Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kianit
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Zinnia
Bu cins Qettingen Tibb Universitetinin professoru İ.Q.Zinnin şərəfinə adlandırılmışdır.Cinsin Mərkəzi və Cənubi Amerikada bitən 15 növü vardır.Növlərdən bəzilərini açıq şəraitdə yetişdirirlər.Hazırda gülçülükdə yabanı növlərdən istifadə olunmur.Formalar,növarası hibridlər və sortlar yetişdirilir.Gülçülükdə gözəl zinniya (Z.elegans) çox geniş yayılmışdır.Bu bitkinin respublikamızda müxtəlif mədəni formaları və hibridləri vardır.Bütün növlər hündürlüyü,çiçəkləmə müddəti və hamaşçiçəklərin forması ilə fərqlənən qruplara bölünür.Z.elegans növünün aşağıdakı formaları məlumdur: georginçiçəkli,nəhəng kaktusçiçəkli,pumilya,skabiozaçiçəkli,superkaktusçiçəkli və fruvunder.Zinniya mart-may aylarında toxumla çoxaldılır.Böyüyən cücərtiləri şitil edib torflu dibçəklərə köçürürlər.Toxumlar əsas və iki yan zoğlarda yerləşir. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Minnie
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.
Astragalus zionis
Astragalus zionis (lat. Astragalus zionis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Xylophacos zionis (M.E.Jones) Rydb. == Yarımnövləri == Astragalus zionis var. vigulus S.L.Welsh Astragalus zionis var.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Sianid turşusu
Sianid turşusu (HCN) — hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşu. Hidrogen sianid, bəzən pruss turşusu adlanır, HCN formuluna və H−C≡N struktur formuluna malik kimyəvi birləşmədir. Otaq temperaturundan bir qədər yuxarı, 25,6 °C-də qaynayan rəngsiz, son dərəcə zəhərli və tez alışan mayedir. Qaynama temperaturu 25,60 °C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 6,2*10–10-dur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir.
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Xylophacos zionis
Astragalus zionis (lat. Astragalus zionis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Xylophacos zionis (M.E.Jones) Rydb. Astragalus zionis var. vigulus S.L.Welsh Astragalus zionis var.
Nikolay Zinin
Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812, Şuşa – 6 (18) fevral 1880, Sankt-Peterburq) – rus kimyaçısı (üzvi kimya). 25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Zimne monastrı
Müqəddəs Zimne monastrı (ukr. Святогірський Успенський Зимненський ставропігійний монастир) — 1996-cı ildən bəri stavropeqial (birbaşa Kiyev Metropoliteninə tabe olan) Vladimir-Volın yeparxiyasındakı Ukrayna Pravoslav kilsəsinin monastırı. Monastır Zimne kəndi yaxınlığında və Ukraynanın Volın vilayətinin Vladimir şəhərindən bir neçə kilometr aralıda Luqa çayı sahilindəki Müqəddəs Təpələrdə yerləşir. Rəvayətə görə, monastır 1001-ci ildə şahzadə Vladimir tərəfindən Uspenski kimi qurulmuşdur. Şimalda və qərbdə Luq çayına sıldırım enən bir burun üzərində yerləşərək müdafiə üçün əlverişli mövqe tuturdu. "Müqəddəs dağ" adlanan monastır ilk dəfə XI əsrin sonlarında Nestorun salnaməsində yad edilmişdir. Həmçinin deyilir ki, Kiyev-Peçora monastırının birinci abbatı Varlaam, Konstantinopoldan Kiyevə gedərkən burada vəfat edib. Güman edilir ki, Kiyev Rusi dövründə Zimne monastırı Vladimir-Volın yepiskoplarının ölkə iqamətgahı kimi fəaliyyət göstərirdi. Sənədli yazılı mənbələrdə Zimne monastırının adı ilk dəfə 1458-ci ildə çəkilmişdir. Mənbələr, XV əsrin ikinci yarısında monastırın xeyriyyəçisinə çevrilmiş pravoslav Volın zadəganı Fyodor Çartoriskinin mülkiyyətində olan Zimno kəndindən bəhs edir.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m-dir. İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır.
Xıdır Zində piri
Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər. Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var.
Zian Flemminq
Zian Flemminq (1 avqust 1998, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. 1 avqust 1998-ci ildə Amsterdamda anadan olub. Flemminq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyun 2017-ci ildə Flemminq Ayaks klubu ilə iki illik müqavilə imzalamışdır. Flemminq öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Flemminq 56-cı dəqiqədə Matteo Kassieranın ötürməsindən sonra qolla yadda qalmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks Yonq PSV-yə 3–0 hesabı ilə qalib gəlmişdir. Flemminq 1 dekabr 2017-ci ildə Maastrixt klubuna qarşı oyunda dublla yadda qalmış və komandası rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. 2 may 2018-ci ildə Flemminq Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə üç illik müqavilə imzalamışdır.
Daphne glomerata var. ziganae
Toplanmış canavargiləsi (lat. Daphne glomerata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Qərbi Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl, hündürlüyü 30 sm-ə çatan, kökü üzdə olan koldur. Budaqları şaxələnmiş, çoxsaylı, cavan zoğları yuxarı qal xandır. Yarpaqları zoğların uclarında sıx yerləşmiş, uzunluğu 3–5 sm və eni 1,5 sm olan, əks-yumurtavari, uzunsovdan lansetvari və ya ellipsvari-lansetvariyədək dəyişir, bünövrəsinə tərəf daralmış, küt və ya ucu biz, iynəli, parlaq, çılpaq, dərili, sıx yaşıl, qısa saplaqlarda yerləşir. Çiçəkləri çox güclü şirin qoxulu, krem rəngli-ağ, 2–6 ədəd qoltuq salxımlarda yerləşərək iri, mürəkkəb, uc başcıqları formalaşdırır. Kasacığın borucuğunun uzunluğu 1,5 sm, nazik, çılpaq, bəzən çəhrayıtəhər, kasacığın əyrisinin diametri 1,5 sm-dək, hissələri uzunsov, kütdür. Çəyirdəkləri çəhrayı və ya qırmızı, ətlidir. İyun-iyul aylarında yarpaqlar açıldıqdan sonra çiçəkləyir.