Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Mərkəzi Visay[d] – 1542, Maktan adası, Mərkəzi Visay[d]) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Kafu
Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970, San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub. Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub. Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002). İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.
Kalu
Kalu (Bostanabad)
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎; 20 aprel 1803, Darmştat – 4 iyul 1873, Darmştat) — Almaniya zooloqu.
Kipu
Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino" – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi. Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə təsadüf etdiyi müəyyən olunmuşdu.
APU
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. == Təyyarələrdə KEB == Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi. Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. == Zirehli maşınlarda KEB == Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa[…]) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Jan Kabu
Jan Kabu (fr. Jean Cabut; 13 yanvar 1938[…], Şalon-an-Şampan, Marna (departament), Fransa – 7 yanvar 2015[…], XI arondisman, Fransa) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Kalu (Bostanabad)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).
Kalu (Vərziqan)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (24 ailə).
Kampu-Qrandi
Kampu-Qrandi – mərkəzi-qərb bölgəsində yerləşən və Boliviya və Paraqvay ilə həmsərhəd olan Braziliyanın Mato Grosso do Sul əyalətinin paytaxtı. Sao Paulo və ya Minas Geraisdən Mato Qrossoya doğru quru yolu ilə getmək məcburi yol idi.
Kaput (Xoy)
Kaput (fars. كاپوت‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər yaşayır (127 ailə).
Karina Kapur
Karina Kapur - Hindistan kino aktrisası. == Həyatı == Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır .
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Kazu Naoki
Kazu Naoki (d. 23 mart 1918) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mustafa Kapı
Mustafa Kapı (8 avqust 2002, Dənizli) — türk futbolçudur. Super Liqada "Qalatasaray" da oynayır.
Qabriel Kazu
Qabriel Kazu Rossato Yanaqu (9 iyun 1999-cu ildə anadan olub) — Qabriel Kazu kimi də tanınan, Braziliya Çempionatı təmsilçilərindən olan Luverdense klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. Qabriel Kazu Braziliyanın U-20 millisi ilə Fransada keçirilən 2017 Tulon Turnirində iştirak etmişdir. O, İndoneziya millisi ilə görüşdə 45-ci dəqiqədə İqoru əvəz etmişdir. Həmin görüşdə Braziliya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Rac Kapur
Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924, Pişəvər, Britaniya Hindistanı – 2 iyun 1988, Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor. Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
Rişi Kapur
Rişi Kapur (4 sentyabr 1952, Bombey – 30 aprel 2020, Mumbay) — hind aktyor. 4 sentyabr 1952-ci ildə Bombeydə doğulub. 30 aprel 2020-ci ildə Mumbayda vəfat edib. Rishi Raj Kapur Hindistanın Bombay şəhərində anadan olub və ailəsi Hind-Punjabi icmasına mənsubdur. Kapoor Bollivud sülaləsinin bir hissəsi olaraq, o, əfsanəvi aktyor-rejissor Raj Kapoor və Krishna Raj Kapoorun (Niée Malhotra) ikinci oğlu idi. Eyni şəkildə, ailəsi, qardaşları Randhir və Rajiv Kapoor da daxil olmaqla müvəffəqiyyətli bir aktyor dəstini əhatə edir; baba Prithviraj Kapur; ana əmiləri Prem, Rajendra və Narendra Nath, həmçinin Prem Chopra; və ata əmiləri Şashi və Şammi Kapur. Digər tərəfdən Rishi Kapoorun iki bacısına sığorta agenti olan mərhum Ritu Nanda və Rima Jain daxildir. Kapoor ailəsinin də Pakistanın Peşəvərdə yerləşən 'Kapoor Haveli' adı ilə bir əcdad evi var idi. Kapur Campion School, Mumbay və Mayo Kollecində, Ajmer'də iştirak etdi. Sonradan həyat Kapoor, həyat yoldaşı Neetu Singh və oğlu Ranbir Kapoor ilə Kapur 1980-ci ildə bir neçə filmdə işlədiyi aktrisa Neetu Singh ilə evləndi.
Robert Kapa
Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt – 25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, müharibə fotoqrafı, Kornell Kapanın böyük qardaşıdır. Beş müxtəlif müharibələrdə: İspaniya vətəndaş müharibəsi, İkinci Çin-Yapon müharibəsi, İkinci Dünya Müharibəsi, 1948-ci il Ərəb-İsrail müharibəsində və birinci Vyetnam müharibəsində fotoçəkilişlər aparıb. Robert Kapa 1913-cü ildə Dezso və Yuliya Fridman ailəsində, Macarıstanın Budapeşt şəhərində anadan olub. Macarıstandakı rejimlə əlaqədar öz gələcəyini görmədiyindən 18 yaşında, 1931-ci ildə Berlinə köçür. Orada siyasi elmlərdən mühazirələrdə iştirak edir, jurnalistika ilə məşğul olmağa başlayır. İlk olaraq Kapa yazıçı olmaq istəyirdi. Berlində tapdığı iş fotoqrafiya ilə əlaqədar olduğundan incəsənətə marağı artır. 1932-ci ildə Kopenhagendə Lev Troskiyin seriya portretlərini çəkir. Nasizmin daha da artmasina görə Kapa 1933-cü ildə Almaniyadan Fransaya köçür.
Kıpu mayakı
Kıpu mayakı (est. Kõpu tuletorn) və ya Daqerortski mayakı (isv. Övre Dagerort, alm. Leuchtturm von Dagerort‎) — Estoniyanın Hiyumaa adasındakı mayak. Baltikyanı ölkələrin ən qədim mayakı (əvvəllər Rusiya İmperiyası və SSRİ) və dünyanın ən qədimlərindən biridir. Dəniz səviyyəsindən mayak zirvəsinə qədər ümumi hündürlüyü 102 metrdir. 1490-cı illərdə Hansa Liqası Yepiskopu III Oesel İohanna gəmiləri bədnam Neckmansqrund rifinə yaxınlaşmaq barədə xəbərdar etmək üçün mayak tikmək tapşırığı verir. Mayak 1504-1540-cı illər arasında Daqo adasının qərb hissəsindəki təpənin üstündə tikilmişdir. Bu dörd dayaqlı nəhəng bir daş qüllədir. Quruluşun hündürlüyü təxminən 20-24 metr idi.
Miçio Kaku
Miçio Kaku (加來 道雄, 24 yanvar 1947, San-Xose, Kaliforniya) – yaponəsilli Amerika fiziki. == Həyatı == O, Edvard Tellerin tələbəsidir və müasir dünya fizikasının böyük nəzəriyyəçilərindən biridir. Kaku sim nəzəriyyəsinin banilərindən biridir. Onun sim nəzəriyyəsi və kvant sahə nəzəriyyəsi üzrə dərslikləri var. Harvard Universitetini bitirib, Berkli Universitetində doktorluq dərəcəsi alıb. O, hazırda Nyu York Şəhər Kollecində professordur. O, ətraf mühitin tərəfdarları ilə nüvə enerjisindən istifadənin əleyhdarları arasında bölünüb. O, həm də Yerdənkənar Kəşfiyyat Axtarışı Layihəsinin (SETI) tərəfdarlarından biridir. Şizu Kaku ilə evlidir və iki qızı var.