Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cared Leto
Cared Leto (ing. Jared Joseph Leto) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Jared Leto
Cared Leto (ing. Jared Joseph Leto) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Leto (mifologiya)
Leto (yun. Λητώ miken yazılarında ra-to) — yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Rəvayətə görə Zevs bildirçin cildinə girərək Letonun könlünü alaraq ona yiyələnir. Zevsdən hamilə qalan və Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir.
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Lego
Lego – ABŞ-Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. == Tarixi == The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Leço
Leço (mac. lecsó) — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salat. Avropada çox populyardır, mənşəyi klassik macar mətbəxinə aiddir. Leçonun müxtəlif reseptləri mövcuddur. Bu reseptlər hazırlayanın zövqünə görə qurula bilər. Tərkibində dəyişməz olan 3 növ tərəvəzdən: bolqar bibərindən, pomidordan və soğandan istifadə olunur. == Tərkibi == 2 kq qırmızı bibər 1 kq yaşıl bibər 1 kq pomidor 400 qr soğan 600 qr kök 1,5 stəkan bitki yağı zövqə görə duz == Hazırlanma qaydası == Soğanlar uzunsov doğranılır və yağda rəngi qızılı olana qədər qızardılır. Üzərinə qabığı soyulmuş uzunsov doğranılmış pomidor əlavə edilir və 10 dəqiqə bişirilir. 3 sm uzunluğunda, 0,5 sm enində doğranılmış bibər əlavə olunur. Mətbəx kombaynından keçirilmiş və ya bibəri doğradığımız kimi doğranmış kök əlavə edilir.
Neto
Neto (Tam adı: Norberto Murara Neto, (port. Norberto Murara Neto) — "Barselona" klubunun braziliyalı qapıçısı, Braziliya yığmasının üzvü. == Klub karyerası == Neto karyerasına Kruzeyro gənclər komandasında başladı, lakin bir il sonra ilk peşəkar müqaviləsini imzaladığı Atletiko Paranenseyə keçdi. Birinci komanda üçün Neto 17 Avqust 2009-cu ildə Gremio Barueri ilə debüt etdi və ilk matçındda gənc qapıçı qol buraxmadı, komandası isə qalib gəldi (3:0). 2009-cu ildə Neto, Botafoqoya qarşı Atletiko bazasında başqa bir oyun keçirdi və yenə də gənc braziliyalı qapısını toxunulmaz saxlaya bildi. 2010-cu ildə Neto Atletiko Paranensenin əsas qapıçısı oldu və onun üçün 34 matç keçirdi.
Veto
Veto — (lat.- veto — qadağan edirəm) == Haqqında == Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.
Leo
Leo — ad. Leo Kuper — soyqırımı araşdırmaları üzrə ixtisaslaşmış Cənubi Afrika sosioloqu. Leo Tethani — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusu Leo Delib — Fransalı bəstakar. Leo Hovard — ABŞ kinoaktyoru, model. III Leo (imperator) — Bizans imperatoru.
Panthera leo leo
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Aqostinyo Neto
Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[…] – 10 sentyabr 1979[…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir. == Həyatı == Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub. Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir. Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir.
Bernd Leno
Bernd Leno (4 mart 1992-ci ildə anadan olub) — EPL təmsilçilərindən olan Arsenal klubunda və Almaniya milli futbol komandasında qapıçı kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Peter Leko
Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster. İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib. 2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir. 2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu. 2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.
Rafael Leao
Rafael Aleksandre Konseysau Leao (port. Rafael Alexandre Conceição Leão , 10 iyun 1999) — Portuqaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Portuqaliya milli komandasında çıxış edir. Futbolçu əsasən cinah hücumçusu və sol cinah vingeri kimi çıxış edir. == Klub karyerası == Leao Lissabon şəhərini təmsil edən "Sportinq" klubunun yetirməsidir. Öncə "Sportinq"in B komandasında oynayan futbolçunun "Sportinq"in B komandasının heyətində debütu, 21 may 2017-ci il tarixində, Portuqaliya Sequnda Liqasında "Braqa" klubunun ikinci komandasına qarşı oyunda baş verir.Futbolçu 11 fevral 2018-ci ildə "Feirense" klubu ilə oyunun ikinci yarısında Brayan Ruizi əvəzləyərək Portuqaliya çempionatında debüt edir. 2018-ci il martın 2-də "Porto" klubu ilə oyunda Rafael "Sportinq"in heyətində ilk qolunu vurur . 2018-ci ilin yayında Leao Fransanın "Lill" klubuna keçir. Debüt mövsümündə Leao 24 oyun keçirib və səkkiz qol vurub. 2019-cu ilin yayında, "Lill" ilə kifayət qədər uğurlu mövsümdən sonra, "Milan" klubu oyunçu ilə maraqlanmağa başlayır.
