Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Şmidt
Şmidt — Almaniya soyadı. Alfred Şmidt (1898–1972) — Estoniyalı ağır atlet Brayan Şmidt (1967) — ABŞ-nin astronomiya və astrofizika sahəsində tədqiqatları ilə tanınan alim.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
IMDb
Internet Movie Database (azərb. İnternetdə filmlərin məlumat bazası‎), IMDb, — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
MIDI
MIDI (ing. Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Omid
Ümid (fars. امید‎‎) — "Ümid" mənasına gələn İranın kosmosa çıxardığı ikinci peykidir və bu peyk İranın ilk müstəqil süni peykidir.
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
İmir
İmir (Sarvan)
İŞİD
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Alfred Şmidt
Alfred Şmidt (1 may 1898 – 5 noyabr 1972, Tallin) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1920-ci ildə Antverpen şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. == Həyatı == Alfred Şmidt 1 may 1898-ci ildə Estoniyanın Hageri şəhərində anadan olmuşdur. == Karyerası == Alfred Şmidt 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Şmidt 1-ci cəhd də 55 kq., 2-ci cəhd də 65 kq. və sonuncu üçüncü cəhd də 90 kq. ram etdi və V Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Alfred Şmidt 5 noyabr 1972-ci ildə 74 yaşında Tallin şəhərində dünyasına dəyişdi.
Erik Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton, ABŞ[…]) — amerikalı iş adamı və 2001-2011-ci illərdə Google-un baş direktoru və 2011-2015-ci illərdə şirkətin icraçı sədri vəzifələrində çalışmış keçmiş proqram mühəndisi. O, həmçinin 2015-2017-ci illərdə Alphabet-in icraçı sədri və 2017-2020-ci illərdə Alphabet-də texniki məsləhətçi vəzifələrində çalışıb. 2022-ci ilin aprel ayında Bloomberg Milyarderlər İndeksi onun xalis sərvətini 25,1 milyard ABŞ dolları olaraq qiymətləndirdi. Bell Labs-da təcrübə keçən Şmidt 1975-ci ildə Unix kompüter əməliyyat sistemi üçün leksik analizatorlar yaradan proqram təminatı olan Lex-in müəlliflərindən biri idi. 1997-2001-ci illərdə Novell şirkətinin baş icraçı direktoru olub. Şmidt, Karnegi Mellon Universiteti, Apple, Prinston Universiteti və Meyo Klinikasının qəyyumlar şuraları da daxil olmaqla, akademik və sənayedə müxtəlif şuralarda çalışıb. O, həmçinin Milli Futbol Liqasındakı Vaşinqton Kommanders klubunda kiçik paya sahibdir. 2008-ci ildə, Google-un sədri olduğu müddətdə Şmidt Barak Obama seçki kampaniyasında iştirak etdi və daha sonra Erik Lender ilə birlikdə Obamanın Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasının üzvü oldu. Lender daha sonra Co Baydenin elmi müşaviri oldu.
Helmut Şmidt
Helmut Şmidt (alm. Helmut Schmidt‎; 23 dekabr 1918[…], Hamburq – 10 noyabr 2015[…], Hamburq) - alman dövlət xadimi. 1974-1982-ci illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur.
Jan Şmidt
Jan Şmidt (ing: Jeannette Marie Hoffman Schmidt, 29 noyabr, 1951) — ABŞ Konqresinin üzvü. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm". J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Vilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi nüfuzlu elm adamları vardır. J. Şmidtin bu mövqeyinə görə D. Qriqoryan adlı bir erməni millətçisi onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsi olduğu iddiasını irəli sürüb. J. Şmidt D. Qriqoryanı məhkəməyə verərək bunun belə olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək ona böhtan atanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.
