Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ahmedcan Kasimi
Bağır Kazımi
Seyid Bağır Kazimi (10 fevral 1892, Təfriş, Mərkəzi ostanı – 1976, Tehran) — İran xarici işlər vəziri. == Həyatı == Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu. Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu. Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib. == Ailəsi == Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.
Oktay Kazımi
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi. == Həyatı == Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
Oqtay Kazımi
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi. == Həyatı == Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
Əhmədcan Kasimi
Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. == Həyatı == 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. == Karyerası == === Real Madrid === Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. === Borussiya Dortmund === 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. === İnter === 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Mircəlal Kazımi
Mircəlal Mikazım oğlu Kazımi (7 aprel 1977, Bakı) — Azərbaycan alimi, ümumi-cərrah, cərrah-transplantoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti. Azərbaycanda milli transplantasiya komandasının formalaşdırılması üzrə tanınır. Azərbaycanda, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını, Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını və ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan 5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsini icra etmişdir. == Həyatı == Mircəlal Kazımi 1977-ci il aprelin 7-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olub, 2000-ci ildə buranı bitirmişdir. 2000–2001-ci ildə M. Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçərək ümumi cərrah ixtisasını almışdır. 2004–2009-cu illərdə Türkiyənin Ege Universitetində tibb fakulətsinin ümumi cərrahiyyə və orqan transplantasiyası kafedrasında təhsil almışdır. 2009–2010-cu illərdə İzmir şəhəri, "Kent" xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreya, Seul şəhəri, "Asan Medical Center"-də , hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak etmişdir. 14.09.2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanı, 2016-cı ildə Səhiyyə Nazırliyi tərəfindən "Səhiyyə Əlaçısı" döş nişanı və "Fəxri Fərman", Azərbaycan Dövlət Gömrük Komitəsinin 30 illiyi yubiley medalı, Azərbaycan Dövlət Gömrük Komitəsinin "Fəxri Fərman"-ları ilə təltif edilmişdir.
Murtəza Kazimi Müşfiq
Mürtəza Kazımi Müşfiq (1887-1978) — müasir İran ədəbiyyatının banilərindən biri, nasir. 1924-cü ildə Berlində nəşr olunan İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan olan tərcümələrini redaktoru olduğu "İrane-Cavan" jurnalında nəşr etdirmişdir. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər "Solğun çiçək" və "Qiymətli qısqanclıq" adlı məşhur romanları kəskin sosial məsələlərə deyil sadə məişət təsvirinə həsr olunmuşdur. == Mənbə == Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.
Murtəza Kazımi Müşfiq
Mürtəza Kazımi Müşfiq (1887-1978) — müasir İran ədəbiyyatının banilərindən biri, nasir. 1924-cü ildə Berlində nəşr olunan İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan olan tərcümələrini redaktoru olduğu "İrane-Cavan" jurnalında nəşr etdirmişdir. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər "Solğun çiçək" və "Qiymətli qısqanclıq" adlı məşhur romanları kəskin sosial məsələlərə deyil sadə məişət təsvirinə həsr olunmuşdur. == Mənbə == Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.
Mustafa Əl-Kazımi
Mustafa Əbdül Lətif Muşətət Əl-Qəribi (ərəb. مصطفى عبد اللطيف مشتت الغريباوي‎; kürd. Mistefa Ebdul-Letîf Meşetat El-Xerîbawî; 5 iyul 1967, Kazımiyyə[d]) — 2020-ci ilin may ayından etibarən İraqın Baş naziri vəzifəsində çalışan iraqlı siyasətçi, diplomat və bürokrat. O, 2016-cı ilin iyununda təyin edilmiş İraq Milli Kəşfiyyat Xidmətinin keçmiş sədridir. == Həyatı == Əl-Kazımi 1967-ci ildə Bağdadda, Nəsiriyyənin şimal-şərqində, İraqın cənubundakı Əl-Şətra qəsəbəsində dünyaya gəlib. Daha sonra tələbəlik illərində Nəsiriyyədən Bağdada köçüb. Əl-Kazımi Əl-Turat Universitetində hüquq təhsili alıb, İraq Milli Kəşfiyyat Xidmətinin daha güclü olması və beynəlxalq standartlara uyğun olması üçün islahatlardan məsul olub. Kəşfiyyat fəaliyyətinin siyasiləşməsinə son qoyulması, kəşfiyyat toplama və təhlil üçün qabaqcıl metodların tətbiqi və Milli Kəşfiyyat Xidmətinin iş dairəsini genişləndirmək üçün prioritetlərin təyin edilməsinə nəzarət edib. Onun rəhbərliyi altında agentlik, həm daxili, həm də xaricdə terrorla mübarizədə səlahiyyətlərini genişləndirərək İraqın DAEŞ olaraq da bilinən İŞİD-ə qarşı mübarizəsində mühüm rol oynadı. Burada çalışdığı müddətdə İŞİD-ə qarşı ABŞ-nin rəhbərlik etdiyi federasiya daxilində çalışan bir çox ölkə və büro ilə əlaqə qurdu.
