Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. == Ümumi məlumat == Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Miranda
Miranda — qadın adı. Miranda Riçardson — Böyük Britaniya aktrisası Miranda Kerr — Miranda Kosqrov — Miranda Hobbs — Digər Miranda (peyk) — Uranın beş dəyirmi peykinin ən kiçiyi və ən kiçik hissəsidir.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Zigana
Zigana — TİSAŞ tərəfindən istehsal olunan Türkiyə mənşəli tapançadır. Silah, 2001-ci ildə istehsalına başlanmış olub Türkiyənin xüsusi dizayna sahib ilk tapancalardan biridir. Zigana silahlarında dəyişdirilmiş brouninq tipli kilidləmə sistemi ilə kilidlənmiş slayd qısa geri çəkilmə mexanizminə malikdir. Bundan əlavə, bu silahlarda avtomatik atəş pin bloku da mövcuddur. Zigana PX-9 modeli Malayziyada Türkiyə ilə ortaq olaraq istehsal edilir. Bununla yanaşı, Pakistanda bu silahın modelləri yerli emalatxanalar tərəfindən qeyri-qanuni olaraq istehsal olunur və satılır. Zigana ABŞ-yə Amerika Tactics Import şirkəti tərəfindən daşınır və FS9 və FS40 adları ilə satılır. Bundan əlavə, Zigana K və Zigana F modelləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Zəfər, Zəfər-K və İnam adı ilə istehsal olunur. Azərbaycan — Azərbaycan Quru Qoşunlarında geniş istifadə olunur. Türkiyə — Bəzi hərbi hissələr və özəl təhlükəsizlik şirkətləri tərəfindən istifadə olunur.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. == Həyatının ilk illəri == Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
MOWAG Piranha
MOVAG Piranya (alm. MOWAG Piranha‎) İsveçrənin MOWAG şirkəti tərəfindən yaradılmış Zirehli döyuş maşını. 2010-cu ildən sonra, ABŞ-nin General Dynamics şirkətinə məxsusdur. Maşının 4 × 4, 6 × 6, 8 × 8 və 10 × 10 formaları var. Maşının zirehli personal daşıyıcısı, piyadaların döyüş maşını, döyüş kəşfiyyatı vasitəsi, kəşfiyyat maşını, komanda qərargah maşını, zirehli bərpa maşını və təcili yardım maşını variantları var. MOWAG Piranya zirehli texnikası 20-dən çox ölkənin ordusuna xidmət göstərir və bir sıra xarici şirkətlər tərəfindən lisenziya ilə istehsal olunur. İstehsal olunan və sifariş siyahısına daxil edilən Piranya maşınlarının ümumi sayı 10.700-dən çoxdur. == Hazırlanması == Piranya maşınları 1970-ci illərin əvvəllərində İsveçrənin MOWAG konstruksiya idarəsi tərəfindən hazırlanmışdır. Hazrılanmasında məqsəd, müxtəlif təyinatlı hərbi maşınların yaradıla biləcəyi universal şassiyə malik bir maşını yaratmaq olub. Piranya maşınları 4x4, 6x6, 8x8 və 10x10 təkər formulunda hazırlana bilir.
Miranda (peyk)
Miranda — Uranın 5 sferoid peykindən ən kiçiyi və ən yaxını. Miranda Cerard Koyper tərəfindən 1948-ci il fevralın 16-da Teksasda yerləşən Mak-Donald rəsədxanasında aşkar edilmiş və Uilyam Şekspirin "The Tempest" adlı əsərindən Miranda adına layiq görülmüşdür. Uranın digər böyük peykləri kimi, Miranda da planetin ekvatorial müstəvisinə yaxın dövr edir. 470 km diametri olan və hidrostatik tarazlıqda olduğuna inanılan Miranda Günəş sistemində ən yaxından izlənilən obyektlərdən biridir. Mirandanın yaxından çəkilmiş yeganə görüntüləri 1986-cı ilin yanvarında Urana uçuşu əsnasında Mirandanı müşahidə etmiş Voyacer 2 zondu tərəfindən çəkilmişdir. Uçuş zamanı Mirandanın cənub yarımkürəsi Günəşə doğru yönəldiyindən yalnız bu hissə tədqiq edilmişdir.
Miranda Hobbs
Miranda Hobbs — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə və serialda Miranda obrazı aktrisa Sintiya Nikson tərəfindən canlandırılmışdır. Nikson bu roluna görə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülmüşdür. Miranda Hobbs yalnız karyerası haqqında düşünən, kişilərə və onlarla münasibətə rişxəndlə yanaşan bir hüquqşünasdır. 1990-cı ildə Filadelfiyada Harvard Universitetinin hüquq fakultəsinin məzunu olduqdan sonra o, Kerrinin gevənilən dostu və vicdan səsi olub. Serialın erkən mövsümlərində o, insanlara güvənməyən, kişi xasiyyətli və tez inciyən biri kimi təsvir olunsa da, illər ərzində bu obraz tədricən dəyişir, xüsusilə hamilə qaldıqdan sonra bu daha çox hiss olunur və sonda o, Stiv Bredi ilə evlənir. Oğlu Bredi Hobbsun doğulması onun üçün yeni problemlərin meydana çıxmasına səbəb olur, işgüzar Miranda diqqətini istədiyi kimi işinə yönəldə bilmir, lakin bir müddət sonra işi ilə ailəsi arasında balans yarada bilir. Dörd rəfiqə arasında Miranda şəxsi evə malik olan ilk qadın olur (onun uğurunun göstəricisidir), lakin, serialın son mövsümündə genişlənən ailəsi üçün daha rahat şərait yaratmaq üçün Bruklin taunhausa köçür. Böyük şəhərdə seks filmində Miranda artıq Stivlə evlidir və beş yaşlı oğlu Bredi ilə birgə Bruklindəki evlərində yaşayırlar. Ailə hələ də Maqdanı xidmət üçün yanında saxlayır.
