Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zük burnu
Zük burnu (ukr. Зюк, krımtat. Zük, Зюк) — Kerç yarımadasının ucqar şimal nöqtəsi. 1925-ci ildə İvan Puzanov burunu Mizyun olaraq adlandırmışdır. Burunda Ptolemey tərəfindən adı çəkilən antik bir şəhərin — Xersones Zenanovun qalıqları aşkarlanmışdır (yun. Ζήνωνος Χερσόνησος). Burunda Ukrayna sərhəd qoşunlarına aid olan tərk edilmiş müşahidə gülləsi və Kurortnoe kəndimnin qəbirstanlığıvardır. Yerli sakinlərin sözlərinə görə 2000-ci illərdə baş vermiş zəlzələ nəticəsində qalıqlar böyük zərər görmüş, bəzi ərazilər isə dəniznin altına gömülmüşdür Burun ətrafında iki buxta vardır: — Rifov (çərqdə) və Morskoy pexota (qərbdə). Burundan qərbdə Kurortnoe kəndi, bir qədər aralıda isə Çokrak gölü yerləşir. Göl dənizdən dayazlıqla ayrılır.
Üzük-üzük
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Avur
Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.
Avuş
Avuş — Şərur rayonunda indiki Havuş kəndinin əvvəlki adı. Avuş — Şərur rayonunda Keçəltəpə dağının ətəyində gur sulu bulaq. Avuş — Şərur rayonu ərazisində çay. Avuş — Şərur rayonunda dağ, Dərələyəz silsiləsinə aiddir.
Druk
Druk (lat druk — Əjdaha) — Butan respublikasının rəsmi simvolu və Butanın mifoloji personajıdır. Butanın bayrağında əks olunan bu simvol sağlamlıq simvoludur. Jonq-ke dilinde Drukyul - əjdahalar vətəni, və Butanın kralı adlanır. 2007-ci ildə seçkilər zamanı 4 partiya özünü “Qızmızı əjdaha partiyası” adlandırdı. Hər partiya ayrı-ayrı rənglərlə təmsil olundu. Butanın himni “Druk cenden” isə Əjdahanın baş kralı” adlanır. == Digər Asiya əjdahaları == Çin əjdahası Yapon əjdahası Koreya əjdahası Vyetnam əjdahası == İstinad == ↑ About Bhutan :: Bhutan Footprints Travel & AdventureАрхивировано 27 fevral 2010-cu il. Waddell, Laurence (1895). The Buddhism of Tibet Or Lamaism. ss.
Nuuk
Nuuk, Qotxob (Nuk, dan. Nuuk və ya dan. Godthåb) — Danimarka Krallığı tərkibində Qrenlandiya özünü idarə ərazisinin şəhəri və paytaxtı. == Əhalisi == 2021-ci ilin yanvarına olan məlumata əsasən 18.800 nəfər əhalisi olan Nuuk Qrenlandiyanın ən böyük şəhəridir. Nuukun əhalisi 1977-ci ildən bəri iki dəfə, 1990-cı ildən bəri 1/3 qədər, 2000-ci ildən bu yana isə 21% artmışdır. 2015-ci il statistikasına görə, Qrenlandiyada doğulanlardan başqa, 3826 nəfər ölkədən kənarda doğulmuşdur. Yüksək məvacibli və cəlbedici iş imkanlarına görə danimarkalılar şəhərə köçməyə davam etmişlər. Hazırda Nuuk Qrenlandiyada danimarkalıların əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu şəhərdir. == İdman == Şəhərdə B-67 idman klubu və süni otla örtülmüş milli stadion vardır.
Qauk
Qauk (alm. Gauck; Hauk, Hauck‎) — alman soyadı.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Vuki
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. == İlham == Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. == Qoy vuki udsun == "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Zuko
Zuko (çin. 祖寇 Zǔ Kòu) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. == Yaradılması və konsepsiyası == Seriala Zukonun əlavəsi icra prodüsser Erik Kolmanın fikri idi. Erkən istehsal zamanı, baş antaqonist Od Lordu Ozay olmalı idi. Kolman isə məsləhət verib ki, onlara Avatar yığmasını təqib edən personaj lazımdır. Zuko əvvəl yetkin olmalı idi, amma Kolman onun yaşını azaldıb. Bundan sonra Brayan Konietzko ona çapıq vermək istəmiş və Kolman bunnan razılaşıb. Beləliklə, serialın yaradıcıları Konietzko və DiMartino Kolmanı "Zukonun xaç atası" adlandırıb.
Züvüc
Züvüç — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimiyası == "Züvüç" sözünün talış sözü olması və "güclü", "qüvvətli" mənasında işlənməsi ehtimal edilir. == Tarixi == 8 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmış, Osyedərə kənd inzibati ərazi vahidinin Arta, Çeşman və Zövnə kəndləri Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Züvüç kəndinin tarixi çox qədim zamanlarla səsləşir. Bu kəndin əsasını İrəc adlı şəxs qoymuşdur. Həmin məşhur nəslin davamçılarından hətta qonşu ölkələrdə də yaşayanlar var. 1938-ci ilədək Züvüç kəndi və onunla qonşuluqdakı 11 kənd Vərgədüz (indiki Yardımlı) rayonunun tərkibində olub. Bu kəndlər sonradan məsafə baxımından xeyli uzaq Zuvand (indiki Lerik) rayonuna birləşdirilmiş və beləliklə inzibati ərazi vahidlərinin bölgü prinsipi pozulmuşdur. Züvüç sözü talışca "güclü", "qüvvətlı" mənasını bildirir.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Aleksandr Qauk
Aleksandr Vasilyeviç Qauk (27 avqust 1893, Odessa – 30 mart 1963, Moskva) — sovet dirijor və bəstəkarı. RSFSR Xalq artisti (1954).
