Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krivan dağı
Krivan (slovak. Kriváň, pol. Krywań) — Slovakiya ərazisində yerləşən, Yüksək Tatra dağlarının ən yüksək zirvələrindən biri. Zirvə ümumən Karpat dağlarına aiddir. Krivan 200 ildir Slovakiyanın simvolu və milli qürur mənbəyidir. 2009-cu ildən dövrüyyədə olan ölkənin 1, 2 və 5 qəpiklərinin üzərində Krivan dağı təsvir olunmuş. == Adın mənası == İlk dəfə Krivan adına 1639-cu ildə rast gəlinir. Sözün kökü kriv olub əyri, çevrilmiş mənası verir. == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü — 2494 metrdir. Üç Stydniçki qəsəbəsindən hündürlük — 1353 metrdir.
Krivaya dili
Krivaya dili (ukr. Крива коса) — qumun toplanması nəticəsində Azov dənizinin şimal-şərq sahillərində formalaşan dil. Dilin ərazisi inzibati cəhətdən Dones vilayətinin Novoazov rayonu Sedovo kənd sovetliyinə daxildir. 2014-cü ilin avqust ayından Ukrayna faktiki olaraq bölgəyə nəzarət etmir. Dil Mariupoldan 50 km, Belosaray dilindən isə 100 km aralıda yerləşir. Dənizin daxilinə doğru 9 km uzanır. Sahəsi 5 ha-dır. Şərq hissəsi olduqca dərin sahil xəttinə malikdir. Qərb hissə dayazlığı ilə seçilir, burada qamış və yosunlar yayılmışdır. Burada on minlərlə quş yumurta qoyur.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Krivaya çayı (Çir)
Krivaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Krivaya çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 221 km qalmış ona tökülür. Krivaya çayının uzunluğu 56 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 509 km²-dir. Rusiyanın Volqoqrad və Rostov vilayətləri ərazusindən axır. Çay sistemi: Krivaya → Çir → Don → Azov dənizi. == Təsviri == Krivaya çayı öz başlanğıcını Volqoqrad vilayətinin Serafimovski rayonu, Yaqodnı xutorunun şimalından götürür. Burada aşağıya doğru isə Volqoqtad və Rostov vilayətlərinin sərhəddindən axır.
Krivbas Krivoy Roq FK
Krivbas (Krivay Roq) — Ukrayna futbol klubu.
Klivaj
Klivaj (ing. cleavage–parçalanma), Sedgwick, 1835 - süxurların kip paralel səthlər üzrə lövhəcik və prizma şəklində parçalanma xüsusiyyəti. Bu səthlər laylanmanı kəsir, ya da ona uyğun olur. Klivaj uzunsov mineralların bir-birinə nisbətən paralel səmtlənməsi və ya səmtlənmədən asılı olmayan paralel çatlar şəbəkəsinin hesabına əmələ gəlir və bir çox hallarda süxurların həqiqi təbəqəliliyini (laylanmanı) pərdələyir. Şarp (Sharpe, 1849) şistləşməni klivaj bir növü kimi qəbul edir və onu süxur hissəciklərinin sıxılma qüvvələrinə perpendikulyar istiqamətdə kipləşməsi ilə əlaqələndirir. Klivaj üçün müxtəlif təsnifatlar irəli sürülmüşdür (Foumarier, 1937; Belousov,1947 və b.). Hazırda axın klivaj, tektonik klivaj, qopma klivaj və başqa növlər məlumdur. Böyük Qafqazın cənub yamacında klivaj yura və təbaşirin filiş çöküntülərində geniş inkişaf etmişdir. == Həmçinin bax == Süxurlar Mineral Böyük Qafqaz Yura dövrü Təbaşir dövrü == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Krigia
Krigia (lat. Krigia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kripta
Kripta (qədim yunan dilində κρυptή “örtülü yeraltı keçid; gizli yer”) - orta əsrlər Qərbi Avropa memarlığında məbədin qurbangahının və xor hissələrinin altında yerləşən, müqəddəslərin və şəhidlərin qalıqlarının dəfn mərasiminə və nümayişinə xidmət edən bir və ya bir neçə yeraltı tağlı otaqlardır. Məbədin başqa adı “aşağı kilsə”dir. Qədim Romada hər hansı tağlı yeraltı və ya yarı yeraltı otaq kripta adlanırdı. Kript sözünün sinonimi olaraq xristianlıqdan əvvəlki dövrlərdə ölülərin ritual yandırılması yeri, sonralar – xristian məzarları mənasını verən latın dilindəki qəbir (məzar) terminindən istifadə edilə bilər. Kriptanın orijinal forması Konstantinin hakimiyyəti dövrünə məxsus Roma bazilikalarındakı həvarilərin məzarlarından miras qalmışdır. VII əsrdən etibarən apsis formasını təkrarlayan yarımdairəvi formaya malik olan kriptalarda məbədin şərəfinə təqdis olunan müqəddəslərin və şəhidlərin qalıqları saxlanılırdı. X-XI əsrlərdə kriptanın forması dəyişdi: təkcə apsisin altında deyil, həm də məbədin nefləri və transepsiyalarının altında uzanmışdır ki, bu da kriptanın faktiki olaraq ikinci yeraltı kilsəyə çevrilməsinə səbəb olmuşdur.
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Qrivna
Ukrayna qrivnası — Ukraynanın pul vahidi. Bir qrivna — Ukrayna qrivnasında xırda pul.
