1. İnsanın, həmçinin onurğalı heyvanların sümüyü içərisində olan yağaoxşar yumşaq maddə.
[Rizvanın] iliklərində buz kimi bir uçunma gəzməyə başladı.
2. məc. Təşbehlərdə: ağ, zərif, lətif.
…Leylək də arıq dəvə kimi diz çökdü, üzüyü Zərintac xanımın ağ ilik barmaqlarının birinə keçirdi.
Nazik əllərində ilik kimi ağ barmaqları görünürdü.
◊ İliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək) – çox dərin təsir etmək, nüfuz etmək.
Soyuq hava adamın iliyinə işləyirdi.
Şaxta [qadının] iliklərinə işləyir.
Gah narın, iliklərə işləyən bir çiskin saatlarla davam edir.
İliyinə-sümüyünə qədər işləmək (keçmək) – bax iliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək).