Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İliç
İliç — Ərzincanın 9 ilçəsindən biri. 2016-cı ilin məlumatına görə ilçədə 7.625 nəfər yaşayır.
Sanya İliç
Aleksandar "Sanya" İliç (serb. Aleksandar "Sanja" Ilić, Александар "Сања" Илић; 27 mart 1951, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR – 7 mart 2021, Belqrad) — Serbiya musiqiçisi və bəstəkarı. O, 1998-ci ildə Balkanika qrupunu yaratmışdır. İliç məhz Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İliç 27 mart 1951-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. Onun atası bəstəkar, qardaşı Draqan isə Generacija 5 qrupunda musiqiçi olaraq fəaliyyət göstərir. İliç serbiyalı aktrisa və model Zlata Petkoviç ilə ailə həyatı qurmuşdur. Petkoviç 2012-ci ildə dünyasını dəyişmişdir. Onların 1984-cü ildə anadan olan bir övladları var. İliç musiqi karyerasına hələ 12 yaşında ikən başlamışdır.
İliç buxtası
İliç buxtası — neft hasilatı məqsədilə Azərbaycan SSR-də yaradılmış ilk süni ada 1925-ci ildə yaradılmışdır.
İliç rayonu
Şərur rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonu Şərur rayonu adlandırılmışdır. Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda + 50 dərəcədən yuxarı qalxmır. Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir.
Yuri İliç
Yuri İliç Drujnikov (əsl adı Yuri İzrayileviç Alperoviç 17 aprel 1933, Moskva - 14 may 2008, Devis, Kaliforniya) — rus yazıçısı, ədəbiyyat tarixçisi, jurnalist, dissident. Yuri İliç ədəbi yaradıcılığa 1960-cı illərdə başlayıb. "Moskovski komsomolets" qəzetində elm şöbəsinin müdiri olub. 1987-ci ildə əvvəlcə Avstriyaya, sonra ABŞ -a mühacirət etdi. Yuri İliç mühacirətdən əvvəl əsasən uşaq yazıçısı kimi tanınırdı. 1989-cu ildən — Kaliforniya Universitetinin professoru, PEN klubunun "Sürgündə olan yazıçılar" bölməsinin sədri vəzifəsində çalışıb. 1993-cü ildə Amerikanın "Zamanın məhbusu" filmində yazıçı kimi çəkilib. Əsərləri on dörd dilə tərcümə edilmişdir. "Bir iynə ucunda mələklər" romanına görə (Moskva jurnalistləri haqqında, Praqa baharından sonra Moskva baharının yatırılması haqqında) Polşa Yazıçılar İttifaqının Dostoyevski mükafatına layiq görülüb. Yuri İzrayileviç Alperoviç adı ilə Sahədə maşınlar.
Alıc
Alıc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
İflic
İflic — mərkəzi sinir sistemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. Kənd Qarabağ silsiləsində yerləşir.
Leonid İliç Brejnev
Leonid İliç Brejnev (19 dekabr 1906 (1 yanvar 1907)[…], Kamianske, Yekaterinoslav quberniyası – 10 noyabr 1982[…], Zareçye[d], Moskva vilayəti) — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. Onun dövrü əsasən "Durğunluq" ("Zastoy") dövrü kimi səciyyələnir. == Həyatı == (19.12.1906 digər məlumatlara görə, 19.12.1907 — 10.11.1982 — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. 1960—1964 və 1977—1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri. Sovet İttifaqı Marşalı (1976) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (196660 illik yubileyinə görə, 1976, 1978, 1981). "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin mükafatının laureatı (1979). Onun adı ilə "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" kitabları çap edilmişdir. == Brejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri == === "Dunay" əməliyyatı === 1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu.
