Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstansa
Konstansa və ya Köstəncə (Constanta) — Qara dəniz sahilində Rumıniyanın mühüm portu. Konstansa təxminən 120.000 illik, Paleolit ​​Dönəmdən qalma bir şəhərdir. Arxeoloji qazıntılardan sonra Neolit ​​, Tunc və Dəmir çağlarına aid qalıqlar tapılmışdır. Konstansa bu xüsusiyyətləriylə bölgənin ən köhnə məskunlaşma vahididir. Antik Tomis - Constanta Qalasının quruluşuna qədər uzanan zamanda əhəmiyyətli tarixi səhnələrə şahid olmuşdur ( Pontus Euxinus bölgəsi (e.ə 7. və 5-ci əsrdə )). Yunan koloniyaları Köstence'ye uzanaraq yaşayış sahəsi qurdular. İlk dəfə burada Emporio gotik məskunlaşmanın qurdular (e.ə 4. və 3. əsr ).
Kastilyalı Konstansa
Kastilyalı Konstansa (ing. Constance of Castile) (d. 1354 – ö. 24 mart 1394) — Kastiliya və Leon krallığının varisi, ögey qardaşı II Henri tərəfindən öldürülən kral Pyotrun qızı. O, 1371-ci ildə İngiltərə kralı III Eduardın oğlu Gentli Conla evləndi və bu evlilik vasitəsilə taxt haqqını ərinə təslim etdi. == Həyatı == == Mənbə == Leese, Thelma Anna, Blood royal: issue of the kings and queens of medieval England, 1066-1399, (Heritage Books Inc., 1996), 222 Jonathan Sumption, Divided Houses: The Hundred Years War III (Faber & Faber, 2009), p.
Konstantsa (judets)
Konstantsa (rum. Judeţul Constanţa) — Dobruca regionunda yerləşən Rumıniya judetsi. Sahə — 7071 km². Əhali — 630 679 nəf. (2011). İnzibati mərkəzi — liman şəhəri Konstantsa. == Coğrafiyası == Qərbdə — Keleraşi və Yalomitsa, şimalda — Tulça və Breila judetsləri ilə, cənubda — Bolqarıstanın Dobriç və Silistren diyarları ilə sərhəddir. == Əhalisi == 1970-ci ildə judetsin əhalisi 513,3 min nəfər, 2002-ci ildə — 715 151 nəfər, 2011-ci ildə isə — 630 679 nəfər təşkil edirdi. Milli tərkibə görə əhalisi: === Demoqrafiyası === 1 iyul 2005-ci ilin məlumatlarına görə Əhalisi: 756 053 Şəhərlilər: 539 902 Kəndlilər: 216 151 Kişi: 368 576 Qadın: 387 477 Sıxlıq: 101,1 nəf./km² == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 8 şəhər və 58 kommuna daxildir.
II Konstant
II Konstant (yun. Κώνστας Β'; 7 noyabr 630, Konstantinopol – 15 sentyabr 668, Sirakuza) — 641–668-ci illərdə İraklilər sülaləsinə aid Bizans imperatoru. Ögeyanası Martina və əmisi İraklonu devirərək hakimiyyətə gəlmişdir. Çevik lakin müvəffəqiyyətsiz xarici siyasət yürütmüşdür. 654-cü ildə Konstantın donanması ərəblər tərəfindən darma-dağın edilir. 63-cü ildə İtaliyanı fəth etmək istəsə də məğlub olaraq 20 000 itki ilə geri şəkilməyə məcbur, amma Siciliyanı əlində saxlamağa müvəffəq olur. == Qafqaz siyasəti == Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641–668) göndərdiyi məktubunda yazırdı: "Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant… alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır.
