Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Efedra
Acılıqotu (lat. Ephedra) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkilərə şimal yarımkürəsində Avropanın cənubunda, Afrikanın şimalında, Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Amerikanın cənub qərbində, cənub yarımkürəsində isə Cənubi Amerikada rast gəlinir. Təqribən 70 növü məlumdur. Azərbaycanda 4 yabanı növü: ortaboylu acılıqotu, qatırquyruğuyabənzər acılıqotu, ikisünbül acılıqotu, hündürboylu acılıqotu və 1 becərilən kirpikli acılıqotu məlumdur. Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də açı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır.
Kafedra
Kafedra (q.yun. καθέδρα «oturmaq yeri»): Kafedra — xristian kilsəsində yepiskopun fəxri yeri, yepiskop hakimiyyətinin simvolu. Kafedra — natiq üçün yüksək kürsü. Kafedra — ali məktəblərdə bir fənn üzrə alimlərin elmi-pedaqoji birliyi. Kafedra — film (SSRİ, 1982).
Kvadrat
Kvadrat (ing. quad — dörd) — düzgün dördbucaqlı == Diaqonalları == Diaqonalları bir-birinə bərabərdir, hər birinin uzunluğu kvadratın tərəfinin √2 mislinə bərabərdir; Diaqonalları düz bucaq altında kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür; Diaqonallar həm də tənböləndir; Diaqonalların hər biri ayrılıqda kvadratı sahələri bərabər olan 2 düzbucaqlı üçbucağa ayırır; Kvadratın hər bir diaqonalı xaricə çəkilmiş çevrənin diametridir (həmin çevrənin radiusundan 2 dəfə uzundur); == Xassələri == Kvadrat — bütün tərəfləri və bütün bucaqları bərabər olan paraleloqramdır. Daxili bucaqlarının cəmi 360°-dir (4•90°=360°). Tutaq ki, kvadratın tərəfi t {\displaystyle t} , xaricinə çəkilmiş çevrənin radiusu R {\displaystyle R} , daxilinə çəkilmiş çevrənin radiusu isə r {\displaystyle r} -dir. Kvadratın xaricində bucaqlarının cəmi 360 dərəcədir. Daxilə çəkilmiş çevrənin radiusu: r = t 2 {\displaystyle r={\frac {t}{2}}} , Xaricə çəkilmiş çevrənin radiusu: R = 2 2 t {\displaystyle R={\frac {\sqrt {2}}{2}}t} , Kvardratın perimetri:P=4a P = 4 t = 4 2 R = 8 r {\displaystyle P=4t=4{\sqrt {2}}R=8r} , Sahəsi: S=a×a=a2 S = t 2 = 2 R 2 = 4 r 2 {\displaystyle S=t^{2}=2R^{2}=4r^{2}} .
Kvetera
Kvetera (gürc. კვეტერა) — Gürcüstanın Kaxetiya ölkəsində Axmeta bələdiyyəsi ərazisində tarixi qala-şəhər və kilsə. 1968-ci ildə qala ərazisində arxieloji qazıntılar aparılmış və burada Orta əsrlərə aid xeyli keramika nümunələri tapılmışdır. 2007-ci ildən UNESCO-nun beynəlxalq irs siyahısına daxil edilib. Qaladakı Kvetera kilsəsi X əsrin ikinci yarısında tikilib. Bu gürcü arxitekturası stilində çox da böyük olmayan kilsədir və üstü günbəzlə örtülüb. Kvetera şəhəri Kaxeti knyazlığının siyasi-dini mərkəzlərindən biri idi. Vaxuşti Baqrationiyə görə Kveteranın əsası ən geci VIII əsrdə qoyulub , bu şəhər XI əsr yazılı sənədlərində xatırlanır.
Kvetta
Kvetta(puşt. کوټه — Pakistanın Bəlucistan əyalətinin mərkəzi. == Tarixi == Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir. Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi. Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir.
Fedra
Fedra (q.yun. Φαίδρα) — yunan mifologiyasında Krit hökmdarı Minosun və Pasifayanın qızı, Teseyin arvadı, Demofontun və Akamantın anası. Tesey onu Devkalionun köməkliyi ilə almışdı. Afinada Afrodita məbədgahı tikdirmişdir. Yunan əfsanəsinə görə Tesey Fedranın bacısı Minotavrı öldürməkdə ona kömək etmiş, Ariadnanı atıb gedəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə aşiq olmuşdu. Bir varianta görə Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asmış, Tesey isə oğlunu ölkədən qovmuş, bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Digər versiyaya görə Tesey oğlunu lənətləyib Poseydona onu öldürməsi üçün yalvarmış, Poseydon onun dualarını eşidib İppoliti öldürdükdən sonra Fedra özünü asmışdı.