Pyotr İliç Çaykovski
Pyotr Çaykovski (tam adı: Pyotr İliç Çaykovski, rus. Пётр Ильич Чайкoвский; 25 aprel (7 may) 1840[…], Votkinsk, Vyatka quberniyası[d], Rusiya imperiyası – 25 oktyabr (6 noyabr) 1893[…], Malaya Morstaya küçəsi, 13[d], Sankt-Peterburq, Rusiya imperiyası) — Romantik dövrün rus bəstəkarı . O, musiqisi ilə beynəlxalq aləmdə qalıcı təəssürat yaradan ilk rus bəstəkarıdır. O, indiki klassik repertuarda ən populyar konsert və teatr musiqilərindən bəzilərini, o cümlədən Qu gölü və Şelkunçik baletlərini , 1812 Uvertürasını , İlk Piano Konsertini , bir neçə simfoniyanı və Yevgeni Onegin operasını yazdı . Musiqi baxımından erkən olsa da, Çaykovski dövlət qulluqçusu karyerası üçün təhsil almışdı. O dövrdə Rusiyada musiqi karyerası üçün imkanlar az idi və ictimai musiqi təhsili sistemi yox idi. Belə bir təhsil almaq imkanı yarandıqda, o , 1865-ci ildə bitirdiyi Sankt-Peterburq Konservatoriyasına daxil oldu . Orada aldığı rəsmi Qərb yönümlü təlim onu ​​rus bəstəkarlarının təcəssümü olan müasir millətçilik hərəkatının bəstəkarlarından fərqləndirdi . Çaykovskinin təlimi ona öyrəndiklərini uşaqlıqdan məruz qaldığı doğma musiqi təcrübələri ilə uzlaşdırmaq yoluna çıxardı. Bu baxımdan o, şəxsi, lakin şübhəsiz rus üslubu yaratdı.
Vladimir İliç Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
İliç Buxtası (1974)
Film Bibiheybət körfəzinin qurudulmasından və onun ərazisində neft mədəninin salınması işlərindən bəhs edir.
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. == Həyatı == 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib. Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Gökhan Kılıç
Hulusi Kılıç
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi) == Həyatı == === Ailəsi === Evlidir və iki övladı var. === Təhsili === Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür. Fransız və ingilis dillərini bilir. == Karyerası == Təhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Kristina Siliç
Kristina Siliç (15 may 1990-cı ildə anadan olub) — Belarusu təmsil edən qadın badmintonçu.
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qılıç Quliyev
Qılıç Məmmədoviç Quliyev (14 aprel 1913, aul I Gökçə, indiki Marı vilayəti, Türkmənistan — 1990) — sovet - türkmən dövlət xadimi, diplomat, yazıçı, tarixçi. Türkmənistan SSR-nin xalq yazıçısı (1984), səfir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Türkmənistan Pedoqoji İnstitutunu bitirmişdi (1948) və Sİ MK yanında ictimai elmlər akademiyasını tamamlamışdı (1952). 1943—1948 illər. — SSRİ-nin İrandakı Qorqan şəhərindəki konsulluğun əməkdaşı. 1953—1956 illər. — Türkmənistan SSR-nin mədəniyyət naziri. 1956—1957 illər. — SSRİ Nazirlər soveti yanında Türkmənistan SSR-nin nümayəndəsi.
Mert Kılıç
Mert Kılıç (24 aprel 1978, Mərzifon, Amasya ili) — türkiyəli aktyor. Kılıç modellikdən əvvəl Vanspor FK Edirnespor və Tekirdağspor da peşəkar futbol oynayıb. O 2002-ci ildə Ən Yaxşı Fotomodel seçilib.Aktyorluq təhsilini ABŞ-dəki Los Anceles Beverli Hills Aktyorluq Məktəbində alan Kılıç 1,91 metr boyundadır. "Şefkat Tepe" teleserialı ilə Samanyolu TV ekranlarına addım atan aktyor daha bir neçə serialda rol alıb. 2001–2002-ci illərdə azərbaycanlı müğənni Aygün Kazımova ilə təxminən bir il birlikdə olublar. 2002-ci ildə "Azərbaycanın ən yaxşı modeli 2002" müsabiqəsinin prezidenti vəzifəsində çalışan Aygün Kazımova müsabiqə bitdikdən sonra Mert Kılıçla yollarını ayırıb.
