Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləzgicə
Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir. Ləzgi dili əsasən Dağıstan və Azərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır. Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır: Müşkür dialekti — Quba, Qusar və Xaçmaz dialektləri Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, Xiv və Dərbənd dialektləri Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, Doqquzpara və Axtı dialektləri Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi. Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. == Təsnifat == Ləzgi dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna daxildir. Nax-Dağıstan qrupundakı başqa dillər avar, dargi, lak, inquş və çeçen dilləridir. Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Minlərlə il öncə bu dillər eyni dildən yaranmışdır.
Ləzginka
Ləzgihəngi — Qafqazlıların milli rəqsi. Bütün Qafqaz üzrə geniş yayılmış rəqs növü. Hər xalqda rəqs növünün öz variantı vardır. == Ləzgihəngi rəqsi == Rəqs yarış xarakteri daşıyır. Hər bir kəs özünün cəldliyini, yorulmazlığını, qətiyyətini nümayiş etdirir. Bir qayda olaraq rəqs musiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir. Rəqs həmçinin İranda "Lazgi" və "Ləzgi", Gürcüstanda "Lekuri" adı ilə məşhurdur. "Lekuri" gürcü dilindən tərcümədə — "ləzgilər (lekilər) rəqs edir" edir deməkdir. Güman edilir ki, rəqs qartal surətinin təcəssüm etməkdədir.
Qəzvini
Qəzvini — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini (İbn Macə) — böyük hədis alimi Nəcməddin Qəzvini — astronom, təbiətşünas filosof, məntiqçi Zəkəriyyə əl-Qəzvini — tarixçisi və coğrafiyaşünas Şərafəddin Qəzvini — Bərkə xan vəziri, Həmdullah Qəzvini — şair, tarixçi, coğrafiyaşünas. Zeynəddin Qəzvini — tarixçi, Həmdullah Qəzvininin oğludur Budaq Qəzvini — (1510-1577) - tarixçi, katib, vəzir. Vaiz Qəzvini — şair Məhəmməd Tahir Vəhid Qəzvini — şair Dərviş Xosrov Qəzvini — Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri Məhəmməd Yusif Qəzvini — Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçisi Mir İmad Qəzvini — xəttat Gövhərşad Qəzvini — xəttat, Mir İmadın qızı Hacı Xəlil xan Qəzvini — (?-1802)—İranın Hindistanda səfiri. Arif Qəzvini — İran şairi və bəstəkarı. Əmir xan Qəzvini — həkim və pedaqoq, İrannın Səhiyyə vəziri . Mirzə Yəhya xan Qəzvini — İranın ictimai xadimi Mirzə Abdulla xan Qəzvini — İranın ictimai xadimi Mirzə Məhəmməd xan Qəzvini — Şeyx Haşım Qəzvini — İslam alimi Xatib əl Qəzvini (22 Şâban 666’da (7 Mayıs 1268) Mosul- ö.
Şeqini
Şehıni (ukr. Шегині) — Ukraynanın Lvov vilayətinin Javorivskiy rayonunda kənd. Polşa ilə sərhəddə yerləşən bu kənddə "Şehıni" beynəlxalq buraxılış məntəqəsi yerləşir.
Əzgili
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Ləzgi
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Cənubi Dağıstanda və Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin Sünni əqidənin Şafii məzhəbin Müridizm təriqətinə etiqad edir. Qafqaz dillərin Dağıstan grupuna aid Ləzgi dilində danışırlar. == Mədəniyyət == Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. === Ləzgival === Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər.
