Sultan Əbdülhəmidə sui-qəsd
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi.
Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Yorisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi.
Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi.
80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.