Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnsanlar
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
İnşaat
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Bədbəxt insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Reptilian insanlar
Sürünən humanoidlər və ya antropomorfik sürünənlər folklor, bədii ədəbiyyat və sui-qəsd nəzəriyyələrində görünür. Bir çox mədəniyyətdə bir hissəsi insan və bir hissəsi sürünən olan canlılar haqqında əfsanələr vardır. Sürünən humanoidinin insan formasında ilk tarixi təsvirlərindən biri başı timsah başı formasında olan Qədim Misir tanrısı Sobek idi. Təcavüzkarlıq və heyvansevərlik kimi oxşar xüsusiyyətlərlə təsvir edilmişdir. Cənubi Asiya və Cənub-Şərqi Asiya mifologiyasında mövcud olan Naqalar yarı insan və yarı ilan olan yarı ilahi məxluqlardırlar. İnsani sürünən kriptidlərin görünməsi bataqlıqların çox olduğu Amerika Birləşmiş Ştatlarının cənub hissəsində çoxdur. 1980-ci illərin sonunda Cənubi Karolina əyalətinin Bishopville şəhərində yüzlərlə "Kərtənkələ adamı" görülmüşdür.
Yoxsul insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
İnsanın anatomiyası
İnsan anatomiyası müasir insanın zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir ( "morfo" - forma, "logos" - elm).
İnsanın dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan. İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir.
İnsanın ekologiyası
Ekologiya - insanın aləmdə tutuduğu yeri, rolu və fəaliyyəti haqında elmdir. İnsan və ətraf aləmin qarşılıqlı təsirinin qanunauyğun dərk edilməsinə istiqamətlənən elmdir. Bu qarşılıqlı əlaqələrin və fəaliyyətin dərk edilməsi və öyrənilməsi, insanın yaşayış mühitinin yaxşılaşdırılmasına, cəmiyyətdə baş verən proseslərin optimal və səmərəli olmasına kpmək etməlidir. Müasir mərhələdə insan ekologiyasının elmi müddəaları aşağıdakılardan ibarətdir: İnsan və bəşəriyyət əks reaksiya doğuran ətraf mühitin təsiredici amilləri altında olur. Ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri həm müsbət, həm mənfi ola bilər. Xarici mühit amillərinin insan sağlamlığına, onun psixoloji halına, soial vəziyyətinə, demoqrafik göstəricilərə və s. təsirinin nəticəsi birbaşa və ya çox illərdən sonra özünü göstərə bilər. Xarici mühit amillərindən müdafiə, sivilizasiya zirehinin, süni yaşayış mühitinin yaradılması mütləq digər neqativ amillərin yaranmasına gətirib çıxarır. Texniki tərəqqi, insanları təbiətin neqativ təsirindən müdafiə edərək, eyni zamanda insana təsir göstərən neqativ amillərin sayının artmasına səbəb olur. Dəyişkən xarici mühit şəraitində insanın yaşamsı üçün, bu şəraitə adaptasiya olmaq lazımdır.
İnsanın kəlləsi
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
İnsanın təkamülü
İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur. İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur.
İnsanın inkişafı
İnsanın inkişafı — insan orqanizminin inkişafı və yetkinləşməsi prosesində onun strukturunda (morfologiyasında) və fəaliyyətində baş verən dəyişikliklər. Digər orqanizmlərdə olduğu kimi, bura embrion (döl) inkişafı - mayalanmadan doğuşa qədər və post-embrional inkişaf daxildir . Bəzən insan inkişafı çərçivəsində yalnız postembrional inkişaf nəzərdə tutulur . İnsanın inkişafı qeyri-bərabər şəkildə baş verir, o, tədricən kəmiyyət dəyişikliklərinin və keyfiyyət sıçrayışlarının uzun dövrlərini əhatə edir. İnkişaf prosesində morfoloji və funksional dəyişikliklər bir-birinə bağlıdır: yeni funksiyaların formalaşmasının əsasında müxtəlif orqanların strukturunda yaranan ağırlaşmalar dayanır. Fərqli bədən sistemləri eyni vaxtda olmayan və fərqli sürətlə inkişaf edir (heteroxroniya). Tibbi baxımdan yaş dövrləşdirilməsi orqanizmin yaşa uyğun anatomik və fizioloji xüsusiyyətlərinə əsaslanır. Uşaqlığın dövrləşdirilməsi üçün uşağa qulluq və tərbiyənin xüsusiyyətləri ilə əlaqəli ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsi nəzərə alınır. Aşağıdakı şərti bioloji yaş dövrləri ayırd edilir : Çağalıq dövrü (neonatal dövr) — ilk 4 həftə Südəmərlik dövrü: 4 həftədən 1 yaşa qədər. Bu zaman uşağın bədəni aktiv şəkildə inkişaf edir, ölçüsü 1,5-2 dəfə artır və eyni zamanda bədən çəkisi də artır.
