Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Sergey Kot
Sergey İvanoviç Kot (ukr. Сергій Іванович Кот; 22 oktyabr 1958, Kiyev, Ukrayna SSR, SSRİ – 28 mart 2022) — Ukrayna tarixçisi. O, Ukrayna Milli Elmlər Akademiyasının Ukrayna Tarixi İnstitutunun baş elmi işçisi olmuşdur. Kot tarixi və mədəni sərvətlərin qorunması, Ukraynada konservasiya və dəfn işlərinin tarixi, mədəni sərvətlərin qaytarılması və bərpası məsələlərini diqqət mərkəzində saxlamışdır. O, tarix muzeyinin idarə heyətinin üzvü olmuş, Ukraynanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Sergey İvanoviç Kot 22 iyun 1958-ci ildə Kiyevdə anadan olmuşdur. 1980-ci ildə Kiyev Dövlət Pedaqoji İnstitutunun tarix-pedaqoji fakültəsini bitirmişdir. 1990-cı ildə "Ukrayna SSR-də tarix və mədəniyyət abidələrinin konservasiyası (1943–1960-cı illərdən sonra)" adlı dissertasiya işi ilə tarix elmləri doktoru elmi dərəcəsinə yüksəlmişdir. Kot 2021-ci ildə tarixdə iqtidara salınmış, onun məsuliyyəti "Ukraynanın siyasi və mədəni həyatında (XX–XXI əsrin əvvəlləri) mədəni dəyərlərin qaytarılması və bərpası" adlanırdı. Kot Ukrayna Milli Elmlər Akademiyasının Ukrayna Tarixi İnstitutunda işləmişdir.
Tarin-Kot
Tarin-Kot (fars. ترين کوت‎) —Tarin-Kot rayonunda Əfqanıstanın cənubundakı Üruzgan vilayətinin mərkəzi. Tarin-Kot şəhərinin əhalisi 71.604 nəfərdir (2015), şəhər bazarında 200-ə yaxın kiçik dükan var. Tarin-Kot rayonunda iki böyük puştun qəbilə konfederasiyası təmsil olunur, tarin tayfaları: popolzai, bərəkzai, nurzai, açakzai; və gilzay tayfaları: toxi, hotak. Şəhərdə orta və irimiqyaslı təsərrüfat müəssisəsi yoxdur. Tarin-Kot Əfqanıstanın cənubunda əyalət mərkəzidir. Torpaqların əksəriyyəti (69%) istifadəsiz torpaqlar kimi təsnif edilir ki, bunun da 67%-i kənd təsərrüfatıdır. Yaşayış sahələri məskunlaşılmış torpaqların 47%-ni təşkil edir. Hava limanı bələdiyyə sərhədləri daxilində yerləşir və ikinci ən böyük məskunlaşılmış torpaqları əhatə edir (24%). 13 avqust 2021-ci ildə Tarin-Kot 2021-ci il genişmiqyaslı Taliban hücumunun bir hissəsi olaraq Taliban döyüşçüləri tərəfindən ələ keçirildi.
Kot-d'Ivuar
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Kot-d'Or
Kot-d'Or (fr. Côte-d’Or , hərfən "Qızıl sahil) — Fransanın şərqində departament. == Coğrafiyası == Departament Burqundiya regionunun bir hissəsidir. Ərazisinin sahəsi 8763 km²-dir. Dijondan şimala doğru Lanqr yaylasının sağ silsiləsi uzanır. Cənub-şərqində Siena çayı axır. == Tarixi == Kot-d'Or — Fransa inqilabı vaxtı yaradılmış 83 departamentdən biridir. 1790-cı il 4 mart tarixində, Burqundiya əyalətinin bir hissəsində yaradılıb. == İnzibati bölgüsü == Departament 3 dairəni, 43 kanton və 707 kommunanı birləşdirir.
Kot-d’Armor
Kot-d’Armor (fr. Côtes-d’Armor, bret. Aodoù-an-Arvor, hərfən "dəniz sahili") — Fransa qərbində, Bretan regionun departamentlərindən biri. Sıra nömrəsi — 22. İnzibati mərkəzi (Prefektura departamenti) — Sen-Briyö. Əhalisi — 612383 nəfər (departamentlər arasında 41-ci, məlumatlar 2010). Keçmişdə Kot-dü-Nor (Côtes-du-Nord) adlandırılıbdır. == Coğrafiya == Ərazisi — 6878 km². Bretan yarımadasının şimalında yerləşən departament İngilis Kanalı tərəfindən yuyulur. == Tarixi == Kot-d’Armor — 1790-cı ilin martında Fransız İnqilabı dövründə meydana gələn ilk 83 departamentdən biridir.
