Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klivlend Kavalers
Klivlend Kavalers — Ohayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970-1974-cü illərdə Klivlend Arenada,1974-1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir. Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı.
Böyük üçlük (Klivlend Kavalers)
Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron Ceyms və Kevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər. Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi. Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.
Kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Kivilər
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Bonaventura Kavalyeri
Bonaventura Kavalyeri (ing. Bonaventura Cavalieri, 1598[…], Milan – 30 noyabr 1647[…], Boloniya) — İtaliya riyaziyyatçısı; sahələrin və həcmlərin hesablanması üçün "bölünməyənlər" üsulunu yaratmışdır; bu üsul inteqral hesabının formalaşmasına kömək etmişdir.
Cavalera Conspiracy
Cavalera Conspiracy — Braziliyalı metal qrupu 2007-ci ildə Maks Cavalera (gitara, vokal) və İqor Cavalera (zərb alətləri) qardaşları tərəfindən yaradılmış Braziliyalı və Amerikalı, Thrash metal qrupudur.Artıq bu qardaşları bütün metal sevərlər tanıyırdı.Sepultura və Soulfly məşhur olmuşdular.Maks indi də Soulfly qrupunda vokal və gitarada çıxış edir.2008-ci il martın 25-də "Inflikted" ilk albomlarını "Roadrunner Records" şirkəti tərəfindən çıxartdılar.
Eiserner Kanzler
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. == Həyatı == === Uşaqlığı === Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.
Kavanəq (Xudafərin)
Kavanəq (fars. کوانق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (21 ailə). == İqtisadiyyat == Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar, soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir. Kavanəq inkişaf etmiş arıçılığı ilə də diqqəti çəkir.
Kaxaber Okriaşvili
Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.. == Həyatı == Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır. == Mənşəyi == Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar. Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır. Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir.
Kaxaber Tsxadadze
Kaxaber Cumberoviç Tsxadadze (gürc. კახაბერ ჯუმბერის ძე ცხადაძე; 7 sentyabr 1968, Rustavi, Gürcüstan SSR, SSRİ) — keçmiş SSRİ və gürcüstan futbolçusu, müdafiəçi, Beynəlxalq dərəcəli SSRİ idaman ustası (1992), futbol məşqçisi. == Həyatı == 7 sentyabr 1968-ci ildə Gürcüstanın Rustavi şəhərində doğulub. == Karyerası == Müdafiəçi mövqeyində çıxış edən Tsxadadze futbolçu karyerasına 1986-cı ildə Rustavi "Metallurq"unda başlayıb. Daha sonra ardıcıl olaraq Dinamo Tbilisi, "İberiya", QİF (ikisi də Gürcüstan), QİF (İsveç), Spartak Moskva, Dinamo Moskva (İkisi də Rusiya), "Ayntraxt" (Almaniya), "Alaniya" (Rusiya), Mançester Siti (İngiltərə), "Lokomotiv" (Tiflis/ Gürcüstan) və Anji Mahaçqala (Rusiya) klublarının formasını geyinib. 1992-ci ilidən 6 dəfə SSRİ, 1991-98-ci illərdə 25 dəfə Gürcüstan milli futbol komandasına çağırılıb. Tsxadadze məşqçi karyerasına 2001-ci ildə Tiflis "Lokomotiv"ində başlayıb və bir il bu komandada çalışıb. 2005/2006 mövsümünü Dinamo Tbilisi klubunda, 2006/2007 mövsümünü "Sioni"də keçirib. 2008/2009-cu illərdə Standard Bakıda çalışıb. 2009-cu ilin iyunundan isə İnter Bakı klubunda işləyir.
Kaçalar (Germi)
Kaçalar (fars. كچلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (13 ailə).
La-Kavalri
La-Kavalri (fr. La Cavalerie, oks. La Cavalariá) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nan kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12063. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1021 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 629 nəfər (15-64 yaş) arasında 459 nəfər iqtisadi fəal, 170 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.2%) idi.
Nikolas Kanales
Nikolas Sebastian Kanales (isp. Nicolás Sebastián Canales Cala; d. 27 iyun 1985, Santyaqo, Çili) — Neftçi Bakı klubunun keçmiş və Çili milli futbol komandasının hücumçusu. == Karyerası == Nikolas Kanales 1985-ci ildə Çilinin Santyaqo şəhərində anadan olub. Uşaqlıqda Universidad de Chile klubunun futbol akademiyasında oynayıb, 2005-ci ildə isə bu klub ilə müqavilə imzalayıb. Gələn il Nikolas doğma komandasını tərk edir və Portuqaliyada Benfika B klubunda, daha sonradan Gondomar komandasında top qovur. 2007-ci ildə yaxşı formada olan Nikolas Kanales Rumıniyanın köklü klublarında olan ÇFR Kluj ilə 3 illik müqavilə imzalayır, lakin ÇFR-də əsas heyətə düşə bilmir və 2008-ci ili icarə əsasında Union Espanola, 2009-cu ili isə Cobresal klubunda keçirir. 2010-cu ildə Nikolas Kanales Çiliyə qayıdır və Palestino klubu ilə iki illik müqavilə imzalayır. Burada Nikolas əsas oyunçulardan birinə çevrilir, 73 oyuna 34 qol vurur və 2012-ci ilin mart ayında Çili milli futbol komandasına çağırılır. 2012-ci ildə Nikolas Kanales Neftçi Bakı klubuna transfer olunur və hal-hazırda Nikolas Azərbaycan Premyer Liqası 2012/2013-ün ən yaxşı bombardiridi.
