Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Kramp
Kramp — skelet əzələsinin ani, qeyri-iradi, ağrılı büzülməsi və ya elektrik fəaliyyəti ilə əlaqədar həddən artıq qısaldılmasıdır; ümumiyyətlə müvəqqəti və zərərsiz olsa da, təsirlənmiş şəxsdə əhəmiyyətli ağrı və iflic kimi hərəkətsizliyə səbəb ola bilər. Kramp adətən bir neçə saniyə və ya dəqiqə ərzində öz-özünə yox olur. Kramplar tez-tez adətən gecə və istirahətdə, baş verir (gecə ayaq krampları). Onlar həmçinin tez-tez hamiləlik, fiziki məşq və ya həddindən artıq gərginlik, yaş (yaşlı yetkinlərdə ümumi) ilə əlaqələndirilir, belə hallarda kramplar idiopatik adlanır, çünki əsas patologiya yoxdur. Bu xoşxassəli şərtlərə əlavə olaraq, kramplar da bir çox patoloji vəziyyətlə əlaqələndirilir. == Səbəblər == Skelet əzələ krampları əzələ yorğunluğu və ya natrium (hiponatremi adlanan vəziyyət), kalium (hipokalemiya adlanır) və ya maqnezium (hipomaqnezemiya adlanır) kimi elektrolit çatışmazlığı səbəb ola bilər. Bəzi skelet əzələ kramplarının məlum səbəbi yoxdur. Motor neyron pozğunluqları (məsələn, amyotrofik lateral skleroz), metabolik pozğunluqlar (məsələn, qaraciyər çatışmazlığı), bəzi dərmanlar (məsələn, diuretiklər və inhalyasiya edilmiş beta-aqonistlər) və hemodializ də əzələ kramplarına səbəb ola bilər. Krampın səbəblərinə hiperfleksiya, hipoksiya, temperaturda böyük dəyişikliklərə məruz qalma, susuzlaşdırma və ya aşağı qan duzu da daxildir. Əzələ krampları da hamiləliyin simptomu və ya komplikasiyası; böyrək xəstəliyi; tiroid xəstəliyi; hipokalemiya, hipomaqnezemiya və ya hipokalsemiya; narahat ayaq sindromu; varikoz damarları; və dağınıq skleroz ola bilər.
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Klamsi (rayon)
Klamsi (fr. Ajaccio) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Klamsi. Rayon əhalisi 2006-cı ildə 26 645 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon sahəsi — 1464 km².
Tibor Klampar
Tibor Klampar (30 aprel 1953) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tibor Klampar Macarıstani 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Alfredo Kampo
Alfredo Kampo (2 mart 1993, Kuenka (Ekvador)) — Ekvadorlu peşəkar kişi BMX velosipedçisi. Alfredo Kampo Ekvadoru beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Alfredo Kampo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.544 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu.
Kampu-Qrandi
Kampu-Qrandi – mərkəzi-qərb bölgəsində yerləşən və Boliviya və Paraqvay ilə həmsərhəd olan Braziliyanın Mato Grosso do Sul əyalətinin paytaxtı. Sao Paulo və ya Minas Geraisdən Mato Qrossoya doğru quru yolu ilə getmək məcburi yol idi.
LED lampa
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. Ancaq, nisbətən bahalıdır. LED, müxtəlif sahələrdə tətbiq olunur == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
Lampa xalçaları
Lampa xalçaları və ya Ləmpə xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu. == Bədii analiz == Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır.
Lampa xalçası
Lampa xalçaları və ya Ləmpə xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu. == Bədii analiz == Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır.
Mein Kampf
"Mein Kampf" (azərb. Mənim mübarizəm‎) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı bir kitabdır. Hitler uğursuz qiyam qaldırıb həbs ediləndə Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosial-siyasi bünövrəsini incələmişdir. İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivə qiyamında (9 noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur.