Kot-d’İvuar
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Kot Diji qalası
Kot Diji qalası (Urdu dilində: کوٹ ڈیجی قلعہ‎; Sindhi dilində: ڪوٽ ڏيجي جو قلعو‎) — Kot Diji qalası əvvəllər Əhmədabad qalası kimi tanınırdı; 18-ci əsrdə Talpur dövrünə aid qala olub Pakistanın Xayrpur dairəsinin Kot Diji şəhərində, Hind çayından təxminən 25 mil şərqdə, Tar səhrasının kənarında yerləşir. Qala e.ə. 2800-2500-ci illərə aid edilən Harappa mədəniyyəti öncəsi arxeoloji qazıntı sahəsindən yuxarıda yerləşir. == Haqqında == Kot diji qalası Mir Söhrab xan Talpur tərəfindən 1785-1795-ci illərdə tikdirilib. Bu yer Röhri təpələrinin cənub qurtaracağındakı təpənin üzərində, Harappa öncəsi mədəniyyətin qalıqları yerləşən tarixəqədərki kurqanların yuxarısındakı ərazidə yerləşir. == Strukturu == Qala Kot Diji şəhərində yerləşən 110 fut hündürlükə olan təpənin üzərindədir. Qalanın 30 fut uzunluğundakı divarları qalanın ən yuxarı hissəsini dövrəyə alır və 1,8 km perimetrində dar bir qala formalaşdırır. Qala hər biri 50 fut hündürlükdə olan 3 strateji qüllədən ibarətdir. Qalada topları yerləşdirmək üçün bir neçə yer, müdafiə olunmaq üçün çoxsaylı daxili keçidlər var. Qalada həmçinin su anbarı, həbsxana, divanxana, döyüş sursatı anbarı, təhlükəsizlik xidməti əməkdaşları üçün bir sıra hücrələr və bir kiçik şah iqamətgahı mövcuddur.
Koa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Kob
Kobus kob (lat. Kobus kob) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. Mənbə kodu Açıq kod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Koi
Koi (Cyprinus carpio) — Çəkilər fəsiləsinə aid balıq növü. Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi sözcüyü Yaponcada "Karp" mənasını verən (コイ) sözündən gəlir. Koilər Karp kimi yaşıl deyil. Onun yerinə qırmızı, ağ, qara və ya gümüşü ola bilər. Ancaq koi bahalı bir balıqdır və onları pişik , tülkü və porsuq kimi heyvanlardan qorumaq üçün xüsusi hovuz lazımdır. Bu balıqlar çox böyüdüklərindən məncə akvariumlarda bəsləmək heyvana işgəncə etməkdir bu bir hovuz balığıdır bu balıqları akvariumda bəsləyəcəksinizsə çox böyük bir akvariuma ehtiyacınız var deməkdir balığın boyunun 7-8 bərk/qatı uyğundur üzmə sürəti və yaddaşına görə balıq kiçik akvariumda asan stressə girərlər bu stressin səbəbi ümumiyyətlə sürakli eyni şeyləri görməkdir akvariumun boyu balığın yaddaşını yeniləyə biləcəyi qədər olmalıdır.
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Kom
Kom dağı — Bolqarıstanda dağ. Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu.
Kont
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.
Koto
Koto (琴 və ya 箏) — Yaponiya mənşəli musiqi aləti. Bu alət əslində Çin mədəniyyətinə mənsubdur. Lakin hal-hazırda Yaponiyada daha çox maraq doğurur. == Tarixi == Koto, çox mənbəyə görə Yaponiyaya VII əsrin sonlarında çinlilər tərəfindən gətirilmişdir. XVII əsrə qədər yalnız kral ailəsi tərəfindən istifadə oluna bilinsə də, bu dövrdən sonra müəyyən insanlar tərəfindən sənətkarlıq sahəsinə çevrilmişdir.
Kots
Kots (ing. Coats Island) — Hudzon körfəzinin şimalında, Nunavut vilayətinin Kivallik bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5498 km² olaraq, Adaların dünyada sahəsinə görə sıralamasında 107-ci, Kanadada isə 24-cü yeri tutur. Sahil xətdinin uzunluğu 385 km-dir. Adanın uzunluğu 127 km, maksimal eni 72 km təşkil edir. Kots adası Sauthempton adasından 71 km cənubda yerləşir (Fişer və Evans boğazları). Adanın səthi hamar və düzəndir. Ən hündür nöqtəsi 185 m yüksəkliyə malik olan təpə Pembrok burnu (Pembroke) ilə Prefontain bunu (Prefontaine) arasında yerləşir. Adanın cənubunda kiçik göllər vardır. Mərkəzdə isə göllər daha sıx şəbəkəyə malikdirlər.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. == Tərkibi == Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Qot
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Ket
Ketlər
Koxt
Koxt — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. == Coğrafiyası == Koxt havarı Arsak vilayətinin şimal ərazisini əhatə edirdi. Havar, qərbdə Arsak vilayətinin Parisos havarı, şimal-qərbdə Uti vilayətinin Girdman havarı, şimalda Utik vilayətinin Sakasena havarı ilə, şərqdə Uti vilayətinin Uti-Arancaq havarı ilə, cənub-şərqdə Arsak vilayətinin Mets-Kuank havarı, cənubdan isə Arsak vilayətinin Vaykunik havarı ilə sərhədlənirdi. Murovdağın şimal yamaclarını əhatə edən Koxt havarı ərazisi Şəmkir çayı hövzəsi boyunca uzanaraq Şəmkir şəhərinə qədər çatır, qərbdə isə Tovuzçaya qədər davam edirdi. Mənbələrdə qeyd edilən tarixi Getaşen (hazırda Göygöl rayonunun Çaykənd kəndinin ərazisi) və Koxt yaşayış məntəqələri bu havarın ərazisində yerləşirdi. Havar ərazisindən Şəmkirçay və Gəncəçay axırdı.
Göt
Sağrı (lat. Clunis) — çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Barnaul-Т
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.