Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Holokost
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər. Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi. == Tarixçəsi == 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar: Yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları. Yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları.
Xolokost
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər. Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi. == Tarixçəsi == 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar: Yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları. Yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları.
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Albaniyada holokost
Albaniyada holokost (alb. Holokausti në Shqipëri) yəhudilər, qaraçılar, slavyanlar və Böyük Albaniyada yaşayan digər azlıqlara qarşı törədilmiş qətllər və deportasiyalardan ibarət idi, onun əsas təşkilatçıları Üçüncü Reyx, Faşist İtaliyasıvə Albaniya kollaborasionist qüvvələri olmuşdur və bütün hadisələr ölkənin İkinci dünya müharibəsi zamanı italyan və alman işğalı altında olduğu zamanda baş vermişdir. Müharibə boyu təxminən 2000 yəhudi Albaniyada sığınacaq axtarırdılar. Ölkəni ilk öncə Faşist İtaliyası, sonra Üçüncü Reyx işğal etməsinə baxmayraq, yerli alban əhalisi yəhudi qaçqınların əksəriyyətinə qarşı yaxşı davranırdılar. Albanlar besa kimi tanınan ənənəvi qonaqpərvərlik adətlərinə riayət edərək, yəhudi qaçqınlarını dağ kəndlərində qoruyurdular və onları Adriatik limanlarına çatdırırdılar ki, oradan İtaliyaya qaça bilsinlər. Digər yəhudilər bütün ölkəni əhatə edən müqavimət hərəkatına qoşuldular. Albanların çoxluq təşkil etdiyi Kosovoda yaşayan 500 yəhudi üçün bu sınaq tamam başqa cür oldu, və çoxları müharibədən sağ çıxa bilmədilər. 1943-cü ilin sentyabr ayında İtaliya təslim olanda, alman qoşunları Albaniya, Kosovo və ölkəyə birləşdirilmiş digər əraziləri işğal etdi. 1944-cü ildə Waffen-SS adlı alban diviziyası yaradıldı, hansı ki Kosovodan olan daha 281 yəhudini həbs edib almanlara təhvil verdi, dustaqları sonra Bergen-Belzen həbs düşərgəsinə deportasiya etdilər və çoxlarını öldürdülər. 1944-cü ilin sonlarında almanlar Albaniyadan qovuldu, və ölkə Ənvər Xocanın rəhbərliyi altında kommunist dövlətə çevrildi.
Belarusda holokost
Belarusda holokost İkinci dünya müharibəsi ərzində Belarus ərazisində yəhudilərə qarşı Nasist Almaniyası tərəfindən həyata keçirilmiş cinayətlərə verilən ümumi addır. 1939-cu ildə Polşanın Sovet İttifaqı tərəfindən işğal olunmasından sonra Belarusun sərhədlərində ciddi dəyişikliklər baş vermişdi. 1 sentyabr 1939-cu il tarixində İkinci dünya müharibəsinin başlamasından sonra Nasist Almaniyası da Polşanın işğalına başlamışdı. Gizli şəkildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən Sovet Ordusu da 17 sentyabrdan etibarən Polşanın şərqdən işğalını paralel həyata keçirirdi. Bu işğal nəticəsində Polşanın şərq hissəsi SSRİ tərəfindən anneksiya olunmuş və Belarus SSR ilə Ukrayna SSR arasında bölüşdürülmüşdü. Müasir Belarusun bütün ərazisi 1941-ci ilin avqust ayının sonlarına qədər Nasist Almaniyası tərəfindən işğal olundu. Amerikalı tarixçi Lusi Davidoviçin müəllifi olduğu Yəhudilərə qarşı müharibə kitabında yazılanlara görə Belarus SSR-də yaşayan yəhudilərin 66%-i Holokost zamanı həlak olmuşdur. Sovet mənbələrinin məlumatına əsasən İkinci dünya müharibəsi başlayana qədər Belarus ərazisində 375,000 nəfər etnik yəhudi məskunlaşmışdı. Məsələn, eyni dövrdə Baltikyanı ölkələrdə yaşayan yəhudilərin 90%-i nasistlər tərəfindən öldürülmüşdü. == Arxa plan == 1939-cu ildə Polşanın Sovet Ordusu tərəfindən işğal olunması və həmin ərazilərin Belorusiya ilə Ukrayna arasında bölüşdürülməsi nəticəsində Belarus SSR-in sahəsi təqribən iki dəfə artdı.
