Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hou Yifan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Bofen
Bofen (fr. Beaufin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38031. Kommunanın 1999-cı il üçün əhalisi 27 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 744 ilə 2080 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənubda, Qrenobldan 50 km cənub-şərqdə yerləşir.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cirən
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. == Pifeyin səyahətinin əhəmiyyəti == Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Tiofen
Tiofen- həlqəsində bir kükürd atomu olan beşüzvlü heterotsiklik aromatik birləşmədir.Formulu: C4H4S == Alınması == Tiofen və onun törəmələri kokslaşmış daş kömürün tərkibində vardır.Xam benzolda tiofen 1,3-1,4 %, xam benzoldan alınmış tiofen-benzol qarışığında 30-35% təşkil edir.Tiofen və onun homoloqlarının sintezi üçün əsas xammal tərkibində karbon atomlarının sayı C4-C5 olan neft fraksiyasının karbohidrogenləridir. Onlara termiki yolla kükürdlə , ya da katalizator iştirakında H2S və ya SO2 ilə təsir etməklə alınır. Tiofen və onun törəmələri 1,4-dikarbonat birləşmələrini P2S5 köməyi ilə parçalamaqla alınır: == Xassələri == Tiofen benzol iyinə malik rəngsiz mayedir.Karbohidrogen və digər üzvi maddələrdə yaxşı həll olur. Suda həll olmur. Tiofen aromatik xassələr göstərir və halogenləşmə, nitratlaşma və s. reaksiyalara daxil olur. Bu reaksiyalarda tiofen benzola nisbətən daha aktiv özünü göstərir. Tiofen birləşmələri əvəzetmə reaksiyasına daxil olurlar. Kompleks şəkildə güclü protonlu turşuların iştirakında 2,5 və 2,4 diəvəzedilmiş izomerlər əmələ gəlir. Bu da kompleksəmələgəlmə zamanı əvəzedicinin elektronakseptor qabiliyyətinin yüksəlməsi ilə izah olunur.
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. == Toponimikası == Viyən kənd məsciti 1883-cü ildə Qədirov Qədir tərəfindən inşa etdirilib. O, Qum şəhərində oxuyarkən öz həyətyani sahəsini məscit tikmək üçün kənd camaatına verib. Eyni zamanda imkanlı şəxslərdən de pul toplayıb uzun mərhələ ilə tikintini bitirib. Hal-hazırda məscit təmir edilib ve Mədeniyyət Nazirliyi tərəfinden qorunur. 2700-dən artıq əhalisi olan kəndin gəncləri yayda əsasən Rusiyaya işləməyə gedir. Qışda isə geri gəlirlər. Azyaslilar uzun illərdir ki, bərbad gündə olan məktəbdə təhsil alər. Buna rəgmen, bu məktəb həkim, müəllim, polis, jurnalist ve digər önəmli sahələr üçün kadrlar hazırlaya bilib.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Himen
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Vimen
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Şifer
Şifer — bir-birinin üstünə yığılmış tək elementlərdən ibarət dam örtüyü. Bu elementlər adətən düz və düzbucaqlı formalıdır və hər biri özündən aşağıdakı ilə bir qədər üst-üstə düşməklə damın aşağı qurtaracağından başlayaraq üzü yuxarı düzülür. Şiferlər ağac, metal, plastmas və kompozit materiallar kimi müxtəlif materiallardan hazırlanır. Avropada və Asiyanın bəzi yerlərində hələ də üstünlük təşkil edən kirəmit dam plitələrinə hələ də adətən şifer deyilir. == Tarixi == 20-ci əsrə qədər gil şistə "şifer" deyilirdi. Bu söz bu mineralın almanca adıdır. Qatlı quruluşa görə, gilli şist asanlıqla ayrı-ayrı plitələrə bölünürdü, bu da tikinti işlərində istifadə etmək üçün əlverişli idi. ABŞ-də gilli şistlə örtülmüş damlar 1730-cu illərdən məlumdur və bu materialın istifadəsində əsl bum 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş vermişdir.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Joan Aiken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Kirən bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kiten burnu
Kiten burnu və ya Qara-Burun (ukr. Китень) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Semyonovka kəndi yaxınlığında yerləşir. Ərazisində Kerç şəhərinin mikrorayonlarından biri yerləşir. Cənubdan sahilləri hamar, şimaldan isə sıldırımlı və girintili-çıxıntılıdır.
