KAVALER

Roma imperiyasının mövcudluğunun son dövrlərində at haqqında danışanda “caballus” sözünü işlədirdilər. Bu söz ispan dilində “caballo”, italyan dilində “cavallo”, fransız dilində isə “cheval” kimi səslənməyə başladı. Döyüşən atlı dəstəsinə ispan dilində ”caballeria”, italyan dilində “cavalleria”, fransızcasa “chevalerie” deyilirdi.

Amma at alıb onu saxlamaq çox baha başa gəldiyindən keçmişdə və orta əsrlərdə buna ancaq yuxarı zümrənin nümayəndələrinin imkanı çatırdı. Məlum olduğu kimi, cəngavərlər də (yəni silahlı atlılar) əsil-nəcabətli insanlar idi. Aşağı zümrənin nümayəndələri piyada döyüşürdülər.

Bu səbəbdən də “atlı” mənasında işlənən sözlər – şevalye, kavaler – damarında əsilzadə qanı axan adamın sinoniminə çevrildi.

Avropa atlılarının (yəni əsilzadələrin) özlərinin davranış kodeksləri var idi. Həmin kodeks zəiflərə – qadın, uşaq, qoca və məğlub edilmiş düşmənə qarşı xüsusi alicənablıq göstərilməsini nəzərdə tuturdu. Bu, zadəganlıq kodeksi (və ya Fransada deyildiyi kimi, şevalye) idi. Nəticədə “kavaler” sözü zəiflərə, xüsusən də qadınlara qarşı mehriban və alicənab münasibət göstərən güclü insana deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

KAUSTOBİOLİTLƏR
KAYNOZOY
OBASTAN VİKİ
Böyük üçlük (Klivlend Kavalers)
Kavaleriya
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Kavalerlər
Kavalerlər (ingiliscə:Cavaliers) — İngiltərə vətəndaş müharibəsi dövründə kralın və anqlikan kilsəsinin tərəfdarlarına verilən ad.
Klivlend Kavalers
Klivlend Kavalers — Ohayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970-1974-cü illərdə Klivlend Arenada,1974-1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir. Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı.

Значение слова в других словарях