Kristian Şmidt
Kristian Şmidt (alm. Hans Christian Friedrich Schmidt‎; 26 avqust 1957, Oberntsenn[d], Bavariya) — Xristian Sosial Birliyindən olan alman siyasətçi, 1 avqust 2021-ci ildə etibarən Bosniya və Herseqovina üzrə yüksək nümayəndə. Şmidt 2014-cü ildən 2018-ci ilədək Qida və Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışdı. 2005–2013-cü illərdə Almaniya Federal Müdafiə Nazirliyində Parlament katibi, 2013-cü ilin dekabrından 2014-cü ilin fevral ayına qədər Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində Parlamentin dövlət katibi olub. Eyni zamanda Fürtdən millət vəkili kimi də çalışıb. == Həyatı == Şmidt Bad-Vindshaymda Georq Vilhelm Steller Gimnaziyasına yazıldı və 1976-cı ildə abiturunu tamamladı. Daha sonra Qərbi Almaniya Ordusunun dağ diviziyasında məcburi hərbi xidmətə başladı. 1977-ci ildə Erlangen və Lozannada hüquq təhsilinə başladı. Şmidt 1982 və 1985-ci illərdə dövlət imtahanlarını müvəffəqiyyətlə tamamlayaraq hüquq təhsilini bitirdi. 1985-ci ildə vəkilliyə qəbul edildi və 2005-ci ilin noyabrında Parlamentin dövlət katibi vəzifəsini alanadək hüquq sahəsində çalışdı.
Otto Şmidt
Otto Şmidt (rus. Отто Юльевич Шмидт; 18 (30) sentyabr 1891 və ya 30 sentyabr 1891, Mogilyov – 7 sentyabr 1956[…], Moskva) — sovet riyaziyyatçısı, coğrafiyaçısı, geofiziki, astronomu, kitab nəşrinin və təhsil islahatlarının təşkilatçısı. Pamir kəşfiyyatçısı (1928), Şimal kəşfiyyatçısı. Professor (1924) SSRİ Elmlər Akademiyasının akademiki (01.06.1935, 02.01.1933-cü ildən müxbir üzvü), Ukrayna SSR Elmlər Akademiyasının (27.05.1934), Sovet İttifaqı Qəhrəmanı (1937). Otto Yulieviç Şmidt 1891-ci ilin payızında Rusiya İmperiyasında anadan olub. 1964-cü ildə alim haqqında çəkilən bioqrafik filmdə elmə böyük töhfələr verən Mogilyov şəhərinin doğmasının Latviya kəndlilərindən gəldiyi iddia edilirdi. Şmidtin ata tərəfdən əcdadları almanlardır. 1897-ci ildə Mogilyov qəzetində 6 yaşlı Otto Şmidt haqqında məqalə çıxdı - uşaq doğma şəhərinin çayı üzərində üzdü. 8 yaşında oğlan su təchizatı problemini həll etmək üçün Sahara səhrasının "direktoru" olmaq arzusunda idi. Kiyev gimnaziyasında oxuyarkən Otto bir dəfə evdə verilən teoremin isbatını öyrənməmiş və dərsə cavab verərkən tələb olunan postulatı öz metodu ilə sübut etmişdir.
Pyotr Şmidt
Pyotr Pyotroviç Şmidt (latış. Pēteris Šmits‎; 1869–5 iyun 1938) — şərqşünas, etnoqraf. Pyotr Şmidt 1869-cu ildə anadan olmuşdur. 1891–1892-ci illərdə Moskvada rus dilini öyrənmiş, 1892–1896-cı illərdə Sankt-Peterburqda Şərqi Asiya dilləri üzərində çalışmışdır. 1895-ci ildə A. Belçenko ilə birlikdə "Sud'ba Minskoj dinastii na juge Kitaja" adb əsər yazmışdır. 1896-cı ildə bilgilərini artırmaq məqsədilə Pekinə göndərilmişdir. 1899-cu ildə Vladivostokda yenı qurulan Şərq İnstitutunda sinoloq olaraq çalışmağa başlayan Şmidt, 1902-ci ildə "Opyt mandarinsko; grammatiki" adlı əsərini nəşr etdirmişdir. Kitab ikinci dəfə 1915-ci ildə nəşr olunmuşdur. 1919–1920-ci illərdə Vladivostokda Uzaq Şərq Dövlət Universitetində dekan vəzifəsində çalışdıqdan sonra, 1920-ci ildə Riqa Latviya Universitetində professor vəzifəsinə təyin edilmişdir. 1923–1924 və 1924–1925-ci illərdə Latviya Universitetinin fəlsəfə-filologiya fakültəsində dekan vəzifəsində çalışmışdır.
