Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filiz Kılıç
Filiz Kılıç (30 iyun 1964, Nevşəhər ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub. 2021-ci ildən MHP sədrinin müavinidir.
Kilan Lebon
Keelan Lebon (14 iyul 1997 və ya 4 iyul 1997, Fransa) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin fransalı hücumçusu. 10 avqust 2022-ci ildə Astana Lebon ilə müqavilə imzaladığını elan etdi. 19 yanvar 2023-cü ildə “Astana” Lebonun qarşılıqlı razılıq əsasında klubdan ayrıldığını və həmin gün Azərbaycan Premyer Liqası klubu “Neftçi” ilə 1,5 illik müqavilə imzaladığını açıqladı.
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin] Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Kilid
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Kilim
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı. Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Fukuuçi Kiqay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Kiləy (Bakalı)
Kiləy (başq. Киләй, rus. Килеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 12 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 87 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (87 %) üstünlük təşkil edir.
Kilas Məhəmmədov
Kilas Məhəmmədov (1837, Vəlikənd, Dağıstan MSSR – 1882) — XIX əsr Azərbaycan şairi və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur. Kilas Məhəmmədov Velikənd kəndində imkanlı ailədə anadan olub və dünyavi təhsil alıb. Uşaq ikən qoyun otarır, valideynlərinə kömək edirdi. O, aşıq Camal Dəliçobanlı ilə dost olub, ona şeirlər həsr edib. O, kiçik yaşlarından şeir yazmağa başlayıb, tezliklə bölgədə tanınmış aşıqlardan birinə çevrilib. Onun rahatlığı və xoş niyyəti haqqında əfsanələr var. Şayiələrə görə o, Məhəmmədovlara miras olaraq qalan torpaqları yoxsul kəndlilərə paylayıb. O, tez-tez Azərbaycanda keçirilən aşıq yarıəşmalarında iştirak edir və bu yarışlarda qalib gəlirdi. Bunun sayəsində ona ustad-aşıq adı verilir.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Dilay Özdemir
Dilay Özdemir (15 avqust 2005) — Türkiyə Qadınlararası Voleybol Çempionatı olan Sultanlar Liqasının komandalarından olan Karayolları klubunda icarə əsasında oynayır. O , Türkiyənin qadınlardan ibarət milli komandasında da oynayır. İdman karyerasına gimnastika və atletika ilə başlayan Dilay Özdemir 2014-cü ildə Eczacıbaşı kulubunda ehtiyat oyunçu kimi voleybola başlayıb.16 yaşında U-19 Türkiyə Gənclər Çempionatında 'Ən Yaxşı Oyunçu Mükafatını' qazandı və eyni mövsümdə klubu Eczacıbaşı'nın A Komandasına yüksəldi. O,2021–22 mövsümünü Eczacıbaşı A Komandasında oynayıb, həmçinin ikili lisenziya ilə Beşiktaş klubunda çıxış edib. Onun klubu Eczacıbaşı eyni mövsümün sonunda CEV Kubokunu qazandı. O,2022–23 mövsümündə Eczacıbaşı A Komandasının heyətində yer alıb, həmçinin Beşiktaş ilə matçlarda da çıxış edib. O,2023–24 mövsümündən əvvəl icarə əsasında Karayolları klubuna transfer olunub. Dilay Özdemir-in 2022-ci ilin avqustunda 17 yaşı tamam olsa da, əvvəllər U-17 və U-18 Milli Komandalarında çıxış etdikdən sonra hazırda U-19 Milli Komandasında oyunçu kimi xidmət edir. O,2020-ci ildə U-17 Milli Komandası ilə FIVB Avropa Çempionatında gümüş medal qazanıb,2022-ci ildə U-19 Milli Komandası ilə Avropa Çempionatında komandası ilə 5-ci olub. Gənc yaş kateqoriyalarında dəfələrlə tribunalara çıxan Özdemir 2022-ci ildə Avropa Gənclər Olimpiya Oyunları Festivalını (EYOF) və Balkan Çempionatını U-19 səviyyəsində gümüş medalla başa vurub.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.
