Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fədək
Fədək (ərəb. فدك‎) — Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənd. Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması ilə dolu olan böyük bir kənd var. == Tarixi == Fədək Xeybərin yaxınlığındadı və Hicaz yəhudiləri üçün strateji baxımdan böyük əhəmiyyət daşıyırdı. İslam ordusu yəhudiləri Xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparılması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəyin başçılarına göndərdi. Fədək başçıları sülhü müharibədən üstün tuturlar və təəhüd etdilər ki fədəyin məhsullarının yarısını ildə müsəlmanlara göndərib İslam bayrağı altında yaşasınlar. == Strateji əhəmiyyəti == Fədəyin çoxlu xurma ağacı, coşan bulaqları habelə məhsuldar əraziləri onu hicazlılar üçün çox əhəmiyyətli etmişdi. O zamanın ağacları Kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi. Ömər yəhudiləri Ərəbistandan çıxardanda 50 min dirhəm pulu fədəyin qalan yarısı üçün onlara vermişdir. == Fədəyin Fatiməyə bağışlanması == === Şiə mənbələri === Bir çox Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişdirlər.
Keşdək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniş", "hündür yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. == Əhalisi == === Tanınmışları === Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. == Yaylaqlar == Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Kəhək
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Kəhək baxşında şəhər və baxşın paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2 766 nəfər və ya 797 ailədən ibarət idi.
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Keek
Keek — video vəziyyət yenilikləri yükləməyi təmin edən pulsuz bir online sosial şəbəkə xidməti.
Aşağı Kəldək
Aşağı Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmış Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar. == Əhalisi == Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
Baş Kəldək
Baş Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbiristanlıq sübut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub.
Dedek Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Kebek xan
Kebek xan (?-1326) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Böyük qardaşı İsen-Buğa xanın 1319-cu ilin ilk aylarında ölümündən sonra Kebek xan, Cıağatay xanlığının hakimi məqamına gəlmişdir. Kebek xan böyük qardaşları Künçük xan və İsen-Buka xanın zamanından bəri şəxsiyyəti, mübarizliyi və komandanlıq vəsfləri ilə tanınmış və cığataylılar tarixində ilk dəfə adına pul kəsdirən hökmdar olaraq ünlənmişdir. Bu, o zamana qədər sadəcə kim tərəfindən zərb olunduğu bəlli olmayan pullar işlənən Cığatay xanlığının rəsmən istiqlalını sübut etməsi deməkdir. Kebek xanın kəsdirmiş olduğu pullar o qədər məşhur olmuşdur ki, ruslarda xırda pul qarşılığı işlənilən Kopeek kəliməsinin Kebekidən (Kebekin kəsdirdiyi pul) gəldiii biliniir. Kebek xan xanlığın mərkəzini də dəyişdirmiş və Karşı çevrəsinə daşımışdır. Ölümündən sonra xələfi İlçigiday xan, 1326-cı ildə xanlığa gətirilmiş fəqət eyni il toplanan qurultayda Tarmaşirin xan, xanlıq məqamına gətirilmişdir.
Kəbək xan
Kəbək xan Betsbulan (v. 1414) — Litva ordusunun köməyi ilə qardaşını devirmişdi. Özü də II Bərkə xan tərəfindən devrilmişdi.
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12–16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150–170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Kələk (qayıq)
Kələk bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mədək (Bicar)
Mədək (fars. مدك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Mədək çökəkliyi
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Quba rayonunda Qaraçayın sağ sahilində "Madak" (Mədək) adlı dağlararası maili çökəklik vardır. Çökəkliyin mərkəzi hissəsində yerləşən qaya "Madak" (Mədək) qayası, çökəklikdə olan yarğan "Madak" (Mədək) yarğanı adlanır. Qədim Roma və Afina dövlətlərində kənardan gələnləri "gəlmə" və yaxud "metekler" adlandırırdılar. Vaxtı ilə "Madak" (Mədək) də balaca bir kənd olmuşdur. Kənd sakinlərinin ilkini Buduq kəndindən gələnlərdir. Böyük Vətən müharibəsindən sonra Madakın adamları qonşu Dalıqaya kəndinə köçüb gəlmişlər. Hazırda "Madak"-da (Mədəkdə) heç bir yaşayış binası yoxdur. "Madak"ın ikinci adı "Qəmçə"dir. "Qəmçə"-"Kəmcik" mənasındadır.
