Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kamarq
Kamarq (fr. Camargue) — Fransanın cənubunda, Ron çayının mənsəbində yerləşən bataqlıq ərazi. Bu ərazi bir deltadır. 930 km² ərazini əhatə edən bölgədə br necə təbiət qoruğu yerləşir. Ərazisi əsasən şoran, qamışla zəngin bataqlıqlar, dəniz laqunları və qumlu adacıqlardan ibarətdir. Ron çayının iki qolu sayəsində 3 hissəyə bölünür: Kiçik Kamarq (fr. Petite Camargue): Kiçik Rondan qərbdə; Plan du Bourg (fr. Plan du Bourg): Böyük Rondan şərqdə; Böyük Kamarq — iki qol arasındakı sahə. Kamarq — elmi-fantastika yazıçısı Maykl Murkokun The History of the Runestaff kitabının əsas personajlarından biri olan qraf Brassın yaşadığı yerdir. Murkoksun əsərinə görə, Kamarq qədim dövrlərdən etibarən toxunulmazdır və nüvə müharibəsinin qeyri-adi iqlim və coğrafi şəraitlərdən yaranan fəlakətli nəticələrindən qaçmışdır.
Kumari
Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir. Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir. Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Boubakar Kamara
Boubakar Kamara (23 noyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Kamara öz peşəkar karyerasında debütünü Marsel klubu ilə 13 dekabr 2016-cı ildə etmişdir. O, oyuna start heyətdə başlamış və 82-ci dəqiqədə Hiroki Sakay ilə əvəz olunmuşdur. Həmin görüşdə Marsel Fransa Liqa Kubokunda Sojo ilə 1-1 hesabı ilə bərabərə qalsa da, penaltilərdə 4-3 hesabı məğlub olmuşdur.
Janna Samari
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Kader Kamara
Kader Kamara (18 mart 1982, Konakri) — Qvineya futbolçusu. Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur. Əvvəlki klubları: Vasko de Konakri , Atletiko K. Qvineya, Vitess, Zuyd-Vest, Serkle Brügge, Beringen, Dessel Sport. 2007-ci ildən Qəbələdə çıxış edir. Qvineya milli futbol komandasının daimi üzvlərindən biri olub. Belçika çempionatının ikinci divizionunun qalibi (2003 — Serkle Brügge) Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.
Kamarə (Qürvə)
Kamarə (fars. كمره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (22 ailə). Əhalisini kürdlər təşkil edir.
Kanari-Uorf
Kanari-Uorf (ing. Canary Wharf) — London şəhərində biznes rayonu. Kanari-Uorf Vest İndia tərsanəsi olan İtlər adasında yerləşir. 1802-ci ildə ərazi dünyada ən məşğul tərsanələrdən biri olmuşdur. 1960-cı illərdən sonra, portda sənaye azalmağa başladı və bütün tərsanələr 1981-ci ildə bağlandı.
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Mahdi Kamara
Mahdi Kamara (30 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. 15 mart 2018-ci ildə Kamara akademiyası vasitəsilə inkişaf etdiyi Sent-Etyen klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Kevin Monnet-Paketi əvəz etmişdir. Liqa 1 görüşündə Sent-Etyen rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Kamara Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. O, Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Meena Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mina Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Məhəmməd Kamara
Məhəmməd Kamara (6 yanvar 2000, Mali) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Malili futbolçudur. 6 yanvar 2000-ci ildə Bamakoda anadan olub. Kamara Bamako akademiyası vasitəsilə inkişaf etmişdir. Kamara öz peşəkar karyerasında debütünü 23 fevral 2018-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Filipp Sturmu ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Xuan Kamara
Xuan Kamara (13 fevral 1994[…], Xaen, Əndəlüs) — Yarımmüdafiəçi.
Pleyd Kamri
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Udon no Kuni no Kiniro Kemari
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Babarı
Babarı (az-əbcəd. بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Cadarı
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Kafarlı
Kafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Çamardı
Çamardı (türk. Çamardı) — Niğdə ilinin ilçəsi.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.