Kehra
Kehra (est. Kehra) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Fin körfəzinə tökülən Yaqala çayının ətrafında yerləşir. == Qalereya == == Web link == Kehra mõisa lehekülg Eesti mõisaportaalis Agnes Ojala: Kehra tüürib juba läbi elatud vaikelu poole, EPL, 31.
Ledra
Ledra (yun. Λήδρα) və ya Ledrae — Kipr adasının mərkəzində, bu gün Lefkoşanın olduğu yerdə iştirak edən bir şəhər krallığıydı. Bəzi mənbələrə görə e.ə. 1050-ci ildə qurulan şəhər e.ə. 330-cu ilda kiçik bir kənd qədər küçülmüştü. Bir dövr Asurlular tərəfindən də idarə.
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Vedrə
Vedrə — maye və qırıntı materiallarının saxlanması və kiçik məsafələrə nəql olunması üçün istifadə olunan qab. İlk dəfə vedrələrdən Bibliyada istifadə olunmuşdur. Vedrələrin həcmi 3 -30 litrə qədər olur, amma əvvəllər vedrələrin həcmi təxminən 12 litr olurdu.
Dveyra qülləsi
Dveyra qülləsi (malta Torri tad-Dwejra) ― Maltanın Qozo adasındakı Dveyra körfəzində yerləşən kiçik gözətçi qülləsi. İnşası 1652-ci ildə tamamlanmışd tikili bu gün yaxşı vəziyyətdədir və xalqa açıqdır. == Tarix == Dvejr qülləsi 1652-ci ildə Malta cəngavərlərinə rəhbərlik edən Jan de Laskaris-Katellaranın hakimiyyəti dövründə inşa edilmiş və Qozo Universiteti tərəfindən maliyyələşdirilmişdir. Tikili Laskaris qüllələrindən biridir və tikilməsinin səbəbləri arasında gözətçi qülləsi rolunu oynamaq və ətrafı yaxınlaşan düşmənlərdən, xüsusən də piratlardan qorumaq var idi. Bu qüllə də digər qüllələr kimi müvafiq olaraq gecə və gündüz alov və tüstü ilə yaxınlıqdakı müdafiə istehkamları ilə əlaqə qura bilirdi. Qüllənin işlədilməsi üçün gərək olan xərclər yaxınlıqdakı duz mədənlərindən çıxarılan duz hesabına ödənilirdi. Qüllə on səkkizinci əsrdə üç silahla təchiz olunmuşdu. Qüllə 1839-1873-cü illər arasında Malta Krallığı Müdafiə Artilleriyası tərəfindən idarə edildi. Qüllə II Dünya Müharibəsində yenidən müşahidə məntəqəsi olaraq istifadə edildi və 1942-ci ildə orada olan kapitan Frank Debono və Karmelo Zahra körfəzdə qəzaya uğrayan RAF pilotunu xilas etdi. Qüllə 1956-cı ildə Cerald de Trafforda icarəyə, daha sonra isə tamamilə çürümüş vəziyyətdə borc olaraq "Din l-Art Helva" qurumuna verilmişdir.
Kvadrat (cəbr)
Kvadrat ədəd - ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir. Kvadrat sırası: 0, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81, 100, 121, 144, 169, 196, 225, 256, 289, 324, 361, 400, 441, 484, 529, 576, 625, 676, 729, 784, 841, 900, 961, 1024, 1089, 1156, 1225, 1296, 1369, 1444, 1521, 1600, 1681, 1764, 1849... Tarixən bu ardıcıllıqlar həqiqi ədədlərin "kvadratı" adlandırılır. == Göstərilmə üsulları == n {\displaystyle n} həqiqi ədədinin kvadratını n-ə qədər olan ilk tək ədədlərin cəmi şəklində göstərmək olar: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 3 {\displaystyle 4=1+3} … 7: 49 = 1 + 3 + 5 + 7 + 9 + 11 + 13 {\displaystyle 49=1+3+5+7+9+11+13} … Həqiqi ədədin kvadratının göstərilməsinin daha bir üsulu: n 2 = 1 + 1 + 2 + 2 + . . . + ( n − 1 ) + ( n − 1 ) + n {\displaystyle n^{2}=1+1+2+2+...+(n-1)+(n-1)+n} Nümunə: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 1 + 2 {\displaystyle 4=1+1+2} … 4: 16 = 1 + 1 + 2 + 2 + 3 + 3 + 4 {\displaystyle 16=1+1+2+2+3+3+4} … == Kompleks ədədin kvadratı == Cəbri formada olan kompleks ədədin kvadratını aşağıdakı düstur ilə hesablamaq olar: ( a + b i ) 2 = ( a 2 − b 2 ) + 2 a b i . {\displaystyle \left(a+bi\right)^{2}=\left(a^{2}-b^{2}\right)+2abi.} Triqonometrik formada kompleks ədəd üçün analoji düstur: r ( cos ⁡ ϕ + i sin ⁡ ϕ ) 2 = r 2 ( cos ⁡ 2 ϕ + i sin ⁡ 2 ϕ ) .
