Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katerina
Katerina — qız adı. Katerina Duska — Yunanıstan müğənnisi. Katerina Oikonomopulu — Yunanıstanı təmsil edən su poloçusu.
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Braqanzalı Katerina
Braqanzalı Katerina (port. Catarina Henriqueta de Bragança, 25 noyabr 1638[…], Vila-Visoza sarayı[d], Portuqaliya – 31 dekabr 1705[…]) — Portuqaliya prensesi və İngiltərə müstəmləkə imperiyası kralı II Charlesin həyat yoldaşı. 23 aprel 1662-ci ildə bir mərasimlə ingilis kralı ilə evlənmişdir.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Katerina Karaqeorqieviç
Katerina Karaqeorqieviç (serb. Катарина Карађорђевић; 13 noyabr 1943, Afina) — Yuqoslaviya şahzadəsi Aleksandrın həyat yoldaşı. Robert Batisin (1916–2011) və Anna Dostinin (1922–2010) iki qızından biridir. Katerina Afinada və İsveçrənin Lozanna şəhərində təhsil almışdır. Daha sonra Denver Universitetində (Kolorado) və Dallas Universitetində biznes ixtisasına yiyələnmişdir. Bir neçə il Amerika Birləşmiş Ştatlarında biznes sahəsində işləmişdir. 25 noyabr 1962-ci ildə Katerina Cek Volter Endryus (Jack Walter Andrews, 1933–2013) ilə evləndi. Bu evlilikdən iki uşağı var: Devid və Alison. O, çoxlu səyahət etmiş, Avstraliyada və Afrikada yaşamışdır. Katerina və Cek Volter Endryus 7 dekabr 1984-cü ildə boşandı.
Katerina Kornaro
Katerina Kornaro (yun. Αικατερίνη Κορνάρο, it. Caterina) (25 noyabr 1454 – 10 iyul 1510) — 1474-1489-cu illərdə Kipr krallığının kraliçası. Həyat yoldaşı II Ceymsin ölməsindən sonra "Venesiya Respublikasının qızı" adını qəbul etdi və adanı Venesiya Respublikasının himayəsinə verdi. Beləliklə, Kipr krallığı süqut etdi.
Katerina Oikonomopulu
Katerina Oikonomopulu (16 fevral 1978, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. Katerina Oikonomopulu, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Katerina Oikonomopulu, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Katerina Prokesova
Katerina Prokesova (d. 1 fevral 1976; Bratislava, Slovakiya) — Slovakiyanı təmsil edən batut gimnastı. Katerina Prokesova, 2004-cü ildə Slovakiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Katerina Prokesova, 2004-cü ildə Slovakiya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Prokesova, 61.90 xal topladı və 16 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Katerina Sakellaropulu
Katerina Sakellaropulu (yun. Κατερίνα Σακελλαροπούλου; 30 may 1956, Saloniki) — 13 mart 2020-ci ildən etibarən Yunanıstan Prezidenti vəzifəsində çalışan yunan siyasətçi. Sakellaropulu Salonikidə anadan olub. Ailəsi Ksanti prefekturasının Stavrupoli şəhərindəndir. Afina Universitetində hüquq təhsili aldı və Panteon-Assas Universitetində ictimai hüquq üzrə aspiranturasını bitirdi. 1980-ci illərin ortalarında Dövlət Şurasına üzv qəbul edildi və 2000-ci ildə müşavir vəzifəsinə yüksəldi. 2015-ci ilin oktyabrında Dövlət Şurasının Vitse-prezidenti təyin edildi və 2018-ci ilin oktyabrında yekdil səsvermənin ardından məhkəmənin ilk qadın Prezidenti oldu. Onun seçilməsi o dövrdə iqtidarda olan Radikal Sol Koalisiyanın ətraf mühit və insan hüquqları kimi məsələlərdə mütərəqqi rekordunu nəzərdən keçirməsindən sonra baş verdi. Dövlət Şurası Ədliyyə İşçiləri Assosiasiyasının üzvüdür. Birlikdə işlədiyi müddətdə, Baş katib, Vitse-prezident və Prezident vəzifələrində çalışdı.
Katerina Vildermut
Katerina Vildermut (17 aprel 1979) — Almaniyanı təmsil edən bədii gimnast. Katerina Vildermut Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Katerina Vinoqradskaya
Katerina Nikolayevna Vinoqradskaya (14 noyabr 1905, Oryol, Rusiya-10 may 1973, Moskva, Rusiya). Ssenari Müəllifi. Ədəbiyyat fəaliyyətinə 1922-ci ildə (bəzi mənbələrə görə 1926) başlamışdır.