Vitorul Konstanta FK
Vitorul Konstanta FK — 2009-cu ildə yaradılmış Rumıniyanın peşəkar futbol klubudur. Hal-hazırda Liqa I-də mübarizə aparır. 2010-11 mövsümündə Liqa II-dən ikinci dəfə birinci liqaya vəsiqə qazandı. Əvvəlcə klub Liqa III-ü birinci yerdə başa vurmuş və 2009-10 mövsümündə Seria II-ə vəsiqə qazanmışdır. Klub 2 iyun 2012-ci ildə Saqeata Navodari klubunu 2-0 məğlub etdikdən sonra Birinci Liqaya vəsiqə qazandı. Klub CS Ovudiudan ləkə götürüldükdən sonra 2009-cu ilin yay ayında yaradılmışdır. Klub miqyasında tanınan beynəlxalq rumıniyalı futbolçu George Haciyə məxsusdur Klub İngiltərədə 'Gələcəyin Futbol Klubu' kimi tanınır. Klub Rumıniyanın istedadlı gəncələrindən təşkil olunmuşdur. Klub ölkədə ən yaxşı gənclərdən ibarət obyekt hesab olunur. Klub mövsümün 33-cü turundan sonra Rumıniya Liqa II-də ciddi riyazi irəliləyişə səbəb oldu.
Kral məscidi (Konstansa)
Kral məscidi (rum. Geamia Regelui, türk. Kral camisi), I Karol məscidi (rum. Moscheea Carol I) və ya Böyük Konstansa məscidi (rum. Marea Moschee din Constanța) — Rumıniyanın Konstansa şəhərində yerləşən məscid. == Tarixi == Keçmişi, Osmanlı sultanlarından biri olan II Mahmudun əmri ilə 1823-ci ildə Müqəddəs Mehmet Paşa tərəfindən tiktirilmiş olan Mahmudiye Məscidindən ilhamlanmışdır. 1910-ci ildə Rumıniya Kralı I Karol, Birinci Dünya Müharibəsində Rumıniya üçün döyüşən müsəlman anadolu türklərinin və Krım tatarlarının sədaqətini mükafatlandırmaq üçün tikilən məscid, Mahmudiye Məscidinin təməllər üzərinə 1910-ci ildə tikintisi başlamış, 1912-ci ildə isə bitmişdir. Yenidən xidmətə açıldıqdan sonra məscidi kralın tikdirməsi səbəbiylə Kral məscidi adı verilən məscidin memarı Viktor Ştefanescu adlı bir rumın idi. == Memarlıq quruluşu == Rumıniyanın ilk dəmir-beton binası olan tarixi məscidin minarəsinin uzunluğu 45 metrdir. Tutumu 100 nəfərdir.
Konstansa (Antioxiya knyaginası)
Konstansa (it. Costanza) (1127 – 1163) — 3-cü Antioxiya knyaginası. Atası Antioxiya knyazı II Bohemond, anası isə Qüds kralı II Baldvinin qızı Alisa idi. Hələ 2 yaşında ikən atası döyüşdə həlak oldu və onun yeganə övladı olaraq Konstansa knyagina elan edildi. İlk öncə anası Alisa onun naibəsi təyin edilsə də, daha sonra yerli əsilzadələr buna qarşı çıxdılar. Onların istəyi ilə balaca knyaginaya ana-babası olan Qüds kralı II Baldvin naiblik etdi. Ancaq cəmi 1 il sonra kral vəfat etdi və naiblik vəzifəsi 1131-ci ildə onun xələfi və balaca qızcığazın dayısı Fulka həvalə edildi. Yaranan siyasi çəkişmələri önləmək məqsədilə, Konstansa 1136-cı ildə hələ 8 yaşında ikən özündən 23 yaş böyük Puatyeli Raymondla evləndirildi. Cütlük knyazlığı birlikdə idarə etdilər. Gələcəkdə bu nigahdan 4 övladı dünyaya gələn Konstansa, ərinin 1149-cu ildə döyüş meydanında həlak olmasının ardından dul qaldı.
CS Volei 2004 Tomis Konstansa
CS Volei 2004 "Tomis Konstansa" — Rumıniyanın Konstansa şəhərini təmsil edən qadın voleybol klubudur. Adından da məlum olduğu kimi komanda 2004-cü ildə yaradılmışdır. == Heyəti == 2013-14 mövsümü üçün 6. Yasna Maystroviç 7. Oana Miruna Oprea 8. Roksana Catinean 9. Raluca-Arabela Ispas 10. Doina Cojocaru 11. Andreea İspas 12. Aleksandra Lieb-Mocanu 13.
