Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
V.İ.Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
V. İ. Leninin büstü (Taqanroq)
V. İ. Leninin büstü — Vladimir İliç Leninin şərəfinə ucaldılmış büst. Abidə 1978-ci ildə Taqanroq şəhər administrasiyasının qarşısında ucaldılmışdır. Leninin büstü Taqanroq şəhər administrasiyasının binası qarşısında, Petrovskaya küçəsi ev 73 ünvanında yerləşir. Abidə 1978-ci ildə ucaldılmışdır. Abidəni hazırlayanlar: heykəltaraş Boris Alekseyeviç Plenkin, mühənis S. Çerkovnikov. 17 dekabr 2013-cü ildə arxirektura komitəsi şəhər administrasiya binası qarşısında, Petrovskaya küçəsi, ev 73 ünvanında abidənin ucaldılması barədə qərar qəbul edilmişdir. 2014-cü ilin fevralında şəhər tikinti soveti və baş arxitektor Olqa Nikolaevna Şerbakova şəhər administrasiya binası qarşısında yebi abidənin ucaldılması barədə qərar qəbul etmişdir. Bu səbəbdən Leninə ucaldılmış büstün taleyi müəmmalı olaraq qalırdı. 2014-cü ildə taqanroqlular şəhər administrasiyasının Lenin büstünün postsmentində apardığı təmirdən heyrətə gəlmişdir. Postamentin mərmər lövhələri skotç vastəsi ilə postamentə bərkidilmişdir.
I
I latın qrafikalı Azərbaycan əlifbasında 13-cü hərf, 9 saitdən biri. Qalın, qapalı və dodaqlanmayan saitdir. Azərbaycan dilində I hərfi ilə söz başlanmır.
V
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf, 23 samitdən biri. Cingiltili samitdir, kar qarşılığı f samitidir. Finikiya əlifbasında mıxa oxşadığı üçün "vav" ("mıx") adlanırdı. Kiril qrafikalı əlifbada rast gəlinən "B" Yunan əlifbasındakı "β" "beta" hərfi əsasında qurulmuşdur.
C.A.R.V.İ.S.
C.A.R.V.İ.S. (ing. Just A Rather Very Intelligent System; J.A.R.V.I.S.) — Stark ailəsinə məxsus süni intellekt. Uydurma personaj olan bu süni intellekt Marvel Kinematoqrafiya Kainatında (MCU) Pol Bettani tərəfindən səsləndirilmişdir. "Qisasçılar: Altron dövrü"ndə Altron tərəfindən parçalanan C.A.R.V.İ.S. Bettani tərəfindən canlandırılan Vijn olaraq fiziki görünüş əldə etdi.
I Look I See
I Look I See — Yusuf İslamın 2003-cü ildı çıxardığı albom.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
V. İ. Lenin abidəsi (Rostov-na-Donu)
V. İ. Lenin abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Vladimir İliç Leninin şərəfinə ucaldılmışdır. Abidə Dobornaya meydanında ucaldılmışdır. V. İ. Lenin abidəsi 1929-cu ildə Bolşoy Sadovnya küçəsində quraşdırılmışdır. 1960-cı ildə Jeleznodarojnu rayonunun vaqon deposu ərazisində Leninə bir abidə ucaldılmışdır. Digər bir abidə isə 1963-cü ildə Lenin meydanınfa quraşdırılmışdır. Bu seriya abidələrdən biri isə Qvardiya meydanı, Dəri zavodu ərazisində yerləşir. Rostovda yerləşən Leninə aid iki abidə dövlət qorunmasına alınmışdır. 47°13′16″ şm. e.
V. İ. Lenin adına Azərbaycan Pedoqoji İnstitutu
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
G.I.
