Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası == Ana himayəçisi == Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Şmidt
Şmidt — Almaniya soyadı. Alfred Şmidt (1898–1972) — Estoniyalı ağır atlet Brayan Şmidt (1967) — ABŞ-nin astronomiya və astrofizika sahəsində tədqiqatları ilə tanınan alim.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
IMDb
Internet Movie Database (IMDb, Azərbaycan dilinə tərcümədə azərb. İnternetdə filmlərin məlumat bazası‎) — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
MIDI
MIDI (Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər. Sintezator avadanlıqlarının əsas istehsalçıları tərəfindən MIDI standartından istifadə olunması musiqi sahəsində kompüterlərin böyük uğurunu təmin edib.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. == Tarixi == 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Omid
Ümid (fars. امید‎‎) — "Ümid" mənasına gələn İranın kosmosa çıxardığı ikinci peykidir və bu peyk İranın ilk müstəqil süni peykidir.
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
İmir
İmir (Sarvan)
İŞİD
İraq Şam İslam Dövləti (özünüadlandırma: İslam Dövləti) — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini elan etmişdir. 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heçbir dövlət tərəfindən tanınmamışdır == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Alfred Şmidt
Alfred Şmidt (1 may 1898 – 5 noyabr 1972, Tallin) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1920-ci ildə Antverpen şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. == Həyatı == Alfred Şmidt 1 may 1898-ci ildə Estoniyanın Hageri şəhərində anadan olmuşdur. == Karyerası == Alfred Şmidt 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Şmidt 1-ci cəhd də 55 kq., 2-ci cəhd də 65 kq. və sonuncu üçüncü cəhd də 90 kq. ram etdi və V Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Alfred Şmidt 5 noyabr 1972-ci ildə 74 yaşında Tallin şəhərində dünyasına dəyişdi.
Brayan Şmidt
Brayan Şmidt — Stromlo Rəsədxanası və Tədqiqat Məktəbində professor və Astronomiya və Astrofizika üzrə tədqiqatları ilə tanınan alim. 2011-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Həyat yolu == 24 Fevral 1967-ci ildə balıqçılıqla məşğul olan bir ailənin yeganə uşağı olaraq dünyaya gəldi. 13 yaşındaykən ailəsi Alyaskaya köçdü. Beş yaşından bəri meteoroloq olmağı dilə gətirmiş, 1993-cü ildə doktorluq dissertasiyasını bitirmiş, sonra isə Robert Kirşnerin Harvard Universitetində idarə etdiyi və II. Tip Supernova'dan 1992-ci ildə istifadə etmişdir. == Töhvələri == Şmidt 1995-ci ildə Stromlo rəsədxanasını keçmədən öncə Astrofizika Harvard Smitsonian mərkəzində 1993-1994-cü illərdə təhsil almağa davam etdi. Kainatın genişlənmə sürəti artıq I.Tip Supernova izləmə yolu ilə elmi araşdırmalar ortaya atdı. 1998-ci ildə Adam Riess ilə işləməyə başladı. Onlar birlikdə kainatın genişlənmə sürətinin getdikcə artdığını kəşf etdilər.
Cunko İşida
Cunko İşida (11 mart 1966, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Daniel Şmidt
Daniel Schmidt (3 fevral 1992, Sprinqfild) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Erik Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton[…]) — ABŞ-nin proqram mühəndisi, "Google" şirkətinin baş icraçı direktoru == Həyatı == Erik Emerson Şmidt 27 aprel 1955-ci ildə Falls Church, Virginiada (Amerika Birləşmiş Ştatları) anadan olmuşdur. == Fəaliyyəti == "Google" şirkətinin baş icraçı direktoru və direktorlar şurasının sədri Erik Emerson Şmidt Şmidt ABŞ prezidenti yanında Elm və Texnologiya üzrə şuranın, Milli Mühəndis İnstitutunun, ABŞ-nin Sənət və Elm Akademiyasının üzvüdür. "New America Foundation" qeyri-kommersiya fonduna rəhbərlik edən Şmidtin sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 2010-cu ildə 6,3 milyard ABŞ dolları təşkil edirdi və o, dünyanın ən varlı şəxslərinin siyahısında 117-ci yeri tuturdu. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Helmut Şmidt
Helmut Şmidt (alm. Helmut Schmidt‎; 23 dekabr 1918[…], Hamburq – 10 noyabr 2015[…], Hamburq) - alman dövlət xadimi. 1974-1982-ci illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur.
