Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1135 – təq. 1201) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Leonia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır. Qardaşı ona kifayət qədər təhsil verə bilmişdi ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Levni
Levni (əsl adı Abdülcəlil Çələbi; XVII əsr, Ədirnə – 1732[…], Konstantinopol) — miniatür sənətçisi. == Həyatı == Levni Ədirnədə doğulmuşdur. Növşəhərli Paşa nəqqaş kimi Levnini saraya gətirmişdi. Yaradacı zəkasıyla sənətində yeni cığırlar açaraq, bu himayəyə layiq olduğunu isbat etmişdir. 1732-ci ildə vəfat etmiş və Otaqçılar məscidi yanındakı Sadilər Təkkəsində dəfn olunmuşdur.
Lətif
Lətif — kişi adı.
Galium leonis
I Leonid
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. == Xarakteristika == Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmir Termoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin) Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. == Həyatı == Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Leonid Andreyev
Leonid Nikolayeviç Andreyev (rus. Леони́д Никола́евич Андре́ев) (9 (21) avqust 1871[…], Oryol[…] – 12 sentyabr 1919[…]) Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur. == Həyatı == Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi.
Leonid Aqranoviç
Leonid Aqranoviç (15 may 1915, Zmiyovka[d], Orlov quberniyası[d] – 15 mart 2011, Moskva) — ssenari müəllifi. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Leonid Azqaldyan
Leonid Rubenoviç Azqaldyan (erm. Լեոնիդ Ռուբենի Ազգալդյան; 22 noyabr 1942, Tbilisi – 21 iyun 1992, Təpəkənd, Ağdərə rayonu) — SSRİ və Ermənistan fiziki, hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Dağlıq Qarabağ separatçılarının liderlərindən biri olmuşdur. == Həyatı == Leonid Rubenoviç Azqaldyan 22 noyabr 1942-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. O, Moskva Dövlət Universitetinin və İrəvan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, avtomatik idarəetmə sistemləri sahəsində çalışmışdır. Azqaldyan Qarabağ hərəkatının liderlərindən biri olmuş, 1990-cı ilin fevralından Ermənistanın və Qarabağın bir sıra rayonlarında hərbi birliklər təşkil etmiş və əməliyyatlar həyata keçirmişdir. O, 1991-ci ildə Ovsep Ovsepyanla birlikdə "Azadlıq Ordusu" hərbi təşkilatını yaratmışdır. == Mükafatlar == Leonid Azqaldyan ölümündən sonra I dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. O, ölümündən sonra, 31 avqust 2019-cu ildə "Artsax Qəhrəmanı" adına layiq görülmüş və "Qızıl qartal" ordeni ilə təltif edilmişdir. == İrsi == Ermənistanın paytaxtı İrəvan şəhərində onun büstü mövcuddur.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин, 29.6.1932)—Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L.M.Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Leonid Brejnev
Leonid İliç Brejnev (19 dekabr 1906 (1 yanvar 1907)[…], Kamianske, Yekaterinoslav quberniyası – 10 noyabr 1982[…], Zareçye[d], Moskva vilayəti) — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. Onun dövrü əsasən "Durğunluq" ("Zastoy") dövrü kimi səciyyələnir. == Həyatı == (19.12.1906 digər məlumatlara görə, 19.12.1907 — 10.11.1982 — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. 1960—1964 və 1977—1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri. Sovet İttifaqı Marşalı (1976) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (196660 illik yubileyinə görə, 1976, 1978, 1981). "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin mükafatının laureatı (1979). Onun adı ilə "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" kitabları çap edilmişdir. == Brejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri == === "Dunay" əməliyyatı === 1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu.
Leonid Bıkov
Leonid Fyodoroviç Bıkov (ukr. Леонід Федорович Биков; 12 dekabr 1928 – 11 aprel 1979) — Ukrayna sovet aktyoru, kinorejissoru və ssenaristi, RSFSR əməkdar incəsənət xadimi (1965), Ukrayna SSR xalq artisti (1974). == Həyatı == Leonid Bıkov 1928-ci il dekabrın 12-də Ukrayna SSR-in Slavyanski rayonunun Znamenka kəndində (indiki Donetsk vilayəti, Ukrayna) Fyodor İvanoviç və Zinaida Pankratovna Bıkovalar ailəsində anadan olub. 1938-ci ildə valideynləri Kramatorsk şəhərinə köçdülər. Bıkov 6 saylı orta məktəbi bitirmiş, burada Lenin adına mədəniyyət evində ilk dəfə səhnəyə çıxmışdır. Böyük Vətən müharibəsi zamanı Leonid və ailəsi Barnaula evakuasiya olunmuşdu. Uşaqlıqdan bəri təyyarəçi olmaq xəyalları və onu iki dəfə təyyarəçi məktəbində oxumağa sövq etdi: ilk dəfə 1942-ci ildə 2-ci Leninqrad müharibə məktəbi evakuasiya edilmiş Oirot-Tour (1943), lakin yaşı çatmadığına görə orada qalmadı; İkinci dəfə Leninqradda (1945), döyüşdən sonra dağıldığı pilotlar üçün 2-ci xüsusi məktəbdə oxudu. O, Kiyev teatr institutuna qəbul ola bilməsə də, Xarkov Teatr İnstitutunun akademik fakültəsindən (1951) daxil olub oranı uğurla bitirmişdir. 1951-1960-cı illərdə T.Şevçenko adına Xrakov Dövlət Akademik Ukraynalı Teatrının aktyoru idi. Teatrda aktyorluq karyerasına başlayan Bıkov "Küçə Üç Solovyov, 17" adlı komediyada çıxış etdi.