CS Volei 2004 Tomis Konstansa QVK
CS Volei 2004 "Tomis Konstansa" — Rumıniyanın Konstansa şəhərini təmsil edən qadın voleybol klubudur. Adından da məlum olduğu kimi komanda 2004-cü ildə yaradılmışdır. == Heyəti == 2013-14 mövsümü üçün 6. Yasna Maystroviç 7. Oana Miruna Oprea 8. Roksana Catinean 9. Raluca-Arabela Ispas 10. Doina Cojocaru 11. Andreea İspas 12. Aleksandra Lieb-Mocanu 13.
CS Volei 2004 Tomis Konstansa VK
CS Volei 2004 "Tomis Konstansa" — Rumıniyanın Konstansa şəhərini təmsil edən qadın voleybol klubudur. Adından da məlum olduğu kimi komanda 2004-cü ildə yaradılmışdır. == Heyəti == 2013-14 mövsümü üçün 6. Yasna Maystroviç 7. Oana Miruna Oprea 8. Roksana Catinean 9. Raluca-Arabela Ispas 10. Doina Cojocaru 11. Andreea İspas 12. Aleksandra Lieb-Mocanu 13.
Konstantin
Konstantin — rus adı. I Konstantin — Roma imperatoru. II Konstantin — Roma imperatoru, Böyük Konstantin, Flavi Valeri Avrelinin oğlu. III Konstantin — 11 fevral 641 – 24 fevral 641 illərdə Bizans imperatoru XI Konstantin Paleoloq — sonuncu Bizans imperatoru. 1449–1453-cü illərdə Bizans imperatoru olmuşdur. Konstantin Artyomov — Aktyor, Mətn oxuyan, Azərbaycan Respublikasının əməkdar artisti (1991) Konstantin Feoktistov — Konstantin Krasusski — Konstantin Moskoviç — Konstantin Slavin — Konstanten Qis — Konstantin Karatodori — Konstantin Mixaylov — Konstantin Lordkipanidze — Konstantin Şulqan — Konstantin Merejkovski Yaşayış məntəqələri Konstantin (şəhər) — Əlcəzairin ən böyük 3-cü şəhəri. Digər mənalarda Konstantin sülaləsi — Roma imperatoru I Konstansi Xlordan başlamış (305) Mürtəd Yuliana qədərki (363) hökmdarlar ailəsinin qeyri-rəsmi adı.
Konstantina
Sonralar Müqəddəs Konstans kimi tanınan Flaviya Valeriya Konstantina (yun. Φλάβια Βαλέρια Κωνσταντίνα; 315, Roma – 354, Roma imperiyası və ya Roma) — Roma İmperatoru Böyük Konstantinin böyük qızı və onun ikinci arvadı, İmperator Maksimianın qızı Fausta idi. Konstantina atası tərəfindən "Auqusta" titulunu almış ola bilər və onun həqiqi xarakteri ilə bağlı məlum olanlarla üst-üstə düşməyən orta əsrlər əfsanəsinin inkişafı ilə müqəddəs kimi anılmışdır. == Həyatı == 320-ci illərin ortalarından bir müddət əvvəl Konstantina İmperator Konstantin və İmperatriça Faustanın ailəsində anadan olub. O, II Konstantin, Konstant, II Konstansi, Yelenanın bacısı və Krispin ögey bacısı idi. 335-ci ildə Konstantina I Konstantin tərəfindən yaradılmış "Rex Regum et Ponticarum Gentium", yəni, "Kralların Kralı və Pontik qəbilələrinin hökmdarı" Böyük Flaviusun oğlu, əmisi oğlu Hannibalianusla evləndi. İlk evliliyindən Konstantinanın Konstantia adlı bir qızı ola bilər, sonra o, Memmius Vitrasius Orfitusla evlənir və Kvint Avreliy Simmaxın arvadı Rustisiananın anası olur. Konstantin öldükdən sonra imperator ailəsində böyük təmizləmələr baş verdi və əri 337-ci ildə edam edildi. İkinci dəfə II Konstansi Konstantinanı Hannibalianusun əmisi oğluna və onun öz əmisi oğlu Qllusa verdi. Qallus "Şərqin Sezarı" titulunu aldı və 349–350-ci illərdə qanuniliyini artırmaq üçün adını Konstantius Qallus olaraq dəyişdirildi, bu da onların evlilik vaxtına təsadüf etdi.
