kategorisch
Kathedrale
OBASTAN VİKİ
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.
Braqanzalı Katerina
Braqanzalı Katerina (port. Catarina Henriqueta de Bragança, 25 noyabr 1638[…], Vila-Visoza sarayı[d], Portuqaliya – 31 dekabr 1705[…]) — Portuqaliya prensesi və İngiltərə müstəmləkə imperiyası kralı II Charlesin həyat yoldaşı. 23 aprel 1662-ci ildə bir mərasimlə ingilis kralı ilə evlənmişdir.
Herbert və Katerin Yakobsun ilk evi
Herbert və Katerin Yakobsun ilk evi və ya I Yakobs ― Amerika Birləşmiş Ştatları, Viskonsin, Madisonda 441-ci prospektdə yerləşən bir ailə evidir. Ev tanınmış amerika memarı Frank Lloyd Rayt tərəfindən tərtib edilmiş, 1937-ci ildə inşa edilmişdir. 2003-cü ildə Milli tarixi bir yer olaraq təyin edildi. Raytın evi və bir neçə başqa mülkü 2019-cu ilin iyul ayında "Frank Lloyd Raytın 20-ci əsr memarlığı" adı altında ümumdünya irsi siyahısına daxil edilib. == Təsviri == Yakobsun evi Birç və Evklid prospektləri arasındakı Toepfer prospektinin şərq tərəfində, Madison şəhərinin cənub-qərbində bir yaşayış yerində yerləşir. Ev bir mərtəbəli olub, xarici görünüşü kərpic, taxta və şüşə qapıların birləşməsində ibarətdir. Eyni zamanda ev düz bir dam ilə örtülür və beton təməl üzərində dayanır. Daxili sahəsi 1500 kvadrat metr olub iki yataq otağından ibarətdir. Evin orijinal istilik sistemi əsas beton döşəmənin altına qoyulmuş buxar istilik borularından ibarətdir. Buxar istisini təmin edən soba mətbəxin altındakı kiçik bir zirzəmidə yerləşir.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Katerina Karaqeorqieviç
Katerina Karaqeorqieviç (serb. Катарина Карађорђевић; 13 noyabr 1943, Afina) — Yuqoslaviya şahzadəsi Aleksandrın həyat yoldaşı. == Bioqrafiya == Robert Batisin (1916–2011) və Anna Dostinin (1922–2010) iki qızından biridir. Katerina Afinada və İsveçrənin Lozanna şəhərində təhsil almışdır. Daha sonra Denver Universitetində (Kolorado) və Dallas Universitetində biznes ixtisasına yiyələnmişdir. Bir neçə il Amerika Birləşmiş Ştatlarında biznes sahəsində işləmişdir. 25 noyabr 1962-ci ildə Katerina Cek Volter Endryus (Jack Walter Andrews, 1933–2013) ilə evləndi. Bu evlilikdən iki uşağı var: Devid və Alison. O, çoxlu səyahət etmiş, Avstraliyada və Afrikada yaşamışdır. Katerina və Cek Volter Endryus 7 dekabr 1984-cü ildə boşandı.
Katerina Kornaro
Katerina Kornaro (yun. Αικατερίνη Κορνάρο, it. Caterina) (25 noyabr 1454 – 10 iyul 1510) — 1474-1489-cu illərdə Kipr krallığının kraliçası. Həyat yoldaşı II Ceymsin ölməsindən sonra "Venesiya Respublikasının qızı" adını qəbul etdi və adanı Venesiya Respublikasının himayəsinə verdi. Beləliklə, Kipr krallığı süqut etdi.
