Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurani (Urmiya)
Kurani (fars. كوراني‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (34 ailə).
Mulavi Kuranlı (Çaroymaq)
Mulavi Kuranlı (fars. مولوي كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (15 ailə).
Naçiti Kuranlı (Çaroymaq-i Cənubişərqi dehistanı)
Naçiti Kuranlı (fars. ناچيت كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (39 ailə).
Karantin
Karantin və ya Təhəffüz — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Kornati
Kornati (xorv. Kornati) — Xorvatiyada milli park. Orta Dalmatiya bölgəsində, Adriatik dənizində olan Kornati arxipelaqında yerləşir. Yaxınlıqda Zadar, Şibenik və Bioqrad-na Moru şəhərləri var. == Ümumi məlumat == Milli park arxipelaqın böyük bir hissəsini əhatə edir. Ancaq şimalda olan bir neçə ada parkın ərazisinə aid deyil. Park ərazisinə ümumi sahəsi 50 km² ola 89 ada daxildir. Adaların sahil xətlərinin uzunluğu 238 km-dir. Parkın dəniz hövzəsi ilə birlikdə sahəsi 220 km²-dir. Kornati arxipelaqı adaların çox sıx yerləşməsi ilə diqqəti cəlb edir.
Kubanit
Kubanit — mineral, CuFe2S3 == Haqqında == Kubanit — rombik. Habitus uzunsov, qalın lövhəvari. Ayrılması {001} və {110} üzrə. İkiləşmə {110} və {130} üzrə dördlüklər və altılıqlar. Aqreqatı dənəvər. Rəngi bürüncü-sarı. Parıltısı metallik. Sərtliyi 3,5–4. Xüsusi çəkisi 4,16. Pirrotin və xalkopirit ilə Cu-Ni sulfid yataqlarında, kolçedan filizlərində, bəzən polimetallik damar yataqlarında rast gəlinir.
Kurmanci
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar. Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır. 1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü. == Danışanların sayı == Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.
Kursant
Hərbi Akademiya və Hərbi Liseylərdə təhsil alan Tələbələrə Kursant deyilir.
Kunani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Kuranə
Kuranə (Urmiya)
Uzantı
1.Uzantı – faylın adında: faylın adını tamamlamaq və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını. Məsələn, MS-DOS əməliyyat sistemində faylın adı səkkizədək simvoldan, sonra nöqtədən (.) və uzunluğu üçədək olan uzantıdan ibarət olur. Uzantını istifadəçi də verə bilər, proqram da (məsələn, MYDATA.NEW); ikinci halda bu uzantı həmin proqram üçün xüsusi anlam daşıyır. Məsələn, uzantısı BAS olan fayllar, adətən, BASIC dilinin proqramları olur, uzantıları COM və EXE olan fayllar isə MS-DOS sisteminin yükləyə və başlada bildiyi icra (çalışdırılabilən) proqramlardır. 2. Genişləndirmə – hesablama texnikasının müxtəlif (çeşidli) sahələrində bu termin fərqli anlamlar daşıya bilər. Məsələn, o, hər hansı konkret yığına əlavə simvollar artırmaq üçün istifadə olunan kodların istifadə olunan kodların genişləndirilmiş yığını ola bilər. Proqramlaşdırmada genişləndirmə, proqramın imkanlarını artıran və ya onun səmərəliliyini yüksəldən proqram və ya proqram modulu ola bilər.
Kuran
Kuran (Soyuqbulaq)
Eupatorium durandi
Ageratina anisochroma (lat. Ageratina anisochroma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium anisochromum Klatt ex T.Durand & Pitt. Eupatorium anisochromum Klatt Eupatorium durandi Klatt Eupatorium durandi Klatt ex T.Durand & Pitt.
Euphorbia duranii
Euphorbia duranii (lat. Euphorbia duranii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Frideş Karinti
Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[…], Budapeşt – 29 avqust 1938[…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir. == Həyatı və fəaliyyəti == Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir.
Fərhad Turanlı
Fərhad Turanlı (26 dekabr 1960, Çiçəkli, Sabirabad rayonu) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri kafedrasının professoru.. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin professor Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. == Həyatı == Turanlı Fərhad Qardaşxan oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Pırikarpatiya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur (bir övladı və bir nəvəsi var). Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Pırikarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tədqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs.
Kukaş kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Kurmanci dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar. Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır. 1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü. == Danışanların sayı == Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.
Lupinus duranii
Lupinus duranii (lat. Lupinus duranii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Nikolay Kuzanlı
Nikolay Kuzalı (lat. Nicolaus Cusanus) (1401—1464) — filosof, riyaziyyatçı, dinşünas, kardinal; riyazi traktların müəllifi; Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri.. Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri Nikolay Kuzanus (1401—1464) olmuşdur. Öz dövrünün əksəf filosofları kimi, Kuzanus də neoplatonizm ənənələrinə arxalanırdı. Lakin neoplatonizmin təliminə, ilk növbədə onun vahid olan anlayışınıa Kuzanus yenidən baxır. Platonda və neoplatonçularda vahid olan vahid olmayana qarşı qoyulur. Bunun kökləri vahid olanı çox olana, sonu olanın sonu olmayana qarşı qoyan pifaqorçulardan və eleatlardan gəlir. Xristian monizminin prinsiplərini bölüşdürən Kuzanus antik dualizmi qəbul etmir və bəyan edir ki, vahid olanın əksi yoxdur. Buaradan da o, bu qənaətə gəlir ki, "vahid olan hər şeydir". Ontologiya problemlərinə yeni yanaşma elə məhz burada meydana gəlir.
Passiflora aurantia
Passiflora aurantia (lat. Passiflora aurantia) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Qasıq kurqanı
İnsan vücudunda və əsasən məməlilərdə qasıq kurqanı, yuvarlaq şəkildə olan bir yağ kütləsidir və qasıq sümüklərinin qasıq simptomunun üzərində olan yağ mübadiləsidir. Qadınlar üçün qasıq kurqanı, vulvanın ön hissəsini formalaşdırır. Böyük dodaqlar, klitor, üretra, vaginal bucaq və vulval vestibülün digər ətraflarını əhatə edən, pudental yarıq kimi tanınan şırımın hər iki tərəfində, kiçik dodaqlara (sözün əsl mənasında “böyük dodaqlar”) ayrılır. Yetkinlik yaşına çatmayan qızlarda qasıq tükləri yoxdur. Yetkinlik dövrünün başlanmasından sonra (12-14 yaşa qədər), qasıq əsasən təxminən böyük dodaqlara gedə bilən qasıq tükü ilə örtülü olur . Qasıq tez-tez Veneranın tüberküli (Latınca: Mons veneris ) adlanır. Bu sahədə sinir sonları vardır və toxunma və ya azacıq təzyiq, yaxud qıcıqlanma cinsi oyanışa səbəb ola bilər. Yetkin qadınlarda, çanaq üfüqi bir üst sərhədi olan tüklə örtülmüşdür - buna qadın tipli tük örtüyü deyilir. Yaşlı qadınlarda, menstruasiya dayandıqdan sonra, qasıq tüklənməsi azalır. Göstərilən qasıq tüklənməsi yumurtalıqların işləməsi ilə əlaqələndirilir.
Rafflesia aurantia
Rafflesia aurantia (lat. Rafflesia aurantia) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Salix kusanoi
Salix kusanoi (lat. Salix kusanoi) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina kusanoi (Hayata) N.Chao & G.T.Gong Salix tetrasperma var.
Sarıçoban kurqanı
Sarıçoban kurqanı — e.ə XII-XI əsirlərə aid kurqan. Azərbaycanın e.ə III-I minilliklər dövrü tarixinin öyrənilməsində kurqanların böyük əhəmiyyəti var.Onların tədqiqi qədim tarixin bir çox mürəkkəb və qaranlıq məsələlərinin vəhtət halında öyrənilməsinə imkan yaradır. Döğrudur məişət qəbir abidələrinin kompleks araşdırılması əldə olunan nəticələrin elmi dəyərini daha da artırır. Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında yerləşən Sarıçoban kurqanında aparılmış tədqiqatların nəticələri bunu bir daha sübut edir. Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü möhtəşəm tayfa başçısı kurqanıdır.Maraqlıdır ki, hər üç abidə qısa tarixi dövrün-e.ə XIII-X əsrlərin yadigarıdır. Hündürlüyü 5 diametri 45–50 m olan konusvari torpaq kurqan örtüyü altında aşkar edilmiş qəbir kamerası qeyri-adi qurluşu ilə indiyənə məlum olan abidələrdən tamamilə fərqlənir. Dörd cəhətə istiqamətlənmiş iki kəsişən kameradan ibarət qəbir abidəsi xaç şəklindədir.Bu tip başqa abidənin varlığı hələlik məlum deyil. Qəbir kamerası üç-dörd qat nəhəng ağac tirlərlə örtülmüş , onların üstü isə ağac budaqları ilə səliqəli bağlanmışdır. Kameranın mərkəzi hissəsində, tunc lövhələrlə bəzədilmiş taxt üzərində tayfa başçısı dəfn olunmuşdur.Qərb və şimal kameralarında isə onun silah daşıyanı və şəxsi mühafizəçisi bükülü vəziyyətdə basdırılmışdır.Tayfa başçısının ətrafında və başqa kameralarda 16 at skeletinin qalıqları aşkar edilmişdir ki, onlardan yeddisi cilovlanmış halda qalmışdır. Təəssüf ki,hələ qədim zamanlarda qəbir abidəsi talan olunmuş, yalnız təsadüf üzündən şərq kamerasının bir hissəsinə və cənub kamerasına toxunulmamışdır.Qəbir kamerasının şimal hissəsində qazılmış, uzunluğu 20, diametri 1,5m olan dairəvi planlı oğru yolu bu günədək yaxşı qalmışdır.Diqqəti cəlb edən cəhətlərdən biri qəbir kamerasının və oğru yolunun divarlarında saxlanılmış alət izlərinin eyni olmasıdır.Görünür talançılar hökmdarın “axirət evinin” yaradılmasında iştirak etmiş,qəbirin qurluşu və buradakı avadanlığın yerləşməsinə yaxşı bələd olmuşlar.Talan vaxtı qəbir ortüyünə od düşdüyündən oğrular qəbri vaxtından əvvəl tərk etmişlər.Yanğın nəticəsində qərb hissədəki örtük tamamilə aşağı çökmüş, buna görə də yanğın başqa kameralara keçməmişdir.