Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Karst
Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi.Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. == Dünyada ən böyük karst mağarası == Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır. K. boşluqlarında qurğuşun, sink, dəmir filizi, boksit, fosforit, neft, yanar qaz, səpinti qızıl, almaz yataqları olur.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. == Etimologiya == "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. == Tarixçə == Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Ceyms Last
Ceyms Last (Almanca tələffüz: [tʃeɪms last], [dʃeɪms lɑːst]; 17 aprel 1929[…], Bremen – 9 iyun 2015[…]) — alman bəstəkar, dirijor. Əvvəlcə bir caz bas ifaçı (1950-1952-ci illərdə Almaniyada "ən yaxşı bas ifaçı" mükafatını qazanmışdır), onun markası olan "xoşbəxt musiqi" onun çoxsaylı albomlarını Almaniya və Böyük Britaniyada ən çox satılan albomlara çevirdi. Onun 65 albomu təkcə Böyük Britaniyada hit-paradlara çatır . Onun "Xoşbəxt ürək" kompozisiyası Endi Vilyams və Petula Klark tərəfindən şərhlərdə beynəlxalq uğur qazanmışdır. == Həyatı == Ceyms Lastın ilk ictimai çıxışı 1946-cı ildə Hans-Günther Österreich-in Radio Bremen Dance Orchestra ilə olmuşdur . İki il sonra Last "Last-Becker" Ansamblını yaratdı. 1950-ci ildən 1952-ci ilə qədər Last ilin ən yaxşı caz basçısı kimi tanınıb. 1964-cü ildə öz orkestrini yaratmış və müxtəlif ifaçılar tərəfindən məşhur melodiyaların rəqs aranjimanlarını yazmağa başlamışdır. Ceyms Last orksetrının ilk albomu "Non-Stop Dancing" (1965) inanılmaz uğur qazandı. O vaxtdan bəri Lastın rəhbərlik etdiyi komanda ümumi tirajı 60 milyon nüsxə olan 50-dən çox uğurlu albom buraxdı, onlardan 37-si qızıl, 18-i platin oldu.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Herst-kasl
Herst-kasl - Kaliforniyanın Sakit okean sahilində Los-Anceles və San-Fransisko şəhərlərinə gedən yolda yerləşən milli tarixi abidə. Bu tikili 1951-ci ildə dünyasını dəyişmiş mediamaqnat Vilyam Rendolf Herstin malikanəsi olmuş və 1919-1947-ci illərdə memar Culiya Morqan tərəfindən dizayn edilmişdir. 1954-cü ildə Kaliforniya Dövlət Parkına çevrilmişdir.Bura 1958-ci ildə ziyarətçilərin baş çəkməsi üçün açıq elan edilmişdir. Həmin vaxtdan etibarən San-Simeonda yerləşən incəsənət və antikvariat kolleksiyası ilə zəngin olan Herstin malikanəsi ictimai turlar üçün açıq elan edilmişdir. Şəhərin mərkəzində uzaqlıqda yerləşməsinə baxmayaraq, bura "hər il milyonlarla turist" axını gəlir.Herst malikanəni rəsmi olaraq "La Cuesta Encantada" ("Valehedici təpə") adlandırsa da, adətən "ranço" adlandırırdı. Herst-kasl və ətraf ərazilər bəzən Herstin mülkü ilə ətraf ərazilər arasındakı sərhədi nəzərə almadan "San Simeon" adlandırılır. == Tarixi == 1920 - 1930-cu illərdə Herst-kasla qonaq kimi dəvət olunmaq arzuolunan yerlərdən biri kimi hiss olunurdu. Hollivud və siyasi elitanın üzvləri bura tez-tez baş çəkərdi. Herstin qonaqları sırasında Çarli Çaplin, Keri Qrant, Marks qardaşları, Qreta Qarbo, Çarlz Lindberq, Coan Krauford, Ceyms Stüart, Bob Houp, Kalvin Kulic, Franklin Delano Ruzvelt, Dolores del Rio və Vinston Çörçill kimi məşhurlar olmuşdur. Qonaqlar hər axşam rəsmi şam yeməyində iştirak etmək istəyirdilərsə, onlar Hersti öz işlərini qurtarana qədər otaqlarında gözləməli idilər.
Kaat Dumarey
Kaat Dumarey (d. 8 sentyabr 1999) — Belçikanı təmsil edən akrobatika gimnastı. Dumarey 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həmdə 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kaat Dumarey 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Julie van Qelder və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape)karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Karst quyusu
Karst quyusu-(rus. карстовый колодец , ing. karst pit) karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Karst relyefi
Karst relyefi- (rus. карстовый рельеф, ing. karst relief) əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Karst yaylası
Karst yaylası(rus. карстoвое плато, ing. -karst plateau) -zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Kart oxuyucusu
Kart oxuyucusu (card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kart oyunçuları
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır. Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Kasa (bürc)
Kasa (lat, Crater) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.6 vizual ulduz ölçülüdür. Azərbaycan ərazisində yazda görünür.
Kasa (dəqiqləşdirmə)
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Kasa Mila
Kasa Mila - İspaniyanın Kataloniya əyalətinin paytaxtı Barselona şəhərində Eyksampl səmtində Passeyq de Qràsiya küçəsində yerləşən və 1910-1911-ci illərdə Antonio Qaudi tərəfindən tikilən bina. La Pedrera (Daş ocağı) ləqəbi ilə məşhurdur. Roser Segimoni Artells ilə evlənən Pere Mila üçün tikilmişdir. Bina 1984-cü ildən YUNESKO-nun Dünya irsi siyahısındadır.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. == Varna təlimi == Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Kastr (rayon)
Kastr (fr. Castres) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Tarn. Suprefektura — Kastr. Rayon əhalisi 2006-cı ildə 187 455 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 2195 km².