Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolxoz
Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün 1930–1980-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi. 1979-cu ildə SSRİ-də 26,5 min kolxoz və onların tərkibində 12,9 milyon kolxozçu həyəti var idi. Kolxozlar Vladimir Leninin kooperativ planı əsasında yaradılmışdır. Kolxoz kəndlilər üçün kommunizm məktəbi rolunu oynamışdır. Sovet İttifaqı Kommunist Partiyası Proqramında yazılmışdır: "Kolxoz quruluşu sovet sosialist cəmiyyətinin ayrılmaz hissəsidir. Bu yol V. İ. Leninin göstərdiyi, tarixən yoxlanılmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur, onların tədriclə kommunizmə keşməsi yoludur". == Formaları == SSRİ-də kolxozların 3 forması olmuşdur. Onlar kənd təsərrüfatı kommunası, torpağı birgə becərmək şirkəti (TBŞ), kənd təsərrüfatı arteli. Bunlar arasında əsas fərq istehsal vasitələrinin ictimailəşdirilməsi dərəcəsindən və gəlirlərin bölüşdürülməsi qaydasından ibarətdir.
Kolxoz bazarı (Sumqayıt)
Kolxoz bazarı — Sumqayıt şəhərində mövcud olmuş ən böyük ticarət mərkəzlərindən biri. SSRİ dövründə kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımış və bazar Mais adlı başqa bir iş adamına verilmişdir. Lakin 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtmışdır. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb, onun yerində böyük ticarət mərkəzini – "Karvan"ı tikdirmişdir.
Bizim kolxoz (film, 1959)
Bizim kolxoz qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1959-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir. == Məzmun == Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir.
Kolxoz Quş Fermaları (1952)
Kolxoz quş fermaları (film, 1952)
Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)
Korgöz
Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Haqqında == Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır. Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s.
Körmöz
Körmöz - türk və altay xalq inancında və mifologiyasında ruh, cin, qarabasma mənasını verən söz. Körmös, Kürmös və ya Körümes də deyilir. Yaxşılıq və pislik edən ruhların hamısıdır. Ümumiyyətlə üçlü bir təsniflə ələ alınarlar. Yer üstündə yaşayan ruhlar, Su və torpaq altında yaşayan ruhlar. Səmada yaşayan ruhlar. Bəzən Tanrının vəzifələndirdiyi varlıqlardır. Şeytanı varlıqlara isə Soqor Körmös (Kor Mələk) adı verilirdi. İslam inancına görə də şeytan da əslində mələklərin içərisindədir lakin sonradan üsyan etmişdir. Körmösler ən çox gün batımında və gün doğumunda ortaya çıxar və təsirli olurlar.
Kəlhor
Kəlhor (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kəlhor (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kəlhor eli — İran və İraqda yaşayan kürd mənşəli el.
Skolioz
Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) — onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kolton Braun
Kolton Braun (8 oktyabr 1991) — ABŞ-lı cüdoçu. Kolton Braun ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kolton Braun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Sudanın nümayəndəsi İslam Monir Suliman ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kolton Braun 1/8 final mərhələsində Fransa təmsilçisi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 0:10 hesabı ilə uduzdu.
Korgöz bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kökköz məscidi
Kökköz məscidi (Krımtat:Kökköz Cami) və ya Yusupov məscidi — Krımda Sokolinoe (keçmiş Kökköz) kəndində yerləşir. Məscid adını yerləşdiyi kəndə əsasən alıb. Krım tatarlarının sürgününə qədər kəndin adı Kökköz olub. Sürgündın sonra isə kənd Sokolinoe adını alıb. Bu ad krım tatarcasından tərcümədə göy göz kimi təcümə olunur. == Tarixi == Məscid knyaz Feliks Yusupovun təşəbbüsü ilə memar Nikolay Krasnov tərəfindən 1910-cu ildə tikilib. Yusupovun ov evinə yaxın tikilib. XX əsrin əvvəllərində Krımda yerli xristian zadəganlar tərəfindən məscidlərin tikilməsi geniş yayılmışdı. Məsələn knyaz Vorontsov da Alupkada məscid tikdirib. Məscidin uzunluğu 15 metr eni isə 12 metrdir.
Kəlhor (Meşkinşəhr)
Kəlhor (fars. كلهر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (44 ailə).
Kəlhor (Miyanə)
Kəlhor (fars. كلهر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 908 nəfər yaşayır (179 ailə).
Kəlhor eli
Kəlhur eli və ya Kəlhor eli-İran və İraqda yaşayan kürd mənşəli el.Ravlinson onların yəhudi olmaqlarını bildirib.
"Bolqarıstan" kolxozu
"Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film. 1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.
Beşinci kolon
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Cerma Kolon
Cerma Kolon i Domeneç (30 noyabr 1928, Kastelyon vilayəti[d], Valensiya icması[d] – 22 mart 2020[…], Barselona) — ispan dilçi, pedaqoq və filosof. Kolon 30 noyabr 1928-ci ildə İspaniyanın Kastelyon-de-la-Plana şəhərində anadan olub. Roma fəlsəfəsini öyrənmiş və əsərlər yazmışdır. İsveçrənin Bazel Universitetində professor vəzifəsində çalışıb.
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir.
