Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. == Tarixi == Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
İndol
İndol (benzopirol, 2,3-benzpirol) - heterotsiklik qatılaşdırılmış aromatik birləşmədir, kələmi xatırladan qoxusu olan rəngsiz kristallar. == Tarixi == İndol nüvəsi bir çox biokimyəvi təbii birləşmələrə daxildir. Sərbəst halda, kömür qatranında və bəzi efir yağlarında, məsələn, jasmin yağında olur. indolun quruluşu 1869-cu ildə Bayer tərəfindən təklif edilmişdir. İndolun tədqiqi bitki boyası olan indiqonun tədqiqi ilə başladı. İzatini indiqodan oksidləşmə yolu ilə, sonra isə indoksilə almaq olar. 1866-cı ildə Adolf fon Bayer sink tozu ilə indoksili indola qədər azaldır. Bəzi indol törəmələri XIX əsrin sonlarına qədər boyalar kimi çox geniş istifadə edilmişdir. 1930-cu illərdə indol nüvəsinin bir çox mühüm alkaloidlərin molekullarına, triptofan amin turşusuna, auksinlərə və digər biokimyəvi əhəmiyyətli maddələrə daxil olduğu məlum olduqda, indola maraq yenidən artdı. Lakin bu gün də intensiv şəkildə öyrənilməkdə davam edir İndol öz adını "İndiqo" sözündən almışdır.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
İdo
İdo dili — Anadilləri fərqli olan insanlar arasında anlaşmanı asanlaşdırmağı məqsəd qoyan süni bir dildir. 1907-ci ildə Uniono por la Linguo Internaciona Ido (beynəlxalq dil İdo birləşməsi) tərəfindən icad edilmişdir.
İdil Bolqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İdil bulqarları

İndol alkaloidləri
İndol alkaloidləri - harmin C13H12ON2, İohimbin C21H26O3N3, rezerpin C32H38O8N2, strixnin C21H2O2N2 və brutsin C23H26O4N2-dir. == Harmin C13H12ON2 == Bu alkaloidlər qrupunun ən sadə nümayəndəsidir. Krımda və Orta Asiya respublikalarında çox bitən Peganum Harmala bitkisinin toxumlarından və başqa hissələrindən harmalin ilə bərabər alınır. Harmin 257-258oS-də parçalanaraq əriyən, kristal ağ maddədir, optik fəal deyildir, təbabətdə bəzi sinir xəstəliklərinin müalicəsi üçün işlədilir. == İohimbin C21H26O3N3 == Cənubi Afrikada bitən Corynanthe İohimbe ağacının qabağındarast gələn alkaloidlərdən biridir, 234-235oS-də əriyir. Spirtdə və xloroformda yaxşı həll olur. Təbabətdə qan təzyiqini aşağı salmaq üçün işlədilir. == Rezerpin C32H38O8N2 == Ravolfia bitkilərində rast gələn çox əhəmiyyətli alkaloidlərdən biridir. Rezerpin, təbabətdə iohimbindən daha çox işlədilən sakitləşdirici və qan təzyiqini azaldan vasitələrdən biridir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966, II hissə.
Dol-dol bulağı (Takab)
Dol-dol bulağı (fars. دل دلبلاغي‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Dol (rayon)
Dol (fr. Dole) — Fransanın Franş-Konte regionun rayonlarından biri. Departamenti — Yura. Suprefektura — Dol. Rayon əhalisi 2006-cı ildə 79 734 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 68 nəf / km². Rayon ərazisi — 1180 km².
Dol mahalı
Dol mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xan-Tavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: "Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi.
Dol nahiyəsi

Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
İdo dili
İdo dili — Anadilləri fərqli olan insanlar arasında anlaşmanı asanlaşdırmağı məqsəd qoyan süni bir dildir. 1907-ci ildə Uniono por la Linguo Internaciona Ido (beynəlxalq dil İdo birləşməsi) tərəfindən icad edilmişdir.
