Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Anthemis iranica
Anthemis iranica (lat. Anthemis iranica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Bistrişko Branişte
Bistrişko Branişte (bolq. Бистришко бранище) — Bolqarıstanda təbiət qoruğudur. Qoruğun sahəsi 1061.6 hektar, hündürlüyü isə 1430-2277 metr arasındadır. Qoruq 1934-cü ildə, tərkibində olduğu Vitoşa Təbiət Parkı ilə birlikdə yaradılmışdır. 1977-ci ildən Bistrişko Branişte UNESCO-nun İnsan və Biosfer (MAB) Proqramı çərçivəsində TƏBİƏT qoruğu olmuşdur. Ərazinin 50%-dən çoxu orta hesabla 100-120 yaşlı meşə (əsasən küknar) ilə örtülüdür. Qoruqda daha böyük heyvanlar arasına maral, qaban, canavar və ayı daxildir. Bistrişko Branişte qoruğun şimal-qərb sərhəddində yerləşən qonşu Aleko ərazisindən çox sayda turisti cəlb edir. Ziyarətçilərin Aleko, Bistritsa kəndi, Çerni Vrah və Jeleznitsa kəndini birləşdirən bir neçə təyin olunmuş yoldan uzaqlaşmasına icazə verilmir. == Mənbə == BG Globe: Bistrishko Branishte Virgin Forests of Bulgaria Vitosha Nature Park.
Encyclopædia Iranica
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Kazuo İmanişi
Kazuo İmanişi (d. 12 yanvar 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kinci İmanişi
Kinci İmanişi (今西 錦司, İmanişi Kinci, 6 yanvar 1902, Kioto – 15 iyun 1992, Kioto) – Yaponiya zooloqu, ekoloqu və antropoloqu. Yaponiyada primatologiya elminin əsasını qoymuşdur. == Həyatı == Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır. Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar. Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır. 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir. İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur. Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır.
Pan-İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Pan İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Səid İrandust
Səid İrandust - Asiya Texnologiya İnstitutunun prezidenti, Rusiya İqtisad Akademiyasının fəxri doktoru, "Tərəqqi" medalı laureatı Səid İrandust 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Hal-hazırda Asiya Texnologiya İnstitutunun prezidentidir. 1979-cu ildə İsveçə köçmüşdür. 1984-cu ildə Calmers Universitetində kimyəvi texnologiyalar üzrə mühəndislik elmi dərəcəsi almışdır.1989-cu ildə isə monolit reaktorlar tezisi üzrə doktorluğu mudafiə etmişdir.1990-cı ildən 2000-ci ilədək İsvecin ən qabaqcıl universitetlərindən olan Calmers Universitetində işləmişdir. 2001-2005-ci illərdə Bores Universiteti nəzdindəki Kollecin vitse-kansleri olmuşdur. Riyaziyyat elminin inkişafı üzrə İsveç Dovlət Komitəsinin sədri olmuş və universitetlərə qəbul səviyyəsinin genişləndirilməsi üzrə İsveç Dövlət Komitəsinin üzvü olmuşdur. Elm və ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə İsvec Fondunun İdarə Heyətinin üzvü olmuşdur. Moskvada Plexanov adına Rusiya İqtisad Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.
İranika Ensiklopediyası
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Encyclopaedia Iranica
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Miconia inanis
Miconia inanis (lat. Miconia inanis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
İranın iqlimi
İranın əksər hissələrinin iqlimi subtropik-kontinental, Xəzər dənizi sahilində rütubətlidir. İran və Oman körfəzilərinin sahil boyunda isə tropikdir İqlimin əsas xüsusiyyətləri təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də, relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən edilir. İqlimin əsas xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay yemperaturu deyil, deləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığıdır. Qış fəslində İranın bir sıra rayonlarının iqlimi eyni enliklərdə yerləşən diğər yerlərin iqlimindən çox soyuqdur. ( Xəzərsahili zona istisna olunmaqla) . Bu isə ölkədə çoxillik subtropik bitkilərin yetişdirilməsini və il ərzində bir ərzində bir sahədən iki dəfə məhsul götürülməsini məhdudlaşdırır. Qışda temperaturun kəskin surətdə aşağı düşməsinə Asiya materikinin daxili rayonlarından gələn soyuq kontinental hava kütləsi təsir göstərir, belə ki, bu hava kütləsinin qarşısını şimal istiqamətdə kəsə biləcək qüvvətli oroqrafikik sədd yoxdur. Nəticədə ölkədə ovalıqlar və yaylalar üçün mövsümü fərqlər nəzərə çarpır. Belə ki, qış və orta yay temperatur ampilidudası 20-25 dərcə təşkil edir. Yüksək yerlərdə və həmçinin dağlarla əhatələnən çəkəkliklərdə yağıntı əsasən qar şəklində düşür və dağlardan qidalanan İran çaylarının rejimini müəyyən edir.
İranın ostanları
İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır. İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi. Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü. Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var. Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var.
İranın Şəhristanları
İranın Şəhristanları:
Aruna İrani
Aruna İrani (18 avqust 1952)— hind aktrisası. == Həyatı == Aktrisa, prodüser, rəqqasədir. 18 avqust 1952-ci ildə Mumbayda anadan olmuşdur. 1960-cı illərdən filmə çəkilməyə başlayıb. ”Bobbi” filmində rəqqasə rolunu oynayıb. 2002-ci ildə “Yeganə" filminə çəkilib. Ailəlidir, övladı yoxdur.
Boman Irani
Boman İrani (2 dekabr 1959, Bombey) — Daha çox “Don.Mafiya başçısı” (2011), “Yeni iliniz mübarək!” (2014), “Pikey” (2014), “Aşiqlər” (2015), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), Mən sənin yanındayam (2004), “Yaxın dostlar” (2008) filmlərində komediya rolları ilə tanınıb. “Don.Mafiya başçısı 2” filmindəki komediya rolu ilə yadda qalmışdır. Aktyorluq karyerasına teatrdan başlayan Boman, 14 yaşında teatr tamaşalarında oynamağa başlayıb. Sonra isə reklam çarxlarında çəkilməyə başlayıb. Bollivudda İrani 2000-ci ildə “Sevgi ehtirası” filmində Şahrux Xanla birlikdə çəkilib. Yalnız 2003-cü ildə rejissor Rackumar Hiraninin “Qardaş Munna: Xoşbəxtlik satıcısı” filmindən sonra məşhurlaşıb. Bu roluna görə ən yaxşı komediya aktyoru nominasiyasında Filmfare Awards mükafatına namizəd olsa da, aktyor Sancay Datta məğlub olub. Buna baxmayaraq aktyorun işi Screen Weekly Award ilə qiymətləndirilib. Arda-arda “Vir və Zara” (2004), “Don.Mafiya başçısı” (2011), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), “Yaxın dostlar” (2008) kimi uğurlu filmlərə çəkilən Boman “Mən səninləyəm!” filminə görə Filmfare mükafatı qazanıb. 2009-cu ildə rejissor Rackumar Hiraninin “3 dəli” filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Filmfare Awards mükafatına layiq görülüb.
Daniel Ranis
Mutallib İrani