Kolon (Panama)
Kolon Panamada , Karib Dənizinin yanında, Panama Kanalının Atlantik girişinin yaxınında yer alan bir şəhər və limandır . Panamanın Kolon Əyalətinin paytaxtıdır və ənənəvi olaraq Panamanın ikinci şəhəri olaraq bilinir. Başlanğıcda tamamilə Limon Körfəzi , Manzanillo Körfəzi və Folks çayı ilə çevrəli Manzanillo Adasında yerləşirdi ;Ancaq Panama Kanalı Bölgəsinin ləğv edilməsindən bu yana, şəhərin sərhədləri , köhnə bir ABŞ Ordusu hərbi bazası olan Fort Qulickindən başqa Kristobal , Marqarita və Koko Solonun köhnə Panama Kanal Bölgəsi qəsəbələri ərazisinə əhatə edəcək şəkildə yenidən tanımlandı. == Tarix == Şəhər, Amerika Birləşmiş Ştatları tərəfindənn 1850-də Panama Dəmiryolunun Atlantik terminalı olaraq quruldu , daha sonra Kaliforniya Altına Hücum sırasında Kaliforniyaya gedən sürətli bir maşrut tələbini qarşılamaq üçün inşa mərhələsindəydi . Tarixinin başlarında bir neçə il boyunca, Amerika Birləşmiş Ştatları köçmən birliyi, Panama Dəmiryolu idarəçisi Villiam Henri Aspinvalldan sonra qəsəbəyə Aspinvall adını verərkən , şəhərin İspaniyalı birliyi buraya Xristofer Kolombun adına Kolon adını verdi. Şəhər, Manzanillo Adası olaraq bilinən xaincə bataqlıq bir adanın qərb ucunda quruldu. Panama Dəmiryolu inşaatının bir parçası olaraq ada, Panamanın Materik hissəsinə bir keçitlə bağlandı və adanın bir qismi, qalıcı binaları inşa edə bilmək üçün quruduldu. 1885 Kolumbiya Vətəndaş müharibəsi sırasında və yenə 1915-də böyük bir yanğın sırasında Kolonun yandırılması sırasında şəhərin çoxu yıxıldı. 13–14 aprel 1940-dakı Böyük Kolon Yanğını şəhərin üçdə birini yox etdi. 1914 sərhəd anlaşması, Kolonun tamamən Panama Kanalı Bölgəsi ilə çevrəli Panama Respublikasının bir xarici bölgəsi halına gətirdi .1936 Hull-Alfaro Anlaşması gərəyi Amerika Birləşmiş Ştatları, Kanal Bölgəsindən "Kolon Koridoru"-nu buraxdı;Bu şəhəri respublikanın əsas şərq qisminə bağlayan 4 mil (6,4 km) uzunluğunda bir yol inşa edəcək qədər geniş, Panama ərazisi altındakı bir xətdi.
Priçard Kolon
Priçard Kolon Melendez (19 sentyabr 1992, Maitland[d], Florida) — Puerto-Rikolu keçmiş peşəkar boksçu, fəxri WBC Dünya Çempionu. 2010-cu ildə Pan Amerika Gənclər Çempionatında 64 kq (141 funt) kateqoriyasında qızıl medal qazanmışdır. 2015-ci ildə Terrel Villiams ilə matçdan sonra Kolon soyunub-geyinmə otağında yıxılıb və beyin qanaxması səbəbindən 221 gün komada qalıb. O, çox zaman ayıq olsa da, davamlı vegetativ vəziyyətdə idi. Terrel Villiams ilə döyüş zamanı başının arxasından dəfələrlə qadağan olunmuş zərbələrə məruz qalmışdı. O, hal-hazırda ayıqdır və fizioterapiya alır. O, motorlu əlil arabası və rabitə qurğusundan istifadə edir. == Həyatı == Priçard Kolon Florida ştatının Meytlend şəhərində anadan olub. Onun valideynləri Riçard və Nieves Kolondur. 10 yaşında atası Puerto-Rikoya köçmək qərarına gəlib, buna görə Kolon adanı yarışlarda təmsil edə bilib.
Kolon (sinif)
Kolon (lat. colonus, coloni) — Roma imperiyasının tənəzzülü zamanı və Bizansda asılı kəndli. Vətəndaşların sosial-iqtisadi sinfi kimi kolonlar ən çox Qərbi Roma imperiyasında, ilk növbədə Roma Qalliyasında şimal yarısında geniş yayıldı, burada kolonlar əslində klassik feodalizm dövrünün asılı kəndlilərinin sələflərinə çevrilmişdir. Bu formalarda formalaşan kolonlar imperiyanın süqutundan sonra sağ qalmış və barbar krallıqlarında eyni formada mövcud olmağa davam etmişdir. Feodalizmin son qurulması dövründə kolonlar tədricən təhkimçilər sinfinə keçmişdilər. Klassik Roma hüquqşünasları icarə və işə götürmə fəslində koloniyalardan bəhs edir və buna görə də kolonat hələ də xüsusi hüquq sahəsinə aid idi. Müqavilənin müddəti başa çatdığı halda torpaq sahibi sütunu çıxara bilər və kolon ya torpağı tərk edə bilər, ya da torpaq sahibi ilə razılaşaraq müqaviləni davam etdirə bilər. Buna baxmayaraq, Böyük Konstantinin dövründə kolonlar artıq becərdikləri və istifadəsi üçün torpaq sahibinin xeyrinə müəyyən vəzifələr daşıdıqları torpağa bağlı insanlar idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Колонат // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. == Tarixi == 1925-cü ildə Santyaqoda yaranmışdır.
Salauat kolxozu (Əbyəlil)
Salauat kolxozu kəndi (başq. Салауат совхозы) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Buranqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Salauat kolxozu kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 57 km., kənd sovetliyindən (Buranqol): 15 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 104 km. == Tarixi == 2006-cı ildə qəsəbə statusundan xutor statusuna salınmışdır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.