Konstanz
Konstanz — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən şəhər.
II Konstansi
II Konstansi (7 avqust 317 və ya 13 avqust 317, Sirmiya, Roma imperiyası – 3 noyabr 361[…], Kilikiya) — Roma İmperatoru.
II Konstantin
II Konstantin, Flavi Klavdi Konstantin (fevral 316, Arl – aprel 340) — Roma imperatoru, Böyük Konstantin, Flavi Valeri Avrelinin oğlu. Roma imperatoru idi. Arlesdə Böyük Konstantin və Faustanın böyük oğlu olaraq anadan olub və xristian olaraq böyüyüb. 317-ci il martın 1-də Konstantin Sezar edildi və 323 yaşında atasının Sarmatiyaya qarşı yürüşündə iştirak etdi. Ögey qardaşı Crispus'un ölümündən sonra, Stepson 10 yaşında Galinin komandiri oldu. Alamnnicus ünvanına 330 - cu ilə aid bir kitabədə rast gəlinir. Buna görədə genaralların Almanlar qarşı bir zəfər qazanmaları normal idi. Atası Konstantin 332-ci ildə Qotlara qarşı çıxanda özünü səhra komandiri seçdi. 337-ci ildə atasının ölümündən sonra II. Konstantinaşları qardII. Constantius və Constans ilə imperator oldu. Həmin ilin sentyabr ayında üç qardaş bölgüsündən sonra Galiya, İngiltərə və İspaniyanın hakimi oldu.
I Konstantin
I Konstantin (Böyük Konstantin, Flavi Valeri Avreli; təq. 27 fevral 272, Niş[d], Roma imperiyası – 22 may 337, Nikomediya, Roma imperiyası) — Roma imperatoru (306–337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il). == Həyatı == Böyük Konstantin Roma imperiyasında ilk xristian imperator olmuşdur. Onun sayəsində xristianlıq leqallaşaraq təqiblərdən azad olunaraq, geniş yayılmağa başlamış və Avropada nüfuzlu hakim dinə çevrilmişdir. Konstantin 280-ci ildə keçmiş Yuqaslaviya ərazisində, Naissus (indiki Niş) şəhərində anadan olmuşdur. Onun atası Roma sərkərdələrindən biri olmuşdur. Konstantinin gəncliyi Nikomedidə imperator Diokletianın sarayında keçmişdir.
Konstanten Qis
Konstanten Qis (fr. Constantin Guys; 3 dekabr 1802[…] – 13 mart 1892[…], Paris, Fransa) — fransız rəssam. == Bioqrafiya == Hərbi fəalliyətə hazırlaşırdı. Yunanıstan istiqlal müharibəsində iştirak etmişdir. 1830-cu illərdən özünü incəsənətə həsr etmişdir. İspaniya, İtaliya, Şərqdə səyahət etmişdir. Krım müharibəsi zamanı hərbi müxbir olmuşdur. Rəsm əsərlərini fransız və ingilis mətbuatında nəşr edilmişdir (Punch, Illusrated London News). == Ədəbiyyat == Geffroy G. Constantin Guys, l’historien du Second Empire. — P.: G. Crès, 1920 Roger-Marx C. Constantin Guys, 1802–1892.
Konstantin (şəhər)
Konstantin (ərəb. قسنطينة‎ Qusanṭīna Qüsəntinə) — Əlcəzairin Konstantin vilayətində yerləşən şəhər. Əhalisi 448.374 nəfərdir. Əlcəzair və Vəhran şəhərlərindən sonra Əlcəzairin ən böyük 3-cü şəhəridir. == Coğrafiya == Şəhər dənizdən 80 km uzaqlıqda, 640 metr yüksəkliyindəki platformada qurulmudur. Dərin vadi ilə əhatə olunmuşdur. Vadinin üzərində bir çox körpü var və bu şəhərə drammatik və xoş gözəllik verir. == Tarixi == Konstantin e.ə. 203-cü ildə yunan koloniyaçılar və numidiyalılar tərəfindən salınmışdır. Şəhər daha sonra Roma İmperiyasının əlinə keçmişdir.
