Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kameron
Kameron Boys
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Alexandro Kantero
Alexandro Kantero Sançez (8 iyun 2000, Madrid) – İspaniya klubu olan Levantenin futbolçusu. == Karyerası == === Levante-2 === Levante-2–də ilk matçına 20 yanvar 2019-cu ildə keçirilən Levante 2-Kornella matçının 67-ci dəqiqəsində çıxıb. Matç 0–0 hesablı heç-heçə ilə başa çatıb. Levante-2-də ilk dəfə 24 mart 2019-cu ildə keçirilən Levante 2-Sabadell matçında fərqlənib. Matçın 4-cü və 46-cı dəqiqələrində qol vurub. Beləliklə, bu matçda Alexandro Kantero Levante-2 də dublda etmiş oldu. Matç Levante 2-nin 3–1 hesablı qələbəsi ilə başa çatıb. === Levante === Levantenin heyətində ilk matçına 30 aprel 2021-ci ildə keçirilən Selta Viqo-Levante matçında çıxıb. Start heyətdə meydana çıxan Kantero 79-cu dəqiqədə əvəzlənib. Matç Selta Viqonun 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Dav Kameron
Dav Oiviya Kameron (ing. Dove Olivia Cameron), doğum adı: Xloya Selesta Hosterman (ing. Chloe Celeste Hosterman; 15 yanvar 1996, Beynbric-Aylend[d], Vaşinqton, ABŞ) — ABŞ aktrisası və müğənnisi.
Kameron Boys
Kameron Boys (ing. Cameron Boyce, 28 may 1999, Los-Anceles, Kaliforniya – 6 iyul 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və rəqqasıydı. == Həyatı == Kameron Boys 28 may 1999-cu ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlmişdi. Breyk-dans rəqsi onun hobbisinə çevrilmiş və dörd dostu ilə birlikdə "X-MOB" adlı qrup yaratmışlar. Kameron Boysun ən yaxşı tanınan rolu "Dısney Channel" kanalındakı Cessi teleserialında Lyuk Ross roludur. Kameron Göstər özünü serialında qonaq oyunçu olaraq rəqs etmişdir. Ayrıca 2008-ci ildə çəkilən Güzgülər adlı qorxulu filmdə "Maykl Karson" personajını canlandırmışdı. Uğurlar, Çarli! adlı televiziya seralında "Dankan" personajını canlandıraraq poplulyarlıq əldə etmişdir.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Kameron adası
Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Katerin Uilson
Katerin Uilson (1822 – 20 oktyabr 1862) — cinayətlərdən birini görə edam olunmuş, lakin ümumilikdə altı cinayət daha törətdiyi düşünülən ingilis qatil. O, tibb bacısı işləyirdi və qurbanlarını vəsiyyətlərində pullarını ona buraxmağa təşviq etdikdən sonra onları zəhərləmişdi. Hökm çıxaran hakim onu xüsusi olaraq "yaşamış ən böyük cinayətkar" kimi təsvir etmişdir. == Cinayətlər == Uilson əvvəlcə Spoldinqdə tibb bacısı kimi çalışmış, daha sonra Körbi-Lonzdeylə köçmüşdür. O, Dikson adlı bir adamla evlənsə də, əri tezliklə ölmüş və onun kolxikumdan zəhərləndiyi ehtimal edilmişdir. Həkim cəsədin yarılmasını təklif etsə də, Uilson ona bunu etməməsi üçün yalvarmış və o, bu fikrindən əl çəkmişdir. 1862-ci ildə Uilson öz vəsiyyətini onun xeyrinə yenidən yazmış Sara Karnellə qulluq edən bir tibb bacısı kimi çalışmış və az sonra ona "sakitləşdirici məhlul" gətirərək "İç onu, əzizim, səni isitəcək" demişdir. Karnell bu məhluldan bir ağız dolusu içmiş və ağzını yandırdığından şikayətlənərək tüpürmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən maye yataq paltarında dəlik açıb. Hadisədən sonra Uilson Londona qaçsa da, bir neçə gün sonra həbs edilmişdir.