Belçikada holokost
Belçikada holokost (fr. Shoah en Belgique) — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940–1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi. Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi. Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. 1941-ci ilin aprelində Almaniyanın səlahiyyətli şəxslərinin əmri olmadan flamand kollaborasionistlər Antverpen şəhərində iki sinaqoqu çapıb-taladılar və Antverpen qırğınında baş rabbinin evini yandırdılar.
Derek Uolkott
Derek Elton Uolkott (ing. Derek Alton Walcott; 23 yanvar 1930[…], Kastris – 17 mart 2017[…]) — Sent-Lüsiya şairi və dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992). == Həyatı == Ədəbiyyat sahəsində Nobel mükafatı alan ikinci qara dərili şair və dramaturq Derek Alton Uolkott Qərbi Hindistanın Sent-Lusi adasında, müəllim ailəsində doğulmuşdur. İosif Brodski Uolkottun doğulduğu və əsərlərində məhəbbətlə söz açdığı kiçik ada haqqında demişdi: "Bu torpağı Kolumb kəşf etdi, britaniyalılar müstəmləkəyə çevirdilər, Uolkott isə ona ölməzlik qazandırdı". 1953-cü ildə ailə Trinidad və Tobaqoya köçmüşdü. Derek Uolkott burada yerli Santa Mariya kollecində, sonra isə Kinqstondakı Vest İndia universitetində təhsil almışdı. Rokfeller fondunun təqaüdü hesabına Londonda təcrübə keçmiş və bir müddət Nyu-Yorkda işləmişdir. Hazırda Boston universitetinin professorudur. Derek Uolkott öz yaradıcılığında Karib dənizi hövzəsi və Afrika ədəbiyyatının ənənələrini bacarıqla sintez edə bilmişdir. O, eyni zamanda Cənubi Amerika ədəbiyyatı üçün səciyyəvi olan "sehrli realizmə" və klassik Avropa ədəbi təcrübəsinə də yad deyildir.
Fransada holokost
Fransada holokost İkinci dünya müharibəsi ərzində 1940 və 1944-cü illər aralığında almanlar tərəfindən işğal olunmuş Fransa ərazilərində yəhudilərin və qaraçıların məruz qaldığı təqib, deportasiya və qətl hadisələrindən ibarət idi. Fransada yaşayan yəhudilərin təqib olunması prosesi hələ 1940-cı ildə başlamış və 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər Fransa yəhudilərinin Almaniya və Polşada yerləşən həbs düşərgələrinə aparılması prosesi ilə də özünün kuliminasiya nöqtəsinə çatmışdır. 1940-cı ildə Fransada məskunlaşmış 340,000 nəfər etnik yəhudidən 75,000 nəfərdən çoxu nasistlərin ölüm düşərgələrinə deportasiya edilmişdi ki, onların da təqribən 72,500 nəfəri öldürülmüşdü. Fransada nasist Vişi rejimi və polis qüvvələri ölkənin müxtəlif yerlərində yaşayan yəhudilərin toplanması işi ilə məşğul idi. Deportasiyaya məruz qalan yəhudilərin əksər hissəsinin həlak olmasına baxmayaraq, Fransanın yəhudi əhalisi arasında sağ qalma dərəcəsi 75% idi ki, bu da Avropada ən yüksək dərəcələrdən biri hesab olunurdu. == Arxa plan == 1940-cı ilin yayında Fransanın nəzarəti altında olan ərazilərdə ümumilikdə 700,000 yəhudi yaşayırdı ki, bunların da 400,000 nəfəri Fransız Əlcəzairində və başqa iki fransız müstəmləkəsi olan Tunis və Mərakeşdə məskunlaşmışdı. İki dünya müharibəsi arasındakı dövrdə Fransanın Avropa hissəsində 150,000 nəfər etnik yəhudi yaşayırdı. Bütün bunlara əlavə olaraq, Fransa Almaniyadan ölkəyə gələn çoxsaylı xarici yəhudilərə də ev sahibliyi edirdi. Evian konfransından sonra ABŞ və Böyük Britaniya hökumətlərinin ölkəyə əlavə yəhudi immiqrantları qəbul etməkdən imtina etməsi nəticəsində artıq 1939-cu ildə Fransadakı yəhudi əhalisinin sayı 330,000 nəfərə yüksəlmişdi. 1940-cı ildə Nasist Almaniyasının Belçika və Niderlandı işğal etməsi nəticəsində Fransaya yeni yəhudi immiqrant axını gəldi və bununla da ölkədəki etnik yəhudilərin sayı 340,000 nəfərə çatdı.
