Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) СH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2- metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3- etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2- dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3- dimetilbutan turşusu СН3-СH(СН3)-СH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-СOOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-СOOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-СOOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-СOOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri СOOH-СН2-СН2-СН2-СН2-СН3 Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С ). Metanol, etanol, efirdə yaxşı həll olur. Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Al Kapon
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 — 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 — 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Savin-le-Lak (кантон)
Savin-le-Lak (fr. Savines-le-Lac) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0521. Savin-le-Lak kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Savin-le-Lak kommunasıdır. 2007-ci ildə əhalinin sayı 1 911 nəfər təşkil edirdi.
Hadron
Hadron (yun. ἁδρός, adrós, "qalın, güclü, ağır") kvant fizikasında mürəkkəb hissəcik. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange (qəribə), charm (ovsun, tilsim), top (üst), bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər.
Jasron
Jasron (fr. Jasseron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01195. 2010-ci ildə əhalinin sayı 1552 nəfər təşkil edirdi.
Kalmon
Kalmon (port. Calmon) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4069 nəfərdir. Ərazisi 639,528 кm²-dir. Əhalinin sıxlığı 6,4 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 9 yanvardır.
Kameron
Kameron Boys
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kandon
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Kanyon
Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Karona
Karona (it. Carona) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 356 nəfər (2008), əhalinin sıxlığı 8 nəfər/km². Sahəsi 44 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın himayədarı 24 iyunda qeyd olunan Vəftizçi Yəhyadır.
Kation
Kation (yun. κατά káta "aşağı" və ἴον ion "gedən") müsbət yüklənmiş iondur. Elektrolizdə müsbət yüklənmiş ionlar həmişə katoda tərəf hərkət etdiyindən, onlara Kation adı verilmişdir. Bu atom və molekulaların elektron verməsi və ya Hidrogen ionu H+ alması nəticəsində yaranır. Duzlar həmişə kation və anionların birləşməsindən ibarətdir. Müxtəlif yüklü kationalar arasında baş verən elektron dəyişməsi Qapon düsturu ilə təsvir olunur. Kationların kimyvi təsdiqi üçün tətbiqi analitikaya aid laboratoriya cihazları, həmçinin sadə kolbalar tətbiq edilirlər. Birləşmiş kationalar aid misallar: NH4+ (Ammonium]]-Ion) H3O+ (Oksonium]]-Ion) [NO]+ (Nitrosilbrləşməsi-Kation) Na → Na+ + 1e− Natrium atomundan elektron verməsi nəticəsində sadə yüklənmiş Natriumionu yaranır. Tomda mənfi yükün az olması səbəbindən müsbət yüklər üstünlük təşkil edirlər. Mg → Mg2+ + 2e− İki elektronun verməsi nəticəsində maqnezium atomundan iki dəfə müsbət yüklənmiş maqnezium ionu yaranır.
Laprün
Laprün (fr. Laprugne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03139. 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kaptan
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Bayron Moreno
Bayron Moreno (isp. Byron Aldemar Moreno Ruales) (d. 23 noyabr 1969) — ekvadorlu keçmiş futbol hakimi. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatlnda verdiyi qərarlarla uzun müddət gündəmdə olmuşdur. Bayron Moreno 2002-ci il dünya çempionatının 1/8 final mərhələsində İtaliyanın meydah sahibi Cənubi Koreyaya məğlub olaraq yarışı tərk etməsindən sonra bir çox futbol mütəxəssisləri və azarkeşləri tərəfindən tənqidlərə məruz almışdır. İtaliyalı futbolçu Françesko Totti və komandanın məşqçisi Covanni Trapattoni İtaliyanın yarışdan kənarlaşdırılmasını əvvəldən qurulmuş plan adlandırmışdır. Trapattoni daha irəli gedərək iki ev sahibindən birinin turnirdə qalması üçün hakimin FİFA-dan tapşırıq aldığını iddia etmişdir. Morenonun oyun zamanı ən çox tənqidlərə məruz qalan qərarları Cənubi Koreyanın xeyrinə erkən penaltinin verilməsi, Damiano Tommazi tərəfindən əlavə vaxtda vurulan qızıl qolun ofsayd səbəbindən hesaba alınmaması və Françesko Tottiyə simulyasiyaya səbəbindən ikinci sarı vərəqənin göstərilməsi idi. FİFA prezidenti Zepp Blatter yan hakimi "fəlakət" adlandırmış və İtaliyanı hələ qrup oyunları zamanı səhv ofsayd qərarlarından əziyyət çəkdiyini etiraf etmişdir. Bununla belə, o, İtaliyaya qarşı hər hansı planın olması fikirlərini inkar etmişdir.
Bayron burnu
Bayron burnu (ing. Cape Byron) — Avstraliya materikinin ucqar şərq nöqtəsidir. Burun ilk dəfə Ceyms Kuk tərəfindən onun yaxınlığından 15 may 1770-ci ildə keçərkən adlandırmıışdır. O, burnu Britaniya donanmasının admiralı Con Bayronun şərəfinə adlandırmişdir. Con Bayron dünya dövr səyahətini «HMS Dolphin (1751, Delfin)» gəmisində 1764—1766 illərdə həyata keçirmişdir.
Breno (kanton)
Breno (fr. Brénod) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 3576 nəfər təşkil edirdi. Kodu — 0106. Breno kantonuna 12 kommun daxildir və bunlardan əsas Breno kommunası hesab edilir. Breno — əhalisi 511 nəf. Vyo-d'İznav — əhalisi 651 nəf. Le-Petit-Aberjman — əhalisi 141 nəf.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Böyük Kanyon
Böyük Kanyon (ing. Grand Canyon) — dünyanın ən dərin kanyonlardan biri. ABŞ-nin Arizona ştatının Kolorado platosunda yerləşən bu kanyon Böyük Kanyon Milli Parkın ərazisinə daxildir. Bu ərazi həm də, hindu tayfaları olan navaho, xavasupay və xyalapayların rezervasiyaları hesab olunur. Böyük kanyonun uzunluğu 446 km, dərinliyi 1600-1800 metrdir. Eni yuxarı hissədə 8 km-dən 25 km arasında dəyişir, aşağı hissədə isə bəzi yerlərdə 120 m-dən çox deyil. 1979-cu ildən Böyük kanyon UNESCO-nun Ümumdünya irsinə aid edilib. ABŞ-nin qərbində, əsasən Arizona ştatında yerləşən Kolorodo yaylası demək olar ki, üfüqi yatımlı, müxtəlif qalınlıqlı süxur laylarından əmələ gəlmiçdir. Burada ayrı-ayrı ağların hündürlüyü təxminən 3000 m-ə çatır. Platonu, başlanğıcını Kolorado ştatının Şərqi Qayalı dağlarının Lonq-Pik (4345 m) zirvəsindən götürən, Kolorado çayı kəsir.