Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kəmər
Kəmər (geyim)
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Ariy Kamen
Ariy Kamen — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Arxipelaqın dördüncü adasıdır. Berinq adasından 6,3 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 53 metrdir. Ada şirin sudan məhrumdur. Adadan cənubda hündürlüyü 2 m olan ensiz adacıq vardır. == Tarixi == Ada 1824 ildə О. Y. Kosebu tərəfindən Novıy adlandırılır. 3 ildən sonra adanı Litke ziyarət edir və onu Sivuçim adı verilir. 1848 ildə Ariy olaraq adlandırılır.
Böyük Kəmər
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Cənubi Yəmən
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Kiçik Kəmər
Kiçik Kəmər (dan. Lillebælt)-Fyon və Ere adalarını (şərqdə) Als adası və Yutlandiya yarımadasını (qərbdə) ayırır. Baltik dənizi ilə Katteqat boğazını birləşdirir. Uzunluğu 50 km, eni 800 m - 28 km arası dəyişir. Dayaz yeri 12 m, ən dərin yeri 75 m təşkil edir. Boğaz üzərində 2 körpü vardır. Körpülər Yeni və Köhnə körpü adlandırılır.
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Kəmər (geyim)
Kəmər ya da Toqqa — geyim elementi. Qədimdən mövcuddur. Yoxsulların kəmərləri sadə, hakim sinfin nümayəndələrinin kəmərləri isə, adətən, daş-qaşla bəzədilmiş qiymətli metaldan olurdu. Kəmərin qayışına bəzən qızıl və ya gümüş pullar da düzülürdü. Hələ 6-7 min il bundan əvvəl kəmər geniş yayılmışdı. Qazıntılar zamanı Azərbaycanın Gədəbəy rayonunda e.ə. I minilliyə aid müxtəlif təsvirlərdə bəzədilmiş tunc kəmər tapılmışdır. Azərbaycan tətbiqi sənətində geniş yayılmış kəmərin bir sıra nümunəsi Azərbaycanın, eləcə də xarici ölkə muzeylərində saxlanılır. Məsələn, İstanbuldakı Topqapı muzeyində saxlanılan 1507-ci ildə düzəldilmiş və zəngin daş-qaşla bəzədilmiş I Şah İsmayılın kəməri sənətkarlıq nümunələrindəndir. Kəmər qadın bəzəyi kimi Azərbaycanda geniş yayılmışdı.
Kəmər (ilçə)
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kəmər (şəhər)

Kəmər (Ərdəbil)
Kəmər (fars. كمر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (34 ailə).
Maykl Keymen
Maykl Keymen (ing. Michael Kamen; /ˈmaɪkəl ˈkeɪmən/, 15 aprel 1948[…], Nyu-York, Nyu-York ştatı – 18 noyabr 2003[…], London) — amerikalı bəstəkar (əsasən film musiqisi bəstəkarı), orkestr aranjimançısı, dirijor və mahnı müəllifi.70-dən çox filmin yaradılmasında iştirak edib, bunların arasında “Dağlı”, “Cənab Hollandın Opusu” (Ən yaxşı alətli kompozisiya üzrə «Qremmi»), “Robin Hud: Oğrular şahzadəsi”, “Braziliya”, “İks-adamlar”, “Ölümcül Silahın” bütün 4 hissəsi və “Məğlubedilməz” filmləridir. == Həyatı == Maykl Arnold Keymen Nyu-Yorkda anadan olub, dörd qardaşın ikincisidir. Atası Sol Keymen diş həkimi, anası Helen isə müəllim idi. Yəhudi əsilli idi.Nyu-York şəhərindəki Musiqi və İncəsənət Ali Məktəbində oxuyarkən Keymen “Məxfi materiallar” və digər layihələr üçün mövzu musiqisini bəstələyən Martin Fulterman (sonralar Mark Snou kimi tanınıb) ilə dost oldu. Keymen qoboy üzrə təhsil alarkən sinif yoldaşları Fulterman, Dorian Rudnitski və Toms Riverdan olan Klifton Nivison və Brayan Korriqan ilə birlikdə New York Rock & Roll Ensemble adlı rok-klassik fyujn-qrupu yaratmışdı. Bu qrup 1968-1972-ci illərdə beş albom buraxmışdı (Self-Titled, Reflections, Faithful Friends, Roll Over və Freedomburger). Qrup, adətən klassik musiqiçilər kimi ağ frakla (smokinq yox) çıxış edirdi. Konsertin ortasında Fulterman və Keymen qoboy dueti ifa edirdilər. 1967 ildə Alice Tully Hall'da qrup, rəfiqələri və sinif yoldaşı Cenis Yenın konsertində müşayiət etmişdilər.
Serdse-Kamen
Serdse-Kamen (çuk. Пыттэлгыянраквын) — Çukot yarımadasının şimal-şərqində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşir. Burundan 11 km qərbdə Enurmino kəndi yerləşir. Çukot dilində — Pıttelqıyanrakvın olaraq «Burun sonunda ayrılmış daş» mənasını verir. == Tarixi == Burun 1728 ildə Vitus Berinq tərəfindən Herxard Millerin ekspedisiyası nəticəsində Serdse-Kamen bunu olaraq xəritəyə salmışdır. Bu burnun insan ürəyi ilə heç bir əlaqəsi yoxdur (bənzərlik). 1 sentyabr 1778-ci ildə Ceyms Kuk bu adı xəritədində qeyd edərkən ismin uğursuzluğunu vurğulamışdır. == Fauna == 2009-cu ildə dünyanın ən böyük Morj yerləşim yerləri aşkarlanmışdır. Burada 97 min baş morj aşkarlanmışdır.
Sivuçi Kamen
Sivuçi Kamen adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şimal-qərbində, sahildən 0,1 km aralıda yerləşir. Öz növbəsində uzunluğu 160 metr olan qayalı uzantıdan ibarətdir. Sahilə perepentukulyar formada uzanır. Adada yaşayış yoxdur.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbrüstü abidə qorunub saxlanılmışdı.
Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km.Sakmara çayınınn sahilində yerləşir.
Yəmən Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Yəmən bayrağı
Yəmən bayrağı — Yəmənin dövlət (milli) bayrağı. Cənubi və Şimali Yəmənin birləşməsi gün, 22 may 1990-cı ildə qəbul edilib. Qırmızı, ağ və qara rənglər klassik ərəb rəngləri sayılır və Misir, Suriya və İraqın da dövlət bayraqlarında da vardır. == Tarix == Yəmən vahid dövlət olana qədər o cənubi və şimali Yəmənə bölünmüşdü. Şimali Yəmən 1927-1965-ci illərdə Yəmən Krallığı adlanırdı və soldakı bayrağı var idi. 1965-ci ildə krallıq Yəmən Ərəb Respublikasına çevrildi və ortadakı bayraqdan istifadə etməyə başladı. Cənubi Yəmən əvvəlcə Cənubi Yəmən Federasiyası adlanırdı və sağdakı bayrağa malik idi. Sonradan Yəmən Xalq Demokratik Respublikasına çevrildi və aşağıdakı bayrağa malik oldu.
Yəmən coğrafiyası
Yəmən respublikası Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşir. == Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşmiş Yəmən respublikası şimaldan və şimal-şərqdən Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir. == Yəmən Respublikasının relyefi == Səth quruluşu. Səth quruluşu çox mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi bölgə aydın seçilir: . Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı; . Cəbəl adlanan dağlıq hissə; .