Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Forsterit
Forsterit — mineral, olivin Mg2[SiO4] == Haqqında == Forsterit — fayalit izomorf seriyasının 100–90% forsterit saxlayan sonuncu üzvü; az miqdarda Cr, Ni qatışıqları olur. Xüsusi çəkisi 3,2. Ultraəsasi süxurların mühüm komponenti. Həmçinin "çirkli" dolomitlərin termik və regional metamorfizmi zamanı əmələ gəlir; mərmər və ofikalsitlərdə, maqneziumlu skarnlarda tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Göstəriş
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.
Senecio kosterae
Senecio kosterae (lat. Senecio kosterae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. == Coğrafiyası == Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Bathocyroe fosteri
Bathocyroe fosteri (lat. Bathocyroe fosteri) — heyvanlar aləminin daraqlılar tipinin tentaculata sinfinin lobata dəstəsinin bathocyroidae fəsiləsinin bathocyroe cinsinə aid heyvan növü.
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir. Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Sorbus fosteri
Yevgeni Koşeriu
Yevgeni Koşeriu(rum. Eugeniu Coșeriu; 1921 — 2002) - Moldova mənşəli alman linqvist, roman dilçiliyi üzrə mütəxəsssis, professor, 50-dən çox kitabın müəllifi, Rumıniya Akademiyasının fəxri üzvü. == Bioqrafiyası == Yevgeni Koşeriu 27 iyul 1921-ci ildə Rumıniya Krallığının Mixeylen kəndində anadan olmuşdur. Sonralar həmin ərazi — Moldova SSR, hal-hazırda isə Moldova Respublikası adlandırıldı. Belsı şəhərində yerləşən Liceul Teoretic„İon Creangă" liseyində təhsil almışdır. Sinif yoldaşları Bessarabiya yazıçısı- Vadim Piraoqan və rumın yazıçı- Sergiu Grossu olmuşdur. Suza Universitetini bitirdikdən sonra Koşeriu 1940-cı ildə İtaliyaya yola düşdü. Romada yerləşən İtaliya Mədəniyyət Universitetində təhsilini davam etdirdi. 1944-cü ildə Yevgeni cənub slavyan xalqlarının poeziyasına məxsus olan Chanson de geste (epik məzmunlu fransız orta əsr ədəbiyyatının janrı) haqqında olan dissertasiyasına görə dərəcə aldı. 1944-45-ci ildə Koşeriu Paduya Universitetində çalışırdı.
Martin Koster
Martin Gert Koster (1950, Dedemsvaart[d], Overijssel[d]) — Niderland aşağı sakson dilinin Drent ləhcəsində yazan və yaradıcılıq edən niderlandlı yazıçı. Əsasən nasir olan Koster, həm də şeirlər yazır və onları kitab şəklində çap edib. O, həmçinin niderland və ingilis dillərindən drent ləhcəsinə müxtəlif əsərləri və məqalələri tərcümə edir. Drent ləhcəsindəki Roet adlı ədəbi jurnalın yaradıcılarından biridir. 2021-ci ildə Niderland hökuməti, nəsli kəsilməkdə olan Drent ləhcəsini qorumaq və zənginləşdirmək üçün göstərdiyi səylərə görə, Kosteri Оran-Nassaus ordeni ilə təltif etdi.
Göstəriş Polad FK
Göstəriş Polad Futbol Kulubu — Güney Azərbaycanın Təbriz şəhərinin İran Peşəkara Futbol Çempionatında iştirak edən ən yeni futbol komandasıdır. İndi Azadəgan Liqasında mübarizə aparır.[mənbə göstərin] == Keçmişi == Göstəriş 2009-cu ildə maddi çətinliklərlə üzləşən Niroyə Zamini F. K.-ın lisenziyasını alaraq yaranmışdır. Öncəki dönəmdə 3-cü Divizionda oynamış və birinciliklə bitirmişdir.