Rəhim Şmidt
Rəhim Şmidt (alm. Rahim Schmidt‎; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı) ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat. Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur. "İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur. Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur.
Vilhelm Şmidt
Vilhelm Şmidt (Tam adı: alm. Wilhelm Schmidt‎; 16 fevral 1868[…] – 10 fevral 1954[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — Alman etnoqrafı. Avstraliyada diffuzionizmin katolik kilsəsinin atası (pateri) Vilhelm Şmidtin (1868–1954) başçılıq etdiyi "Mədənitarixi məktəb" və ya "Vyana məktəbi" cərəyanı mövcud idi. Şmidtin nəzəriyyəsinin üç başlıca mənbəyi var idi: Qrebnerin "mədəni dairələr sxemi"; Kollmanın "piqmey" nəzəriyyəsi; Endriyu lenqin allah-ataya əzəli etiqad konsepsiyası. Şmidtin məqsədi etnologiya elmini kilsə ehkamlarına yönəltməkdən ibarət idi. О, Endriyu Lenqin "Dinin yaradılması haqda" əsərini din haqda elmdə çevriliş hesab etmiş, bu kitablardan istifadə edərək, elmi faktların köməyi ilə "ilahi kəşflər" barədə kilsə ehkamlarının və "İncil" ənənələrinin doğruluğunu sübut etməyə çalışmış, bütün əməyini və biliyini "ibtidai monoteizm" nəzəriyyəsinin yaradılmasına sərf etmişdir. Şmidt əsas ideyalarını 12 cilddən ibarət "Allah ideyasının təşəkkülü", "Piqmeylər haqqında" (1910) və "Bəşəriyyətin ilk pilləsində mülkiyyət" əsərlərində insanların yarandığı dövrdən başlayaraq xüsusi mülkiyyətə sahib olmalarını əsaslandırır. О, Vyana məkstəbi nümayəndələrinin İtaliya və Avstraliya katolik dairələrinin baxışlarını əks etdirirdi. V. Şmidt və onun davamçıları V. Koppers, M. Quze- inde, P. Şebestian ibtidai icma dövründə xüsusi mülkiyyətin, patriarxal ailənin, monoteizmin olduğunu iddia edirdilər. Onlar dövrü mədəniyyəti 7 əsas mədəni dairənin "qarışması" məhsulu kimi səciyyələndirir, bu sahədə Afrika piqmeylərinə müraciət edirdilər.
Şmidt adası
Şmidt adası — ada Şimal Torpağının qərtbində, Kara dənizi akvatoriyasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Ada arxipelaqın şimal-qərbində, Komsomoles adasınan 31 km aralıda yerləşir. Arxipelaqın materikdən ən uzaqda yerləşən adasıdır. Yaxınlığında kiçik adalar belə yoxdur. Ada ovalvari formmaya malikdir. Bircə şimal hissəsində Zemlyannıy burnu yerləşir. Qərbdən şərqə 28,7 km, çimaldan cənubda isə 17,7 km məsafədə uzanır. Sahəsi 420 km²dir. demək olar kmi, ərazisinin böyük hissəsini eyni adlı buzlaq örtür.
Şmidt araliyası
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Şmidt burnu
Şmidt burnu (Yapon dənizi)
İmeda Kaxiani
İmeda Kaxiani (12 may 1937, Tbilisi) — Gürcüstanın Xalq artisti.
Amida (Mesopotamiya)
Amida (yun. Ἄμιδα, süry. ܐܡܝܕ, kürd. Amed) — Mesopotamiyada, hazırda Türkiyənin Diyarbəkir şəhərinin yerləşdiyi yerdə yerləşən qədim şəhər. Şəhər Dəclə çayının sağ sahilində yerləşirdi. Divarları uca və əhəmiyyətli idi, köhnə tikililərin təkrar emal edilmiş daşlarından tikilmişdir. == Adı == "Amida" adının mənşəyi naməlumdur. Buna baxmayaraq, güman edilir ki, bu ad daha qədim aysorca "Amedi" adından gəlir. Ərəbcə "Amid" adından da istifadə edilir. Şəhər kürdcə "Amed" və süryanicə "ܐܡܝܕ" (Amid) adlanır.