Anuk Eme
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[…], Parisin 17-ci rayonu[d]) — Fransa aktrisası. == Həyatı == Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır. O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
Avak Petrosyan
Avak Qeqamoviç Petrosyan (16 (29) mart 1912, Kəmrəz, İrəvan qəzası – 5 noyabr 2000, İrəvan) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). == Həyatı == 29 mart 1912-ci ildə Ermənistanın Abovyan rayonunun Kəmrəz kəndidə anadan olmuşdur.1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olmuşdur. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ən yaxşı ifaçısı iddia edirlər.
Avul iyesi
Avul iyəsi - türk ve monqol mifologiyasında kəndin qoruyucu ruhudur. Avıl iyəsi də deyilir. Moğollar Ayıl Ezen deyərlər. == Xüsusiyyətləri == Hər kənd üçün ayrı bir iye vardır. Kənd anlayışı məskun mədəniyyət ilə ortaya çıxmış lakin bu yerleşiklik yenə də "yörük" həyat formasına bağlı olaraq qışda bir yerdə yazın fərqli bir yerdə yerləşmə formasında yarı köçəri bir tətbiqə çevrilmişdir. Yazın yüksək və sərin, heyvanların daha yaxşı yayılabiceği yerlərə (Yazla / Yayla), qışda isə gizli və qoruyucu bölgələrə (Kışla) çevrilməli olaraq göçülmüştür. Bəzən "Bucak iyəsi" təbiri də istifadə edilər. Anadoluda Bucak sözcüyü kiçik bir məna sürüşməsi ilə ilçədən kiçik, kənddən böyük vahid (Nahiyə) üçün istifadə edilməyə başlamışdır. Lakin təxminən bir mənala kəndin qoruyucu ruhu olduğu aydın olmaqdadır. Hətta az istifadə edilməklə birlikdə Güzlek (Payızda qalınan yer) və Köklek (Yazda qalınan yer) sözləri də mövcuddur.
Bruk Kendi
Bruk Dayen Kendi (ing. Brooke Dyan Candy; 20 iyul 1989, Oksnard[d], Kaliforniya) — ABŞ repçisi, müğənnisi və bəstəkar.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Bruk dukeri
Bruk dukeri (lat. Cephalophus brookei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Cümlə üzvü
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Dyuk Universiteti
Dyuk Universiteti (ing. Duke University) — ABŞ-nin Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb. == Tarixi == Dyuk Universitetinin tarixi Şimali Karolina ştatının Randolf qraflığında (hazırkı Triniti şəhəri) yerləşən Braun Məktəb Evinin təsis olunduğu 1838-ci ildən başlayır. Bu məktəbin adı Dyuk Universiteti adlandırılana qədər dörd dəfə dəyişir (Braun Məktəb Evi-1838–1841, Birləşmiş İnstitut Akademiyası-1841–1851, Normal Kollec-1851–1859, Triniti Kollec-1859–1924 və 1924-cü ildən Dyuk Universiteti). 1841-ci ildə Şimali Karolinada Birləşmiş Cəmiyyət İnstitutu və müqəddəs ata Brantli Yorkun rəhbərlik etdiyi bir qrup metodist və kvakerlər (İngiltərə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvləri) tərəfindən təşkil olunan Braun Məktəb Evinin Birləşmiş İnstitut Akademiyası adlandırılması ilə bağlı xartiya buraxılır. Şimali Karolina ştatının Qanunvericilik Məclisi 1851-ci ildə akademiyanın Normal Kollec adlandırılması, 1853-cü ildə isə ona dərəcə verilməsi haqqında qərar qəbul edir. 1859-cu ildə məktəbin adı dəyişdirilərək Triniti Kollec adlandırılır, devizi isə "Bilik və Din" qəbul olunur. 1887-ci ildə Yel Universitetinin məzunu olmuş iqtisadçı Franklin Krouvel Triniti Kollecinin prezidenti təyin olunur. Krouvel tədris proqramlarını ciddi şəkildə nəzərdən keçirir.
Dyuk adası
Dyuk adası (ing. Duke Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada Kanada-Amerika sərhədinin şimalında yerləşir. Uzunluğu 19 km, eni isə 13 km-ə çatır. Ada hazırda maqmatik sulfid yataqlarının kəşfi üçün tədqiq olunan Alyaskanın ultrabaza kompleksinin bir hissəsidir. Ada 1879-cu ildə Vilyam Doll tərəfindən adlandırılmışdır. O, yəqin ki, bu adı adanın cənubundakı burnun adını götürmüşdür. Corc Vankuver burnu 1793-cü ildə Nortumberlend hersoqunun şərəfinə adlandırmışdır.
Elli Bruk
Ellison Bruk Hernandes (ing. Allyson Brooke Hernandez; 7 iyul 1993, San Antonio, Texas) — ABŞ müğənnisi.