İnsanın seksuallığı
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu. Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir . İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir: bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu; gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi; gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış; seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya); cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi . Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir.
İnsanın cinsəlliyi
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu. Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir . İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir: bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu; gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi; gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış; seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya); cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi . Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir.
İnsanın dili
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
İnsanın təbiəti
İnsan təbiəti — fəlsəfi anlayış olub, insanın onu fərqləndirən və varlığın bütün digər forma və növlərinə salınmayan, bu və ya digər dərəcədə bütün insanlara xas olan əsas xüsusiyyətlərini ifadə edir . Fəlsəfə, antropologiya, psixologiya, sosiobiologiya və teologiya müxtəlif ümumiləşdirmə səviyyələrində insanın təbiətini və mahiyyətini öyrənir və şərh edir. Bununla belə, tədqiqatçılar arasında təkcə insan təbiətinin xarakteri haqqında deyil, həm də insan təbiətinin varlığı ilə bağlı fikir birliyi yoxdur. Aristotel üçün insanın mahiyyəti onun özü olmaqdan əl çəkməməsi üçün dəyişdirilə bilməyən xassələridir . Fəlsəfədə insanın və onun təbiətinin vahid və birmənalı tərifi yoxdur. Geniş mənada insanı iradə , ağıl, daha yüksək hisslər, ünsiyyət qabiliyyəti və əmək olan varlıq kimi təsvir etmək olar. Kant təbii zərurət və mənəvi azadlıq anlayışına əsaslanaraq antropologiyanı “fizioloji ” və “praqmatik ” olaraq iki yerə ayırır. Birincisi “...təbiət insanı nə edir...”, ikincisi – “...o, sərbəst fəaliyyət göstərən varlıq kimi özü nə edir və ya edə bilər və etməlidir” . Müasir biologiyanın (insan Homo sapiens növünün nümayəndəsidir) və marksizmin ("...insan mahiyyəti fərdə xas olan mücərrəd deyil. Öz reallığında bütün sosialların məcmusudur) mövqelərinin sintezidir.) insanın sosial və bioloji təbiətin vəhdətini təmsil edən tarixi və sosial - mədəni fəaliyyət subyekti kimi dərk edilməsinə gətirib çıxarır.
Neandertal insanı
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300—24. Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca "homo sapiens" növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar "homo sapiens neandertalensis" adlanacaq. Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: "homo sapiens neandertalises"in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur.
Piltdaun insanı
Piltdaun insanı (ing. Piltdown Man) – XX əsrin ən məşhur mistifikasiyalarından biridir. Sümük fraqmentləri (kəllə və alt çənə sümüyü) 1912-ci ildə İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Piltdaun çınqıllı karyerdə aşkar olunmuş və insan-meymun arasında təkamül etmiş naməlum ibtidai insanın daşlaşmış qalıqları kimi nümayiş olunmuşdur. Tapılmış qalıqlar uzun müddət mübahisə obyektinə çevrilmişdir.Lakin 1953-cü ildə tapılmış qalıqların müasir insanın tam inkişaf etmiş kəllə sümüyünün oranqutanın alt çənə sümüyünə yapışdırılması sübut olunmuşdur. 18 dekabr 2012-ci ildə “piltdaun insanı”nın sirrinin 100 illiyi olmuş və bu hadisə ilə əlaqədar London Geologiya Cəmiyyətində xüsusi konfrans keçirilmişdir.. Bu konfransda tarixçilər, geoloqlar və antropoloqlar həm tapıntı, həm də yeni texnologiyalar vasitəsilə piltdaun insanının analizləri üzrə işlərin bərpası ilə əlaqədar müasir alimlərin mübahisəli baxışlarını müzakirə etsələr də, sonda məhz bu saxtakarlığın məhz kim tərəfindən və hansı motivdə edilməsi dəqiq müəyyənləşməmişdir.. Tədqiqatların hələ də aparılmasına baxmayaraq, alimlər 15 nəfərin bu saxtakarlıqda iştirak etdiklərini tapdıqlarını bildirirlər. Şübhəli bilinənlər arasında məşhur ingilis yazarı Artur Konan Doyldan sümükləri ilk aşkar etmiş adi həvəskar arxeoloq Çarlz Dousona kimi şəxslər vardır.. 15 fevral 1912-ci il tarixində Britaniya muzeyinin geologiya şöbəsinin baxıcısı Artur Smit Vudvord həvəskar arxeoloq Çarlz Dousondan məktub alır. Douson məktubunda Piltaunda yerləşən çınqıllı karyerdə insanabənzər varlığın kəllə sümüyünün bir hissəsini tapması haqda məlumat vermişdir.
