Aşağı Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Kəldək | |
---|---|
41°02′13″ şm. e. 47°16′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 96 nəfər |
Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmış Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar[2].
Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
Şəki rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |