İLIQ

sif.
1. Azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim. İlıq su.
– Bayırda ilıq bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn.
İlıq günəş lopa-lopa buludların arasından üzünü göstərib, havanı qızdırmağa, yeri qurutmağa başlamışdı. Ə.Əbülhəsən.
Günəşin ilk ilıq şüaları sularda oynaşırdı. S.Vəliyev.

2. Tamam bişməmiş, bərk bişməmiş, yarımmaye halında bişmiş. İlıq yumurta.
3. məc. şair. Hərarətli, oxşayıcı, nəvazişli, mehriban, xoş.
Bu kəlmələrdə xalqın ilıq nəfəsi vardır; Qalib yeni dünyanın ölməyən səsi vardır. R.Rza.
Bu zərbələrdən duyduğu ağrılar da … [Buğaca] anasının ilıq ipək busələri kimi dadlı gələrdi. M.Rzaquluzadə.
[Bəyim xalanın] ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov.

Синонимы

  • İLIQ 1. İLIQ [Şəbnəm bəyim] Nənəqızın tökdüyü ilıq su ilə əl-üzünü yumağa başladı (Ə.Cəfərzadə); LİLVAN Gözün içinə “çırtıq” çıxanda yağı dağ edib lilvan (
  • İLIQ hərarətli — nəvazişli — mehriban — xoş
  • İLIQ isti

Антонимы

  • İLIQ İLIQ – SOYUQ Günəşin ilk ilıq şüaları sularda oynaşırdı (S.Vəliyev); Bu nadir möcüzə, hiss edir soyuğu, istini (R

Этимология

  • İLIQ Qədim kök il sözü olub, ondan ilı feili, sonra ilı-q, ilı-t sözləri yaranıb. İsti, ildırım, alov sözləri ilə qohumdur
İLXIÇILIQ
İLIQLANMA
OBASTAN VİKİ
İlıq Dənizdə Buz Parçası (1983)
== Məzmun == Bu psixoloji dram təqaüdə çıxmış qocaman neftçi (Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir. == Film haqqında == Film yazıçı Cəmil Əlibəyovun "Qış macərası" povestinin motivləri əsasında yaradılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəmil Əlibəyov Ssenari müəllifi: Pavel Finn Quruluşçu rejissor: Yuli Qusman Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Xəyyam Mirzəzadə Geyim rəssamı: Abdulla Azəroğlu Səs operatoru: Tatyana Kərimova === Rollarda === Rasim Balayev — Məmməd Həsənağa Turabov — təqaüdçü Həsən Məmmədov — direktor Tanilə Əhmərova — gəlin Vəliəhd Vəliyev — Muradov Sədayə Mustafayeva — təqaüdçünün arvadı Kazım Abdullayev — sürücü == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
İlıq dənizdə buz parçası (film, 1983)

İlıqsu (bulaq)
İlıqsu — Azərbaycan Respublikasının Laçın rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Ümumi məlumat == İlıqsu — Azərbaycan Respublikasının Laçın rayonunun ərazisində, dəniz səviyyəsindən1600 metr hündürlükdə Minkənd və Əhmədli kəndlərinin ərazilərində yerləşir. Bu bulaqlar hidrokarbonat-xlorid-natriy-maqniy-kalsiy xassəli olub ilıq 280J Narzandır. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır. Qeyd edək ki, Laçın rayonunun , xüsusilə də Minkənd və Əhmədli kəndlərinin ərazilərində onlarla Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. İlıqsu hidronimi bəzi mənbələrdə "İlxısu", "İstisu" variantlarda işlənmişdir. Hətta keçən əsrin sonlarında ətraf rayonlardan bura dincəlmək üçün minlərlə insan gələrdi. == Həmçinin bax == Aşağı İstisu bulağı Yuxarı İstisu bulağı == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.257.

Значение слова в других словарях

верста́льщик дли́нненький математиза́ция обрива́ть организова́ться по́ходя разбо́лтанность со́гнутый шерохова́тости эклампти́ческий нестроево́й осе́нний спермаце́товый уплощи́ться ушиби́ть appealable counterjumper fore- knee-slapper night soil sice Union Jack друг законопачивать худо-бедно