Sensu lato
Sensu stricto ("dar mənada") və sensu lato (geniş mənada) — taksonun nəzərdə tutulan ranqının dəqiqləşdirilməsi üçün onun adına əlavə edilən latınca ifadə.
Takayuki Seto
Takayuki Seto (yap. 瀬戸 貴幸) — Yaponiyalı futbolçu. "Astra" futbol klubunun kapitanıdır.
Çeto məbədi
Çeto məbədi — (indonez. Candi Ceto) — Mərkəzi və Şərqi Yava əyalətləri arasında sərhəddə, Lau dağının qərb yamacında (dəniz səviyyəsindən 1495 m yüksəklikdə) yerləşən 15-ci əsrə aid Yava-Hindu məbədi. Keto, XV əsrdə Lau dağının şimal-qərb yamaclarında tikilmiş bir neçə məbəddən biridir. Bu zamana qədər Yava dini və incəsənəti 8-10-cu əsrlərdə məbəd üslublarına belə təsir edən hind göstərişlərindən uzaqlaşdı. Bu ərazi 16-cı əsrdə adanın məhkəmələri İslamı qəbul etməzdən əvvəl Yavada son əhəmiyyətli məbəd tikintisi ərazisi idi. Məbədlərin fərqliliyi və o dövrə aid Yava mərasimləri və inanclarına dair qeydlərin olmaması tarixçilər üçün bu qədimliklərin mənasını şərh etməyi çətinləşdirir.Suku məbədinin yaxınlığında yerləşir.
Şoci Seto
Şoci Seto (瀬藤象二, Seto Şoci, 18 mart 1891 – 20 oktyabr 1977) – Yaponiya elektrik mühəndisi və biznesmeni. == Həyatı == Şoci Seto 1891-ci ildə Yaponiyanın Vakayama prefekturasında doğulmuşdur. 1915-ci ildə Tokio Universitetindən məzun olmuşdur. 1923-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə Almaniya, İngiltərə, ABŞ və İsveçrədə təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru olmuş, Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda anodlaşmış alüminium üzərində araşdırmalara başlamışdır. İkinci dünya müharibəsi illərində Yaponiyanın müstəqil elektron mikroskop layihəsinin aktiv iştirakçılarından biri olmuşdur. 1959-cu ildə "Toshiba" elektrik şirkətinin direktoru təyin olunmuşdur. == Mükafatları == Gördüyü işlərə görə 1973-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm).
Felis leo
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Leo Buskaliya
Leo Buskaliya (31 mart 1924, Los-Anceles, Kaliforniya – 12 iyun 1998, Qlenbruk[d], Nevada) — bir İtaliya mənşəli amerikalı müəllif və həvəsləndirici danışmacı(spiker) və Cənubi Kaliforniya Universitetinin Xüsusi Təhsil şöbəsinin professoru idi.
Leo Delib
Leo Delib (fr. Léo Delibes; 21 fevral 1836[…], La-Fleş[d] – 16 yanvar 1891[…], Paris) — Fransalı bəstakar.