Konstantin Abramenko
Konstantin Maksimoviç Abramenko (rus. ́Константин Максимович Абраменко; 15 noyabr 1923, Gəncə – 28 noyabr 2005, Gəncə) — daha çox "Dyadya Kostya" kimi tanınan SSRİ və Azərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi". == Həyatı == Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub. Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis Hüseynov və Ceyhun İmamquliyev kimi futbolçular var. Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.. == Ailəsi == Bir qızı var.
Konstantin Abxazi
Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d], Tiflis quberniyası – 20 may 1923, Tiflis Rusiyada Abxazov) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri. == Həyatı == Knyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi. == Hərbi xidmət == Konstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir. Polkovnik -leytenant (1908). Qafqaz Qrenadyorr Topçu Briqadasının 4-cü batareyasının komandiri. 21 mart 1911-ci ildə polkovnik rütbəsi verilərək istefaya göndərildi. Xidmətini başa vurduqdan sonra bir çox sosial və iqtisadi layihələrdə, o cümlədən Gürcüstanda dəmir yolunun çəkilişində iştirak etmişdir.
Konstantin Adamov
Konstantin Haykoviç Adamov (15 avqust 1923, Bakı – 11 may 1990, Moskva) — erməni-sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1972), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == 15 avqust 1923-cü ildə Bakıda anadan olmuşdur. 1946-cı ildə Moskva Şəhər Teatr Məktəbini bitirmişdir. 1947-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. K.Adamovun yaradıcılığına təbiilik, səmimiyyət, obrazı dərindən duymaq və s. xasdır.
Konstantin Artyomov
Konstantin Fyodoroviç Artyomov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (1991) == Həyatı == 22 may 1991-ci ildə Konstantin Fyodoroviç Artyomov Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.
Konstantin Arxipçikov
Konstantin Yakovleviç Arxipçikov (rus. Константин Яковлевич Архипчиков; 1888 – 1952) — Rusiya və SSRİ hərbi xadimi, general-mayor. Birinci Dünya, Rusiyada vətəndaş, SSRİ–Finlandiya və İkinci Dünya müharibələrinin iştirakçısı olmuşdur. == Həyatı == Konstantin Yakovleviç Arxipçikov 5 may 1888-ci ildə Rusiya imperiyasında, Kostroma quberniyasının Yuryevets mahalının Kosolapika kəndində (indiki İvanovo vilayətinin Puçejski rayonu) anadan olmuşdur. Arxipçikov 1909-cu ildən Rusiya İmperator Ordusunda xidmət etmişdir. O, 37-ci Yekaterinburq piyada alayının tərkibində 7-ci rotanın baş serjantı, sonra 10-cu piyada diviziyasının 16-cı rotasının çavuş mayoru və leytenantı kimi Birinci Dünya müharibəsində iştirak etmişdir. Arxipçikov1909 döyüşlər zamanı dörd dərəcəli Müqəddəs Georgi xaçı və üç Georgi medalı ilə təltif edilib. Arxipçikov 1918-ci ildə Qızıl Ordu tərəfinə keçmişdir. O, 1920-ci ildən Kikvidze adına 16-cı atıcı diviziyasının 48-ci Nırnenski atıcı alayının komandiri olmuşdur. Arxipçikov 1922-ci ilin iyunundan həmin diviziyanın 46-cı Novqorod atıcı alayının komandiri olmuşdur.