Katerina Oikonomopulu
Katerina Oikonomopulu (16 fevral 1978, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Katerina Oikonomopulu, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Katerina Oikonomopulu, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Katerina Prokesova
Katerina Prokesova (d. 1 fevral 1976; Bratislava, Slovakiya) — Slovakiyanı təmsil edən batut gimnastı. Katerina Prokesova, 2004-cü ildə Slovakiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Katerina Prokesova, 2004-cü ildə Slovakiya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Prokesova, 61.90 xal topladı və 16 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Katerina Sakellaropulu
Katerina Sakellaropulu (yun. Κατερίνα Σακελλαροπούλου; 30 may 1956, Saloniki) — 13 mart 2020-ci ildən etibarən Yunanıstan Prezidenti vəzifəsində çalışan yunan siyasətçi. == Həyatı == Sakellaropulu Salonikidə anadan olub. Ailəsi Ksanti prefekturasının Stavrupoli şəhərindəndir. Afina Universitetində hüquq təhsili aldı və Panteon-Assas Universitetində ictimai hüquq üzrə aspiranturasını bitirdi. 1980-ci illərin ortalarında Dövlət Şurasına üzv qəbul edildi və 2000-ci ildə müşavir vəzifəsinə yüksəldi. 2015-ci ilin oktyabrında Dövlət Şurasının Vitse-prezidenti təyin edildi və 2018-ci ilin oktyabrında yekdil səsvermənin ardından məhkəmənin ilk qadın Prezidenti oldu. Onun seçilməsi o dövrdə iqtidarda olan Radikal Sol Koalisiyanın ətraf mühit və insan hüquqları kimi məsələlərdə mütərəqqi rekordunu nəzərdən keçirməsindən sonra baş verdi. Dövlət Şurası Ədliyyə İşçiləri Assosiasiyasının üzvüdür. Birlikdə işlədiyi müddətdə, Baş katib, Vitse-prezident və Prezident vəzifələrində çalışdı.
Katerina Vildermut
Katerina Vildermut (17 aprel 1979) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Katerina Vildermut Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Katerina Vinoqradskaya
Katerina Nikolayevna Vinoqradskaya (14 noyabr 1905, Oryol, Rusiya-10 may 1973, Moskva, Rusiya). Ssenari Müəllifi. == Həyatı == Ədəbiyyat fəaliyyətinə 1922-ci ildə (bəzi mənbələrə görə 1926) başlamışdır.
Katerina Zeno
Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya – 1490-cı illər, Venesiya) — italyan siyasətçi və Venesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur. == Həyatı == Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi. Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi. Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.
Katerine Torrans
Katerine Torrans (d. 10 oktyabr 1998) — Böyük Britaniyalı suya tullanan. Katerine Torrans Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katerine Torrans birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 236.75 xal toplayaraq 10-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Torrans 255.40 xal toplayaraq 4-cü oldu və yarışı medalsız başa vurdu.
Katerini
Katerini (yun. Κατερίνη) — Yunanıstanın Pieria bölgəsində şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 58.309 nəfər yaşayır.
İsgəndəriyyəli Müqəddəs Katerina (Rafael)
İsgəndəriyyəli Müqəddəs Katerina (it. Santa Caterina d'Alessandria) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "İsgəndəriyyəli Müqəddəs Katerina" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərində saxlanılır.
İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (Valletta)
İsgəndəriyyəli Müqəddəs Katerina kilsəsi (malta Knisja ta' Santa Katerina, it. Chiesa di Santa Caterina d'Italia ) — Maltanın paytaxtı Vallettada yerləşən Roma-Katolik kilsəsi.Kilsə, Malta İtalyan icmasının kilsəsi olaraq xidmət edir Beləliklə bura daha çox İtaliyanın Müqəddəs Katerina kilsəsi (malta Santa Katerina tal-Italja) kimi tanınır. Kilsə 1576-cı ildə Müqəddəs Conun İtalyan cəngavərləri tərəfindən kilsə olaraq xidmət etmək üçün inşa edilmişdir. Auberge d'Italie -ə bitişik şəkildə inşa edilmişdir. Planların tərtib edilməsi Qirolamo Kassara tapşırıldı. Kilsə 17-ci əsrdə genişləndirildi. Mövcud kilsəyə səkkizguşəli bir kilsə daha əlavə edildi. Orijinal kilsə yeni kilsənin ziyarətgahına çevrildi. Kilsə 2001-ci ildən 2011-ci ilə qədər böyük bir yeniləmə keçirdi. Bu gün kilsə yenə də Maltadakı italyan icmasının kilsəsi olaraq xidmət edir.