Salam kədər
"Salam, kədər!" (fransızca: "Bonjour tristesse") əsəri 1954-cü ildə Fransua Saqan (Françoise Sagan) tərəfindən yazılmışdır. Romanın başlığı Pol Elardın (Paul Éluard) "Sağol, kədər/Salam, kədər" misraları ilə başlayan şeirindən götürülmüşdür (şeirin adı: "À peine défigurée"). 1958-ci ildə Otto Preminger tərəfindən romana ingilis dilli film çəkilmişdir. Bu romanı müəllif 18 yaşında olarkən yazmışdır və roman qısa müddət ərzində oxucular arasında böyük rəğbət hissi ilə qarşılanmışdır. Kitab 30-dan artıq dilə tərcümə olunmuş, 5 milyondan çox nüsxəsi satılmışdır. Əsərin baş qəhrəmanı Sesilya (Cécile) bütün gənclərin idoluna çevrilmişdir. Le Monde qəzetinin 1999-cu ildə tərtib etdiyi "XX əsrin 100 kitabı" siyahısında bu əsərə də rast gəlmək mümkündür.
Yedek dili
Yedek dili – Malayziyanın Kelantan ştatında 2017-ci ildə qeydə alınan dil. Yedek dilində danışanlar özlərini etnik batek və menriq kimi təqdim etsələr də, dilləri digər dillərdən çox fərqlidir. Dili danışanlar heç bir adı daşımırlar. Yaxınlıqdakı xalqlar onları yedeklər çağırırlar. Yedek dilində təxminən 280 nəfər danışır. Bu dildən Malayziyanın Kelantan ştatının Yeli rayonunda, Yeli qəsəbəsinin cənubunda, Rual çayının üzərindəki Sunqay Rualda istifadə edirlər. 2017-ci ildə Lund Universitetinin alimləri tərəfindən qeydə alınmışdır. Yox olma təhlükəsindədir. Mülkiyyət, sahiblik sözlərinin qarşılığı və yiyəlik əvəzlikləri yoxdur. İngilis dilində olduğu kimi qadın-kişi fərqi qoyulmur.
Yedək gəmi
Yedək gəmi - Böyük gəmilərin önündə gedən və əsasən onların manevr imkanlarını genişləndirmək üçün istifadə olunan kiçik həcmli gəmi növü. Yedək gəmilərin, böyük gəmilərin sifarişləri əsasında yardımçı fəaliyyətlər üçün cəlb olunur və göstərdiyi xidmətlərə xilasetmə-yardım, dəstək, çatdırma və manevr daxildir. Yedək gəmi üçün tələb olunan əsas xüsusiyyət çəkmə gücünün çox olmasıdır. Açıq dəniz yedək gəmiləri Xüsusiyyətləri: Böyük qayıq həcmində olmaları, güclü motorxanası, yüksək dartma gücü, açıq dənizdə manver imkanları .
Qüssə kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Kədər üçbucağı
Kədər üçbucağı (ing. Triangle of Sadness) — Ruben Estlundun 2022-ci ildə ekranlara çıxan filmi. == Süjet == Model cütlük Karl və Yaya lüks yaxtaya dəvət edilirlər. Yaxta batan zaman onlar bir qrup milyarder ilə birlikdə kimsəsiz bir adada çıxılmaz vəziyyətdə qalırlar.
Gedək Gavur qalası
Gedək Gavur qalası — VIII–XIV əsrlərə aid tarixi abidə. Şəki rayonunun Baş Küngüt kəndində yerləşir.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.