Litvada holokost
Litva holokostu - Nasistlər tərəfindən işğal edilən litvada, litva yəhudilərinin (Litvaks) bütövlükdə məhv edilməsi və Nasistlər tərəfindən idarə edilən Litva Sovet Sosialist Respublikasında yerləşən Reyxskomissariat Ostalnd ərazisində yerləşdirilməsidir. Ümumilikdə 208,000-210,000 yəhudinin təxminən 190,000–195,000 nəfəri İkinci dünya müharibəsinin bitməsindən öncə qətlə yetirilmişdir ki, bunlarında böyük bir qismi 1941-ci ilin iyun-dekabr ayları arasında baş vermişdir. Litvada yaşayan 95%-dan artıq yəhudilər 3 illik alman işğalı nəticəsində qırğına düçar olmuşdur. Tarixçilər bunu qeyri-yəhudi olan yerli hərbiçilərin birgə əməkdaşlığı ilə nəticələnmiş soyqırımın rəmzi kimi təyin edirlər baxmayaraq ki, bu əməkdaşlığın səbəbləri bu günə kimi mübahisələr doğurur. Holokost, Litvanın bu qısa tarixində görünməmiş ən böyük insan itkisi ilə nəticələndi. Hadisələr Üçüncü Reyx tərəfindən işğal edilmiş SSRİ-nin qərb sərhədlərinin elə ilk həftəsində baş vermiş, həmçinin Litvada və digər ərazilərdə Holokostun qüvvətləndirilməsi xəritədə öz əksini tapmışdır.
Fort-Volkott
Fort-Volkott (ing. Fort Wolcott) — Rod-Aylendin Nyuport şəhərindən 1 mil qərbdə, Narraqansett körfəzinin Nyuport limanında kiçik Qot-Aylend adasında istehkam. "HMS St John " və "HMS Liberty" gəmilərinə hücumlar qalanın yaxınlığında baş vermişdir. == Tarixi == 1702-ci və ya 1703-cü ildə İspaniya mirası uğrunda müharibə zamanı Qot-Aylenddə adasında tikilmiş, torpaqdan hazırlanmış Fort-Enn Britaniya kraliçası Anananın adını daşıyıryı. 12 silahı olan qala 1724-cü ilə qədər davam fəaliyyət göstərmişdir. 1730-cu ildə qala Böyük Britaniya kralı II Georqun şərəfinə Fort-Corc adı ilə xidmətə qayıtmışdır. 1738-ci ildə Rod-Aylendin müdafiəçiləri ərazidə bəlkə də əlli silahla daş istehkam inşa etmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Wade, Arthur P. Artillerists and Engineers: The Beginnings of American Seacoast Fortifications, 1794-1815. CDSG Press. 2011.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Koloss (personaj)
Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır. "Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir. 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir. 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Rusiyada bir fermer ailəsində anadan olur.
Rodoslu Koloss
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Uolkot Balestier
Uolkot Balestier (13 dekabr 1861, Roçester[d], Nyu-York ştatı – 6 dekabr 1891, Drezden) — gənc yaşda vəfat edən, ilk növbədə Rudyard Kipling ilə əlaqəsi ilə yadda qalan perspektivli Amerika yazıçısı, redaktoru və naşiri idi.Onun bacısı Karolin Starr Balestier 1891-ci ildə Kiplinqlə evləndi.
Kokos adaları
Kokos adaları (ing. Cocos) və ya digər adıyla Kilinq adaları — Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. == Əhalisi == Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. 1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük vermişdir. 1609-cu ildə kapitan ing. William Keeling tərəfindən kəşf edilən adaları bu səbəbdən Keeling adaları olaraq da bilinir. == Coğrafiya == Kokos adalarının sahəsi 14 kvadrat kilometr, sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü 5 metrdir. Kokos adalarının bitki örtüyü kokos palmalarından ibarətdir. 9 ay boyunca cənub-şərq küləkləri və orta yağışlı hava hökm sürür. == Dil == Adaların rəsmi dili ingilis dilidir, ancaq malay dili də istifadə olunur.