Vitruvius insanı
Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısı Marcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır. Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir. Leonardo da Vinçinin Vitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir.
İnşaat mühəndisliyi
İnşaat mühəndisliyi — İnşaat mühəndisi ixtisası mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi binalar, yollar, kondisioner, tunellər,bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır. Bu ixtisasa yiyələnən mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir.Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir.Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir.İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir.Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir,layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar.Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı,dil biliklərin təkmilləşdirməlidir. İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində,1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. Müəyyən edilmiş obyektdə tikinti- quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Layihə-smeta sənədlərinin daxil ekspertizasının aparılması; Kiçik həcmli lokal smetaların tərtib olunmasının həyata keçirilməsi; Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; Tələb olunan hesabatların hazırlanması(vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi; Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin,tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının,xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi; Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; İstehsalın (tikintinin), mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması,tikinti istehsalının təkmilləşdirilməs tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi; Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti- istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi. Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakı Mühəndislik Universiteti Xəzər Universiteti İnşaat mühəndisi ixtisasının bakalavr pilləsini bitirdikdən sonra ofis və sahə mühəndisi kimi işləmək mümkündür.
İş insanı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Braziliyada LGBT insanlar
Braziliyadakı LGBT insanlar Braziliya əhalisinin təxminən 8.35%-ni və ya təxminən 20.000.000 nəfəri təşkil edir. == Demoqrafik == === Demoqrafik tədqiqat === 2009-cu ildə São Paulo Universiteti tərəfindən aparılan sorğuda 10,4%-lik Braziliyalı kişilərin 7,8%-nin homoseksual, 2,6%-nin isə biseksual olduğu məlum oldu. 6,3%-likqadınlar arasında isə lezbiyanlar əhalinin 4,9%-ni, biseksual qadınlar isə 1,4%-ni təşkil edir. LGBT əhalisinin cins tərkibi aşağıdakı kimidir: 64% kişi və 36% qadın. Tədqiq olunan əhalinin elan edilmiş cinsi oriyentasiyasının tərkibi aşağıdakı kimi bölüşdürülür: 54%-i gey, 28%-i lezbiyan, 17%-i biseksual, 1%-i yuxarıda göstərilənlərin heç birinə uyğun gəlmədiyini bildirib. LGBT əhalisinin təhsili aşağıdakı kimi qeyd edilir: 57% ali təhsil (universitet və ya kollec) bitirmiş, 40% orta məktəb (orta təhsil) bitirmişdir. LGBT əhalinin mənzil şəraitinin tərkibi aşağıdakı kimidir: 52%-i valideynləri və ya qohumları ilə, 22%-i partnyorları ilə, 20%-i tək yaşayır, 6%-i isə dostları ilə yaşayır. 2010-cu ildə Braziliya Səhiyyə Nazirliyi tərəfindən aparılan sorğu, Braziliyanın gey əhalisinin heteroseksual əhalidən daha çox gəlir qazandığını göstərmişdir. Homoseksuallar: A və B sinifləri, 26,9%, C sinfi, 49,9%, D və E sinifləri, 23,2%. Heteroseksuallar: A və B sinifləri, 18,2%, C sinfi, 47,8%, D və E sinifləri 34% idi.
Sərbəst insanlar ölkəsində
Sərbəst insanlar ölkəsində (türk. Serbest İnsanlar Ülkesinde) — Əhməd bəy Ağaoğlunun ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilmiş əsəri. Əsər ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilib. Təkrar olaraq 2014-ci və 2020-ci illərdə nəşr edilib. Sevda İsmayılova və Zeynal Məmmədli tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda 2001-ci ildə Tutu nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 144 səhifədə, 100 nüsxə tirajla çap edilib. Üç mədəniyyət Ağaoğlu, Əhməd. Sərbəst insanlar ölkəsində (PDF). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF).