Ulduz burun köstəyi
Ulduz burun köstəyi — həşəratlarla qidalanan qeyri-adi köstəbək. 22 çəhrayı tentacles olan ətli burun ona orijinallıq verir. == Xüsusiyyətləri == Bu heyvanların bəzi qeyri-adi xüsusiyyətləri bunlardır: Onlar yer üzündəki bütün məməlilərdən daha sürətli yeyirlər. Ulduz köstəbəkləri yeməkləri (əsasən həşəratları) saniyənin onda ikisindən az müddətdə müəyyən edib yeyə bilir və ondan əvvəl 8 millisaniyə ərzində bu obyektin yeməli olub-olmadığına qərar verirlər. Qismən, onlar ətraf mühitdən məlumatı neyronların fizioloji həddinə yaxınlaşan sürətlə heyvanın beyninə ötürən sinir sistemlərinin son dərəcə səmərəli işi sayəsində bu uğura nail olurlar. Onların ulduzu məməlilər arasında bilinən ən həssas toxunma orqanıdır. Burundakı bu ulduz orqanında 100.000-dən çox sinir lifi var — insan əlindəki oxşar liflərin sayından beş dəfə çox — hamısı barmağınızın ucundan daha kiçik bir boşluğa yığılmışdır. "Oranın dərisi o qədər həssasdır ki, neyronların aktivləşməsi üçün ən aşağı həddi təyin edə bilmədik" deyən Kataniya ulduzun öyrənilməsinin insanın toxunma hissini daha yaxşı anlamağa kömək edə biləcəyini əlavə etdi. == Yayılma == Ulduz burun köstəyi Şimali Amerikanın şərqində yaşayır. Onların diapazonu Kanadadakı Manitoba və Labradordan Şimali Dakota və Ohayoya və okean sahilindəki Corciyaya qədər uzanır.
Şarl de Koster
Şarl Teodor Anri De Koster (fr. Charles-Theodore-Henri De Coster; 20 avqust 1827-ci il, Münhen – 7 may 1879-cu il, Brüssel) — Belçika yazıçısı, Belçika milli ədəbiyyatının banisi. == Həyatı == Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə Belçika ordusunun zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H. Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi".
Fosterin xəyali dostlar evi
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Müqəddəs Bakirə Məryəmin kosteli
Müqəddəs Bakirə Məryəmin kosteli (rus. Костёл Пресвятой Девы Марии) - vaxtı ilə Bakıda yerləşmiş katolik məbədi hazırkı Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşirdi. 1912-ci ildə polşalı memar İosif Ploşkonun layihəsi əsasında ucaldılıb. XX-ci əsrin 30-cu illərində dağıdılıb. == Məbədin tarixi == Kostelin layihəsi İosif Ploşko tərəfindən 1909-cu ildə hazırlanıb. Məbədin tikilməsi üçün vəsaiti əsasən xeyriyyə yolu ilə polyakəsilli neft sənayeçisi olan Rılski ailəsi və Xəzərin dibindən neft hasilinin banisi Vitold Zqlenitski verirdi. Məbədin tikintisi 1912-ci ildə tamalanır. Məbədin tikilməsində əsas rolu oynayanların və kosteli ziyarət edənlərin əsası polyak olduğu üçün el arasında onu polyak kosteli adlandırırdılar. Məbədin yerləşdiyi yer isə camaat tərəfindən prestijli sayılırdı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra bolşeviklər dinə qarşı müharibə elan edirlər.
Qalçanın kondensasion osteit sindromu
Qalçanın kondensasion osteit sindromu (ing. osteitis condensans ilii) – kondensasion qatılaşma, toplanma deməkdir. Dəfələrlə doğmuş gənc qadınlarda rast gəlir, çox vaxt simptomsuzdur, xoşxassəlidir, HLA-B27 əlaqəsi yoxdur, əsas əlaməti X-ray oma-qalça oynağının qalça sümüyü tərəfində üçbucaq şəkilli sklerozlaşmasıdır.
Hakim mərkəzi göstərir... Tofiq Bəhramov
== Məzmunu == Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub. İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir. Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir...
Hakim mərkəzi göstərir (film, 2009)

Fosterin xəyali dostlar evi (teleserial, 2004)