Leo Frobenius
Lео Frobenius (29 iyun 1873[…], Berlin – 9 avqust 1938[…], Verbaniya[d], Pyemont) — Alman arxеoloqu, etnoloqu, folklorşünası. == Həyatı == Lео Frobenius arxеoloq, etnoloq, folklorşünas olmuş, diffuzionizm çərçivəsində "mədəniyyətin anotomiyası, morfologiyası, fiziologiyası" və "mədəni dairələr" nəzəriyyəsini yaratmışdır. Afrika mədəniyyətinin mahir bilicisi olan Frobenius Afrika, Avstraliya və Okеaniya хalqlarının mədəniyyətinin tədqiqi ilə əlaqədar 12 ekspedisiyada olmuşdur. Tədqiqatlarının nəticəsini "Afrika mədəniyyətinin mənşəyi" (1898) əsərində cəmləşdirən Frobenius mədəniyyətə canlı orqanizm kimi baxmış, dəyişməsinin ümumi həyat qanunlarına tabe olduğunu bildirmişdi. Frobenius Afrikanı hər birinin özünəməxsus maddi mədəniyyət əlamətləri olan əyalətlərə (dairələrə) bölməyə çalışmışdır. Onun Qərbi Afrika mədəni dairəsi adlandırdığı vilayət Konqo çayı hövzəsini, Aşağı və Yuxarı Qvineya sahillərini əhatə edirdi. Bu mədəni dairənin bir çox əlamətləri həqiqətən də adı çəkilən ərazi üçün хarakterik idi. Məsələn, ikitərəfə maili dam örtüyü olan düzbucaqlı evlər, bitki mənşəli ipli kaman, hörmə qalxan, bitkidən hazırlanmış çoxsimli musiqi alətləri, qumsaatı formasında barabanlar, maskalar və s. Frobenius habelə Yeni Qvineyanın və Melaneziyanın digər ərazilərinin mədəniyyətində "Qərbi Afrika mədəni dairəsi"nin оxşar əlamətlərini aşkara çıxarmışdı. Bu mədəniyyətin Cənub-Şərqi Asiya mədəniyyətinə оxşarlığını nəzərə alan tədqiqatçı onu "malay-niqrit mədəniyyəti" adlandırmışdır.
Leo Hovard
Leo Hovard (13 iyul 1997, Nyuport-Biç[d], Kaliforniya) — ABŞ kinoaktyoru, model.
Leo Huberman
Leo Huberman (17 Oktyabr 1903 - 9 Noyabr 1968) Amerikalı sosialist yazıçı. Joseph və Fannie Kramerman Hubermanın on bir uşağının ən kiçiyi olaraq Nyuark, Nyu Cersidə dünyaya gəlmişdir. On bir yaşından etibarən həm oxumuş, həm də fabriklərdə, bir elektrik işçisinin yanında və poçtda işləmişdir. Nyuark Dövlət məktəbini bitirdikdən sonra 1926-cı ildən etibarən Greenwich Villageda özəl bir məktəbdə müəllimlik etmiş, 1932-ci ildə ilk kitabı We the People (“Biz insanlar”)I çap etdirdikdən sonra Londona gedərək London İqtisad Məktəbində bakalavr təhsilinə başlamışdır. Daha sonra Nyu-York Universitetini dərəcə ilə bitirmiş və 1937-ci ildə magistraturanı bitirmişdir. Kolumbiya Universitetində social elmlər fakültəsində sədr vəzifəsinə təyin edilmişdir. 1940-cı ildən etibarən U. S. Week adlı jurnalda redaktor və köşə yazarı kimi işləmişdir. 1949-cu ildə Paul Sweezyilə birgə “Monthly Review” adlı jurnalı yaratmış və burada işləmişdir. İqtisadiyyat və tarixin harmoniyası şəklində qələmə aldığı Orta əsrlərdən bu günə istehsal üsullarını araşdıran Man's Worldly Goods (“İnsanın dünyəvi mülkü”) adlı kitabı çap olunmuşdur. == Əsərləri == Man’s Worldly Goods: The Story of The Wealth of Nations (“İnsanın dünyəvi mülkü: Xalqları sərvəti tarixi”) və We The People(“Biz insanlar”) ilkin olaraq gənc insanlar üçün yazılsa da, sonralar yetkin insanlar üçün yenidən gözdən keçirilmişdir.
Leo Jaba
Leonardo Rodriges Lima (2 avqust 1998, San Paulo) — Leo Jaba kimi də tanınan, Rusiya Premyer Liqası təmsilçilərindən olan Axmat Qroznı klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. == Həyatı == 2 avqust 1998-ci ildə San-Pauluda anadan olub. == Klub karyerası == === Erkən karyerası === Jaba hələ 11 yaşı olarkən Korintians klubuna əzəli rəqib olan San-Paulu klubundan transfer olmuşdur. Jaba 2016-cı ildə San-Paulu de Futbol Junior Kubokunda və U-20 Braziliya Çempionatında iştirak etmiş və hər iki turnirdə ikinci yerin sahibi olmuşdur. === Korintians === Jaba qeyri-rəsmi olaraq peşəkar karyerasında debütünü 22 iyul 2015-ci ildə ABC Natal klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuşdur. Yoldaşlıq oyununda Korintians rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.Jaba rəsmi olaraq peşəkar karyerasında debütünü 21 noyabr 2015-ci ildə İnternasional klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və komandası rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 21 Noyabr 2016.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.