Le-Viyen
Le-Viyen (fr. Le Vilhain) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03313. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,4%, 1999-cu ildə 71.0%). 119 aktiv adamdan 106 nəfəri (61 kişi və 45 qadın), 13 nəfəri işsizdir (8 kişi və 5 qadın). Aktiv olmayan 12 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Liden Films
Liden Films, Inc. (株式会社ライデンフィルム, Kabuşiki qaişa Raiden Firumu) — 2012-ci ilin fevralında təsis edilmiş Yaponiya animasiya studiyası. Şirkətin Kamioqi, Suqinami, Tokioda yerləşən qərargahları və Kioto və Osakada yerləşən animasiya studiyası vardır. == İşlərinin siyahısı == === Televiziya animasiyası === Senyu (Yanvar 8, 2013 – Aprel 2, 2013) - Ordet ilə birlikdə Aiura (Aprel 10, 2013 – İyun 26, 2013) Senyu 2 (İyul 2, 2013 – Sentyabr 24, 2013) - Ordet ilə birlikdə Miss Monochrome: The Animation (Oktyabr 1, 2013 – Dekabr 24, 2013) - Sanzigen ilə birlikdə Wooser's Hand-to-Mouth Life: Awakening Arc (Yanvar 7, 2014 – Mart 18, 2014) - Sanzigen ilə birlikdə Terra Formars (Sentyabr 26, 2014 – Dekabr 19, 2014) The Heroic Legend of Arslan (Aprel 5, 2015 – Sentyabr 27, 2015) - Sanzigen ilə birlikdə Yamada-kun and the Seven Witches (Aprel 12, 2015 – İyun 28, 2015) Miss Monochrome: The Animation 2 (İyul 3, 2015 – Sentyabr 25, 2015) - Sanzigen ilə birlikdə Miss Monochrome: The Animation 3 (Oktyabr 2, 2015 – Dekabr 18, 2015) - Sanzigen ilə birlikdə Sekkō Boys (Yanvar 8, 2016 – Mart 25, 2016) Schwarzesmarken (Yanvar 10, 2016 – Mart 27, 2016) İxtl ilə birlikdə Kanojo to Kanojo no Neko: Everything Flows (Mart 4, 2016 – Mart 25, 2016) Terra Formars: Revenge (Aprel 1, 2016 – ) - TYO Animations ilə birlikdə Poco's Udon World (oktyabr 2016 – ) Berserk (İyul 2016 - ) === Anime Filmləri === New Initial D the Movie - Legend 1: Awakening (Avqust 23, 2014) - Sanzigen ilə birlikdə Cardfight!!
Lifan 320
Lifan 320 — "Lifan" şirkətinin məhsulu olan xırda sinifli avtomobil markası. Quruluşca Mini Hatch modeli ilə eynilik təşkil edən bu avtomobil 2008-ci ildə Pekində keçirilən avtosərgilərin birində ilk dəfə nümayişə çıxarılmışdır. İqtisadi bazara 320 adı ilə çıxarılan model sonradan Lifan 330 kimi şöhrət qazanmışdır. 2009-cu ilin May ayında Pekində keçirilən Çin–Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Hazırda bu maşın Çində, o cümlədən Peru, Rusiya kimi ölkələrin ekspomağaza mərkəzlərində genişmiqyaslı satışa çıxarılmışdır. Lifan 320 Çerkessk şəhərində 2011-ci ildən etibarən Derveys Avtomobil Şirkəti tərəfindən yığılmaqdadır. == Xüsusiyyətləri == Lifan 320 modeli 1.3 litrlik 4 silindirli yanacaq mühərriki və təkmilləşdirilmiş 66 kilovats enerji təminatı ilə təchiz olunmuşdur. Maksimum sürəti saatda 190 km-dir. Sürət yığma tezliyi 14.5 saniyəyə 66 mildir.
Lipen buzlağı
Lipen buzlağı (bolq. ледник Липен, ‘Lednik Lipen’ \'led-nik 'li-pen\) — 5 km uzunluğu, 3.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Lipen şəhərinin adını daşıyır. == Yerləşməsi == Lipen buzlağı 64°29′15″ c. e. 63°16′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Resus buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Mon-Dofen
Mon-Dofen (fr. Mont-Dauphin, oks. Montdaufin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05082. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 142 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 92 yaşda (15-64 yaş arasında) 77 nəfər iqtisadi cəhətdən, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83,7%, 1999-cu ildə 79.4%). Fəal olan 77 nəfərdən 73 nəfər (39 kişi və 34 qadın) işləyir, 4 nəfər işsizdir (2 kişi və 2 qadın).
Quşçu Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.