G.I. ABŞ Silahlı Qüvvələrinin üzvləri və ya onların avadanlıqları üçün nəzərdə tutulmuş termindir. Sifət və ya isim kimi istifadə edilə bilər. Bu gün “Government Issue” (“Dövlət Əmlakı”) sözünün abreviaturası kimi, bəzən isə səhv olaraq “General Infantry” (“Ümumi Piyada”) sözünün abreviaturası kimi istifadə olunsa da, ilkin olaraq “galvanized iron” (“qalvanizli dəmir”, yəni qalvaniz örtüklü dəmir polad) sözündən gəlir. “G.I.” hərflərindən ABŞ Ordusunun inventar və təchizat qeydlərində metal zibil qutuları kimi sinklənmiş poladdan hazırlanmış avadanlıqları göstərmək üçün istifadə edilmişdir. Birinci Dünya Müharibəsi zamanı Amerika əsgərləri alman artilleriyasının mərmilərini istehza ilə “G.I. cans” (G.I. qutuları) adlandırırdılar. Eyni müharibədə bu abbreviatura “Govenment Issue” kimi şərh edilməyə başlanmış və hərbçilər ilə orduya aid edilən hər şeyə G.I. deyilməyə başlanmışdır.
I Abbas
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
I Abdulla
I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti – 20 iyul 1951[…]) — İordaniya kralı. Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu. Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. II Dünya Müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. Suriya və Livanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü. Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib. Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu.
I Adrian
I Adrian (lat. Hadrianus I; 700, Roma – 25 dekabr 795, Roma) — 772-ci ildən Roma Papası. O, Böyük Karl ilə sıx ittifaq siyasəti yürütmüş, papalıq mülklərini genişləndirməyə çalışmışdır. I Adrian adopsionizm bidətinə qarşı mübarizə aparmışdır. O, Nikeyadakı 7-ci Ekumenik məclisinə legatlar göndərmiş, orada ikonoborçuluğu pisləmiş, bundan sonra Şərq və Qərb kilsələri arasında münasibətlər yaxşılaşdırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Barton, Simon. Conquerors, Brides, and Concubines: Interfaith Relations and Social Power in Medieval Iberia. University of Pennsylvania Press. 2015. Cavadini, John C. The Last Christology of the West: Adoptionism in Spain and in Gaul, AD 785–817 (Doctoral thesis).
I Afonso
I Afonso (port. Afonso I de Portugal; təq. 1109, Qimaraynş[d] – 6 dekabr 1185, Koimbra, Portuqaliya krallığı) — Portuqaliya krallığının ilk kralı.
I Ahmos
I Ahmos, I Yahmos (təq. e.ə. 1560 – təq. e.ə. 1525) — Misirin qədim dövrünə aid XVIII sülalənin ilk fironu, Ahmos-Nefertarinin əri. Onun fironluğu ilə başlanan Qədim dövr 500 il sürmüşdür. I Ahmos ölkəni hiksosların istilasından qurtarmışdır. I Ahmos Qədim Misirin xilaskarı olaraq tanınır. Hökmranlığı e.ə. 1550–1525-ci illərə təsadüf edir.
I Alarix
Alarix (ən tezi 365 və ən geci 370 – dekabr 410, Kosensa, Qərbi Roma imperiyası) — Vestqot hökmdarı və sərkərdəsi. == Haqqında == Alarix germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfalarından biri olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin başçılığı ilə üsyan etdilər və onu konunq - kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu. Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq, Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini vestqotların məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qalları Alarixin tərəfinə keçdilər.
I Aleksandr
I Aleksandr — ad. I Aleksandr Makedoniyalı (? — e.ə. 454) — I Aleksandr (papa) — 107–115-ci illərdə Romanın 5-ci papası. I Aleksandr (İmereti çarı) (1387–1389) — I Aleksandr Balas (e.ə. 150 — e.ə.