Vilho Lampi
Vilho Henrik Lampi (19 iyul 1898, Oulu[d], Finlandiya knyazlığı – 17 mart 1936) – Finlandiya rəssamı. Avtoportretləri, eləcə də, Liminka və onun əhalisi haqqında çəkdiyi tablolarına görə tanınır. == Həyatı == Lampi Oulu şəhərində anadan olmuş, lakin həyatının böyük hissəsini Liminkada keçirmişdir. 1921–1925-ci illərdə Helsinki Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra Liminkaya qayıtmış, ən məşhur əsərlərini burada yaratmışdır. Lampi 17 mart 1936-cı ildə Ouluyoki çayı üzərindəki körpüdən özünü ataraq intihar etmişdir. == Ədəbiyyat == Unto Immonen: Vilho Lampi, lakeuden melankoolikko in Suomen taiteen vuosikirja 1956–1957, Porvoo, 1957. (fin.) Paavo Rintala: Jumala on kauneus, (Vilho Lampi haqqında roman) Otava, 1959. (fin.) Eeli Aalto: Vilho Lampi, lakeuden maalari : esittelyä ja taustaa, Arvi A. Karisto, Hämeenlinna, 1967. (fin.) Marja Junttila et al.: Vilho Lampi 1898–1936, ARS Nordica & Kustannus Pohjoinen, 1998 ISBN 951-749-312-6 (fin.) == Filmlər == Eeli Aalto: Vilho Lampi, Lakeuden maalari, 1966.
Kampo-de-Mirra
Kampo-de-Mirra (isp. Campo de Mirra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 21,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 420 nəfərə çatmışdır.
Lixtenşteyn sarayı (Kampa)
Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Kampě v Praze) - Praqanın Mala Strana rayonunda, Vltava çayının sol sahilində (U Sovových mlýnů küçəsi 4/506) yerləşən barokko üslublu saraydır. Saray Kampa adasının azsaylı görməli abidələrindən biridir. Karl körpüsündən Vltava çayı boyunca uzanan binanın fasadına və onun ətrafındakı digər binalara gözəl mənzərə açılır. Elə təəssürat yaranır ki, saray düz çayın dibindən qalxır. Hazırda saray Çexiya hökuməti tərəfindən müxtəlif mədəni tədbirlərin, habelə mühüm dövlət səfərlərinin yerləşdirilməsi üçün istifadə olunur. 1958-ci ildən Çexiya Respublikasının mədəniyyət abidəsi kimi qorunur. == Tarix == XVII əvvəllərində tikilmiş bu saray, Praqada barokko memarlığının ən qədim nümunəsi sayılır. Lakin əslində bu bir az doğru deyil. Birincisi, bu bir yox, ilk sahibinin, yəni "qanlı" Karl Lixtenşteynin istəyi ilə vahid ansambl şəklində birləşdirilmiş düz beş ayrı binadır.
Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Nou Kamp
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Kamp de Les Korts
Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi. Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun Barselona və Sent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik Bilbao və CE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniya və Avstriya milli komandaları arasında oyun təşkil olunub. 24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib.
Piter van de Kamp
Piet van de Kamp (26 dekabr 1901[…] – 18 may 1995[…], Amsterdam) — ABŞ-da Piter van de Kamp (ing. Peter van de Kamp) olaraq bilinən, həyatının böyük hissəsini də elə orada yaşayan holland astronom. O, Suoartmore Kollecində astronomiya üzrə professor və 1937-dən 1992-ci ilə qədər kollecin Sproul rəsədxanasında direktor vəzifəsini tutmuşdur. O, astrometriyada ixtisaslaşmış, parallaks və ulduzların uyğun hərəkətlərini tədqiq etmişdir. Kamp 1960-cı illərdə Barnard ulduzunun "yırğalanma" müşahidələrinə əsaslanan planetar sisteminin olduğunu iddia etməsiylə gündəmə gəldi, ancaq indilərdə bu fikir səhv olaraq bilinir. 14 noyabr 2018-ci ildə Qırmızı Nöqtələr layihəsi Barnard ulduzunun Yerin ən az 3.2 dəfə böyüklüküyündə olan ekzoplanetə ev sahibliyi etdiyini açıqladı.