Məmməd Məmmədov (icra hakimi)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Rafiq Quliyev (icra hakimi)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Tahir Süleymanov (futbol hakimi)
Tahir Beybala oğlu Süleymanov — azərbaycanlı keçmiş futbolçu və futbol hakimi. == Həyatı == Tahir Süleymanov 22 dekabr 1964-cü ildə Şamaxıda anadan olub. 10-11 yaşlarında olarkən ailəsi ilə birlikdə Bakıya köçüb. Peşəkar şəkildə futbolla məşğul olub. "Vışka" komandasının heyətində hücümçu və yarımmüdafiəçi mövqeyində çıxış edib. Erkən yaşlarında futbolu buraxıb və məşqçiliyə başlayıb. Bir müddət sonra futbol hakimliyinə keçən Süleymanov, 1989-cu ilin sonundan SSRİ çempionatının II liqasının oyunlarına təyinat alıb. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdur. == Şəxsi həyatı == Fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005) Məzahir Süleymanzadənin qardaşıdır.
Yaşar Abbasov (futbol hakimi)
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. == Bioqrafiya == 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
ABŞ-ın baş hakimi
Sədd-i Şəhid Kazımi (Bükan)
Sədd-i Şəhid Kazımi (fars. سدشهيدكاظمي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İsrail Ali Məhkəməsinin Baş Hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi — İsrail Ali Məhkəməsinin hakimlərindən biridir, orqanın rəhbəri kimi fəaliyyət göstərir və nəticədə İsraildə məhkəmə sisteminə əhəmiyyətli təsir göstərir. Məhkəmənin hazırkı sədri 26 oktyabr 2017-ci ildə and içmiş Ester Hayutdur.
Sunami
Sunami — yaponca "津波" (つなみ) sözündən olub, liman dalğası və ya nəhəng dalğa deməkdir, okean və ya dəniz dibində zəlzələ, meteorit düşməsi, dənizin altında nüvə partlayışları, vulkan püskürməsi ilə əlaqədar döşəmənin çökməsi, yerin yerdəyişməsi kimi tektonik hadisələr nəticəsində dənizə keçən enerji nəticəsində yaranan uzunmüddətli dəniz dalğalarıdır. Bundan əlavə, qasırğalar sunamilərə də səbəb ola bilər. Sunamilərin 80%-i Sakit Okeanda baş verir. Yunan tarixçisi Fukidid “Peloponnes müharibəsinin tarixi” kitabında sunamilərin sualtı zəlzələlər nəticəsində baş verdiyini irəli sürmüşdür. Fukidid bu təklifi irəli sürən ilk şəxs kimi tanınsa da, sunaminin baş verməsi haqqında 20-ci əsrə qədər çox şey məlum deyildi. İlk geoloji, coğrafi və okeanoqrafik sənədlər sunamiləri “seysmik dəniz dalğaları” adlandırırdı. Sunami dalğaları adi sualtı cərəyanlar və ya dəniz dalğaları kimi deyil, çünki onların dalğa uzunluqları daha uzundur. Sunamilər adətən dalğa qatarı adlanan dəqiqələr və saatlar arasında dəyişən dövrlərdə bir sıra dalğalardan ibarətdir. Böyük hadisələrlə on metrlərlə dalğalar baş verə bilər. Sunamilərin təsiri sahilyanı ərazilərlə məhdudlaşsa da, onların dağıdıcı gücü böyük ola bilər və bütün okean hövzələrinə təsir edə bilər.
Surami
Surami (gürc. სურამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində Daba (Şəhər tipli qəsəbə), kiçik bir dağ-iqlim kurortu. Lixi silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşir. Dəmiryol xəttilə Xaşuri ilə bağlıdır. Qəsəbə statusu 1926-cı ildə verilmişdir. Əhalisi 7,492 nəfərdir (2014). == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Susami
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. == Coğrafiya == Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. == Əhali == 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. == Maraqlı fakt == Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Subaşı
Subaşı və ya sübaşı türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində “komandir” mənasında işlənmişdir. Türk dilində “sü” sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində “sü begi” formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün “sü başlamaq” ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu. Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi.
Qarağac küçəsində dəhşət 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Surbani (Urmiya)
Surbani (fars. سورباني‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4181 nəfər yaşayır (6 ailə).
Şadbağı (Sərab)
Şadbağı (fars. شادباغي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (130 ailə).
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. == Tarixi == 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Susami (qəsəbə)
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. == Coğrafiya == Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. == Əhali == 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. == Maraqlı fakt == Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Şubanı qəsəbəsi
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Musa Şübari Zəncani
Seyid Musa Şübeyri Zəncani (d. 2.3.1928, Qum, İran) — İranlı ayətullah.