I Aleksey
Aleksey Mixayloviç Romanov (Tişayşi) (rus. Алексей Михайлович Романов (Тишайший), Aleksey Mixayloviç Romanov (Tişaşiy), mənası – "Ən sakit"; Алеѯі́й Мїха́иловичъ, Rusca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪkˈsʲej mʲɪˈxajləvʲɪtɕ]]]; 19 (29) mart 1629, 17 (27) mart 1629, 10 (20) mart 1629 və ya 29 mart 1629, Moskva – 29 yanvar (8 fevral) 1676 və ya 8 fevral 1676, Moskva) — Romanovlar sülaləsindən ikinci Rusiya çarı. == Fəaliyyəti == Aleksey, Romanov sülaləsinin 1613-45 arasında hökm sürən ilk çarı Mixail idi. On altı yaşında taxta çıxmazdan əvvəl, qayını Boris İvanoviç Morozov'dan, ancaq oxuyub yazacaq qədər, səthi bir təhsil aldı. Hökmdarlığının ilk illərində dövlət işlərini Morozov idarə edirdi. Amma maliyyə böhranın və duz vergisinin artırılması nəticəsi olaraq 1648-ci ildə Moskvada bir qiyam çıxınca, Aleksey, Morozovu sürgünə göndərmək məcburiyyətində qaldı.Bundan sonra Şahzadə N. I. Odoyevski, Patriarx Nikon, Afanasi Lavrentyeviç Ordin-Naşçokin, Matveyev kimi danışmanlarının təklifi istiqamətində 1649da serfliği meşrulaştıran qanunlar (Sobornoye Uloojeniye) çıxardı. 1654-67 arasında Polonya'yla, 1656-61 arasında İsveçli müharibələr idi. Ukraynanın Dinyeper Çayının və Kiyevdə şərqində qalan hissəsini (1667) aldı. Ayrıca, Nikon'un Rus Ortodoks Kilsəsində əhəmiyyətli bir məzhəb bölünməsinə gətirib çıxaran islahatlarını dəstəklədi. 1662'de şəhərlərdə baş verən qiyamı və 1667-71də Stenka Razin liderliyindəki kəndli ayaklanmasıyla doruğa çatan xalq hərəkətlərini basdırdı.
I Alfonso
I Alfonso (1122 - 10 oktyabr 1144) — II Rocerin oğlu, Kapua knyazı və Neapol hersoqu I Alfonso (10 avqust 1377 - 15 dekabr 1461) — ilk Braqanza hersoqu və Portuqaliyanın monarx ailələrindən Braqanza sülaləsinin banisi.
I Amenemhet
I Amenemhet (I Amenemhat; ən geci e.ə. 1991 – yanlış tarix (etibarsız dəqiqlik)) — XII sülalə qədim Misir fironu, təxminən e.ə. 1994 – 1975 ci illərdə təkbaşına, son on ili e.ə. 1965 ci ilə kimi oğlu I Sesostrislə birlikdə hıkumdarlıq etmişdir. == Mənşəyi == Şəxs kimi adı "Amun yüksəkdədir (zirvədədir)" və ya "Zirvə(dəki) Amun" olmuşdur. Həyat yoldaşı hansısa Nefertat olmuşdur. Anası Nofret Elefantinali nubierlərdən, "Neferti kahinliyi"nə əsasən cənub əyalətli olmuşdur. Atası Sesostrisin kimliyi haqqında elə bir dəqiq məlumat yoxdur. == Hökmranlığı == Fərz edilir ki, I Amenemhet IV Mentuhotepin (eyniadlı) vəziri ilə eyni şəxsdir. Hakimiyyətə hansı yolla gəlməsi məlum deyildir.
I Amenhotep
I Amenofis, I Amenhotep (e. ə. XVI əsr, Yeni padşahlıq, Qədim Misir – təq. e.ə. 1504) — Misirin Qədim dövrünə aid XVIII sülalə fironu.
I Amenofis
I Amenofis, I Amenhotep (e. ə. XVI əsr, Yeni padşahlıq, Qədim Misir – təq. e.ə. 1504) — Misirin Qədim dövrünə aid XVIII sülalə fironu.
I Argişti
I Argişti (təq. e.ə. 827 və ya bilinmir – təq. e.ə. 764) — Urartu çarı (E.ə VIII əsrin I yarısı). ARGİŞTİ I - Urartu çarı [təqr. e.ə. 781-760], Menuanın oğlu. Hakimiyyəti illərində Urartu Yaxın Şərqin qüdrətli dövlətinə çevrilmişdi. I Argiştinin 68 kitabəsi məlumdur; Aşşur yazılarında da adı çəkilir.