Kokos adası
Kokos (isp. Isla del Coco) — Sakit okeanda yerləşən ən böyük kimsəsiz adalardan biri. Kosta-Rika dövlətinə məxsus olub Puntarenas əyalətinin tərkibinə daxildir. Ada ölkənin qərb sahillərindən 600 km-lik məsafədə yerləşir. Kokos adasına ən yaxın arxipelaq cənub-qərbdə yerləşən Qalapaqos adalarıdır. Əyər kənar adalar nəzərə alınarsa Şimali Amerikanın ən ucaq cənub nöqtəsi Kokos adası hesab olunmalı. Kokos adasını əhatə edən okean sularında ekvatoryal əkscərayanı hakimdir. Bu bölgə akvalaqçıların sevimli məkanıdır. Ada sularında çəkic balıq, delfin və skatlar üstünlük təşkil edir. Bəzi əfsanələrə görə Kokos adasında böyük xəzinə gizlədilmiş.
Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir.
Holokost və Soyqırım İnstitutu
Holokost və Soyqırım İnstitutu — bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr olunmuş institut. 1979-cu ildə psixoloq İzrail Çarni, Şamayi Devidson, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel tərəfindən təsis edilmişdir. İnstitut 1982-ci ildə, İsrailin Təl-Əviv şəhərində Holokost və Soyqırım haqqında Beynəlxalq Konfransı keçirmişdir. Bu, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans idi və burada 300-dən çox mühazirənin keçirilməsi planlaşdırılmışdır. Buradakı bəzi mühazirələr erməni soyqırımı mövzusunda olmuşdur.
HƏMAS–UNRWA Holokost mübahisəsi
HƏMAS–UNRWA Holokost mübahisəsi — 31 avqust 2009-cu ildə Qəzzə zolağında Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ərazisində fəaliyyət göstərən məktəblərin hazırlıq kurslarının səkkizinci sinif kurrikuluma Holokostdan bəhs edən insan hüquqlarına dair kursu daxil etməyi planlaşdırdığına dair təsəvvürdən sonra alovlanmış mübahisə. Qəzzə zolağına nəzarət edən HƏMAS silahlı islamçı hərəkatı buna etiraz edərək Holokostu "sionistlərin uydurduğu yalan" adlandırmış və təhqiredici məzmunun tədris planından çıxarılmasını tələb etmişdir. Birləşmiş Millətlər Təşkilatının bəzi rəsmiləri əvvəlcə onun məktəblərində Holokost fənninin öyrədildiyini və ya yeni kurrikulumda onu tədris etməyi planlaşdırdığını inkar edərək cavab vermişdilər. Bu təkzib müxtəlif qruplar və şəxslər tərəfindən tənqidlərə səbəb olmuşdur. == Zəmin == UNRWA Qəzzə zolağında 600-dən çox ibtidai və orta məktəbdən 221-ni idarə edir, 6–15 yaş arası təxminən 200,000 uşağa təhsil verir. Qəzzə zolağı 2007-ci ilin iyununda Fələstin prezidenti Mahmud Abbasın təhlükəsizlik qüvvələrini məğlub edərək anklavda nəzarəti ələ keçirdikdən sonra HƏMAS tərəfindən idarə olunur. "Associated Press"in məlumatına görə, "HƏMAS Qəzzəyə nəzarəti gücləndirməyə çalışır, BMT agentliyi isə getdikcə kölgə hökuməti kimi görünür və Qəzzənin 1,4 milyon əhalisinin təxminən 1 milyonuna xidmət göstərir". Holokost İordan çayının qərb sahilində, Suriyada, İordaniyada və Livanda BMT-nin idarə etdiyi fələstinli qaçqınlar üçün məktəblərdə, həmçinin İordan çayının qərb sahili və ya Qəzzədə yerləşən Fələstin hökumət məktəblərində tədris edilmir.
Kokos adaları bayrağı
Kokos adaları bayrağı — 2003-cü ildə yaradılmış və 2004-cü il 6 apreldə qəbul edilmişdir.Bayrağın dizayneri Mohammed Minkomdir. == Dizayn == Bayraq yaşıl fondadır. Yuxarı sol küncdə sarı rəngli dairə yerləşdirilmişdir. Ölkənin adına istinad edilərək dairənin içində Palma ağacı var. Bayrağın mərkəzində adada yaşayan malay xalqını təmsil edən sarı rəngli ay var. Bayrağın dalğalanan tərəfində, Cənub Xaçı bürcü yerləşdirilmişdir. Bu bürcün yerləşməsi adanın cənub yarımkürəsindəki yerini simvollaşdırır.