Jan Şmidt
Jan Şmidt (ing: Jeannette Marie Hoffman Schmidt, 29 noyabr, 1951) — ABŞ Konqresinin üzvü. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm". J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Vilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi nüfuzlu elm adamları vardır. J. Şmidtin bu mövqeyinə görə D. Qriqoryan adlı bir erməni millətçisi onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsi olduğu iddiasını irəli sürüb. J. Şmidt D. Qriqoryanı məhkəməyə verərək bunun belə olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək ona böhtan atanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.
Kristian Şmidt
Kristian Şmidt (alm. Hans Christian Friedrich Schmidt‎; 26 avqust 1957, Oberntsenn[d], Bavariya) — Xristian Sosial Birliyindən olan alman siyasətçi, 1 avqust 2021-ci ildə etibarən Bosniya və Herseqovina üzrə yüksək nümayəndə. Şmidt 2014-cü ildən 2018-ci ilədək Qida və Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışdı. 2005–2013-cü illərdə Almaniya Federal Müdafiə Nazirliyində Parlament katibi, 2013-cü ilin dekabrından 2014-cü ilin fevral ayına qədər Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində Parlamentin dövlət katibi olub. Eyni zamanda Fürtdən millət vəkili kimi də çalışıb. == Həyatı == Şmidt Bad-Vindshaymda Georq Vilhelm Steller Gimnaziyasına yazıldı və 1976-cı ildə abiturunu tamamladı. Daha sonra Qərbi Almaniya Ordusunun dağ diviziyasında məcburi hərbi xidmətə başladı. 1977-ci ildə Erlangen və Lozannada hüquq təhsilinə başladı. Şmidt 1982 və 1985-ci illərdə dövlət imtahanlarını müvəffəqiyyətlə tamamlayaraq hüquq təhsilini bitirdi. 1985-ci ildə vəkilliyə qəbul edildi və 2005-ci ilin noyabrında Parlamentin dövlət katibi vəzifəsini alanadək hüquq sahəsində çalışdı.
Otto Şmidt
Otto Şmidt (rus. Отто Юльевич Шмидт; 18 (30) sentyabr 1891, Mogilyov – 7 sentyabr 1956[…], Moskva) — sovet riyaziyyatçısı, coğrafiyaçısı, geofiziki, astronomu, kitab nəşrinin və təhsil islahatlarının təşkilatçısı. Pamir kəşfiyyatçısı (1928), Şimal kəşfiyyatçısı. Professor (1924) SSRİ Elmlər Akademiyasının akademiki (01.06.1935, 02.01.1933-cü ildən müxbir üzvü), Ukrayna SSR Elmlər Akademiyasının (27.05.1934), Sovet İttifaqı Qəhrəmanı (1937). == Həyatı == Otto Yulieviç Şmidt 1891-ci ilin payızında Rusiya İmperiyasında anadan olub. 1964-cü ildə alim haqqında çəkilən bioqrafik filmdə elmə böyük töhfələr verən Mogilyov şəhərinin doğmasının Latviya kəndlilərindən gəldiyi iddia edilirdi. Şmidtin ata tərəfdən əcdadları almanlardır. 1897-ci ildə Mogilyov qəzetində 6 yaşlı Otto Şmidt haqqında məqalə çıxdı - uşaq doğma şəhərinin çayı üzərində üzdü. 8 yaşında oğlan su təchizatı problemini həll etmək üçün Sahara səhrasının "direktoru" olmaq arzusunda idi. Kiyev gimnaziyasında oxuyarkən Otto bir dəfə evdə verilən teoremin isbatını öyrənməmiş və dərsə cavab verərkən tələb olunan postulatı öz metodu ilə sübut etmişdir.
Pyotr Şmidt
Pyotr Pyotroviç Şmidt (latış. Pēteris Šmits‎; 1869 - 5 iyun 1938) — şərqşünas, etnoqraf. == Həyatı == Pyotr Şmidt 1869-cu ildə anadan olmuşdur. 1891-1892-ci illərdə Moskvada rus dilini öyrənmiş, 1892-1896-cı illərdə Sankt-Peterburqda Şərqi Asiya dilləri üzərində çalışmışdır. 1895-ci ildə A. Belçenko ilə birlikdə «Sud'ba Minskoj dinastii na juge Kitaja» adb əsər yazmışdır. 1896-cı ildə bilgilərini artırmaq məqsədilə Pekinə göndərilmişdir. 1899-cu ildə Vladivostokda yenı qurulan Şərq İnstitutunda sinoloq olaraq çalışmağa başlayan Şmidt, 1902-ci ildə «Opyt mandarinsko; grammatiki» adlı əsərini nəşr etdirmişdir. Kitab ikinci dəfə 1915-ci ildə nəşr olunmuşdur. 1919 - 1920-ci illərdə Vladivostokda Uzaq Şərq Dövlət Universitetində dekan vəzifəsində çalışdıqdan sonra, 1920-ci ildə Riqa Latviya Universitetində professor vəzifəsinə təyin edilmişdir. 1923-1924 və 1924-1925-ci illərdə Latviya Universitetinin fəlsəfə-filologiya fakültəsində dekan vəzifəsində çalışmışdır.