Miranda Kerr
Miranda Kerr (d. 20 aprel 1983, Sidney, Avstraliya), Avstraliyalı model. 20 aprel 1983-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlmişdir. Kerr ilk dəfə 13 yaşı olarkən Chaay's Modelling Agency-də modellik etməyə başladı. O Therese and John Kerr-in 2 uşağından biridir. Onun özündən 2 yaş kiçik, Matthew adlı bir qardaşı var. Uşaq vaxtı nənəsinin fermasına gedib, at çapmağı və motosikl sürməyi sevərmiş. 2003-cü ildə Mirandanın maliyyə brokeri Adrian Camilleri ilə münasibətləri yaranmağa başladı. Lakin Adrian Camillerin başına gələn bir hadisə nəticəsində Kerr 2004-cü ildə münasibətlərinə son qoydu. 21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu.
Miranda Kosqrov
Miranda Teylor Kosqrov (ing. Miranda Taylor Cosgrove, 14 may 1993, Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktrisası və müğənnisi. Miranda 1993-cü ilin mayın 14-də Kaliforniya ştatının Los-Anceles şəhərində evdar Kristin və quru təmizləmə biznes aparan Tom Kosqrov ailəsində anadan olub. Onun İngilis, İrland və Fransız əsələri var. Bir dəfə üç yaşlı Mirandanı Taste of L.A.restoranda oxuyub və dans edərkən onu talant agentı gördü. Bu agent təklifini qəbul edəndən sonra Miranda McDonald's, Mello Yello, və bir də model kimi reklamlarda iştrak etdi. Yeddi yaşında Kosqrov qərar verib ki, "bunu eləməyə sevir" və teatr və televiziya rolları almaq üçün kastinqlərdə iştrak etməyə başladı. Miranda Kosqrov (reklamları saymaraq,) televeiziyada ilk dəfəfə Smallville serialında 2001-ci ildə beş yaşlı Lana Lanq kimi göründü. Kino debütu 2003-cü ildə çəkilmiş Rok məktəbi filmində olub. Birinci vacib televiziya rolu isə Dreyk və Coş adlı Nickelodeon serialında Dreyk Bell və Coş Pek ilə olub.
Miranda Riçardson
Miranda Riçardson (ing. Miranda Richardson; 3 mart 1958) — Böyük Britaniya aktrisası. 2 dəfə Qızıl Qızıl Qlobus mükafatı və 1 dəfə BAFTA mükafatına layiq görülmüşdür. Həmçinin, Oskar mükafatına namizəd görülmüşdür.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Miranda Veljaçiç
Miranda Veljaçiç (d.1976, Zaqreb, Xorvatiya) — memar, tədqiqatçı, mədəniyyət xadimi, "Oris" və "Čovjek i prostor" memarlıq jurnallarının redaktoru. 1976-cı ildə Xorvatiyanın mərkəzi Zaqrebdə anadan olan Miranda Veljaçiç hələ tələbəlik illərində — 1999-cu ildə Dinko Peraçiç və Marko Sançaninlə birgə Platform 9,81 memarlıq tədqiqatları üzrə Assosiasiyanın həmtəsisçilərindən biri olub. O hazırda həmin Assosiasiyanın prezidentidir. O, 2002-ci ildə Zaqrebdə memarlıq fakültəsində ali təhsilini başa vurub. 2003-cü ildən o həyat yoldaşı Dinko Peraçiç və 2 övladı ilə birgə Splitdə yaşayır və işləyir. O, 2006-cı ildə Splitdə Memarlar Assosiasiyanın idarə heyətinin və Multimedia mədəni mərkəzinin proqram komitəsinin üzvü oldu. Miranda Veljaçiç Krvaviçada Rikard Marasoviç tərəfindən həyata keçirilən Senatoriya modernist memarlığın mirvarisinin müdafiəsi və qorunub saxlanılması ilə bağlı tədqiqat üzərində işləyir. 2015-ci ildə "Mostra di Architettura di Venezia" adı altında 2 ildən bir keçirilən beynəlxalq memarlıq sərgisində Xorvatiya nümayəndə heyətinin üzvü oldu.
Ziyankar bağacıq
Ziyankar bağacıq (lat. Eurygaster integriceps Put.) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. Bu zərərvericinin bədən forması bağaya (tısbağaya) çox oxşadığı üçün ona ziyankar bağacıq adı verilmişdir. Bədəni xaricdən xitin sipərlə örtülmüşdür. Bədəninin rəngimüxtəlif olub, adətən, bozumtul-sarı, tutqun qəhvəyi və bəzi hallarda isə qara olur. Ön döşün kənarları dəyirmidir. Ön qanadlar təmamilə xitinləşmişdir və bədənin bütün səthini örtür. Arxa qanadlar isə şəffafdır. Uzunluğu 10-12, eni isə 6–7 mm.-dir. Ukraynada, Azərbaycanda, Şimali Qafqazda, Volqa boyunda, Orta Asiya respublikalarında geniş yayılmışdır.
Ziyankar proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Ziyankar proqramlar
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
İranika Ensiklopediyası
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və karyerası == === 1992–2006: Erkən illəri === Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Franka Falkutchi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Falkutçi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Raymondi
Franka Raymondi (8 iyul 1932 — 1988) — italyan müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Aprite Le Finestre" mahnısı ilə təmsil etmişdir.