İnsanın meymundan yaranması
"İnsan meymundan yaranıb" tezisi Çarlz Darvin və darvinistlərlə əlaqəli məşhur bir tezisdir, lakin ondan əvvəl Jorj-Lui Lekler de Büffon tərəfindən də ifadə edilmişdi. Ç.Darvin daha konkret olaraq insanın Köhnə Dünyanın qədim meymunlarından törədiyini və dar burunlu meymunlar qrupuna aid olduğunu yazmışdır. Darvinin tezisi paleontologiya və genetikanın müasir məlumatlarına uyğundur. Populyar fikir belədir ki, “insan meymundan əmələ gəlməyib – insanla meymunun ortaq əcdadı olub”. Bu ifadənin yanlışlığı ondan ibarətdir ki, həm insanın özü, həm də onun müasir meymunlarla sonuncu ortaq əcdadı bu alt sıra daxilində Meymunlar (lat. Haplorhini) və Hominidlər ailəsinə (lat. Hominidae) mənsubdur. Meymunlar və ya "quru burunlu" primatlar (lat. Haplorhini) həm Homo sapiens növlərini, həm də onun bir sıra nəsli kəsilmiş əcdadlarını əhatə edən məməlilər sinfinin primatlar dəstəsinin alt sırasıdır. İnsanlara ən yaxın olan müasir bioloji növlər şimpanze (lat.
İnsan insanın canavarıdır
"İnsan insanın canavarıdır " (lat. Homo homini lupus est) — həddindən artıq eqoizm, düşmənçilik və antaqonizmin üstünlük təşkil etdiyi insan münasibətlərini və əxlaqını xarakterizə etmək üçün istifadə olunur. Son dərəcə eqoist bir insanın sarkastik təsviri deməkdir. Bir insanın başqa bir insana qarşı etdiyi çirkin hərəkətləri müzakirə edərkən istifadə olunur. İfadənin ilk qeydinə qədim Roma dramaturqu Plavtın (e.ə. III-II) “Uzunqulaqlar” (lat. Asinaria) komediyasında rast gəlinir. Bunun əksinə olaraq Seneka yazırdı ki, “İnsan insan üçün müqəddəs bir şeydir”. Hər iki aforizmdən Tomas Hobbs özünün “De Cive” (1651) əsərində istifadə etmişdir: “Qərəzsiz danışmaq üçün hər iki söz doğrudur; insan insan üçün bir növ Tanrıdır və insanları bir-biri ilə müqayisə etsək, insanın insan üçün canavar olduğu da doğrudur; ikincisi, əgər şəhərləri müqayisə etsək daha doğrudur”. Hobbsun müşahidələri öz növbəsində insanların təbiətcə eqoist olduğunu iddia edən Plavtla səsləşir.
İnsanın sinir sistemi
İnsanın sinir sistemi — insan orqanizminin fəaliyyətini və ətraf mühitlə qarşılıqlı əlaqəsinin tənzimlənməsini, əlaqələndirilməsini təmin edən anatomik və funksional bir-biri ilə əlaqəli sinir strukturları məcmusu. Sinir sistemi inteqrativ şəkildə fəaliyyət göstərir, həssaslığı, motor fəaliyyətini və digər tənzimləyici sistemlərin (endokrin və immun) işini birləşdirərək, eyni zamanda həyat fəaliyyətinin tənzimlənməsini, orqanizmin fəaliyyətinin dəyişən şəraitə və ətraf mühitin hadisələrinə qarşılıqlı təsirini və uyğunlaşmasını təmin edir. İnsan sinir sistemi çox mərkəzi sinir sisteminə və periferik sinir sisteminə bölünür. Mərkəzi sinir sistemi baş beyin və onurğa beynindən ibarətdir. Periferik sinir sistemi mərkəzi sinir sistemi daxilində olmayan bütün digər sinir və neyronlardan ibarətdir. Sinirlərin böyük əksəriyyəti periferik sinir sisteminə aiddir. Periferik sinir sistemi 2 yerə — somatik sinir sisteminə və vegetativ (və ya avtonom) sinir sisteminə bölünür. Somatik sinir sistemi bədən hərəkətlərinin koordinasiyasına (əlaqələndirilməsinə), xarici stimulların qəbuluna və ötürülməsinə cavabdehdir. Bu sistem şüurlu nəzarət altında olan hərəkətləri tənzimləyir. Avtonom sinir sistemi parasimpatik və simpatik sinir sistemlərinə bölünür.