İdil-Ural dövləti
İdil-Ural dövləti (tatar. İdel-Ural Ştatı/Идель-Урал-Штаты) — Rusiya vətəndaş müharibəsi zamanı, 1917-ci ildə Rusiya ərazisində yaşayan tatar, başqırd və çuvaş türklərinin birləşərək yaratdığı respublika. Paytaxtı Kazan şəhəri olan İdil-Ural Dövlətinin 15 milyon nəfər əhalisi var idi. Bu dövlət də 1918-ci ildə Rusiya tərəfindən işğal edildi. == Tarixi == Volqaboyu türkləri tərəfindən yaradılmış Milli Məclis 1917-ci il dekabrında İdil-Ural adlı dövlətin yaradılmasını elan etdi. Müxtəlif türkdilli xalqları birləşdirən bu dövlət hər hansı xalqın hökmranlığını yolverilməz sayırdı. Sədri Maqsudinin başçılığı ilə hökumət də yaradıldı. Dövlətin tərkibinə Kazan və Ufa quberniyaları, Orenburq, Perm, Vyatka, Samara və Simbirsk quberniyalarının müəyyən əraziləri daxil ola bilərdi. Milli Məclis Rusiyadan ayrılmaq məqsədini güdmədiyini bildirdi. Buna baxmayaraq, bolşeviklər belə dövlətin yaranmasına yol verə bilməzdilər.
İdil-Ural legionu
İdil-Ural legionu və yaxud Volqa-tatar legionu (alm. Wolgatatarische Legion‎), alm. Legion Idel-Ural‎, tatar. Идел-Урал Легионы, İdel-Ural Legionı) — Volqa xalqlarının nümayəndələrindən (əsasən tatarlardan, həm də çuvaşlardan, başqırdlardan, marilərdən, mordovlardan, udmurtlardan) ibarət Vermaxtın bölməsi.. Təşkilati cəhətdən Şərq legionları Komandanlığının Qərargahına (alm. Kommando der Ostlegionen‎) tabe idi. Volqa-tatar legionu 7 gücləndirilmiş səhra batalyonundan (təxminən 40 min nəfər) ibarət idi.. == Təsviri == === İdeoloji əsaslandırma === Legionun formal ideoloji əsasını bolşevizmə və yəhudilərə qarşı mübarizə təşkil edirdi. Alman tərəfi isə qəsdən İdil-Ural dövlətinin bərpası haqqında şayiələr yayırdı. Legionerlərin ideoloji hazırlanmasında aparıcı rolu mühacirlər – İşğal olunmuş Şərq Əraziləri Nazirliyinin tabeliyində yaradılmış milli komitələrin üzvləri oynayırdılar.
İdil Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
ADSL
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. == İnkişaf tarixi == ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.
Adel
Adel (ing. Adele) (Əsl adı Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins)) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adil
Adil — kişi adı və təxəllüs.
Adolf
Adolf — kişi adı və təxəllüs. Adolf Hohenloh-İngelfingen - Prussiya zadəganı, hərbçi, siyasətçii. Adolf Andersen - alman şahmatçısı, Adolf Ledebur - alman metallurqu, Adolf Bastian - Alman etnoqrafı, səyyahı və filosofu, Adolf Disterverq -alman pedaqoqu, Adolf Eyxler - alman memarı, Adolf Qurviç - Alman riyaziyyatçısı, alim/ Adolf Pedan - Ukrayna rəssamı, rəssam-multiplikator. Adolf Hitler - 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf fon Bayer - Almaniyalı kimyaçı. Adolf Vindaus - Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Adolf Leo Oppenheym - ABŞ şərqşünası.
Adəl
Adel (ing. Adele) (Əsl adı Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins)) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. == Tarixi == Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. == Xidmətləri == Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.
Aizol
Aidjal, Aizaul və ya Aizol (hind आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir. Burada ənənəvi sənətkarlıq istehsalı (metal məmulatları, əl toxuculuğu, mebel), ağac və bambuk yığımı yaxşı inkişaf etmişdir.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Byol
Byol (fr. Biol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38044. Kommunanın 1999-cı il üçün əhalisi 1203 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 438 ilə 691 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.