Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kommunikasiya
Kommunikasiya [lat. communikato – rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kommunikasiya peykləri
Kommunikasiya peyki — sabit rabitə xidmətləri üçün dənizaltı fiberoptik rabitə şəbəkələrini tamamlayıcı bir texnologiyanı təmin edər. Rabitə şəbəkəsinin çata bilmədiyi coğrafi bölgələr və hərəkətli dəniz və hava vasitələri ilə, rabitə məqsədilə də istifadə edilməkdədirlər. == Fiziki səviyyə == Fiziki səviyyə bitlərin kanallar vasitəsilə siqnal olaraq göndərildiyi elektrik, vaxt və digər interfeysləri müəyyən edir. Fiziki səviyyə şəbəkənin qurulduğu təməldir. Fərqli növdən olan fiziki kanalların xüsusiyyətləri performansı müəyyən edirlər (məsələn, istehsal, gecikmə, səhv dərəcəsi), bu səbəbdən də şəbəkə məkanına səyahət üçün çox yaxşı bir yerdir. == Kommunikasiya peykləri == 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində insanlar metal hava şarları ilə siqnal göndərərək kommunikasiya sistemləri qurmağa çalışırdılar. Təəssüf ki, qəbul edilən siqnallar praktiki olaraq istifadə oluna bilməyəcək qədər zəif idi. Daha sonra ABŞ Donanması göydə hava şarına bənzəyən –Ayı kəşf etdi və yerlə göy arasında əlaqə yaradacaq bir əməliyyat sistemi qurdu. Səmavi ünsiyyət sahəsindəki irəliləyiş ilk kommunikasiya peykinin istifadəsinə qədər gözləmək məcburiyyətində qaldı. Süni peyklə real peyk arasındakı əsas fərq, süni olanın siqnalları göndərməmişdən əvvəl onları çoxaldaraq daha sonra güclü bir kommunikasiya sisteminə çevirməsidir.
Kommunikasiya sistemi
Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rabitə, kommunikasiya
Kommunikasiya peyki
Kommunikasiya peyki — sabit rabitə xidmətləri üçün dənizaltı fiberoptik rabitə şəbəkələrini tamamlayıcı bir texnologiyanı təmin edər. Rabitə şəbəkəsinin çata bilmədiyi coğrafi bölgələr və hərəkətli dəniz və hava vasitələri ilə, rabitə məqsədilə də istifadə edilməkdədirlər. == Fiziki səviyyə == Fiziki səviyyə bitlərin kanallar vasitəsilə siqnal olaraq göndərildiyi elektrik, vaxt və digər interfeysləri müəyyən edir. Fiziki səviyyə şəbəkənin qurulduğu təməldir. Fərqli növdən olan fiziki kanalların xüsusiyyətləri performansı müəyyən edirlər (məsələn, istehsal, gecikmə, səhv dərəcəsi), bu səbəbdən də şəbəkə məkanına səyahət üçün çox yaxşı bir yerdir. == Kommunikasiya peykləri == 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində insanlar metal hava şarları ilə siqnal göndərərək kommunikasiya sistemləri qurmağa çalışırdılar. Təəssüf ki, qəbul edilən siqnallar praktiki olaraq istifadə oluna bilməyəcək qədər zəif idi. Daha sonra ABŞ Donanması göydə hava şarına bənzəyən –Ayı kəşf etdi və yerlə göy arasında əlaqə yaradacaq bir əməliyyat sistemi qurdu. Səmavi ünsiyyət sahəsindəki irəliləyiş ilk kommunikasiya peykinin istifadəsinə qədər gözləmək məcburiyyətində qaldı. Süni peyklə real peyk arasındakı əsas fərq, süni olanın siqnalları göndərməmişdən əvvəl onları çoxaldaraq daha sonra güclü bir kommunikasiya sisteminə çevirməsidir.