Sətəm əs-Suqami
Sətəm Məhəmməd Abdel Rəhman əs-Suqami (ərəb. سطام السقامي‎; 28 iyun 1976, Ər-Riyad – 11 sentyabr 2001) — Səudiyyə terrorçusu, təyyarə qaçıran, 11 sentyabr 2001-ci il terror aktını həyata keçirən 19 intiharçı-terrorçudan biri. Dünya Ticarət Mərkəzinin şimal qülləsinə koordinasiyalı hücum nəticəsində çırpılan American Airlines reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri. Suqami Əl-Qaidə tərəfindən cəlb olunanda hüquq tələbəsi idi. O, başqa təyyarə qaçıran Məjed Moqed ilə birgə Əl-Qaidəyə qoşuldu və onunla Əfqanıstana getdi. Orada 11 sentyabr terror hücumlarına qatılmaq üçün seçildi. 2001-ci ilin aprelində ABŞ-yə gəldi. == Öncəki həyatı və təhsili == Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad anadan olan Suqami, Kral Səud Universitetinin hüquq fakültəsində oxuyurdu. Orada Əl-Qaidə tərəfindən ehtimal olunan keçmiş tələbə yataq otağı yoldaşı Məjed Moqed ilə birlikdə cəlb olundu. Onlar İbn əl-Şeyx əl-Libi tərəfindən təşkil edilən Kabil yaxınlığındakı böyük bir təhsil müəssisəsi olan Haldenə gəldilər.
Yaqub Şevki Subaşı
Yaqub Şevki Subaşı (türk. Yakup Şevki Subaşı; 1876, Elazığ – 20 dekabr 1939, İstanbul) — Osmanlı və Türkiyə hərbçisi. Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. == Balkan müharibələri == 4 fevral 1913-cü il tarixində Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir. == Birinci dünya müharibəsi == === Çanaqqala müharibəsi === 31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. === Qalisiya cəbhəsi === 21 oktyabr 1915-ci il tarixində 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır. === Qafqaz cəbhəsi === 18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeçiliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu.
Şubani (dağ silsiləsi)
Şubani - Abşeron yarımadasının qərbində dağ silsiləsidir. == Haqqında == Şubani dağ silsiləsinin adını yerli əhali Şübani kimi tələffüz edir. Bəzi tədqiqatşılar oronimi fars dilindəki "yüksəklik" mənalı şuban sözü ilə əlaqələndirir. XV-XVII əsrlər Bakı tarixinə aid sənədlərdə Şubani ilə əlaqədar 4 fərman var. Bu sənədlərdə Şubani Şeybani kimi qeyd olunmuşdur. Ərəb istilası dövründə Cənubi qafqazı idarə edən valilərdən biri də sərkərdə Yezid ibn Məzyəd Əş-Şeybani (799-801) olmuşdur. O, Ərəbistan yarımadasında yaşayan rəbiə tayfasının şeyban tirəsinə mənsub idi. İşğal olunmuş ölkələrdə öz mövqelərini möhkəmləndirmək, özlərinə etnik dayaq yaratmaq və yerli əhalinin müqavimətini qırmaq üçün həmin yerlərə ərəb tayfaları köçürüdülər. Xəlifə Harun ər-Rəşidin dövründə (786-809) köçürülmə siyasəti valilərə tapşırılmışdı. Həmin şəxslər özlərinə yaxın qohum tayfaları Azərbaycana gətirmişdilər.
İngilis-Misir Sudanı
İngiltərə-Misir Sudanı — 1899-cu ildən 1956-cı ilə qədər Misir və Böyük Britaniyanın kondominiumu. == Tarixi == === Misir ilə ittifaq === 1820-ci ildə Misir valisi Məhəmməd Əli Sudanın şimalını fəth etdi. Bölgənin uzun müddət Misirlə dil, mədəni, dini və iqtisadi oxşarlıqları və əlaqələri var idi. Sudan fironların dövründən başlayaraq tez-tez Misir hakimiyyəti altına düşürdü. Məhəmməd Əli Osmanlı imperiyasından ayrılmaq üçün öz gücünü fəal şəkildə genişləndirməyə çalışırdı. Bunun üçün Sudanın ona tabe olmasını istəyirdi. Onun və xələflərinin hakimiyyəti dövründə “Nil vadisində birliyi” qorumaq üçün Misir və Sudan vahid bir qurum kimi idarə olunurdu. Bu siyasət, ilk növbədə, hakimiyyəti dövründə Sudanın qalan hissəsinin böyük hissəsi fəth edilən İsmayıl Paşa tərəfindən davam etdirilib və gücləndirilibdir. === Böyük Britaniyanın iştirakı === 1869-cu ildə Süveyş kanalının açılması ilə Misir və Sudanın iqtisadi və strateji əhəmiyyəti xeyli artdı və bu, böyük dövlətlərin, xüsusən də Böyük Britaniyanın diqqətini cəlb etdi. On il sonra, 1879-cu ildə İsmayıl Paşa hökumətinin böyük xarici borcu onun vəzifədən uzaqlaşdırılması və Kavalalı Tofiq Paşanın dövlətinin başçısı olması üçün bəhanə oldu.