Kvadrat (dəqiqləşdirmə)
== Elm == Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı Kvadrat (cəbr) — ədədin özü-özünə vurulmasından alınan hasil. == Film == Kvadrat (film, 2017) — rejissor Ruben Estlundun 2017-ci ildə çəkdiyi film. == Həmçinin bax == Kvadrat kökləri — a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Ədədin kvadratı — ədədi özünə vurduqda alınan hasil onun kvadratı adlanır.
Kvadrat kilometr
Kvadrat kilometr (qısaca km²) — sahə ölçü vahidi.
Kvadrat köklər
Kvadrat kökləri a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Bir çox hallarda x {\displaystyle \!x} və a {\displaystyle \!a} kimi rəqəmlər başa düşülür. Bəzən riyazi obyektlər, məsələn, matrisa və operatorlar kimi də ola bilərlər.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. == Məqsəd və istifadəsi == Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.
Kvadrat tənlik
Kvadrat tənlik — a x 2 + b x + c = 0 {\displaystyle ax^{2}+bx+c=0} , ( a ≠ 0 {\displaystyle a\neq 0} ) şəklində olan tənliyə deyilir. Burada a, b, c sabit ədədlər, x isə məchuldur. a - birinci əmsal, b - ikinci əmsal, c - sərbəst hədd adlanır. Birinci həddin əmsalı (yəni a) 1-ə bərabər olan kvadrat tənlik Çevrilmiş kvadrat tənlik adlanır. Məsələn: ax²+bx+c=0 tənliyinin hər iki tərəfini a-ya bölməklə, x²+ b/a x +c/a=0 tənliyini alarıq. Burada b/a=p, c/a=q işarə etməklə, onu x²+px+q=0 şəklində yazmaq olar x²+px+q=0 𝐭ə𝐧𝐥𝐢𝐲𝐢𝐧ə ç𝐞𝐯𝐫𝐢𝐥𝐦𝐢ş 𝐤𝐯𝐚𝐝𝐫𝐚𝐭 𝐭ə𝐧𝐥𝐢𝐤 𝐝𝐞𝐲𝐢𝐥𝐢𝐫. 2x²-6x-8=0 tənliyinin hər iki tərəfini 2-yə bölməklə, onunla eynigüclü olan x²-3x-4=0 çevrilmiş kvadrat tənliyi alarıq == Viyet teoremi == Çevrilmiş kvadrat tənlikdə tənliyin kökləri cəmi əks işarə ilə ikinci əmsala, kökləri hasili isə sərbəst həddə bərabərdir. Viyet teoreminin tərsi-Tərs Teorem:m və n ədədlərinin cəmi p-yə hasili isə q-ya bərabər olarsa, bu ədədlər x²+px+q=0 tənliyinin kökləridir. İsbat: Tənlikdə x=m yazsaq, m²-(m+n)×m+mn=m²-m²-mn+mn=0 olduğunu alarıq, yəni m ədədi tənliyi ödəyəndir. x=n ədədinin də tənliyin kökü olduğunu eyni qayda ilə göstərmək olar.
Kvetta rayonu
Kvetta rayonu — Pakistanın Bəlucistan əyalətində şəhər.İnzibati mərkəzi Bəlucistanın ən böyük şəhəri olan Kvettadır.Əfqanıstanın Qəndəhar vilayəti ilə sərhəddi var.Əhalisi 1 mln 235 min-dir (2010).