Fiber-optik kommunikasiya
Fiber-optik kommunikasiya və ya lifli optik rabitə — optik lif vasitəsilə infraqırmızı işıq impulsları göndərməklə informasiyanı bir yerdən digərinə ötürmə üsulu. İşıq informasiyanı daşımaq məqsədilə modullaşdırılmış daşıyıcı dalğanın bir formasıdır. Yüksək buraxılış zolağı, elektromaqnit parazitlərinə qarşı dözümlülük tələb olunarkən lifli optik kabellərdən istifadə elektrik kabellərinin istifadəsinə nəzərən daha əlverişli xarakter alır. Optik lif bir çox telekommunikasiya şirkətinin telefon siqnallarını, internet rabitəsini və kabel televiziya siqnallarını ötürmək üçün istifadə edilir. Bell laboratoriyasının tədqiqatçıları lifli-optik kommunikasiyadan istifadə edərək saniyədə 100 petabit × kilometrdən artıq buraxılış-uzaqlıq məhsuldarlığına nail olmuşlar. == Fon == 1970-ci illərdə inkişaf etməyə başlayan lifli-optika, telekommunikasiya sənayesində inqilab etdi və informasiya dövrünün inkişafında böyük rol oynadı. Elektrik ötürülməsindən üstünlüklərdən ötəri, optik liflər əsasən inkişaf etmiş dünyanın əsas şəbəkələrində mis naqilli rabitə əvəz etmişdir. Lifli optikadan istifadə etməklə rabitənin qurulması prosesi aşağıdakı əsas addımları əhatə edir: vericinin istifadəsi ilə optik siqnal yaradılır, adətən, elektrik siqnalından istifadə etməklə siqnalın lif boyunca ötürülməsi, siqnalın çox təhrifli və zəif olmamasını təmin edilməsi optik siqnalın qəbulu elektrik siqnalına çevrilməsi == Texnologiya == Optik lifli kabel işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə işığı qaytaran qatla əhatə olunmuşdur. Qaytarıcı qat öz növbəsində, plastikdən olan qoruyucu qat ilə örtülmüşdür.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır.FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi. 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir.
Kompüter vasitəçiliyi ilə kommunikasiya
Kompüter vasitəçiliyi ilə kommunikasiya (ing. computer-mediated communication, СМС) — iki və ya daha çox elektron cihazın istifadəsi ilə baş verən hər hansı insan kommunikasiyası. Termin ənənəvi olaraq kompüter vasitəçiliyi formatları (məsələn, ani mesajlaşma, e-poçt, söhbət otaqları, onlayn forumlar, sosial şəbəkə xidmətləri) vasitəsilə baş verən rabitələrə aid edilir. Lakin mətnlə mesajlaşma kimi mətnə əsaslanan qarşılıqlı əlaqənin digər formalarına da tətbiq edilmişdir. CMC ilə bağlı tədqiqatlar əsasən kompüter tərəfindən dəstəklənən müxtəlif kommunikasiya texnologiyalarının sosial təsirlərinə diqqət yetirir. Bir çox son tədqiqatlar sosial proqram təminatı ilə dəstəklənən və internetə əsaslanan sosial şəbəkələri əhatə edir. == Formaları == Kompüter vasitəçiliyi ilə kommunikasiya iki formaya bölünür: sinxron və asinxron. Sinxron kompüter vasitəçiliyi real vaxt rejimində baş verən ünsiyyətə aid edilir. Bütün tərəflər eyni vaxtda ünsiyyətdə olurlar; lakin onların hamısının eyni yerdə olması mütləq deyil. Sinxron rabitə nümunələri video söhbətlər və "FaceTime" audio zəngləridir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (rəsmi adı: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs) — Azərbaycan Respublikasındakı publik hüquqi şəxslərdən biri. Mərkəz Bakı şəhərində yerləşir. İcraçı Direktoru Vüsal Qasımlıdır. == Tarixi == İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb. == Məqsədi == İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir == İstiqamətləri == İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç əsas funksional istiqaməti əhatə edir: İqtisadi təhlil; Monitorinq və qiymətləndirmə; İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası. == Missiyası == Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək. == İdarə olunması == Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur. === Müşahidə Şurası === 20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmana əsasən Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (Türkiyə)