I Artafern
I Artafern — Lidiyanın fars satrapı, I Daranın kiçik qardaşı. == Həyatı == Artafern I Daranın çox güman ki yaşca kiçik qardaşı idi, çünki onun Bisütun kitabəsində təsvir olunan vətəndaşlıq müharibəsində iştirakı barədə heç bir məlumat qeyd olunmamışdır. O, Herodotun "Tarix" əsərində dəfələrlə xatırlanır. Klisfenin dövründə Afina səfirləri məhz ona, fars padşahına itaət və onun hökmdarlığının tanınmasının rəmzi olan "torpaq və su"yu təqdim etmişdilər. Lidiya satrapı olaraq İoniya üsyanı zamanı qiyamçı yunan şəhərlərinə qarşı vuruşurdu. Üsyan zamanı onun idarə etdiyi satrapiyanın paytaxtı Sardis yunanlar tərəfindən işğal edildi. Qiyam yatırıldıqdan sonra sülh üçün məqbul şərtlərlə danışıqlar aparmaq üçün səfir tərəfindən onun yanına Hekatey göndərildi. Siciliyalı Diodora görə, Hekatey öz məqsədinə uğurla nail oldu. Artaferndən sonra Lidiyanın hökmdarı onun oğlu II Artafern oldu, hansı ki farslar üçün uğursuz başa çatan Marafon döyüşü zamanı fars ordusuna komandanlıq edirdi.
I Artakserks
I Artakserks Əliuzun (e. ə. V əsr – e.ə. 424) — 424–465-ci illərdə Əhəmənilər sülaləsindən İran şahı. == Həyatı == Atası I Kserks sui-qəsd nəticəsində öldürüldükdən sonra taxta çıxmışdır. Hakimyyətinin ilk illərində misirlilərin Afina tərəfindən dəstəklənən üsyanını yatırmış, e.ə. 454 ildə Nilin mənsəbində Afina donanmasını darmadağın etmişdi. "Kalli sülhü" (e.ə. 449) formal olaraq yunan–İran müharibələrinə son qoydu. Əhəməni satraplarının separatizm meyillərinə və işğal olunmuş ərazilərdə baş verən xalq üsyanlarına baxmayaraq Artakserksin dövründə mərkəzi hakimiyyət güclü olaraq qalırdı.
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
E.ə. 717
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Rem və Romul — Qədim Romanın ilk çarı.
E.ə. 718
== Hadisələr == Mannada Aza (e.ə.718-716) hakimiyyətə gəldi.
E.ə. 719
== Hadisələr == Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi hökmdar İranzuya qarşı üsyan qaldırdılar. Assuriya hökmdarı II Sarqon (e.ə.722-706) Manna ilə ittifaqa sadiq qalaraq bu üsyanı yatırdı. == Doğumlar == == Vəfatlar == İranzu - Manna hökmdarı.
E.ə. 72
== Hadisələr ==
E.ə. 722
== Hadisələr == Assuriyada II Sarqon (e.ə.722–706) hakimiyyətə gəldi.
E.ə. 727
== Hadisələr == == Doğumlar == == Vəfatlar == III Tiqlatpalasar (? — E.ə.
E.ə. 728
== Hadisələr == Midiya, Mada və ya Maday (yun. Μηδία) — e.ə. 728-ci ildən e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
E.ə. 731
== Hadisələr ==
E.ə. 735
== Hadisələr == == Doğumlar == == Vəfatlar == II Sarduri — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu.
E.ə. 738
== Hadisələr ==
E.ə. 74
== Hadisələr == Romada Spartakın başçılığı ilə qullar üsyanı (e.ə.74-71) baş verdi.
E.ə. 740
== Hadisələr == Mannada İranzu (e.ə.740–719) hakimiyyətə gəldi.
E.ə. 743
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasarın hakimiyyəti sona çatmışdır.
E.ə. 745
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasar hakimiyyətə gəlmişdir. Urartu hökmdarı II Sarduri Mannanın cənub torpaqlarına basqın etdi. Mannanın bir hissəsini işğal edə bildi. Assuriya ilə Urartu arasındakı mübarizədən istifadə edən mannalılar işğal olunmuş torpaqlar uğrunda mübarizəyə qalxdılar.