Konstantin Azadovski
Konstantin Markoviç Azadovski (rus. Константи́н Ма́ркович Азадо́вский; 14 sentyabr 1941, Leninqrad) — SSRİ və Rusiya ədəbiyyatşünası. Onun əsas maraq dairəsi XIX–XX əsrlərin rus və Avropa ədəbiyyatı, Almaniya–Rusiya ədəbi münasibətləridir. O, Mark Azadovskinin oğlu, filologiya elmləri namizədidir. == Elmi fəaliyyəti == Konstantin Azadovski almanşünaslıq, rusşünaslıq, Rusiya–Avropa ədəbi əlaqələri üzrə bir sıra elmi məqalələrin və nəşrlərin müəllifidir. O, "Zvezda", "Novoye literaturnoye obozreniye" və "Voprosı literaturı" jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Azadovski 1999-cu ildə "Buker" mükafatının münsiflər heyətinin sədri olmuşdur. == İctimai mövqeyi == Konstantin Azadovski 2001-ci ildə "NTV" telekanalının müdafiəsi üçün məktub imzalamışdır. 2014-cü ilin martında o, bir sıra digər elm və mədəniyyət xadimləri ilə birlikdə Rusiya hakimiyyətinin Krımda apardığı siyasətlə razılaşmadığını bildirmişdir. == Seçilmiş əsərləri == Бальмонт и Япония.
Konstantin Bataşov
Konstantin Nikolayeviç Bataşov (18 (31) yanvar 1918, Tiflis, Zaqafqaziya Komissarlığı – 19 dekabr 1991, Moskva) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR xalq artisti (1958), "Stalin" mükafatı laureatı (1952). == Həyatı == Konstantin Bataşov 18 yanvar (31 yanvar) 1918-ci ildə Tiflis şəhərində doğulub. Rəqs sənətinə marağı Gürcüstanda göstərib. İbtidai siniflərdə oxuyarkən ailəsi ilə Bakıya köçüb və 1939-cu ildə buradakı Xoreoqrafiya məktəbini bitirib. 1935-ci ildən 1989-cu ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrı işləyib. Konstantin Bataşov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1939-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. O, Vladimir Pletnyovun, Çimnaz Babayevanın, Tamilla Şirəliyevanın müəllimi olub. Azərbaycanın ilk peşəkar balet artistlərindən biri hesab olunan Konstantin Bataşov 1990-cı ildə Moskvaya köçüb və 19 dekabr 1991-ci ildə orada vəfat edib. == Yaradıcılığı == Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında rəqslərin quruluşçusu olub. Nikolay Rimski-Korsakovun "İspan kapriççiosu" xoreoqrafik süitasının, "Şəhrizad" simfonik poemasının, Həsən Rzayevin "Elementlər" əsərinin əsasında birpərdəli balet tamaşalarını hazırlamışdır.
Konstantin Batyuşkov
Konstantin Nikolayeviç Batyuşkov (rus. Константи́н Никола́евич Ба́тюшков) (18 (29) may 1787[…], Voloqda[…] – 7 (19) iyul 1855[…], Voloqda[…]) — rus poeti, yazıçı və şairi == Həyatı == Konstantin Nikolayeviç Batyuşkov 19 may 1787 Voloqda şəhərində zadəgan ailəsində anadan olmuşdur. Onun anası 1795-ci ildə vafat edir. Onun ruhi xəstəliyi irsən Batyuşkaya və onun böyuk baçısı Aleksandra keçir. 1805-ci ildə K. N. Batyuşkovun Poslaniye k stixam moim ("Послание к стихам моим") şeri "Novosti russkoy literaturı" ("Новости русской литературы") jurnalının girişində pecat olunmuşdur. Mürtəce yazıçılara qarşı çıxmış, mütərəqqi "Arzamss" ədəbi dərnəyində iştirak etmişdir. Batyuşkovun şeirlərində həyat eşqi, dostluq, məhəbbət, şəxsiyyət azadlığı tərənnüm olunur. Batyuşkov sənətə münasibətini "Mənim Penatlarım"(1811–1812) şerində ifadə etmişdir. 1812-ci ildə Vətən müharibəsi dövründə yazılmış "Daşkova xitab" şerində vətənpərvərlik ruhu güclüdür. Müharibə Moskvanın yandırılması və şəxsi sarsıntılar Batyuşkov yaradıçılığında bədbinlik motivlərinin güçlənməsinə səbəb olmuşdur.
