Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karkemiş
Karkemiş tarixi Erkən Mis dövrü ilə bağlı olan və hal-hazırda Türkiyə ilə Suriya ölkələrinin ərazilərinsə yerləşən qədim şəhər. Xet və Assuriya İmperiyası dövrlərində önəmli şəhərlərdən biri olan Karkemiş Roma dövründən sonra önəmini itirməyə başlamışdır. Ən qədim yazılı mənbələrdə yalnız Aplahandanın hakimiyyəti dövründə adı qeyd edilən Karkemişin bu dövrlərdə vassal bir şəhər olduğu və yerli xalqın ticarət etdiyi ərazi olduğu müəyyən edilmişdir. Aplahandanın oğlu Yahdul-Limin ölümündən sonrakı üç əsrlik dövr haqqında məlumatın olmadığı qədim şəhər növbə ilə Mitanni, Misir, Xetlər, Assuriya, Yeni Babil, Əhəmənilər, Makedoniya, Selevkilər və Romanın hakimiyyəti altına keçmişdir. Siro-Xetlər dövründə ən parlaq dövründə yaşayan Karkemiş şəhəri orta əsrlərdən sonra tamamilə tərk edilmişdir. Hündürlüyü 370 metr olan tarixi məkanın Türkiyə ərazisində yerdə qalan hissəsinin qeydiyyatı 28 avqust 1986-cı il tarixində baş tutmuşdur. 1699-cu ildə tapılan qədim şəhərin ərazisində 1910-cu illərdə Britaniya Muzeyi tərəfindən bir neçə dəfə qazıntı işləri aparılmışdır. Türkiyə Respublikasının elanından sonra hərbi qadağa qoyulan əraziyə çevrilən Karkemiş şəhərində növbəti qazıntı işlərinin aparılması 2011-ci ildə mümkün olmuşdur. Sonuncu qazıntı işləri isə 2012-ci ildə baş tutmuşdur. Suriya dövləti ərazisində yerləşən xarici ərazidə isə 2006 və 2010-cu illərdə qazıntı işləri həyata keçirilmişdir.
Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı. == Hazırlanması == Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar. Kişmişin ilkin emalı üsulları da bir neçədir: 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd). 2.
Sarınmış üçküncmeyvə
Sarınmış üçküncmeyvə (lat. Trigonocaryum involucratum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin üçküncmeyvə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. Tüklü, uzun, nazik köklü bitkidir. Gövdəsi qısadır, qaidə hissədə budaqlanandır, 5-20 sm uzunluqdadır. Yarpaqları 1-1,5 sm uzunluğunda, küt, mərkəzi hissəyə getdikcə daralandır. Çiçək qrupu yan çətirlərdən ibarət başcıqlıdır. Çiçək altlığının yarpaqları çiçəyi əhatə edir, 1-2 sm uzunluğundadır. Formasına görə gövdə yarpaqlarına oxşayır, çiçəklərdən uzundur.
Yarılmış meandr
Yarılmış meandr (rus. прорванный меандр, ing. cut-off meander) — adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Tarımış (Xoy)
Tarımış (fars. تاريميش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kişmiş oyunu
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır. Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Kişmiş Təpə (Maku)
Kişmiştəpə (fars. كشمش تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,655 nəfər yaşayır (594 ailə).