Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karakas
Karakas (isp. Caracas) — Venesuela Respublikasının paytaxtı. == Əhalisi, dili, dini == Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır. Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. Görünüş və davranışlarına görə tez-tez ilanlarla səhv salınır. İnsanlar üçün zərərsizdir. Yumurta qoyurlar. Koramallar çox vaxt bağlarda və əkinçilik sahələrində faydalı hesab olunurlar, çünki onlar zərərvericilərlə mübarizə aparmağa kömək edir. İlk növbədə böcəklər, qurdlar və ilbizlərlə qidalanırlar. Təhlükədə olduqları zaman yüksək səslə fısıldayarırlar. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensis Cılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Kurtamış
Kurtamış — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Kürasao
Kürasao (nid. Curaçao) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 444 km²-dir. == Əhalisi == 2016-cı ilin yanvar ayına olan məlumata görə halisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəli olub Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir. == Dil == Yerli dili papyamento dili olmasına baxmayaraq, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi.
Kürdmaşı
Kürdmaşı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 18 km cənub-qərbdə, İsmayıllı-Müsüslü avtomobil yolu kənarında, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi heyvandarlıq və əkinçilik ilə məşğul olur. Belə ki, Kürdmaşı kənd ərazisində mümbüt torpaqlar olduğu üçün 250 hektara yaxın ərazidə üzümçülük vadisi yaradılmışdır. 1949-cu ildən hal-hazır vaxta kimi 1 nömrəli şərab zavodu fəaliyyət göstərir öz keyfiyyətli istehsal edilən şərablarını və çaxırlarını xarici bazarda tanıtmağı bacarmışdır. Ərazidə şəhid Ceyhun Həsənov adına Kürdmaşı kənd tam orta məktəb, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, elektron ATS, 400 yerlik Kənd Yaradıclıq evi, İnzibati Ərazi Dairəsi üzrə idarə binası, Su melarasiya idarəsinin xidməti binası, 15-ə yaxın ticarət maqazası, bir ədəd şadlıq evi vardır. == Əhali == 1859-1864-cü ilə olan məlumata əsasən Kürdmaşı kəndində 124 evdə 331 nəfəri kişilər, 279 nəfəri isə qadınlar olmaqla 610 nəfər müsəlman azərbaycanlılar yaşayırdı. Hazırda ərazidə 905 təsərrüfatda 4000 nəfərə yaxın əhali yaşayır. Faktiki olaraq (16.03.2016) ərazidə 712 fərdi yaşayış evi vardır. Əhalisi 3213 nəfərdir ki onunda 1603 nəfəri kişi, 1610 nəfəri qadındır.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Xurama
Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Ramas
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Kuraş
Kuraş — Mərkəzi Asiyada icra edilən müxtəlif güləş növləri. 1998-ci ildə Beynəlxalq Kuraş Federasiyası yaradılmışdır.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Karataş (Adana)
Karataş — Adana ilinin ilçəsi. Şərqi Aralıq dənizi bölgəsində Seyhan və Ceyhan çaylarının təbii sərhədləri daxilində yaradılmışdır. Adanadan 48 km uzaqlıqdadır. 1986-cı ildə Adanada Yüreğir ilçəsinin qurulması ilə bəzi kəndlərin bir qismi Karataş ilçəsinin tabeçiliyinə verilmişdir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 24.559 nəfər yaşayır. == Mühüm günlər == 19 iyun: Karataş ilçəsinin qurulması.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı. Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər?
Koramar (Talış)
Koramar (az.-əski. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Kuramalı (Germi)
Kuramalı (fars. كورامالو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 583 nəfər yaşayır (114 ailə).
Kuremaa gölü
Kuremaa gölü (est. Kuremaa jär) — Estoniyanın şərqində yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Yıgevamaa vilayətinə daxildir. Estoniyanın orta ölçülü göllərindəndir. Vilayətin mərkəzi olan Yıgevamaa şəhərindən şərqdədir. Tıstamaa volosu, Enkkyula kəndinin ərazisində daxildir. Gölün sahəsi 398,4 ha-dır. Bu göstəriciyə görə Estoniyanın 10 ən iri göllərindən biridir. Yıgevamaa vilayətinə daxil olan Çud və Saadyarv göllərindən sonra sahəsinə görə 3-cü ən böyük göldür.
Kürabad (Qoşaçay)
Kürabad (fars. كورآباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 475 nəfər yaşayır (107 ailə).
Küratağ qalası
Küratağ qalası — Xocavənd rayonunun Düdükçü kəndi yaxınlığında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. == Yerləşməsi == Qala əlçatmaz yüksəkliyə malik ərazidə yerləşir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş, bir tərəfdən isə onu xarici aləmlə əlaqələndirən yol açlmışdır. Qalanın yerləşdiyi ərazidən bütün ətraf ərazilərə nəzarət etməyə imkan verən mənzərə açılır. == Memarlıq xüsusiyyətləri == Qala dövrümüzə ciddi dağıntılara məruz qalmış şəkildə çatmışdır. Vaxtilə onun yerləşdiyi ərazidə ağaclar və kollar arasında qala divarları və yarımdairəvi qüllələrin qalıqları görünməkdədir. Qala divarlarınn inşası zamanı ərazinin relyefi də nəzərə alınmışdır və buna görə də, qala qeyri-səlis dördbucaqlı formasına malikdir. Qalanın ən yüksək hissəsində, iki qüllə arasında giriş qapısı yerləşir. Vaxtilə qala divarları ilə əhatə olunmuş ərazi düzləşdirilmiş relyefə malik olmaqla 300m2 sahəyə malikdir. Qala ərazisində su saxlancı kimi istifadə edilən geniş hovuz yonulmuşdur.
Kürdmaşı bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960, Tirebolu[d], Girəsun ili) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.
Xuraman Muradova
Mehmet Karaman
Mehmet Karaman (1956, Samsun ili) — müəllim, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Karaman 1956-cı ildə Samsun ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Samsun ilində alıb. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. Sinif müəllimi və riyaziyyat müəllimi olaraq çalışıb. Daha sonra bizneslə məşğul olub, bir müddət Azot Sanayi A. Ş. Baş İdarəsində çalışıb. Uzun illət Milli Gənclər Fondunun (MGV), Müəllimlər Fondunun, Müəllimlər Dərnəyinin üzvü olub. Siyasi fəaliyyəti ərzində Milli Selamet Partiyası, Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Milli Selamet Partiyasında gənclər qanadının sədr müavini, Rifah Partiyasında isə İdarə Heyətinin üzvü, İntizam Şurasının üzvü və il şöbəsinin sədri olub. 1987-2011-ci illərdə Milli Görüş lideri Nəcməddin Ərbakanın yardımçısı olub.