Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Aleksandr Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Kolçak adası
Kolçak adası (1937–2005 illərdə Rastoquev adası) — Kara dənizinin Taymır körfəzində yerləşən ada. Ada Taymır yarımadasında yerləşən Təyyarəçilər yarımadası sahilində Zeeberq közfəzi yaxənlığında qərar tutur. Materikdən Rastorquev boğazı ilə ayrılır. Adanın uzunluğu 20 km, eni isə 6 km, maksimal hündürlüyü 50 m təşkil edir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə İmperator Elmlər akademiyasının təşkil etdiyi Rusiya Qütb ekspedisiyası zamanı kəşf edilmişdir. Bu ekspedisiyaya Eduard Vasileviç Toll rəhbərlik etmişdir. Tollun fikri ilə adanın şimalı Kolçaq burnu olaraq qeydə alınmışdır. Aleksadr Vasiliviç Kolçak ekspedisiyanın hidroqrafı olmuşdur. Bir müddət sonra ada bütünlüklə Kolçak adlandırılır. Burun idə Rusiya Coğrafiya cəmiyyətinin üzvü olan şair Konstantin Konstatinoviç Sluçevskinin (1873–1905) şərəfinə adlandırılır.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918 – 5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun — Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması. 1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər.
Vasili Kolçak
Vasili Kolçak (17 (29) aprel 1837, Odessa, Xerson quberniyası – 4 (17) aprel 1913, Sankt-Peterburq) —Rusiya hərbçisi, Krım müharibəsi iştirakçısı. İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Kırım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi. Hər kəs onda şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.
Yakov Tolçan
Yakov Moiseyeviç Tolçan (rus. Яков Моисеевич Толчан; 13 avqust 1901 – 1993) — SSRİ operatoru, rejissor. 1954-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdir. Kinoda 1924-cü ildən fəaliyyət göstərir. Rejissor, operator kimi bədii və sənədli filmlər çəkmişdir. Həmçinin 1931–1957-ci illər ərzində Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir. D.Vertovun "Dünyanın altıncı hissəsi" və s. filmlərinin çəkilişində iştirak etmişdir. "Vip üzərindən körpü" (1928), "Günəş Qərbdən doğur" (1933) və s. filmləri çəkmişdir.
Samuel Kolman
Samuel Kolman - (4 mart 1832 - 26 mart 1920) Amerikalı rəssam. Kolman Portlend şəhərində anadan olub. O , uşaq olarkən ailəsi ilə bərabər Nyu Yorka köçüblər. Atası burada kitab mağazası açıb. Kolmanın Hudson River məktəbində qısa müddətli rəssamlıq təhsili alıb. İlk əl işlərini 1850-ci ildə Milli Dizayn Akademiyasında sərgiləyib. 1854-cü ildə Nyu-Yorkda öz studiyasını açıb. 1862-ci ildə verilən tam üzvlüklə Milli Akademiyanın müxbir üzvü seçilib. 1860-cı illərdə Kolman Nyu-Yorkun İrvinqton şəhərində yaşayırdı. Kənddə yaşadığı müddətdə kənd mənzərələrini əks etdirən bir sıra rəsmlər çəkib.
Kəlvan (Komican)
Kəlvan (fars. کلوان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 226 ailədə 411 nəfəri kişilər və 406 nəfəri qadınlar olmaqla cəmi 817 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Kolanı
Kolanı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Kolanı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Kolanı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Kolanı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Kolanı (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Kolatan
Kolatan (Astara) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Kolatan (Germi) == Həmçinin bax == Kolatağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Koldun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Kolmar
Kolmar (fr. Colmar) – Fransanın şimal-şərqində yerləşən şəhər. Yuxarı Reyn departamentinin mərkəzidir.
Komican
Komican (fars. کمیجان‎; azərb. Kumzan‎) — İranda şəhər, Mərkəzi ostanında eyniadlı şəhristanın inzibati mərkəzi. 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 2.564 ailədə 4.658 nəfəri kişilər və 4.537 nəfəri qadınlar olmaqla cəmi 9.195 nəfərdir. Şəhərin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar. Bu şəhərin əhalisi Borçalı və Bozçalı ellərindən ibarətdir.
Kosacan
Kosacan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Kosacan oyk., sadə. Şərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının sahilində, Şərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır: Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.- liyində Kosadağ oronimi qeydə alınmışdır.
Kəltan
kəltan (az.-əski. کلتان‎, fars. کلتان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 115 nəfər yaşayır (38 ailə).
Çolpan
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Fəthabad (Komican)
Fəthabad (fars. فتح اباد‎; azərb. Fətabad‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 126 ailədə 199 nəfəri kişilər və 230 nəfəri qadınlar olmaqla cəmi 429 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Fəzlabad (Komican)
Fəzlabad (fars. فضل اباد‎‎‎; azərb. Pətlaba‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. Ərak şəhərindən 100 km şimal–qərbdə, Komican şəhərindən isə 5 km şərqdə, dəniz səviyyəsindən təqribən 1828–1833 metr hündürlükdə yerləşir. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Birinci ostanda, Ərak şəhristanının Vəfs bəxşinin Bozçəllu dehestanına daxil olan Fəzlabad kəndinin türkcə – farsca danışan və şiə olan əhalisi 408 nəfərdən ibarət idi.
Hüseynabad (Komican)
Hüseynabad (fars. حسين اباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 156 ailədə 252 nəfəri kişilər və 281 nəfəri qadınlar olmaqla cəmi 533 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Kalkan (Uçalı)
Içmanqol (başq. Ҡалҡан, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 26 km, kənd sovetliyindən (Uçalı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 18 km.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Kalran (Salmas)
Kalran (fars. كلران‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).