Nina Katerli
Nina Semyonova Katerli (rus. Ни́на Семёновна Кате́рли; 30 iyun 1934, Leninqrad – 20 noyabr 2023, Sankt-Peterburq) — Rusiya, sovet yazıçısı, publisist, hüquq müdafiəçisi, 15 nəsr və jurnalistika kitabının müəllifi. 1934-cü il iyunun 30-da Leninqradda yazıçı ailəsində anadan olub. Anası Yelena İosifovna Katerli (əsl soy adı Kondakova, 1902–1958), nasir və jurnalist olub. Atası Solomon Şmuleviç (Semyon Samoyloviç) Farfel (təxəllüsü "F. Samoilov", 1907–1985), yazıçı-dokumentalist, Böyük Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant, "Vətənin keşiyində" qəzetinin hərbi müxbiri Leninqrad Cəbhəsi, Qırmızı Ulduzlar ordeninin sahibi. Babası Samuil Qriqoryeviç Farfel (1877–1927), jurnalist, "Reç" kadet qəzetinin əməkdaşı. Nina Katerli 1958-ci ildə Leninqrad Texnoloji İnstitut bitirib. 1976-cı ilə qədər elmi-tədqiqat institutunda kimya texnoloqu kimi çalışıb. Bu ildən mühəndis peşəsini tərk edərək özünü tamamilə ədəbiyyata həsr edib. Nina Katerli 15 nəsr və jurnalistika kitabının müəllifidir.
Kataro monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. == Quruluşu == Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.
Aterk (Ağdərə)
Həsənriz (əvvəlki adı: Aterk və ya Ater) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Keçmış adı Aterk/Ater qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilmişdir. == Tarixi == Kəndin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çаlаbеrd nаhiyəsinin kəndi olaraq keçir.
Aterk (qala)
'Ater — Arsakda qala adı. İlk dəfə VII əsrə aid "Albaniya tarixi"ndə cəkilir. Qədim ermənicə yazılışda əvvəlinə H səsi sonu isə K əlavəsilə Haterk kimidir. Mxitar Qoşun (XII əsr) əsərində Aterkqaladır. Əhməd bəy Cavanşir yazır ki, Xaçın mahalında qala Haterk adlanıb. Toponimi At-Örək kimi də bərpa etmək olar. Bax: Haterk. == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960. Azərbaycan SSR-in qısa toponimlər lüğəti.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Herbert və Katerin Yakobsun ilk evi
Herbert və Katerin Yakobsun ilk evi və ya I Yakobs ― Amerika Birləşmiş Ştatları, Viskonsin, Madisonda 441-ci prospektdə yerləşən bir ailə evidir. Ev tanınmış amerika memarı Frank Lloyd Rayt tərəfindən tərtib edilmiş, 1937-ci ildə inşa edilmişdir. 2003-cü ildə Milli tarixi bir yer olaraq təyin edildi. Raytın evi və bir neçə başqa mülkü 2019-cu ilin iyul ayında "Frank Lloyd Raytın 20-ci əsr memarlığı" adı altında ümumdünya irsi siyahısına daxil edilib. == Təsviri == Yakobsun evi Birç və Evklid prospektləri arasındakı Toepfer prospektinin şərq tərəfində, Madison şəhərinin cənub-qərbində bir yaşayış yerində yerləşir. Ev bir mərtəbəli olub, xarici görünüşü kərpic, taxta və şüşə qapıların birləşməsində ibarətdir. Eyni zamanda ev düz bir dam ilə örtülür və beton təməl üzərində dayanır. Daxili sahəsi 1500 kvadrat metr olub iki yataq otağından ibarətdir. Evin orijinal istilik sistemi əsas beton döşəmənin altına qoyulmuş buxar istilik borularından ibarətdir. Buxar istisini təmin edən soba mətbəxin altındakı kiçik bir zirzəmidə yerləşir.