1. Son dərəcə sərt bir şəraitdə ağır icbari iş, sürgün və həbs şəklində verilən cəza, habelə sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri. Katorqaya məhkum edilmək. Katorqaya göndərilmək. Katorqadan qaçmaq.
– …Amma ağır tənbehlərin, yəni Sibirə və katorqaya düşənlərin müddətinin bir hissəsi qalır, bir hissəsi bağışlanır.
Katorqa cəzası – insanları diri-diri qəbrə gömmək üçün idi.
2. məc. Çox ağır həyat şəraiti və ya zəhmət haqqında.