Katerina Zeno
Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya – 1490-cı illər, Venesiya) — italyan siyasətçi və Venesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur. Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi. Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi. Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.
Katerina Şemi
Katerina Şemi (13 dekabr 1888, Odessa, Xerson quberniyası – 14 iyul 1950, Paris) - fransız kimyaçısı idi. O, İren Jolio-Küri ilə birlikdə o, ilk dəfə radonun yarımparçalanma periodunu ölçdü . O, həmçinin atomların qruplaşdırılmasının foto effekti ilə bağlı geniş araşdırma apardı, onun adını daşıyan effekt Şemi effekti olaraq bilinir . 13 dekabr 1888-ci ildə Odessada anadan olan Katerina Şemi Fransa-Suriya notariusu Anton Şemi və onun rus həyat yoldaşı Helen Qolovkin'nin qızı idi. 1907-ci ildə Odessada məktəb təhsilini başa vurduqdan sonra həmin il Cenevrə Universitetinin Elmlər fakültəsinə daxil olur və 1913-cü ildə burada elektrik fizikası üzrə doktorluq dərəcəsi alır . Daha sonra Rusiyaya qayıdıb Petroqrad Universitetinin fizika laboratoriyasında qaz boşaltma borularında gərginliklərin öyrənilməsi üzrə təhsil alır. Birinci Dünya Müharibəsi illərində 1916-cı ilə qədər Odessa Universitetində yaradılmış klinikalarda hərbi tibb bacısı kimi çalışmışdır. Müharibədən sonra Odessa Universitetində riyaziyyat üzrə köməkçi kimi elmi işini davam etdirib. Rusiya inqilabı zamanı , 4 aprel 1919-cu ildə ailəsi fransız qoşunları ilə birlikdə Odessadan qaçaraq Qrenobl yaxınlığındakı Voreppe adlı qaçqın məskəninə çatdı . Voreppedə beş ay qaldıqdan sonra ailəsini dolandırmaq üçün təhsil və iş imkanları səbəbilə Parisə köçdü.
Katerina Kalitko
Yekaterina Aleksandrovna Kalitko (ukr. Катерина Олександрівна Калитко) — ukraynalı şairə, tərcüməçi, şeir topluları və nəsr əsərlərinin müəllifi. O, 2000-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. Katerina Kalitko 8 mart 1982-ci ildə Vinnitsada anadan olub və burada orta məktəbi qızıl medalla bitirib. 1999-2005-ci illərdə Kiyev-Mohila Akademiyasında politologiya və jurnalistika üzrə təhsil alıb. 2017-ci ildə Yekaterina Kalitkonun "Old Lev" nəşriyyatı tərəfindən nəşr olunan "İtirilmişlər ölkəsi və ya kiçik qorxulu nağıllar" (ukr. Земля Загублених, або Маленькі страшні казки) kitabı "BBC ilin kitabı" mükafatına layiq görülüb. 2019-cu ildə HeForShe İncəsənət həftəsi 2019 çərçivəsində BMT Qadınları və Ukrayna İnstitutu tərəfindən "Müstəqil Sənətdə Qadın" mükafatına layiq görülüb. 2023-cü ildə "Səssiz Qadınlar ordeni" toplusuna görə Ədəbiyyat kateqoriyasında Şevçenko mükafatına layiq görülüb. 2023-cü ildə Kalitko Milli Birlik Radio Diktasiyası üçün mətn yazmağa dəvət edilib.
Katerina Yuşşenko
Katerina Yuşşenko (ukr. Катерина Михайлівна Ющенко; 1 sentyabr 1961, Çikaqo) — ukraynalı və amerikalı iqtisadçı, sahibkar və Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun (2005–2010) ikinci həyat yoldaşı. ABŞ hökumətində və özəl sektorda uğurlu karyera quran Yuşşenko hazırda xeyriyyə işləri ilə məşğuldur. Yuşşenkonun atası Mixaylo Çumaçenko 1917-ci ildə Xarkov vilayətinin Zaitsivka bölgəsində böyük fermer ailəsində anadan olub. O, 1932–1933-cü illərdə Sovet Aclığından sağ çıxmış ailəsinin azsaylı üzvlərindən biri idi. Çumaçenko Luqansk vilayətinin Lisiçansk şəhərində elektrik mühəndisliyi üzrə təhsil alıb. Sovet Ordusunda xidmət etmiş və 1942-ci ildə alman qüvvələri tərəfindən əsir götürülərək Almaniyaya aparılmışdır. Yuşşenkonun anası Sofiya Çumaçenko 1927-ci ildə Kiyev vilayətinin Litki şəhərində anadan olub və 2012-ci il sentyabrın 30-da Kiyevdə vəfat edib. Sofiya Çumaçenko kəndinin bir çox digər gənc qadınları ilə birlikdə Sovet İttifaqının işğalından az sonra 14 yaşında köləlik üçün faşist Almaniyasına aparılıb. Katerina Yuşşenkonun valideynləri Almaniyada tanış olub, evlənib və 1945-ci ildə bacısı Lidiyanı dünyaya gətirib.