Kafalar qarışıq
Kafalar Qarışıq, 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzusu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar. Lakin Busənin babası bu evliliyə razı olmaz. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilməz. Yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal müşayiət edirlər.
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.
Aleksey Kapler
Aleksey Yakovleviç Kapler (11 oktyabr, 1904, Kiyev, Ukrayna-11 sentyabr, 1979, Moskva, Rusiya) ssenari müəllifi. == Həyatı == Aleksey Yakovleviç Kapler 11 oktyabr 1904-cü ildə Kiyevdə anadan olub. 1920-ci ildən Kiyev teatrlarında aktyor və rejissor işləmişdir. Həmçinin həmkarları ilə birgə Kiyevdə eksperimental teatr olan "Arlekin" teatrını açmışdır. Kinoda 1926-cı ildən fəaliyət göstərmişdir. Aktyor kimi Rusiya istehsalı olan "Şinel" (1926) filmində çəkilib. "Tələbə qız" (1930), "Donbass" (1931) filmlərinin rejissoru, "3 yoldaş" (1935), "Mədənçilər" (1937), "Dəmir mələk" (1942), "Mavi quş" (1976) filmlərinin ssenari müəllifidir. 1939-cu ildən isə ÜDKİ-də dərs demişdir. 1943-cü ildə səbəbsiz olaraq repressiya edilmiş və yalnız 1954-cü ildə azadlığa buraxılmışdır. SSRİ dövlət mükafatı laureatı (1941), Rusiya əməkdar incəsənət xadimi (1969) Aleksey Kapler 11 sentyabr 1979-cu ildə vəfat edib.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kasale FK
Kavali FK
Kavali İdman Assosiasiyası (Fransızca tələffüz: [ka.vali a.sɔ.sja.sjɔ̃ spɔrtɪv]; Kavali AS və ya sadəcə Kavali olaraq da tanınır) — Haitinin Leoqane şəhərini təmsil edən peşəkar futbol klubudur. Hal-hazırda Haiti Liqasında mübarizə aparır.
Kayler Li
Kayler Li Vest (qızlıq soyadı: Potts; ing. Chyler Leigh West; 10 aprel 1982, Şarlott, Şimali Karolina) — ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakı Aleks Denvers rolları ilə tanınır. == Həyatı == Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində, ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur.Li Virciya ştatında yerləşən Verciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş, 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşı Kristofer Keyman Li ilə birlikdə Mayami şəhərinə köçür. Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı.Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu. O, çox keçməmiş yerli televiziya reklamlarında və yeniyetmələr üçün nəzərdə tutulmuş teleproqramlarda iştirak edir. Li 1999-cu ildə ailəsi ilə birlikdə Los-Anceles şəhərinə köçür ki, aktrisalıq karyerasına start versin.
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Kazale FK
ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, Kasale Monferrato şəhərini təmsil edir. Klub hal hazırda İtaliya D seriyasında çıxış edir. Komandanın qara rəngli formasının sinəsində ağ ulduz olduğuna görə komandanın ləqəbi "nerostellati"dir ("ulduzlu-qaralar"). == Tarixi == Klub 1909-cu ildə yaranıb. Komanda qurulanda, Kasale şəhəri İtaliyada yeni futbol hərəkatının coğrafi mərkəzində yerləşirdi. Ətrafda Cenoa, Pro Vercelli, Milan, Torino və Yuventus İtaliya futbol liqasında aparıcı klublar var idi və Kasale tezliklə onların sıralarına qoşulur.1913-cü ilin mayında Kasale, "Riding" futbol klubunu 2–1 hesabı ilə məğlub edərək, İngilis peşəkar komandasını məğlub edən ilk İtalyan klubu oldu. İtaliyada turda olan "Riding" klubu, bu tur zamanı bütün digər oyunlarında qalib gələrək Cenoa, Milan, Pro Vercelli və hətta İtaliya millisini məğlub etmişdi. Növbəti mövsümdə Kasale ilk və yeganə milli titulunu qazanır. O zaman İtaliya futbol çempionatı regional əsasda təşkil edilirdi və ölkə çempionatı üç mərhələyə bölünurdu.
Cey Katler
Jason İsaac Cutler (3 avqust 1973) Amerika'lı keçmiş təqaüdçü peşəkar bodibilder olmuşdur. IFBB peşəkarı olan Katler 2006, 2007, 2009 və 2010-cu illərdə qalib gəlmiş dördqat Mr. Olympia qalibi olmuşdur və altı dəfə ikinci olaraq Mr.Olympia kariyerasını sonlandırmışdır. == Həyatı == Jason Isaac Cutler 3 avqust 1973-cü ildə Massaçusets ştatının Worcester şəhərində anadan olmuşdur. O, yaxınlıqdakı Sterlinqdə böyümüşdür və Holdendəki Vaçuset Regional Liseyində oxumuşdur. O, 11 yaşında olarkən qardaşının beton konstruksiya biznesi olan Cutler Bros. Concrete-də işləməyə başlamışdır. O, 18 yaşında bodibilder olmaq üçün təlim almağa başlamışdır. O, 1993-cü ildə Quinsigamond Community College-i cinayət ədliyyəsi ixtisası ilə bitirərək, maksimum təhlükəsizlik həbsxanasında islah zabiti kimi işləmək qərarına gəlmişdir. == Kariyerası == Cutler şəxsi məşqçi'si olan Marcos Rodriguez tərəfindən ilham alaraq bodibildinqə girməyə qərar vermişdir.