Muzaffer Kılıç
Ahmet Muzaffer Kılıç (1895, İstanbul - 14 iyul 1959) — türk əsgəri və siyasətçisidir. O, 1918-ci il avqustun 7-dən noyabırın 13-nə kimi 4 ay, ikinci dəfə 16 may 1919-cu il - 1 iyul 1927-ci il tarixləri arasında 8 il, ümumilikdə 8 il 4 ay olmaqla iki dəfə Mustafa Kamal Atatürkün müvəkkili kimi xidmət etmişdir. O, İstanbulun Silivrikapı məhəlləsində, Qafqaz əsilli Topqapı sarayı Nizamiyə Batalyonunun komandiri mayor Əli Rıza bəyin oğlu olaraq dünyaya gəlib. 1911-ci ildə Kuleli Hərbi Liseyinə daxil olmuş və həmin vaxt sonuncu kursda oxuyarkən 28 iyul 1914-cü ildə I Dünya Müharibəsi başlamışdır. 1914-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının da müharibəyə qaşılması ilə orduda yeni birliklər yaradıldığı üçün böyük sayda zabitə ehtiyac yaranıb. Artan zabit ehtiyacını ödəmək üçün daha əvvəl bağlanmış Pangaltıdakı Hərbi Akademiyada tələbələr üçün açılan qısamüddətli zabit hazırlığı kursuna qatılıb. Təxminən 10 aya yaxın davam edən təlimdən sonra 14 iyul 1915-ci ildə 1330 (1914)-N.35 qeydiyyat nömrəsi ilə 1-ci Ordu Komandanlığına zabit müavini (ikinci leytenant) rütbəsində təyin edilmiş və artilleriya alayında akkumulyator komandiri vəzifəsinə təyin edilmişdir. O, Artilleriya Məktəbində imtahan vermiş və zabit olmaq üçün kafi olduğu üçün məzun edildikdən sonra leytenant rütbəsinə qəbul olunmuşdur. Sərəncamında olan artilleriya batareyası ilə Mərmərə dənizindən İstanbul Sarayburnuya qədər irəliləyərək limandakı nəqliyyat gəmilərini bombalamaq istəyən düşmən sualtı qayıqlarının qarşısını almaq tapşırılmışdı. Qeydiyyat nömrəsinin ortasındakı “N” hərfi onun Kuleli Hərbi Liseyini zabit namizədi kimi bitirdiyini və hazırlıq kursunda iştirak etdiyini göstərir.
İlin vikimediaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
Aleksandr İmiç
Aleksandr Herbert İmiç (4 fevral 1903, Çenstoxova – 8 iyun 2014, Manhetten, Nyu-York, ABŞ) — Polşa və ABŞ kimyaçısı, parapsixoloqu, zooloqu, yazıçısı və Nyu-Yorkda yerləşən Anomaliyaların Tədqiqatı Mərkəzinin keçmiş prezidenti. İmiç 112 yaşlı italyan Arturo Likatanın vəfatından sonra — 24 aprel 2014-cü ildə, 111 yaşında ikən dünyada sağ qalmış ən qoca kişi olmuş və bu səbəbdən də adını Ginnesin Rekordlar Kitabına yazdıra bilmişdi. Bu hadisədən təxminən bir ay sonra İmiç dünyasını dəyişmişdir. Aleksandr İmiç həm də Sovet-Polşa müharibəsinin iştirakçılarından həyatda qalmış ən sonuncu şəxs idi. == Həyatı == Aleksandr İmiç 1903-cü ildə Polşanın Çenstoxova şəhərində yəhudi ailəsində dünyaya göz açıb. O, 15 yaşında olarkən bolşeviklərə qarşı mübarizə aparmaq məqsədilə sinif yoldaşları ilə birlikdə Polşa qüvvələrinə qoşulmuşdu. Deyilənə görə, onun böyük qardaşı avtomobil bölməsində təlimatçı vəzifəsində çalışıb. Ona görə də İmiç bolşevik qüvvələri geri çəkilənə və özü də məktəbə qayıdana qədər qardaşından Polşa ordusu üçün yük maşınlarını sürməyi öyrənmişdi. == Elmi fəaliyyəti == İmiç 1929-cu ildə Krakovda yerləşən Yagellon Universitetində zoologiya üzrə fəlsəfə doktoru dərəcəsi qazanmış, lakin bu sahədə akademik mövqe tapa bilmədiyi üçün kimya sahəsinə keçmişdi. O, 1920–1930-cu illərdə Polşa Psixi Tədqiqatlar Cəmiyyəti üçün bəzi araşdırmalar aparmış və 1932-ci ildə "Zeitschrift für Parapsychologie" adlı alman jurnalında hesabat dərc etdirmişdi.
Filiz Kılıç
Filiz Kılıç (30 iyun 1964, Nevşəhər ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub. 2021-ci ildən MHP sədrinin müavinidir.
Şerafettin Kılıç
Şərafəddin Kılıç (1959, Aydın ili) — auditor, mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şərafəddin Kılıç 1959-cu ildə Aydın ilində anadan olub. Egey Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Uzun illər müstəqil auditor və mühasib olaraq çalıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Konağ ilçə şöbəsinin sədri, Fəzilət Partiyasında isə İzmir il şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının qurucu İdarə Heyətinin üzvü olub. Bir müddət Səadət Partiyasında İzmir il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.