Katerin Uilson
Katerin Uilson (1822 – 20 oktyabr 1862) — cinayətlərdən birini görə edam olunmuş, lakin ümumilikdə altı cinayət daha törətdiyi düşünülən ingilis qatil. O, tibb bacısı işləyirdi və qurbanlarını vəsiyyətlərində pullarını ona buraxmağa təşviq etdikdən sonra onları zəhərləmişdi. Hökm çıxaran hakim onu xüsusi olaraq "yaşamış ən böyük cinayətkar" kimi təsvir etmişdir. == Cinayətlər == Uilson əvvəlcə Spoldinqdə tibb bacısı kimi çalışmış, daha sonra Körbi-Lonzdeylə köçmüşdür. O, Dikson adlı bir adamla evlənsə də, əri tezliklə ölmüş və onun kolxikumdan zəhərləndiyi ehtimal edilmişdir. Həkim cəsədin yarılmasını təklif etsə də, Uilson ona bunu etməməsi üçün yalvarmış və o, bu fikrindən əl çəkmişdir. 1862-ci ildə Uilson öz vəsiyyətini onun xeyrinə yenidən yazmış Sara Karnellə qulluq edən bir tibb bacısı kimi çalışmış və az sonra ona "sakitləşdirici məhlul" gətirərək "İç onu, əzizim, səni isitəcək" demişdir. Karnell bu məhluldan bir ağız dolusu içmiş və ağzını yandırdığından şikayətlənərək tüpürmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən maye yataq paltarında dəlik açıb. Hadisədən sonra Uilson Londona qaçsa da, bir neçə gün sonra həbs edilmişdir.
Katerina Şemi
Katerina Şemi (13 dekabr 1888, Odessa, Xerson quberniyası – 14 iyul 1950, Paris) - fransız kimyaçısı idi. O, İren Jolio-Küri ilə birlikdə o, ilk dəfə radonun yarımparçalanma periodunu ölçdü . O, həmçinin atomların qruplaşdırılmasının foto effekti ilə bağlı geniş araşdırma apardı, onun adını daşıyan effekt Şemi effekti olaraq bilinir . == Bioqrafiya == 13 dekabr 1888-ci ildə Odessada anadan olan Katerina Şemi Fransa-Suriya notariusu Anton Şemi və onun rus həyat yoldaşı Helen Qolovkin'nin qızı idi. 1907-ci ildə Odessada məktəb təhsilini başa vurduqdan sonra həmin il Cenevrə Universitetinin Elmlər fakültəsinə daxil olur və 1913-cü ildə burada elektrik fizikası üzrə doktorluq dərəcəsi alır . Daha sonra Rusiyaya qayıdıb Petroqrad Universitetinin fizika laboratoriyasında qaz boşaltma borularında gərginliklərin öyrənilməsi üzrə təhsil alır. Birinci Dünya Müharibəsi illərində 1916-cı ilə qədər Odessa Universitetində yaradılmış klinikalarda hərbi tibb bacısı kimi çalışmışdır. Müharibədən sonra Odessa Universitetində riyaziyyat üzrə köməkçi kimi elmi işini davam etdirib. Rusiya inqilabı zamanı , 4 aprel 1919-cu ildə ailəsi fransız qoşunları ilə birlikdə Odessadan qaçaraq Qrenobl yaxınlığındakı Voreppe adlı qaçqın məskəninə çatdı . Voreppedə beş ay qaldıqdan sonra ailəsini dolandırmaq üçün təhsil və iş imkanları səbəbilə Parisə köçdü.
Katerina
Katerina — qız adı. Katerina Duska — Yunanıstan müğənnisi. Katerina Oikonomopulu — Yunanıstanı təmsil edən su poloçusu.
Katerina Kalitko
Yekaterina Aleksandrovna Kalitko (ukr. Катерина Олександрівна Калитко) — ukraynalı şairə, tərcüməçi, şeir topluları və nəsr əsərlərinin müəllifi. O, 2000-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == Katerina Kalitko 8 mart 1982-ci ildə Vinnitsada anadan olub və burada orta məktəbi qızıl medalla bitirib. 1999-2005-ci illərdə Kiyev-Mohila Akademiyasında politologiya və jurnalistika üzrə təhsil alıb. 2017-ci ildə Yekaterina Kalitkonun "Old Lev" nəşriyyatı tərəfindən nəşr olunan "İtirilmişlər ölkəsi və ya kiçik qorxulu nağıllar" (ukr. Земля Загублених, або Маленькі страшні казки) kitabı "BBC ilin kitabı" mükafatına layiq görülüb. 2019-cu ildə HeForShe İncəsənət həftəsi 2019 çərçivəsində BMT Qadınları və Ukrayna İnstitutu tərəfindən "Müstəqil Sənətdə Qadın" mükafatına layiq görülüb. 2023-cü ildə "Səssiz Qadınlar ordeni" toplusuna görə Ədəbiyyat kateqoriyasında Şevçenko mükafatına layiq görülüb. 2023-cü ildə Kalitko Milli Birlik Radio Diktasiyası üçün mətn yazmağa dəvət edilib.