İsgəndəriyyəli Müqəddəs Katerina (Rafael)
İsgəndəriyyəli Müqəddəs Katerina (it. Santa Caterina d'Alessandria) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "İsgəndəriyyəli Müqəddəs Katerina" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərində saxlanılır.
Katerina Vizkonti (Milan hersoqinası)
Katerina Vizkonti (it. Caterina Visconti; təq. 12 iyul 1360, Milan – 17 oktyabr 1404, Monsa) — ilk Milan hersoqu Jan Qaleazzo Vizkontinin ikinci xanımı, Milan hersoqinası. Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.
İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (Valletta)
İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (malta Knisja ta' Santa Katerina, it. Chiesa di Santa Caterina d'Italia ) — Maltanın paytaxtı Vallettada yerləşən Roma-Katolik kilsəsi.Kilsə, Malta İtalyan icmasının kilsəsi olaraq xidmət edir Beləliklə bura daha çox İtaliyanın Müqəddəs Katerina kilsəsi (malta Santa Katerina tal-Italja) kimi tanınır. Kilsə 1576-cı ildə Müqəddəs Conun İtalyan cəngavərləri tərəfindən kilsə olaraq xidmət etmək üçün inşa edilmişdir. Auberge d'Italie -ə bitişik şəkildə inşa edilmişdir. Planların tərtib edilməsi Qirolamo Kassara tapşırıldı. Kilsə 17-ci əsrdə genişləndirildi. Mövcud kilsəyə səkkizguşəli bir kilsə daha əlavə edildi. Orijinal kilsə yeni kilsənin ziyarətgahına çevrildi. Kilsə 2001-ci ildən 2011-ci ilə qədər böyük bir yeniləmə keçirdi. Bu gün kilsə yenə də Maltadakı italyan icmasının kilsəsi olaraq xidmət edir.
Kaleria
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Katerini
Katerini (yun. Κατερίνη) — Yunanıstanın Pieria bölgəsində şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 58.309 nəfər yaşayır.
Katorqa
Katorqa (yun. κατεργων — катергон, üç cərgəli avarlara malik gəmi) — dövlət üçün ən ağır cinayətkarlar tərəfindən görülən məcburi əmək cəzası. Katorqa hələ qədim Roma imperiyasında, edam cəzasının əvəzində məcburi əmək formasında mövcud idi.
Kayenna
Kayenna (fr. Cayenne) — Fransa Qvianasının paytaxtı, Fransanın Cənubi Amerikada yerləşən dənizaşırı departamenti. Şəhər Atlantik okeanı sahilində, Kayenna çayının sahilində yerləşir. Şəhərin şüarı "fert aurum industria" adlanır ki, bu da tərcümədə "iş sərvət gətirir" deməkdir. 2015-ci il hesablamalarına görə Kayennanın metropolis ərazisində 131,922 nəfər yaşayır. Kayenna Atlantik okeanı sahilində, Kayenna çayının estuarisində yerləşir. Kayenna adasının bir hissəsi də şəhər ərazisi hesab olunur. Şəhər Sen-Loran-du-Maroni kommunasından 268 km, Kuru kommunasından isə 64 km məsafədə yerləşir.
Kazerta
Kazerta (it. Caserta) — İtaliyanın Kampaniya regionunda şəhər.
Latəran
Latəran (fars. لاطران‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (35 ailə).
Taverna
Taverna — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Tavernalar əvvəllər uzaq yoldan gəlmiş insanların gecələməsi üçündə geniş istifadə olunurdu. Mülk sahibləri əsasən müəssəsin ikinci mərtəbəsində müştərilərə istirahət otaqları təklif edirdilər. Qumar oyunlarının əsas təşkil edildiyi məkanlardan sayılan Tavernalar bu və buna bənzər səbəblərdən əsasən şəhərin kənar hissələlərində yerləşdirdi. Taverna sözü Latın Amerikasında ispan dilli insanlar tərəfindən istifadə olunan Taberna sözündən yaranmışdır. Orta əsrlərdə insanların əsas istirahət məkanlarından olan Tavernaları bu gün müasir və daha komfortlu barlar və gecə klubları əvəz edir.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).