Sehrli kvadrat
Sehrli kvadrat – dünyada məşhur olan riyazi termin "Sehrli kvadrat"lar qədim dövrlərdən müxtəlif mədəniyyətlərə məlumdur. Həmin xalqlar bu kvadratların möcüzəli qüvvəyə malik olduğunu düşünürdülər. Avropada isə ilk belə kvadrat 1514-cü ildə Albrext Dürer tərəfindən yaradılıb. "Sehrli kvadrat"larda ədədləri diaqonal, şaquli və üfüqi istiqamətdə topladıqda cəm eyni alınır.
Vedran Smayloviç
Vedran Smayloviç — "Sarayevonun Violonçel İfaçısı" kimi tanınan Bosniya və Herseqovinadan olan musiqiçi. 1956-cı il noyabrın 11-də anadan olub. O, Sarayevo Simli Kvartetinin keçmiş violonçelisti kimi fəaliyyət göstərib. Sarayevo şəhərinin mühasirəsi zamanı dağıdılmış binaların arasında və əksər hallarda snayperlərin təhlükəsi altında həlak olanların dəfn mərasimi zamanı Tomazo Albinoninin “Adajio Sol Minor” əsərini ifa etmişdir. Onun cəsarəti daha sonralar musiqi nömrələrinin və hadisələri təhrif edən kitabın yazılmasına gətirib çıxardı. O, Sarayevo Operası, Sarayevo Filarmoniya Orkestri, Sarayevonun Simfonik RTV Orkestri və Sarayevo Milli Teatrında oynayıb. Sarayevo şəhərinin mühasirəsi zamanı öz violonçelini davamlı olaraq dağıdılmış binaların arasında Albinoninin əh məşhur əsərlərindən olan “Adajio Sol Minor” əsərini ifa etməklə bütün dünyanın diqqətini bu hadisələrə yönəltmişdir. Smayloviç həmçinin mühasirə zamanı dəfn mərasimlərində də violonçeli ifa etmişdir, halbuki dəfn mərasimləri tez-tez snayperlər tərəfindən hədəfə alınırdı. Onun şərəfinə, bəstəkar David Vilde violonçeldə solo ifa etmək üçün "Sarayevonun Violonçel İfaçısı" əsərini yazır. Bu əsər daha sonralar YoYo Ma tərəfindən lentə alınır.
Vera
Vera — ad. Vera Mençik Vera Şimanskaya — Rusiyanı təmsil edən bədii gimnast.
Jolanda Kodra
Jolanda Kodra (alb. Jolanda Kodra; 1910 — 1963) — Alban yazıçısı və tərcüməçisi. Alban dilində ilk yazan qadınlardan biri idi (Selfice Çiu, Musine Kokalari). Jolanda Kobra bir çox tanınmış alban yazıçılarının əsərlərini italyan dilinə tərcümə etmişdir. == Bioqrafiyası == Jolanda 1910-cu ildə, Roma şəhərində, italyan ailəsində anadan olub. O, ssenarist və rejissor Enrico Guazzoninin qardaşı idi. Jolanda liseydə oxuduğu zamanı idman müəllimi Malo Kodra ilə tanış oldu. Malo Kodra Girokastrodan (Albaniya) olan tələbə idi. Malo Kodra Jolandanı tezliklə Albaniyaya aparır. O qısa zamanda alban dilini öyrəndi və eyni zamanda məşhur alban jurnallarında (Hylli i Dritës, Përpjekja shqiptare, Fryma və s.) şeir və məqalələrini yazmağa başladı.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Kvedi gölü
Kvedi gölü (gürc. ქვედის ტბა, oset. Къозы цад)-Cənubi Osetiyanın dağ gölüdür . Ölkənin sahəsinə görə üçüncü ən böyük gölü hesab edilir. Sahəsi 0,09 km², dəniz səviyyəsind\n hündürlüyü isə 1567 m-dir. == Coğrafiyası == Sürüşmə zamanı, sürüşmə məhsullarının çayın qabağını kəsərək yaranmışdır. Əsas çay Kvedik, yeganə tökülən çay isə Quedruladır (Rioni çayı hövzəsi, Codcorı qolu). Göl sıx meşə ilə örtülmüşdür. Qərbdən iynəyarpaqlı, şərqdən isə enliyarpaqlı meşə ilə əhatə olunubdur. Gölün şimalı dərələr və qrunt yol, cənub hissəsindən isə dağ silsiləsi keçir.