Konstantin Belyavski
Konstantin Yakovleviç Belyavski (rus. Константин Яковлевич Белявский ;d. 1802 — ö. 30.10.1857, Sankt-Peterburq, Rusiya imperiyası) — Rus generalı. Qafqaz və Krım müharibələrinin iştirakçısı == Həyatı == Konstantin Belyavski, 1802-ci ildə Vilenski quberniyasında zadəgan ailəsində anadan olmuşdur. 1817-ci ilin yanvarın 8-də kiçik gizir rütbəsi ilə Pavlov alayında xidmətə başladı. 1821-ci ilin iyulun 13-də poruşik rütbəsi ilə Volın alayına köçürüldü və 1827-ci ildə kapitan rütbəsi ilə təltif edildi. 1831-ci ildə Polşa qiyamının yatırılmasında iştirak edən Semyonov alayında fərqləndiyinə görə polkovnik rütbəsi ilə təltif edildi. 1832-ci ildə Volın alayına geri qaytarılır. 1837-ci ildə Sibir yeger alayının komandiri təyin edilir.
Konstantin Bodin
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
Konstantin Borisoqlebski
Konstantin Arkadyeviç Borisoqlebskiy (rus. Борисоглебский Константин Аркадьевич) — memar, mülki-mühəndis, 1909-1913-cü illərdə Bakı şəhərinin baş memarı olmuşdur. == Həyatı və fəaliyyəti == Konstantin Borisoqlebskiy 1869-cu ildə Moskva quberniyasında, zadəgan ailəsində anadan olmuşdur. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsilini bitirdikdən sonra, xidmət üçün Astraxana göndərilmişdir. Daha sonra fəaliyyətini Yeddisu vilayətində davam etdirən Borisoqlebskiy, burada Qazaxıstanın ilk metal körpüsünü (1898) inşa edir. 1896-1902-ci illərdə Yeddisu vilayətinin inşaat idarəsinin memarı kimi çalışır. Həmin müddətdə çoxlu sayda layihələrə imza atmasına baxmayaraq, onun yaradıcılığınn həmin dövrünün əsas işi kimi Almatı şəhərində layihələndirdiyi Yüksəliş kafedralı göstərilir. Konstantin Borisoqlebskiynin memarlığı və Andrey Zenkovun mühəndisliyi ilə inşa edilmiş kafedralın açılışı 1907-ci ildə baş tutur. 1902-ci ildə layihəsinin həyata keçirilməsini görmədən memar Yeddisu vilayətini həmişəlik tərk etməli olur. 1910-cu ildə Bakıya gələn Borisoqlebskiy şəhər memarı vəzifəsinə təyin edilir.
Konstantin Borisoqlebskiy
Konstantin Arkadyeviç Borisoqlebskiy (rus. Борисоглебский Константин Аркадьевич) — memar, mülki-mühəndis, 1909-1913-cü illərdə Bakı şəhərinin baş memarı olmuşdur. == Həyatı və fəaliyyəti == Konstantin Borisoqlebskiy 1869-cu ildə Moskva quberniyasında, zadəgan ailəsində anadan olmuşdur. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsilini bitirdikdən sonra, xidmət üçün Astraxana göndərilmişdir. Daha sonra fəaliyyətini Yeddisu vilayətində davam etdirən Borisoqlebskiy, burada Qazaxıstanın ilk metal körpüsünü (1898) inşa edir. 1896-1902-ci illərdə Yeddisu vilayətinin inşaat idarəsinin memarı kimi çalışır. Həmin müddətdə çoxlu sayda layihələrə imza atmasına baxmayaraq, onun yaradıcılığınn həmin dövrünün əsas işi kimi Almatı şəhərində layihələndirdiyi Yüksəliş kafedralı göstərilir. Konstantin Borisoqlebskiynin memarlığı və Andrey Zenkovun mühəndisliyi ilə inşa edilmiş kafedralın açılışı 1907-ci ildə baş tutur. 1902-ci ildə layihəsinin həyata keçirilməsini görmədən memar Yeddisu vilayətini həmişəlik tərk etməli olur. 1910-cu ildə Bakıya gələn Borisoqlebskiy şəhər memarı vəzifəsinə təyin edilir.