Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır.
İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir.
İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı.
Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı.
Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər.