Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalu
Kalu (Bostanabad)
Kansu Qavri
Qansu Ğavri və ya Əl-Əşrəf Qansu əl-Ğavri (1441, Məmlük dövləti – 3 sentyabr 1516) — Məmlük sultanı.
Kalu (Bostanabad)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).
Kalu (Vərziqan)
Kalu (fars. كلو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (24 ailə).
İşa Kanu
Bantlü
Bantlü (fr. Banthelu) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 138 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 50 km şimal-şərqində, Serji belediyyənin 21 km şərqində məsafəsində yerləşir.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Kanal
Kanal (lat. canalis – boru) — Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s. şəklində olur.
Kanci
Kanci (yap.: 漢字; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Kanelur
Kanelur (lat. canna, fr. cannelure ) ― antik memarlıqda ümumiyyətlə sütunlarda və ya pilasterlərdə yarım dairə şəklində dərinliyə açılan və müəyyən bir funksiyası olmayan bəzək məqsədli oyuqlara verilən addır.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. == Həyatı == Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür.Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar. Qanku, xüsusilə, pələng təsvirləri ilə tanınmışdır.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qansu
Qansu (çin. sadə. 甘肃省, pinyin: Gānsù Shěng) — Çinin mərkəzindən şimalda olan əyalət. == Ümumi məlumat == Bu əyalət ilə uyğurların yaşadığı Sincan əyalətləri qonşudur. Uyğurlarla çinlilər arasında ən böyük qarşıdurmalar məhz bu sərhəddə meydana gəlmişdir. Ən qanlı çarpışmalar isə 2011–2012-ci illərə təsadüf edir.
Akantu
Tatlısu (türk. Tatlısu), Akantu (yun. Ακανθού) — qismən tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin ərazisindəki Kipr adasında bir kənd (beynəlxalq birliyin rəyinə görə - Kipr Respublikası ərazisində yerləşir). İnzibati baxımdan Gazimagus rayonu daxilində bələdiyyə statusuna malikdir. 1383-cü ildən bəri adı çəkilir. == Coğrafiyası == Kənd adanın şimal-şərq hissəsində, bölgənin şimal hissəsində, Girne silsiləsinin şimal ətəklərində, dəniz səviyyəsindən 352 metr yüksəklikdə yerləşir. Akantu mahalın inzibati mərkəzi olan Famagustadan təxminən 28 kilometr şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına görə, Akantu əhalisi 1379 nəfər olmuşdur. Bunlardan kişilər 62,2 %, qadınlar 37,8 % olmuşdur. == Nəqliyyat == Ən yaxın mülki hava limanı Ercan Beynəlxalq Hava Limanıdır.
Kamau
Kamau (vyet. Cà Mau) — Vyetnamın cənub hissəsində, Mekonq deltasında şəhər, Kamau vilayətinin paytaxtı. Kamau 8 şəhər məhəlləsi və 7 kənd icmasına bölünür. Şəhərin özünəməxsus nəqliyyat kanalları sistemi var, burada xeyli yük axını qayıqlarda və barjalarda daşınır. Vyetnamın Baş naziri Nquyen Tan Zunq burada anadan olmuşdur. == Əhalisi == 2010-cu ilə olan məlumata görə, şəhərin əhalisi təqribən 204,895 nəfərdir. Onların əksəriyyəti etnik vyetlər və çinlilərdir (həmçinin, Hoa xalqı), khmerlər də böyük bir hissəni (300 ailə) təşkil edir.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Aldo Kalulu
Aldo Kalulu Kvatenqva (21 yanvar 1996, Lion) — peşəkar Fransa futbolçusu. O, "Soşo" klubunda hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyilərində oynayır. == Uğurları == === Klub === Bazel İsveçrə Kuboku Qalib (1): 2019 === Milli === === Şəxsi === == Klub karyerası == === Lyon === Kalulu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. Kalulu Liqa 1-də debütünü 12 sentyabr 2015-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Lill klubu ilə qarşılaşmada Yordan Ferrini əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion Liqa 1 görüşündə Lill ilə 0–0 bərabərə qalmışdır.Kalulu ilk qolunu 23 sentyabr 2015-ci ildə Bastiya klubu ilə qarşılaşmada Stid Malbrankenin ötürməsindən sonra vurmuşdur. === Bazel === 26 iyun 2018-ci ildə Kalulu İsveçrə təmsilçilərindən olan Bazel klubu ilə üç illik müqavilə imzalamışdır. == Milli karyerası == Kalulu Fransada anadan olmuşdur. Valideynləri isə Ruanda vətəndaşlarıdır. Kalulu bir müddət Fransanın U-18 gənclər yığmasında çıxış etmişdir.
Bantu dilləri
Bantu dilləri ailəsi — Afrikanın orta və cənubi bölgələrində yaygın olaraq danışılan Suahili, Zulu, Çuana, Konqo, Mongo, Gonda və başqa dillərdən oluşur. Bu dil ailəsinin ən çox tanınan dilləri Keniya, Uqanda, Tanzaniya ve Konqoda 15 milyon nəfər tərəfindən danışılan Suahilidir.
Bengütürk (kanal)
Bengütürk — Türkiyədən yayımlanan milli bir xəbər kanalıdır. 2007-ci ildə sınaq yayımına başlayıb. Kanal Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə tanınır. == Tarixi == 1 mart 2016-cı il tarixində Türksat ilə müqavilənin yaratdığı problem səbəbindən Türksat peykində yayımlar kəsilmişdir. Murat İde bunu öz Facebook-hesabında söyləmişdi. Kanal 11 mart 2016-cı il tarixində Türksat peykindəki yayımlarına qayıtmışdır. İdarə heyətinin sədri Murat İde 2017-ci ildə Türkiyədə keçirilən referendum konstitusiya dəyişikliyində "xeyr" oyunun istifadə ediləcəyi səbəbiylə kanaldan çıxarılıb. Buna cavab olaraq kanalın tanınmış üzvləri vəzifələrindən istefa etmişdir. == Azərbaycan rüzgarı == Kanalda 1 avqust 2018-ci ildən "Azərbaycan rüzgarı" veriliş yayımlanır. Verilişin aparıcısı Səidə Ömərovadır.