Arif Qəzvini
Arif Qəzvini (farsca: ابوالقاسم‌ عارف قزوینی; 1882, Qəzvin – 21 yanvar 1934, Həmədan) — İran şairi və bəstəkarı. Siyasi təsnifat və siyasi qəzəl janrının yaradıcısıdır. 1905–1911-ci illərdə İrannın Məşrutə inqilabında iştirak etmişdir. Gözəl bir səsi olan şair Tehranda konsertlər vermiş, vətənpərvərlik hisslərini tərənnüm edən təsnifləri ilə şöhrət qazanmışdır. "Yaşasın", "Azadlıq müjdəçisi", "Quşun naləsi", "Ölüm libası" və s. şeirlərini xalq dilində yazmışdır. 150-yə yaxın qəzəl, qitə, qəsidə, məsnəvi və təsniflərdən ibarət "Divan"ı ilk dəfə 1924-cü ildə əvvəl Berlində, sonra Tehranda çap olunmuşdur. Həyatının son illərini Həmədanda sıxıntı içində yaşamış, orada da vəfat etmişdir. Arif Qəzvini həmçinin İran milliyətçiliyinə bağlı olan baxışlarıyla seçilmişdir. Qəzvini, İranda Azərbaycan türkcəsinin danışılmasına qarşı çıxmış, bu dilin "türklərin və monqolların hökmranlığının utanc verici izi" olduğunu demiş, bu dilin bütün iranlıların milli dili saydığı "gözəl və şirin" fars diliylə əvəz edilməsinə çağırışlar edirdi.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Gövhərşad Qəzvini
Gövhərşad Qəzvini (?-1628)— Məşhur xəttat Mir İmadın qızı, xəttat. == Həyatı == Gövhərşad xanım Məşhur xəttat Mir İmadın ailəsində dünyaya gəlmişdi. İbtidai təhsilini və xəttatlığı atasından öyrənmişdi. Nəstəliq xəttini gözəl yazırdı.Məşhur dilçi və ədəbiyyatşünas Mirzə Səngilax (Məhhəmədəli Qoçani, 1771-1877) onun xəttini bir çox yazılarında tərifləyir. Gövhərşad xanım Qəzvin ədəbi mühitində gözəl şeirləri ilə da tanınırdı. Həsəni və Seyfi təxəllüsləri ilə məşhur idi.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Həmdullah Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Ləzgicə Vikipediya
Ləzgicə Vikipediya (ləzg. Лезги Википедия) — Vikipediyanın ləzgi dilində olan bölməsidir. Vikipediyanın bu bölməsində 3000-dən çox məqalə yaradılıb.
Ləzginka (ansambl)
Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblı "Ləzginka" — Tanxo İzrayılov tərəfindən 1958-ci ildə yaradılmış Dağıstan Respublikası Dövlət Akademik Əməkdar Rəqs Ansamblı. == Tarixi == 1957-ci ildə Dağıstan vilayət partiya komitəsinin birinci katibi Əbdürəhman Daniyalov, Tanxo İzrayılova respublika xalq rəqsləri ansamblı təşkil etmək üçün tapşırıq verdi. Bir xoreoqrafiya qrupu yaratmaq üçün İzrayılov həmkarları ilə birlikdə Dağıstanın bütün bölgələrini gəzdi. Bu ezamiyyət zamanı İzrayılov xalq rəqsləri üzrə mütəxəssislərlə görüşmüş, yerli toy və bayramlarda iştirak etmişdir. İzrayılov xeyli sayda material toplamağı bacardı və bunun əsasında Dağıstan xalqlarının rəqslərini səhnələşdirməyə başladı. 1958-ci ildə Dağıstanda yeni bir ansambl üçün rəqqasları seçmək üçün böyük bir müsabiqə elan edildi. Bunun üçün Dağıstanın hər yerindən Mahaçqalaya 700-dən çox iştirakçı gəldi. Nəticədə 16 ilə 25 yaş arasında yalnız qırx cüt oğlan və qız seçildi. Doqquz ay davam edən məşqlər üçün 17 nömrədən ibarət konsert proqramı hazırlanmışdır. İlk tamaşa 1958-ci ilin may ayında Mahaçqala şəhərində M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrında baş tutdu.
