaz (fr. Auvers-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — la-Valle-dyü-Sosseron. Əhalisi — 6.820 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimal-qərbdə, Serji belediyyənin 9 km şimal-şərqdə yerləşir. Şəhərin tarixi XIX əsrin ikinci yarısının Sezann, Pisarro və Van Qoq kimi bir sıra görkəmli rəssamlarının adları ilə sıx bağlıdır. Van Qoq və daha sonra onun qardaşı Teo burada dəfn edilmişdilər.
Over the Pop
Over the Pop – Sabrina Salernonun çıxardığı albomdur.
Tver bulvarı (roman)
"Tver bulvarı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Kseniya Morjikova - bu ad "İngilis bulvarı" romanından artıq oxuculara tanışdır. O, Moskvada, nüfuzlu vəkil kontorunda çalışan hüquqşünas qadındır, eyni zamanda bütün tanışları onu həvəskar detektiv kimi tanıyırlar. Bir dəfə əmisi qızı ona zəng vurub, yaxın rəfiqəsinin fəlakətlə üzləşməsi, yeniyetmə oğlunun xəbərsiz-ətərsiz yoxa çıxması barədə xəbər verir və Kseniyadan onlara kömək göstərməsini xahiş edir. Nə baş verdiyini heç kimə aydın deyil. Yoxa çıxmış yeniyetmənin valideynləri tanınmış sənətşünaslardır və bu, ilk baxışda adam oğurluğuna bənzəyir. Lakin nədənsə oğrular yeniyetmənin valideynlərinə zəng vurub, onlardan heç nə tələb etmirlər. Ortaya müxtəlif suallar çıxır: bəlkə bu, manyak qatilin törətdiyi qətldir? Lakin meyit aşkar edilməyib. Bəlkə bu, macəra eşqində olan bir yeniyetmənin evdən qaçışıdır?
Zivər bəy Əhmədbəyov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) – ilk ali təhsilli azərbaycanlı memar. == Həyatı == Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Over the Pop (albom)
Over the Pop – Sabrina Salernonun çıxardığı albomdur.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri.Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.