Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanta-Hyame
Kanta-Hyame və ya köhnə adıyla Tavastiya mülkü (fin Kanta-Häme; isv. Egentliga Tavastland) - Finlandiyanın vilayətidir. Kanta-Hyame bəzən sadəcə Hyame vilayəti olaraq da adlandırılır. Bu vilayət Cənub-qərbi Finlandiya, Pirkanmaa, Pyayat-Hyame və Uusimaa ilə əhatələnib. Mərkəzi Hyaameenlinaa şəhəridir. == Tarixi == Kanta-Hyame bölgəsində məskunlaşma daş dövründən bəri mövcuddur. Tarixi Tavastiya vilayətinin ilk yazılı qeydinə 1042-ci ildə Şahzadə Vladimir tərəfindən başladılan hərbi kampaniyaya istinad edən Novqorod Salnaməsində rast gəlinir. Bölgə Birger Yarlın Tavastiya vilayətinin sakinlərinə qarşı apardığı 13-cü əsrdəki səlib yürüyüşünə qədər bölgə isveçlilər tərəfindən idarə olunur. 14-cü əsrdə Hyame inzibati əyaləti Hyame qalası olan quldurluq mərkəzinə çevrildi. 1809-cu ildə Finlandiya ruslar tərəfindən İsveçdən alınanda Tavastiya da Rus İmperiyasının bir hissəsi oldu.
Kanta İbrahimov
Kanta İbrahimov (9 iyul 1960, Qroznı) — Rus, çeçen yazıçısı və ictimai xadimi, Çeçenistan Respublikasının xalq yazıçısı, Ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor. == Bioqrafiya == Alim, kimya elmləri doktoru Həmzət İsmayıloviç İbrahimovun ailəsində anadan olmuşdur. 1982-ci ildən Çeçen-İnquş Dövlət Universitetinin İqtisadiyyat Fakültəsini bitirdikdən sonra Şali rayonundakı Calka sovxozunda iqtisadçı işləmişdir. 1987-ci ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək "Sevkavneftegaz" (Qroznı) Çeçen-İnquş Elmi-İstehsalat Birliyinin direktor müavini təyin edilmişdir. 1991-ci ildə Çeçen-İnquş Respublikası Nazirlər Sovetinin birinci kateqoriyalı mütəxəssisi, 1992–1994-cü illərdə "Alam" tədqiqat ekoloji mərkəzinin direktor müavini (Qroznı) işləmişdir. Çeçenistan Respublikasında qarşıdurmanın artmasından sonra Moskvaya köçür, 1995-ci ildə K. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktoranturasına daxil olur. 1996-cı ildə "Bazar şəraitində meyvənin inkişafının təşkilati və iqtisadi problemləri və səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl müdafiə etmişdir. 1999-cu ildə Rusiya Federasiyası Vergilər İdarəsinin şöbə müdirinin müavini təyin edilir. 2004-cü ildən Çeçenistan Respublikası Elmlər Akademiyasının akademikidir.
Kanada
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kantata
Kantata (it. cantata, lat. саntare — mahnı sözündən) — solistlər, xor və orkestr üçün vokal və instrumental əsər. == Tarixi == XVII əsrin birinci yarısında. bir səs üçün vokal əsəri (madriqal) sonata adlı instrumental əsərdən fərqli olaraq kantata adlanırdı. İtaliyada operanın inkişafı ilə bir solo vokal nömrəsini deyil, bir neçəsini daxil etməyə başlayan kantata forması da inkişaf etdi. Kantataya daxildir: xorlar, reçitativlər, ariyalar və daha sonra orkestr müşayiəti ilə duetlər. Kantata onun yaradıcısı sayılan Karissimi sayəsində hazırlanıb. 17-ci əsrin əvvəllərindən 18-ci əsrin sonlarına qədər basso continuo (və ola bilsin ki, bir neçə solo alət) ilə müşayiət olunan bir və ya iki solo səs üçün kantata italyan vokal kamera musiqisinin əsas forması idi. Kantata konsertlərdə və kilsələrdə ifa olunur.
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: == Coğrafiya == Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. == Digər == Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Kantri
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Vantaa
Vantaa — Finlandiyada yerləşən şəhər.
Kantxo
Kantxo (vyet. Cần Thơ,) — Vyetnamda mərkəzi tabelikdə olan şəhər. Bu, Mekonq deltasında yerləşən ən böyük şəhərdir. Kantxo şəhərinin özünün 5 şəhər rayonundan, həmçinin 4 şəhərətrafı rayonu mövcuddur. 2012-ci ilin məlumatına görə, onların ümumi əhalisi 1,214,100 nəfər, şəhər əhalisi isə 805,200 nəfərdir. Hanoydan 1888 km və Ho Chi Minh şəhərindən 169 km məsafədə yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kantxo ilə əlaqəli mediafayllar var.
Nantüa
Nantüa (fr. Nantua) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Fanta
Fanta — The Coca-Cola Company tərəfindən istehsal olunan meyvə dadlı sərinləşdirici qazlı içki. Dünyada 200-dən çox müxtəlif dad və çeşiddə mövcuddur. Fanta 1941-ci ildə Nasist Almaniyasında ABŞ ilə ticarət embarqosu zamanı Koka-Kola içkisinin əvəzedicisi olaraq yaradılmışdır. Portağal dadlı Fanta isə 1955-ci ildə İtaliyada hazırlanmışdır. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Kanto
Kanto (region) — Yaponiyanın Honşu adasında region. Kanto düzənliyi — Yaponiyanın ən böyük düzənliyi.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Eqyuiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Eqüiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Erik Kantona
Erik Kantona (fr. Éric Daniel Pierre Cantona , 24 may 1966[…], Marsel) — Fransalı futbolçu. == Həyatı == Kantona Fransaya köçmüş italyan və ispan əsilli ailənin övladıdır. == Karyerası == Futbolçu karyerası ərzində "Oser", "Olimpik" (Marsel), "Bordo", "Montpellier", "Nimes", "Lids", "Mançester Yunayted"in formalarını geyinmişdir. 45 dəfə Fransa yığmasına dəvət almış və 20 qola imza atmışdır. 1997-ci ildə karyerasını bitirmişdir.
Kamares (kanton)
Kamares (fr. Camarès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1204. Kamares kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Kamares kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 222 nəfər təşkil edirdi.
Kampanyak (kanton)
Kampanyak (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1205. Kampanyak kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Kampanyak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 760 nəfər təşkil edirdi.
Konk (kanton)
Konk (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1208. Konk kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Konk kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 560 nəfər təşkil edirdi.
Kornyu (kanton)
Kornü (fr. Cornus) — Fransada kanton, region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1209. Kornü kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Kornü kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 571 nəfər təşkil edirdi.