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (İTKQ; türk. Bilgi Teknolojileri ve İletişim Kurumu, qısaca BTK) — Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı. Əvvəllər Telekommunikasiya Qurumu (Telekomünikasyon Kurumu) kimi tanınırdı. Radio və televiziya yayımları başqa bir dövlət qurumu olan RTÜK-ə tabedir. == Tarixi == Telekommunikasiya orqanı 29 yanvar 2000-ci il tarixli 4502 saylı qanuna əsasən təsis edilmişdir. Bu qanun, digərləri ilə yanaşı, Nəqliyyat Nazirliyinin öhdəliklərinə toxunmuş və "Türkiyədə ilk sektora xüsusi tənzimləyici kimi müstəqil telekommunikasiya tənzimləyici orqanı olan Telekommunikasiya Qurumunu yaratmaqla hökumətin siyasət və tənzimləmə funksiyalarını ayırmışdır. Nəticədə, Nəqliyyat Nazirliyinin tənzimləyici funksiyaları prinsip etibarı ilə quruma verilmiş və simsiz rabitə haqqında qanuna (2813 saylı qanun, 7 aprel 1983-cü il) əsasən radiotezliklərin idarə edilməsinə cavabdeh olan dövlət orqanı olan Radiorabitə Baş İdarəsi ləğv edilmiş və onun bütün funksiyaları Telekommunikasiya Qurumuna verilmişdir".5 noyabr 2008-ci ildə Türkiyənin qanunverici orqanı adətən Elektron Kommunikasiya Qanunu (EKQ) kimi tanınan 5809 saylı qanunu qəbul etmişdir. Bu qanunun məqsədi qısaca olaraq "qanunvericilikdəki səliqəsizliyi aradan qaldırmaq, sektorda rəqabət yaratmaq, operatorlar üçün qeyri-müəyyənliyi azaltmaq və elmi-tədqiqat işlərinə resurslar ayırmaq" kimi təsvir edilmişdir. == Təşkili == EKQ-ə əsasən, İTKQ-nin strukturu 4 vitse-prezident, 17 departament, 5 ofis, 1 hüquq konsaltinq ofisi və 5 departamentli Telekommunikasiya Kommunikasiya Rəhbərliyindən ibarətdir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası — İctimai Birliyi, qeyri-kommersiya təşkilatıdır, ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. == Tarixi == "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" 12 avqust 2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37–2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib.26 iyul 2022 tarixində "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin idarə heyəti növbəti iclası keçirib. Toplantıda İTK müttəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib. Birliyin yeni dövr üçün fəaliyyəti "Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir" şüarı ətrafında tənzimlənəcək. Birliyin misyası; İKT sektorunun davamlı inkişafı vǝ rǝqabǝt qabiliyyǝtini artırmaq, qlobal rǝqabǝtçiliyǝ yüksǝlmǝk. Vizyonu; Müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə verilmək. == Fəaliyyət == Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir. Birlik fəaliyyət göstərdiyi müddətcə qurumlarla sıx əməkdaşlıq əlaqələri inkişaf etdirir, İKT qanunvericiliyinin təkmilləşdirilməsi, İKT sektorunda fəaliyyət göstərən şirkətlər arasında beynəlxalq əlaqələrin qurulması, İKT mühitinin münbitləşməsi məqsədilə dövlət qurumlarından müxtəlif imtiyazlar yaradılması, hökumət və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılan islahatlarının dəstəklənməsi istiqamətində mühüm işlər görülməsi nəzərdə tutulur.
Jeleznovodsk Kommünikesi
Jeleznovodsk Kommünikesi, Jeleznovodsk Bəyannaməsi və ya Jeleznovodsk Razılaşması — Rusiya Prezidenti Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə 1991-ci il sentyabrın 23-də Rusiyanın Jeleznovodsk şəhərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı üç illik hərbi əməliyyatları dayandırmaq niyyəti ilə müvafiq dövlətlərin arasında keçirilmiş görüşdə qəbul edilmiş birgə sülh razılaşması. Razılıq əldə edilsə də, saziş heç vaxt təsdiq olunmamışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən başlayan, Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar olan Qarabağ münaqişəsi bir sıra mülki şəxslərin ölümünə səbəb olmuşdu. == Mediasiya prosesi == Azərbaycan və Ermənistan hakimiyyət orqanlarının razılığı ilə Boris Yeltsin və Nursultan Nazarbayev 1991-ci il sentyabrın 20-23-də Bakı, Gəncə, Xankəndi və İrəvan şəhərlərinə səfər ediblər. Ərazi bütövlüyü, suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, insan hüquqlarına başlanğıc nöqtə kimi riayət edilməsi kimi prinsipləri rəhbər tutaraq, sentyabrın 22-də Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməsindən sonra irəliləyiş əldə olundu. Bu, tərəflərin növbəti gün birgə razılığına imkan verərək, hər iki tərəfin silahsızlaşdırılması və silahlı qüvvələrin bölgədən çıxarılması, qaçqın və məcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağda Sovet dövründəki inzibati qaydanın yenidən qurulması və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu. Vəziyyəti nizama salmaq məqsədi ilə “müvəqqəti işçi qrupu yaradılır”. Razılığa görə Sovet Ordusu və daxili qoşunlar hələ də münaqişə zonasında qalacaq və proses Rusiya və Qazaxıstan rəsmiləri tərəfindən idarə olunacaqdı. Sülh bəyannaməsi Y.Şapoşnikov, V.Barannikov, S.Voskanyan, M.Gözəlov, V.Cəfərov, R.Köçəryan, L.Petrosyan, M.Radayevin iştirakı ilə müzakirə olunmuş və Boris Yeltsin (Rusiya Federasiyası), Ayaz Mütəllibov (Azərbaycan), Nursultan Nazarbayev (Qazaxıstan) və Levon Ter-Petrosyan (Ermənistan) tərəfindən imzalanmışdı. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etmişdir.Danışıqların ikinci mərhələsi hər iki tərəfin rəsmilərinin iştirakı ilə Azərbaycan-Ermənistan sərhədindəki İcevan rayonundakı bir kənddə baş tutmuşdu.
Tehran Kommünikesi
Tehran Kommünikesi (fars. بیانیه تهران‎; erm. Թեհրանի կոմյունիկե) — Tehranda dövlət başçılarının Birgə Bəyanatı olaraq da bilinən, İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə və Azərbaycan Prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən 7 may 1992-ci ildə imzalanan ortaq bildiridir. Ermənistan və Azərbaycan arasında Azərbaycan SSR-in keçmiş muxtar vilayəti olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd ildir davam edən düşmənçiliyə son qoymaq niyyəti ilə imzalanmışdır. == Arxa plan == 1988-ci ilin əvvəllərində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində çıxan qarşıdurma böyümüş və bir çox mülki şəxsin, daxili qoşunların və ordudakı bir çox şəxsin həlak olması ilə nəticələnmişdir. İran tərəfinin təşəbbüsü ilə, Dağlıq Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin normallaşdırılmasına dair diplomatik səylər çərçivəsində Azərbaycan və Ermənistan liderləri 7 may 1992-ci il tarixində danışıqlar üçün Tehrana dəvət edildi. Dəvət İranın başlatdığı sülh səylərinin üçüncü mərhələsi kimi qəbul edildi. İlk vasitəçilik mərhələsi fevral ayında İran elçisi Əli Əkbər Vilayətinin həm Bakıya, həm İrəvana, həm də Qarabağa getməsi ilə başladı, lakin Xocalı soyqırımı və Xocalının Ermənistan qoşunları tərəfindən ələ keçirilməsinə görə dərhal dayandırıldı. Mart ayında İran səfiri Mahmud Vaezinin hər iki ölkəni gəzərək bir neçə görüş keçirməsi və bu ilin mayında Azərbaycan və Ermənistan liderlərinin Tehrana rəsmi dəvət edilməsinə səbəb olan ikinci səy göstərildi. == İmzalanma == Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı hər iki ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən hərbi heyət arasında görüşlərin təşkil ediləcəyi və tərəflər arasındakı bütün mübahisələrin ATƏT-in prinsipi və beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll ediləcəyi razılaşdırıldı.