Katerina Vizkonti (Milan hersoqinası)
Katerina Vizkonti (it. Caterina Visconti; təq. 12 iyul 1360, Milan – 17 oktyabr 1404, Monsa) — ilk Milan hersoqu Jan Qaleazzo Vizkontinin ikinci xanımı, Milan hersoqinası. == Mənbə == Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p.
Katerina Yuşşenko
Katerina Yuşşenko (ukr. Катерина Михайлівна Ющенко; 1 sentyabr 1961, Çikaqo) — ukraynalı və amerikalı iqtisadçı, sahibkar və Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun (2005–2010) ikinci həyat yoldaşı. ABŞ hökumətində və özəl sektorda uğurlu karyera quran Yuşşenko hazırda xeyriyyə işləri ilə məşğuldur. == Validenyləri == Yuşşenkonun atası Mixaylo Çumaçenko 1917-ci ildə Xarkov vilayətinin Zaitsivka bölgəsində böyük fermer ailəsində anadan olub. O, 1932–1933-cü illərdə Sovet Aclığından sağ çıxmış ailəsinin azsaylı üzvlərindən biri idi. Çumaçenko Luqansk vilayətinin Lisiçansk şəhərində elektrik mühəndisliyi üzrə təhsil alıb. Sovet Ordusunda xidmət etmiş və 1942-ci ildə alman qüvvələri tərəfindən əsir götürülərək Almaniyaya aparılmışdır. Yuşşenkonun anası Sofiya Çumaçenko 1927-ci ildə Kiyev vilayətinin Litki şəhərində anadan olub və 2012-ci il sentyabrın 30-da Kiyevdə vəfat edib. Sofiya Çumaçenko kəndinin bir çox digər gənc qadınları ilə birlikdə Sovet İttifaqının işğalından az sonra 14 yaşında köləlik üçün faşist Almaniyasına aparılıb. Katerina Yuşşenkonun valideynləri Almaniyada tanış olub, evlənib və 1945-ci ildə bacısı Lidiyanı dünyaya gətirib.
Nina Katerli
Nina Semyonova Katerli (rus. Ни́на Семёновна Кате́рли; 30 iyun 1934, Leninqrad – 20 noyabr 2023, Sankt-Peterburq) — Rusiya, sovet yazıçısı, publisist, hüquq müdafiəçisi, 15 nəsr və jurnalistika kitabının müəllifi. 1934-cü il iyunun 30-da Leninqradda yazıçı ailəsində anadan olub. Anası Yelena İosifovna Katerli (əsl soy adı Kondakova, 1902–1958), nasir və jurnalist olub. Atası Solomon Şmuleviç (Semyon Samoyloviç) Farfel (təxəllüsü "F. Samoilov", 1907–1985), yazıçı-dokumentalist, Böyük Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant, "Vətənin keşiyində" qəzetinin hərbi müxbiri Leninqrad Cəbhəsi, Qırmızı Ulduzlar ordeninin sahibi. Babası Samuil Qriqoryeviç Farfel (1877–1927), jurnalist, "Reç" kadet qəzetinin əməkdaşı. Nina Katerli 1958-ci ildə Leninqrad Texnoloji İnstitut bitirib. 1976-cı ilə qədər elmi-tədqiqat institutunda kimya texnoloqu kimi çalışıb. Bu ildən mühəndis peşəsini tərk edərək özünü tamamilə ədəbiyyata həsr edib. Nina Katerli 15 nəsr və jurnalistika kitabının müəllifidir.

Значение слова в других словарях