Leonid Kadenyuk
Leonid Kadenyuk (ukr. Леонід Костянтинович Каденюк; 28 yanvar 1951, Klişkovsı[d], Çernivtsı vilayəti – 31 yanvar 2018, Kiyev) — sovet kosmonavtı və kosmosa uçan ilk ukraynalı. == Həyatı == 28 yanvar 1951-ci ildə doğulub.
Leonid Kanevski
Leonid Semyonoviç Kanevski (rus. Леонид Каневский; 2 may 1939, Kiyev) — Rusiya aktyoru.
Leonid Kantoroviç
Leonid Kantoroviç (rus. Леони́д Вита́льевич Канторо́вич; 19 yanvar 1912[…], Sankt-Peterburq[…] – 7 aprel 1986[…], Moskva[…]) — İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1975), ixtisasca riyaziyyatçı, funksional analiz, hesablama riyaziyyatı üzrə əsərlərin müəllifi; xətti proqramlaşdırmanın əsasını qoymuşdur, xalq təsərrüfatının planlaşdırılması və idarə olunması, xammal ehtiyatlarından səmərəli istifadə nəzəriyyəsinin yaradıcılarından biri. == Həyatı == Leonid Vitaliyeviç Kantoroviç həkim Vitali Moiseeviç Kantoroviç və Polina Qriqoryevna Zaksın ailəsində dünyaya gəlib. Leonidin atası və qardaşı həkim idi. O özü isə riyaziyyata çox həvəsli idi və parlaq riyazi bilikləri sayəsində o, 1926-cı ildə, 14 yaşında Leninqrad Universitetinə daxil oldu. Tələbəlik illərində onun ən yaxın dostları ondan 6 yaş böyük olan D. K. Faddayev və İ. P. Natanson idi. Artıq 15 yaşında o yuxarı kursların elmi seminarlarında iştirak edir və çox güclü təhsili ilə fərqlənirdi. 18 yaşında – 1930-cu ildə o universitetin riyaziyyat fakültəsini bitirir. İki il o aspirantura təhsili alır və artıq 20 yaşında fakültəsinin dosenti, 22 yaşında professoru olur. Onun elmi işlərinin uğurlarının əsas mahiyyəti hadisələrin məntiq üzərində qurulması, mövzuların birbaşa təhlili və yaxın dostların – kolleqaların fikirlərindən istifadə etməsidir.
Leonid Koretski
Leonid Vladimiroviç Koretski (5 noyabr 1905 – 1967) — Azərbaycan kinooperatoru. == Həyatı == Leonid Vladimiroviç Koretski 5 noyabr 1905-ci ildə anadan olmuşdur. 1928-ci ildən kinoda operator köməkçisi, operator assistenti, operator, quraşdırılmış səhnə operatoru və operator kimi 30-a yaxın filmdə çalışmışdır. Kinojurnallar üçün yüzlərlə süjet çəkmişdir. Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Müharibə illərində cəbhədə digər operatorlarla birgə süjetlər çəkmişdir. 15 dekabr 1967-ci ildə vəfat etmişdir.
Leonid Kozik
Leonid Kozik (belar. Леанід Козік; 13 iyul 1948, Borisov, Minsk vilayəti – 5 avqust 2023) — Belarus Həmkarlar İttifaqları Federasiyasının rəhbəri (2002-ci ildən). Daha əvvəl isə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini olmuşdur. Federasiyanın prezidenti seçildikdən sonra, 2003-cü ildən təşkilata dövlət subsidiyalarının qəbulu başlamışdır.
Leonid Krasin
Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870, Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d] – 24 noyabr 1926[…], London) — sovet mühəndisi, diplomat. == Həyatı == Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi. Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi.
Leonid Kravçuk
Leonid Makaroviç Kravçuk (ukr. Леонід Макарович Кравчук; 10 yanvar 1934[…], Velikiy Jitin[d], Volın voyevodluğu[d] – 10 may 2022, Münxen) — sovet və ukraynalı partiya, dövlət və siyasi xadimi, Ukrayna Respublikasının 1-ci Prezidenti (5 dekabr 1991 – 19 iyul 1994). Ukrayna Respublikasının Ali Radasının sədri I–IV çağırış deputatı. 1958–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası üzvü, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası MK sədri. == Həyatı == Leonid Makaroviç Kravçuk 1934-cü ildə Polşa Respublikasının Böyük Jitin kəndində (indiki Rivne vilayəti, Ukrayna) anadan olmuşdur. Atası — Makar Alekseyeviç Kravçuk (17.03.1906–1944) 1930-cu illərdə polşa kavaleriyasında xidmət edib. Anası — Yefimiya İvanovna Kravçuka polşa osadniki ətrafında işləyib. İkinci Dünya müharibəsi vaxtı 1944-cü ildə Makar Alekseyeviç Kravçuk cəbhədə həlak olmuş, Belarusda dəfn olunmuşdur. Leonidin anası isə 1980-ci ildə insult səbəbindən vəfat etmiş, doğma kəndində dəfn edilmişdir. Leonid Kravçuk 1958-ci ildə Kiyev Milli Universitetini bitirmiş, 1958–1960-cı illərdə Çernovtsı Maliyyə Texnikunda dərs demişdir.