Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolloid kimya
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından kolloid sistemdə səth hadisəsi böyük rol oynayır. Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza dispers faza, həcmində paylanma baş verən faza dispers mühit adlanır. Dispers sistemlər dispersliyə görə fərqləndirilirlər: Xüsusi səth hissəciyin səthinin sahəsinin onun həcminə olan nisbətidir. Aydındır ki, disperslik böyük olduqca xüsusi səth də böyük qiymətə malik olur. Dispersliyə görə dispers sistemlər 3 yerə bölünürlər: Kobud dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a>10–7 m Kolloid dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a=10 −710 −9m Molekulyar dispers sistemlər a<10 −9m Kobud dispers sistemlər heterogendirlər, özbaşına əmələ gəlmirlər, termodinamiki davamsızdırlar. Heç bir süzgəcdən keçmirlər, dializə uğramırlar, adi mikroskopla, bəzən gözlə də görünürlər.
Karlo Kollodi
Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir. == Həyatı == Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib.
Kolloid stabilliyinin təyini
Kolloid stabilliyinin təyini — sürtkü yağlarının kolloid stabilliyi dörd üsul ilə təyin edilir. == Üsullar == I üsul — sürtkü yağlarında çöküntünün miqdarının təyini. 20 ml yağı benzinlə qarışdırıb 30–60dəq. sentrafuqada fırladmaqla çöküntü təyin edilir. Çöküntü müşahidə edilmədikdə yağ kolloid stabilli hesab edilir. II üsul — müəyyən müddət saxlanılan yağda çöküntünün olub olmamağı gözlə təyin edilir. Yağ 90 sutka ərzində saxladıqdan sonra onun xarici görünüşü(şəffaflığı, bulantılığı), qələvi ədədinin(əvvəl və sonra) dəyişilməsi müşahidə edilmədikdə bu yağ kolloid stabilhesab edilir. III üsul — yağda hidrolitik üsulla çöküntünün təyini. Yağı 1,0% distillə suyu ilə qatışdırıb, 30 sutka saxladıqdan sonra çöküntünün olub olmamağı gözlə təyin edilir. Qələvi ədədinin(əvvəl və sonra), sink və kalsiumun(əvvəl və sonra) dəyişilməsi ilə təyin edilir.
Sulfonat aşqarlarının kolloid stabilliyi
Kollonj
Kollonj (fr. Collonges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01109. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 95 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1897 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1258 nəfər arasında (15-64 yaş arasında) 1032 nəfər iqtisadi fəal, 226 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82.0%, 1999-cu ildə 77.3%). 1032 fəal sakindən 958 nəfər (527 kişi və 431 qadın) işləyir, 74 nəfər işsizdir (33 kişi və 41 qadın).
Kollonj (kanton)
Kollonj (fr. Collonges) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Jeks dairəsinə daxildir. Kodu — 0112. Kollonj kantonuna 10 kommun daxildir və bunlardan əsas Kollonj kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 8431 nəfər təşkil edirdi.
Kollin Ballincer
Kollin Ballincer (ing. Colleen Ballinger; 21 noyabr 1986, Santa-Barbara, Kaliforniya) — amerikalı komediyaçı, aktrisa, müğənni və youtuber. O, yaratdığı uydurma internet personajı Miranda Sings ilə tanınır. == Erkən həyatı və təhsili == Ballinger, Kaliforniyanın Santa-Barbara şəhərində anadan olub. Azusa Pacific Universitetində vokal ifaçılığı üzrə təhsil alıb. == Karyerası == 2008-ci ildə Ballinger, Miranda Sings adlı personajı yaratdı. Miranda Sings, özünü istedadlı hesab edən, lakin əslində bacarıqsız bir müğənni və internet şəxsiyyətidir. Ballinger, Miranda Sings obrazında komediya videoları, mahnı parodiyaları və vloglar çəkir. Personaj, YouTube-da böyük populyarlıq qazanmış və milyonlarla izləyici toplamışdır. Miranda Sings-in uğuru Ballingerə televiziya və kino sənayesində də imkanlar açmışdır.
Kollonq (Dənizkənarı Alplar)
Kollonq (fr. Collongues) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,78 km², əhalisi — 101 nəfərdir (2006) artım tendensiyası ilə: 102 nəfər (2012), əhalinin sıxlığı 9,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Sezar Meza Kolli
Sezar Daniel Meza Kolli (5 oktyabr 1991, Asunson) — "Araz-Naxçıvan" klubunda yarımmüdafiəçi kimi çıxış edən paraqvaylı peşəkar futbolçu. == Karyerası == === Keşlə === Kolli 22 yanvar 2016-cı ildə "Keşlə" ilə altı aylıq müqavilə imzaladı. Altı ay sonra isə o, "Zirə" ilə bir illik müqavilə imzaladı. 6 fevral 2018-ci ildə "Keşlə" Kolli ilə 2017–18 mövsümünün sonuna qədər müqavilə imzaladığını açıqladı. 22 iyul 2019-cu ildə isə klub onunla bir illik icarə müqaviləsi imzaladığını elan etdi.18 sentyabr 2020-ci ildə Kolli 2020–21 mövsümünün sonuna qədər müqavilə ilə "Keşlə"yə qayıtdı. === Neftçi === 12 iyun 2021-ci ildə "Neftçi" Kolli ilə iki illik müqavilə imzaladığını elan etdi. Neftçinin heyətində rəsmi matçlarda ilk dəfə Azərbaycan Premyer Liqasının 2021-ci ilin 12 sentyabrında keçirilən "Neftçi"-"Qarabağ" matçında çıxış edib. Həmin matçda 9 dəqiqə meydanda qalıb. İlk dəfə isə 90 dəqiqə meydanda Azərbaycan Premyer Liqasının 2021-ci ilin 2 oktyabrında keçirilən "Səbail"–"Neftçi" matçında qalıb. İlk qolunu isə əvvəlki komandası olan Keşləyə qarşı Azərbaycan Premyer Liqasının 2021-ci ilin 19 sentyabrında keçirilən Keşlə–Neftçi matçının 36-cı dəqiqəsində vurub.