Nəcməddin Qəzvini
Nəcməddin Qəzvini (1203, Qəzvin – 1277) — Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən, astronom, təbiətşünas filosof, məntiqçi alimdir. Nəcməddin Qəzvini 1203-cü ildə anadan olmuşdur. Filosofun ləqəbi Nəcməddin, adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "Ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir. Professor Həbibulla Məmmədbəyli "Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi" kitabında Marağa rəsədxanasının iyirmi bir nəfər elmi əməkdaşının adlarının siyahısını vermişdir. O, burada Nəcməddin Qəzvininin adını beşinci sayda "Nəcməddin Qəzvini Dəbirani" kimi göstərdikdən sonra on üçüncü sayda yenidən onu "Nəcməddin Katibi" yazaraq ayrı şəxs hesab etmişdir. Lakin tədqiqatçı sonra filosof haqqında məlumat verərkən onu "Nəcməddin Omam ben Əli ben Məhəmməd Katibi Dəbirani Qəzvini" təqdim etmişdir. Burada Nəcməddin Katibi Dəbirani Qəzvini bir şəxs kimi düzgün göstərilmiş, amma onun, atasının və babasının adları yanlış verilmişdir.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının "Tarixi-qozide" əsərinə 1341–1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, "XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V. V. Bartold bu dövrü "Fars (İran) tarixşünaslığının qızıl əsrləri" adlandırmışdır". 1341–1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
İmadəddin Qəzvini
İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi. Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211.
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas, tarixşünas alim. Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.
Alman əzgili
Alman əzgili (lat. Mespilus germanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü. Əzgil böyük kol və ya kiçik ağacdır. Bu ağacın meyvəsi, digər adıyla muşmula, Roma dövründən bəri becərilir və qışda mövcud olması və yuyulduqda yeyilməsi qeyri-adidir. Çiy halda və müxtəlif bişmiş yeməklərdə yeyilə bilər. == Mənşəyi və əlaqəli növlər == Latın dilində "alman" mənasını verən germanica adına baxmayaraq, əzgilin yayıldığı bölgə İran, cənub-qərb Asiya, həmçinin cənub-şərqi Avropa, xüsusən də Bolqarıstan və Türkiyənin Qara dəniz sahilləridir. Ola bilsin ki, 3000 ildir becərilir. Qədim yunan coğrafiyaşünası Strabon "Coğrafiya" əsərinin 16-cı bölməsinin 4-cü fəslində μέσπιλον (mespilon) adını qeyd edir. Çiçəklərin beş geniş yumurtavari ağ ləçəkləri var. Çiçəklər yazın sonunda görünür, hermafroditdir, arılar tərəfindən tozlanır və öz-özünə məhsuldardır.
Fuad Sezgin
Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924, Bitlis – 30 iyun 2018, İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim. == Həyatı == Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir. 1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir. O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.
Qafqaz əzgili
Spilornis elgini
Spilornis elgini (lat. Spilornis elgini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Stern əzgili
Stern əzgili (lat. Mespilus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü.
Yapon əzgili
Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır. Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir.
Dərviş Xosrov Qəzvini
Dərviş Xosrov Qəzvini - Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri Şahin Fərzəliyev bu hadisənin tarixdə gerçək olduğunu bildirdi: «M.Fətəlinin təsvir etdiyi Yusif Sərrac, əslində Ustad Yusifi Tərkeşduzdur. Münşi yazır ki, o, dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin ən fəal müridlərindən biri olub və ulduzların toqquşmasından şah sarayına gələcək bəlanın qarşısını almaq üçün təmtəraqla 3 günlük şah elan olunub. Təhlükə sovuşduqdan sonra Şah Abbas təzədən taxta sahiblənib, həm Yusif, həm də ustadı—Dərviş Xosrov Qəzvini öldürülüb. Qətl zamanı Qəzvini deyib: «Gedirik ki, başqa vaxt gələk». Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adında bir dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov İkinci İsmayıl və Sultan Məhəmməd Xudabəndə zamanında da fəaliyyətlərini sürdürdü. Birinci Şah Abbas şəxsən bu dərvişlə tanış oldu. Nöqtəvilərin görüşləri ilə tanış olduqdan sonra Şah Abbas onların qətlinə fərman verdi.