Rəhim Şmidt
Rəhim Şmidt (alm. Rahim Schmidt‎; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı) ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat. == Təhsil və elm == Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur. "İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur. Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur.
Vilhelm Şmidt
Vilhеlm Şmidt (Tam adı: alm. Wilhelm Schmidt‎; 16 fevral 1868[…] – 10 fevral 1954[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — Alman etnoqrafı. == Həyatı == Аvstrаliyаdа diffuziоnizmin kаtоlik kilsəsinin аtаsı (pаtеri) Vilhеlm Şmidtin (1868-1954) bаşçılıq еtdiyi "Mədənitаriхi məktəb" və yа "Vyаnа məktəbi" cərəyаnı mövcud idi. Şmidtin nəzəriyyəsinin üç bаşlıcа mənbəyi vаr idi: Qrеbnеrin "mədəni dаirələr sхеmi"; Kоllmаnın "piqmеy" nəzəriyyəsi; Еndriyu lеnqin аllаh-аtаyа əzəli еtiqаd kоnsеpsiyаsı.Şmidtin məqsədi еtnоlоgiyа еlmini kilsə еhkаmlаrınа yönəltməkdən ibаrət idi. О, Еndriyu Lеnqin "Dinin yаrаdılmаsı hаqdа" əsərini din hаqdа еlmdə çеvriliş hеsаb еtmiş, bu kitаblаrdаn istifаdə еdərək, еlmi fаktlаrın köməyi ilə "ilаhi kəşflər" bаrədə kilsə еhkаmlаrının və "İncil" ənənələrinin dоğruluğunu sübut еtməyə çаlışmış, bütün əməyini və biliyini "ibtidаi mоnоtеizm" nəzəriyyəsinin yаrаdılmаsınа sərf еtmişdir. Şmidt əsаs idеyаlаrını 12 cilddən ibаrət "Аllаh idеyаsının təşəkkülü", "Piqmеylər hаqqındа" (1910) və "Bəşəriyyətin ilk pilləsində mülkiyyət" əsərlərində insаnlаrın yаrаndığı dövrdən bаşlаyаrаq хüsusi mülkiyyətə sаhib оlmаlаrını əsаslаndırır.О, Vyаnа məkstəbi nümаyəndələrinin İtаliyа və Аvstrаliyа kаtоlik dаirələrinin bахışlаrını əks еtdirirdi. V.Şmidt və оnun dаvаmçılаrı V.Kоppеrs, M.Quzе- indе, P.Şеbеstiаn ibtidаi icmа dövründə хüsusi mülkiyyətin, pаtriаrхаl аilənin, mоnоtеizmin оlduğunu iddiа еdirdilər. Оnlаr dövrü mədəniyyəti 7 əsаs mədəni dаirənin "qаrışmаsı" məhsulu kimi səciyyələndirir, bu sаhədə Аfrikа piqmеylərinə mürаciət еdirdilər. V.Şmidt Pаpа ХII Piy pаtеr tərəfindən Vаtikаndаkı Lаtеrаn еtnоqrаfiyа muzеyinə dirеktоr təyin еdilmişdi. Duffiziоnizm АBŞ-dа о qədər də əhəmiyyətli istiqаmət dеyildi.
Yulian Şmidt
Yulian Şmidt (10 dekabr 1994) — Almaniyalı peşəkar kişi BMX velosipedçisi. Yulian Şmidt Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yulian Şmidt 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.461 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu.
İqidi (səhra)
İqidi (ing. Erg Igidi) — Saxaranın qərbində yerləşən qumlu səhra. İnzibati cəhətdən Əlcəzair və Mavritaniya ərazilərinə daxildir. Düzənlikdə qum təpəliləkləri 540 m hündürlüyə, və 400 km uzunluğa malikdir. Bitki örtüyü əsasən efemerli, kol və ot bitkilərindən ibarətdir. Səhraya xas xarmatan küləkləri əsir. Qrunt suları şimal-şərq hissədə səthə daha yaxındır. Yay ayları otlaq kimi istifadə edilir.