Krinak
Krinak (yun. Κρινάκου) — yunan mifologiyasında Axeyada yerləşən Olenin ikinci padşahı. Zevsin oğlu eyniadlı Olendən sonra hakimiyyətə gəlmişdir. O, həm də Zevsin başqa oğlu və Lesbos padşahı olmuş Makarın atası idi. Bəzi hesablarda Krinakın atası Beotiyadakı Hiriyanın eyniadlı padşahı Hiriyey adlanırdı.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Rivea bernoulliana (Peter) Hallier f.
Kivaç
Kivaç (kar. Kivačču fin Kivatsu) — Rusiyada, Kareliya Respublikasının cənubunda şəlalə. Şəlalə Suna çayının üzərində yerləşir. == Ümumi məlumat == Şəlalənin adı böyük ehtimal ki, fin mənşəli kiivas sözündən meydana gəlmiş. Mənası möhtəşəm, çevik deməkdir. Kivaç şəlaləsinin ümümi düşmə hündürlüyü — 10,4 metrdir. Bu çayın 170 metrlik hissəsinə uyğun gəlir. Aşağı hissədəki astananın hüdürlüyü isə — 8 metrdir. Şəlalənin formalaşdığı çay yatağının süxuruları əsasən diabazdan ibarətdir. Şəlalə ümumilikdə qaya parçası ilə iki hissəyə bölünüb: əsas (sağ) və ikinci (sol).
Krias
Krias (q.yun. Κρίασος) — qədim yunan mifologiyasında Arqosun oğlu, Arqos padşahı. Arqos padşahıdır.
Adrian Krişan
Adrian Krişan (7 may 1980) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Krişan Rumıniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.
Krisia Todorova
Krisia Marinova Todorova (Bolqarca: Крисия Маринова Тодорова; 1 iyun 2004, Varna) — Bolqarıstanlı müğənni və bəstəkar. Krisia Todorova İqnatov qardaşları ilə birgə Bolqarıstanı 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Planet of the Children" mahnısı ilə təmsil etdi. Todorova həmin müsabiqəni ikinci yeridə başa vurdu, lakin mətbuatın səsverməsində birinci yerdə qərarlaşdı. Ertəsi il isə o, 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Discover" mahnısını ifa etdi. Bununla yanaşı Krisia Todorova 2015-ci ildə Bolqarıstanın sosial inkişafında xidmətinə görə "NASO Qran-Pri" mükafatına layiq görülüb. == Həyatı == Krisia Todorova 1 iyun 2004-cü ildə Bolqarıstanın Varna şəhərində Marin Todorov və Angelina Popovanın ailəsində dünyaya gəlib. Krisianın Marina və Tifani adında iki bacısı var. Krisia birinci dəfə səhnəyə 3 yaşında Razqradda bayram tədbirlərinin birində çıxdı. Krisia Todorova musiqi ilə doğma şəhərində Svilena Deçevanın rəhbərliyi altında məşğul olmağa başladı. O, səhnədə birinci uğurunu "Разсмей Слави" layihəsində qalibi olaraq qazandı.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Krivbas FK
Krivbas (Krivay Roq) — Ukrayna futbol klubu.
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
Krımda şərabçılıq
Krımda şərabçılıq- aparıcı kənd təsərrüfatı sahələrindən biridir. Artıq iki min ildən artıq mövcuddur. == Tarixi == === Qədim Dövr === Krımda şərabçılıq, Krımın qədim yunan yaşayış məntəqələrində başladı. İlk mərkəzlərdən biri qədim Hersonisos yunanlar tərəfindən tikilmişdir. Daha sonra Bosfor krallığında, Feodoro knyazlığnda və Krım yarımadasında, Genuya kaloniyalarında davam etdirildi. Krımda Osmanlı dövrü şərabçılar üçün elə də yaxşı olmadı. Səbəb İslam dininin şərabçılığa qoyduğu qadağa idi. Müsəlman şərabçıları bu içki istehsalı üçün çubuqlarla cəzalandırılmasına baxmayaraq, onlar şərab istehsalını tamamilə məhv etməyə gətirib çıxaran vergilərə tabe olmadılar. === Sovet Ittifaqı dövrü === 24 aprel 1914-cü il tarixli "Üzüm şərabları haqqında qanun" bu sahənin təhlükəsizliyinin qanunvericilik səviyyəsinə yüksəlməsinə səbəb oldu. 25 May 1985-ci ildə "Sərxoşluq və alkoqolizmə qarşı mübarizə haqqında" qərarın qəbul edilməsi Krım və Sovet şarabçılığına ziyan vurdu.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
Krista Qoff
Krista Qoff (ing. Krista A. Goff) — ABŞ tarixçisi, sovet və postsovet tarixi, sovet milli siyasəti və XX əsrdə Qafqaz tarixi üzrə mütəxəssis. == Təhsili == Krista Qoff Makalester Kollecindən bakalavriat dərəcəsini və Braunn Universitetində magistratura dərəcəsini almışdır. Daha sonra Miçiqan Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsi qazanmışdır. O, həmçinin Sankt-Peterburq, İrkutsk və Bakı universitetlərində təhsil almışdır. == Karyerası == Qoff 2021-ci ildən "Kritika" jurnalının həmredaktorudur. Həmin il Kornell Universiteti Nəşriyyatında "Nested Nationalism" əsərini nəşr etdirmişdir. 2023-cü ildən Mayami Universitetində tarix üzrə dosentdir. O, həmçinin Havard Universitetində Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları (REEES) proqramının həmdirektorudur. == Publikasiyaları == === Məqalələr === Goff, Krista A. ""Why not love our language and our culture?" National rights and citizenship in Khrushchev's Soviet Union".