İlay Erkök
İlay Erkök (d. 1 oktyabr 1993, İstanbul) — Türk aktrisa. İlay Erkök 1 oktyabr 1993-cü ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. İlk olaraq 2013-cü ildə "Günəşi Beklerken" adlı serialda Demet obrazını canlandırdı. Daha sonra İnadına Aşk (2015-2016) adlı serialda, Hayatımın Aşkı (2016) adlı serialda və Çetin Çeviz 2 adlı filmdə rol aldı. 2017-ci ildə ise "Seni Gidi Seni" ve "İlk Öpücük" filmlərində rol aldı. 2018-ci ildə ise Darısı Başımıza adlı serialda "Nur" obrazını canlandırdı. 2019-cu ildən bəri Hercai adlı serialda "Yaren Şadoğlu" obrazını canlandırıyor.
İlay Uollak
Eli Vallax (ing. Eli Herschel Wallach, (d. 7 dekabr 1915, Nyu-York — v. 24 iyun 2014, Nyu-York) — ABŞ aktyoru. Kino karyerasına 1956-cı ildə Baby Doll adlı filmlə başladı. Bu film ilə ən yaxşı çıxış aparan aktyor kimi BAFTA mükafatını qazandı. Kino karyerasındakı ən böyük çıxışı isə Tuco xarakteriylə "Yaxşı, pis, zalım" filmində etdi. 24 iyun 2014-cü ildə vəfat etmişdir. Baby Doll (1956) The Lineup (1958) Yeddi oğru (1960) Qanuni Yeddilik (1960) The Misfits (1961) Gənc adam Hemingwayın macəraları (1962) Qərb necə qazandı? (1962) Viktorlar (1963) Birinci hərəkət (1963) Ay-Dönən adamlar (1964) Prezidəntə öpüşlər (1964) Lord Cim (1965) Çingiz xan (1965) Lalədə bir çiçəkdir (1966) Milyonu necə oğurlamaq olar?
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Elbeyli (Kilis)
Elbeyli (türk. Elbeyli) — Kilis ilinin ilçəsi.
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib. Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Filiz Aker
Filiz Aker (doğum adı: Fatosh Bayer; 5 avqust 1963, İstanbul – 27 avqust 2017) — türk kino aktrisası
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur. Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Filiz təzahürü
Filiz təzahürü (ing. show of ore, rus. рудопроявление) — parametrləri (metalın miqdarı, forması, cismlərin ölçüsü və s.) hələ aydınlaşdırılmamış bu və ya digər faydalı qazıntı toplusudur. Kəşfiyyat prosesində belə filiz təzahürləri ya yataq kateqoriyasına keçə bilər və ya sənaye əhəmiyyəti olmayan filiz təzahürü olaraq qalar.
Gökhan Kılıç
Hulusi Kılıç
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi) Evlidir və iki övladı var. Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür. Fransız və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.
Kilis ili
Kilis ili — Türkiyədə il. İl şərq, qərb və şimaldan Qaziantep ilə, cənubdan isə Suriya ilə sərhəddir. Diyarbakıra, Qaziantepə 58 km., Suriya sərhədinə isə 10 km məsafə var.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Dilan
Dilan — Uelsdə daha çox işlədilən ad. Dilan Beyauliyu — Monako klubunda çıxış edən Fransa futbolçusu. Dilan O'Donnell — Stiveneyc klubunda çıxış edən İngiltərə futbolçusu. Dilan Naputi — Quam futbolçusu. Dilan Everett — Kanada aktyoru. Dilan Snider — Amerika aktyoru. Dilan Mörneyn — Avstraliya futbolçusu. Dilan Qroenevegen — Niderland velosipedçisi. Dilan Kvasnievski — Amerika NASKAR sürücüsü. Dilan Beyker — Amerika aktyoru.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. Kənd Qusar maili düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü. Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Hilan
Hilan- Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.